Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

54 
 
Verlhof  xəstəli,  leykozlar  və  başqa)  olan  xəstələrdə  hətta  xırda  damarların 
zədələnmələri zamanı xeyli qan itgisinə və onun ölümə gətirib çıxara bilər. 
Qanaxmanın  yaratdığı  təhlükələrə  qan  itgisinin  həcmindən  başqa  axan  qanın 
həyativacib orqanları (baş beyni, ürəyi, ağ ciyərləri) sıxmasını da daxil etrmək olar. 
Belə  hallar  qanaxmanın  məhdud  boşluqlarda  (kəllə  boşluğunda,  perikardda,  döş 
qəfəsində) baş verməsi zamanı müşahidə oluna bilər. 
Digər 
tərəfdən 
qanın  damardan  xaric  istənilən  yerdə  yığılması 
mikroorqanizmlər  üçün  əlverişli  qidalı  mühitdir  və  irinli  proseslərin  –  abssesin, 
fleqmonanın  inkişafına,  əməliyyat  yarasının  irinləməsinə,  irinli  plevritin  əmələ 
gəlməsinə səbəb ola bilər. 
 
Simpatiko-adrenal sistemin fəallaşması  
 
Kəskin  qanitirmə  nəticəsində  venoz  qayıtmanın  azalması  (mütləq  və  nisbi 
hipovolemiya) ürək qovmasının azalmasına səbəb olur. Bu zaman damar sisteminin 
prekapillyar  və  postkapillyar  hissələrində  olan  postqanqlionar  simpatik  sinirlərin 
uclarından  katexolaminlərin  azad  olunması  ilə  adrenokortikal  sekresiyanın 
maksimal  stimulyasiyası  baş  verir.  Simpatiko-adrenal  reaksiya  taxikardiyaya  və 
orqanların  -adrenergik  innervasiyasının  xarakterindən  və  dərəcəsindən  asılı 
olaraq, orqanın qan cərəyanının dəyişməsi ilə nəticələnir. Qarın boşluğu orqanları, 
böyrəklər  və  dəri  -adrenergik  reseptorlarla  xüsusən  yaxşı  təchiz  edildiyindən, 
onların  stimulyasiyası  həmin  orqan  və  toxumalarda  vazokonstriksiya  törədir  və 
buna  görə  də    orqanlarda  qan  cərəyanının  xeyli  azalması  müşahidə  edilir.  Əksinə, 
tac  damarlar,  beyin  damarları  -adrenergik  reseptorlara  malik  olmadığından 
simpatiko-adrenal sisteminin oyanması bu damarlarda  vazokonstriksiya törətmir. 
Simpatiko-adrenal  sistemin  fəallaşması  qanda  adrenalinin  və  noradrenalinin, 
həmçinin  qlükokortikoidlərin,  antidiuretik  hormonun  və  aldesteronun    miqdarının 
dəfələrlə  artması  ilə  müşayiət  olunur.  Bu  reaksiyanın  kliniki  əlamətləri  periferik 
damarların spazmı, dəri örtüyünün avazıması, diurezin azalması ilə özünü görsədir. 
Ümumi  periferrik  damar  müqaviməti  (ÜPDM)  2  dəfədən  də  artıq  yüksəlir;  bunu 
daha  obyektiv  orta  arterial  təzyiq  ifadə  edir.  Lakin  ürək  qovması  50%  azalır 
(dəqiqədə 5 litrdən 2,5 litrə qədər enir) [Lucas, 1977]. Buna baxmayaraq ürəyin tac 
damarlarında və beyin damarlarında qan cərəyanı əvvəlki kimi saxlanılır. 
 
Sxem. Kəskin qanitirməyə qarşı orqanizmin reaksiyaları 
 
Hemorragiya 
 
 
Qanın həcminin azalması 


55 
 
 
 
 
 
 
 
Ilkin olaraq qara ciyər qan cərəyanının 
artması və ürək atmasının yenidən 
bölüşdürülməsi 
 
 
Orqanlar arasında qan cərəyanının yenidən 
bölüşdürülməsi 
 
Hüceyrə aqreqasiyası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qanda katexolaminlərin miqdarının artması qan dövranının mərkəzləşməsinə 
gətirib  çıxarır.  Daha  doğrusu,  həyati  vacib  orqanlarda  qan  cərəyanının  adekvat, 
normal  səviyyəsini  saxlamaq,  təmin  etymək  üçün  kompensator  reaksiya  kimi  qan 
dövranının mərkəzləşməsi lazım gəlir. Bu prosesi isə katexolaminlər həyata keçirə 
bilir. Yəni DQH-nin azalması zamanı həmin miqdarda qan damar məcrasını lazımi 
qədər doldura bilmədiyindən, yəni uyğunsuzluğu yarandığından təzyiq aşağı düşür 
və  orqanların,  o  cümlədən  də  həyati  vacib  orqanların  adekvat  perfuziyası  təmin 
olunmur.  Buna  görə  də  katexolaminlər  tərəfindən  periferiyanın  damarları 
sıxılmalıdır  ki,  həyati  vacib  orqanların,  yəni  əsasən  baş  beynin,  ürəyin  və  ağ 
ciyərlərin  təminatlı qan  təchizatı  üçün  qan  mərkəzdə dövr  etsin. Əgər  sonra  da bu 
proses dərin və uzun müddətli olarsa, yəni katexolaminlərin səviyyəsi ifrat dərəcədə 
davamlı qaydada yüksəlməsi baş verərsə, onda patoloji merxanizmlərin işə düşməsi 
meydana çıxır. İlk olaraq bu, venomotor effektlə, yəni vena damarlatının tonusunun 
artması  sayəsində  baş  verir,  sonradan  isə  generalizə  olunmuş  damar  spazmı 
meydana çıxır. 
Dövredən qanın həcminin effektliliynin 
itgisi 
Katexolaminlərin miqdarının artması və 
damarların avtonom fəalyyətinin 
güclənməsi 
Daxili orqanlar nahiyyələrində qanın 
sekvestrləşməsi 
Damar məcrasında qanın yenidən 
bölüşdürülməsi 
Qanın özlülüyünün yüksəlməsi 
Ekstraselülyar mayenin yenidən 
bölüşdürülməsi və hematokrin dəyişməsi 
Qara ciyər damar 
müqavimətinin 
yüksəlməsi 
Böyrək damarlarının 
müqavimətinin 
yüksəlməsi 
Ümumi periferik damar 
müqavimətinin artması və 
sirkulyator dekompensasiya 
Qara ciyər qan 
cərəyanının 
azalması 
Böyrəklərin qan 
cərəyanının azalması 


56 
 
Qeyd  edildiyi  kimi  DQH-nin  70-80%  venoz  məcrada  dövr  edir.  Venoz 
damarların  sıxılması  ilə  DQH-nin  azalmasına  müvafiq  olaraq  damar  məcrasının 
tutumunun  da  azalmasına  səbəb  olur.  Heç  bir  xroniki  xəstəliyi  və  hipovolemik 
şokun  əlamətləri (və ya  DQH-nin defisiti) olmayan böyük adanmlarda venomotor 
effekt  DQH-nin  10-15%  itgisini  (500,0-700,0  ml)  kompensasiya  etməyə  qadirdir. 
Qan  dövranının  belə  “mərkəzləşməsi”  bioloji    və  fizioloji  aspektdən  məqsədə 
uyğundur,  bu  zaman,  yuxarıda  qeyd  edildiyui  kimi,  həyati  vacib  orqanların  qan 
təchizatını  müəyyən  müddətdə  təminedici  səviyyədə  saxlaya  bilir.  Lakin  qan 
dövranının  belə  mərkəzləşməsi  uzun  müddətli  olduğu  zaman  ağır  nəticələrin 
inkişafına gətirib çıxarır. 
DQH-nin  15%-dən  artıq  itgisi  qan  döpvranının  daha  dərin  mərkəzləşməsini 
törədir,    prekapillyar  sfinktorların  və  postkapillyar  venulaların  kəskin  və  davamlı 
spazmına  səbəb  olur,  nəticədə  periferik  qan  cərəyanından  kapillyar  məcra  təcrid 
edilərək, dövrədən çıxarılır, yəni sekvetrləşmə prosesi meydana çıxır. Bundan sonra 
DQH  bir  daha  azalır  və  toxumaların  perfuziyası  pisləşir.  Qan  dövranının 
mərkəzləşməsi  uzunmüddətli  davam  etdikdə  və  dərin  getdikdə  simpatiko-adrenal 
sistemin  stimulyasiyası  kəskin  taxikardiya,  taxipnoye,  dəri  örtüyünün  avazıması 
kimi  kliniki  əlamətlərin  inkişafına  səbəb  olur.  Nəticədə  toxumalarda  oksigenin 
defisiti  və  toxuma  mübadiləsinin  anaerob  (oksigensiz)  metabolizminə  keçməsi 
meydana çıxır. 
Qan dövranının mərkəzləşməsinin  müvəqqəti müdafiə mexanizminin təsirləri 
ilə  yanaşı,  məlum  məsələdir  ki,  böyrəklərdə,  qara  ciyərdə,  əzələlərdə  və  dərialtı 
toxumada  qan  cərəyanının  azalması  ilə  müşayiət  olunur.  Vazoaktiv  maddələrin 
(damar fəallığına malik - histamin, süd turşusu və s.) qanda və toxumalarda miqdarı 
artır,  dərin  metabolik  asidoz  inkişaf  edir,  hipovolemiyanın  müvəqqəti  və  nisbi 
kompensasiyasını təmin edən mexanizm kimi qandövranının mərkəzləşmədən əks-
mərkəzləşməsinə  keçməyə  şərait  yaranır.  Bu  zaman  prekapillyar  sfinktorların  və 
kapillyarların  iflici  baş  verir.  Makro-  və  mikrosirkulyasiya  sistemlərində  qan 
dövranı kəskin pisləşir. Bu vəziyyət kliniki olaraq davamlı arterial hipotenziya, dəri 
örtüyünün mərmər çalarlıq alması ilə müşayiət edilir. 
Hipovolemiyanın  dərinləşməsi  zamanı  hemorragik  şokun  kliniki  mənzərəsi 
inkişaf  edir.  Kəskin  qan  itirmə  və  hemorragik  şok  zamanı  sistem  qan  cərəyanının 
reaksiyası  ilkin  olaraq  müdafiə  effekti  yaradır.  Lakin  müvafiq  damarların 
uzunmüddətli  vazokonstriksiyası  ümumi  və  regionar  qan  dövranının  dayanıqlı 
pozulması, orqan perfuziyasının kəskin azalması nəticəsində qanda və toxumalarda 
asidozