Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

48 
 
-
 
Qanaxma – əksər hallarda sanki hər hansı zərərsiz görsənən, xəstənin həyatı 
üçün  təhlükə  yaratmayan  və  elə  də  ciddi  qiymətləndirilməyən  xəstəliklər  və 
zədələnmələrin fəsadlaşmasıdır. 
-
 
Qanaxma  -  davam  edən  və  müəyyən  səbəblərə  görə  qarşısı  alınmayan 
hallarda xəstənin həyatı üçün bir başa təhlükə yaradır. 
-
 
Qanaxma    zamanı  –  təxirəsalınmaz  qaydada  tədbirlərin  görülməsinin  və 
bunun üçün təcili qərarların verilməsinin həyati əhəmiyyəti vardır. 
-
 
 Qanaxma zamanı - böhranlı vəziyyətdən müvəffəqiyyətlə çıxmaq üçün bir 
nömrəli  hazırlıq  səviyyəsinin  və  yardım  göstərən  briqadanın  peşəkarlığının  və 
çevikliyinin vacibliyi tələbi qoyulur. 
Damar  mənfəzindən  qan  çıxarkən  ətraf  toxumalara  hopan,  imbibisiya 
hallarında belə qanaxma qansızma adlanır. Adətən onun həcmi çox olmur və qanın 
toxumalara daxil olması azalır. 
Damardan  çıxan  qan  toxumaları  təbəqələrə  ayıraraq,  orqanların  yerini 
dəyişərək, süni boşluqlar əmələ gətirir və qan həmin yerlərə dolduqda hematomalar 
yaranır.  Hematomanın  sonrakı  taleyi  üç  proseslə nəticələnir:  sorulması,  irinləməsi 
və təşkil olunması. 
Hematomanın zədələnmiş arteriyanın mənfəzi ilə əlaqəsi saxlanıldığı hallarda 
onda  belələrinə  pulsasiya  edən  hematoma  deyilir.  Kliniki  olaraq  hematomanı 
palpasiya  etdikdə  pulsasiya  təyin  edilir  və  auskultasiya  zamanı  sistpolik  küylər 
eşidilir. 
Qanaxma  problemi  təxirəsalınmaz  cərrahiyyənin,  mama-ginekologiyanın  və 
anesteziologiya-reanimatologiyanın  vacib  məsələlərindəndir.  Belə  ki,  böyük 
miqdarda  qanitirmə  xəstənin  həyatı  üçün  çox  təhlükəli  vəziyyətlər  törədir.  Bu 
zaman  damarlarda  dövredən  qanın  həcmi  azalır,  qan  dövranın  kəskin  pozulmaları 
meydana  çıxır,  orqanlarda  qan  cərəyanı  azalır  və  ya  tam  dayanır,  toxumalarda 
qidalanma  və  oksigenləşmə  prosesləri  pozulur.  Böyük  miqdarda  kəskin  qanitirmə 
xəstənin ölümünə səbəb ola bilər. 
Bədənin  müxtəlif  zədələnmələri  və  cərrahi  müdaxilələr qanaxma  ilə  müşayiət 
olunur. Qanaxma bir xəstəliklər və patologiyalar zamanı da meydana çıxa bilər 
Hələ qədim zamanlardan insanlar qanaxmalarla qarşılaşırdılar, bunun nə qədər 
tənlükəli  olduğunu  və  dayandırılmasının  lazım  gəldiyini  bilirdilər.  Buna  görə  də 
qanaxma  ilə  mübarizənin  ilk  addımlarının  atılması  qədimlərə  gedib  çıxır.  Bu  vaxt 
qanaxmanın  dayandırılması  üçün  büzüşdürücü  maddələrdən,  soyuqdan,  zıldan, 
qızdırılmış  metaldan,  qaynar  yağdan,  sıxıcı  sarğılardan  istifadə  edirdilər.  Qədim 
alimlər empirik yolla qanaxmanın dayandırılması qaydalarını axtarırdılar, belə ki, o 
vaxtlar qan dövranının mahiyyətini bilmirdilər.  
 
Qanaxmaların təsnifatı 
Qanaxmanın müxtəlif təsnifatı verilmişdir.  


49 
 
Qanın  damarlardan  kənara  axmasına  şərait  yaradan  vəziyyətin  baş  vermə 
mexanizmindən asılı olaraq qanaxmalar bölünür: 
Haemorrhagia  per  rhexm  –  damarların  divarlarının  mexaniki  zədələnmələri 
(cırılması, əzilməsi, kəsilməsi) zamanı baş verir; praktikada daha tez-tez rast gəlir. 
Haemorrhagia  per  diabrosin  –  hər  hansı    patologiyalar  nəticəsində  damar 
divarlarının yeyilməsi (eroziyası, dağılması, nekrozu) zamanı meydana çıxır. Belə 
qanaxmalar  iltihabi  proseslər,  şişlərin  parçalanması,  fermentativ  peritonitlər  və  s. 
xəstəliklər zamanı müşahidə edilir. 
Haemorrhagia  per  diapedesin  -  damar  divarlarının  mikroskopik  səviyyədə 
keçiriciliyinin pozulmalarından baş verən qanaxmalardır. 
Damar divarlarının keçiriciliyinin artması - C-avitaminozu, Şenlyayn-Genoks 
xəstəliyi  (hemorragik  vaskulit),  uremiya,  skarlatina,  sepsis  və  digər  patologiyalar 
zamanı da müşahidə edilir. 
Qanaxmanın  inkişafında  qanın  laxtalanma  sisteminin  vəziyyəti  əhəmiyyətli 
rola  malikdir.  Bir  çox  müəlliflər  belə  hesab  edir  ki,  trombəmələgəlmə  prosesinin 
pozulmaları öz-özlüyündə qanaxmaya gətirib çıxartmır və qanaxmanın səbəbi deyil, 
lakin situasiyaları xeyli ağırlaşdırır. 
Kiçik  venaların  zədələnmələri  ciddi  qanaxmalara  səbəb  olmur,  belə  ki,  bu 
zaman  hemostazın  spontan  laxtalanma  mexanizmi  işə  düşərək,  qanaxmanı 
dayandıra bilir. Əgər qanın laxtalanma sistemində hər hansı pozulma möcuddursa, 
onda hətta ən əhəmiyyətsiz görsənən travma öldürücü qanaxma ilə nəticələnə bilər. 
Buna  misal olaraq qanın laxtalanma prosesinin pozulması ilə hamıya  məlum olan 
hemofiliya xəstəliyini göstərmək olar.
 
Bundan  başqa  qanaxmaların  təsnifatının  əsasında  kliniki,  anatomik  və 
müvəqqəti olan əlamətlər durur (sxem olmalıdır.). 
Kəskin qanaxmalar  kliniki əlamətlərin  tez  inkişafı  ilə xarakterizə olunur. Bu 
zaman  əlamətlərin  təzahürlülük  dərəcəsi  qanın  damarlardan  axma  sürətindən 
asılıdır. İnsanın bədən kütləsinin 4-4,5%-i qədər qan itgisi ölümcül hesab edilir 
Xroniki  qanaxmaların  elə  də  təzahürlü  kliniki  əlamətləri  olmur.  Belə  növ 
qanaxmalara az həcmli qan itgisi ilə nəticələnən və tez-tez təkrarlanan qanaxmalar 
aid  edilir.  Belə  vəziyyət  əksərən  xəstələrdə  anemiyaların  (“anaemia”  yunancadan 
götürülmüşdür və “anaemos” – qansızlıq deməkdir) – qanazlığının inkişafına səbəb 
olur. 
Qanaxma zamanı qanın hara axmasından asılı olaraq, ayırd edilir: 
a)
 
Toxumadaxili qanaxma, damarlardan çıxan qan zədələnmiş damarı əhatə 
edən toxumalara hopur və petexiyalar (petechia), ekximozlar (ecchimosis)  və qanlı 
ödemlər  (suggillatio,  suffusio)  əmələ  gətirilər,  ya  da  toxumaları  sıxışdırıb 
toxumalararsı  sahələrə  yığılaraq,  hematomanın  yaranmasına  –  axmış  qanın 
şişəbənzər toplanmasına səbəb olur; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə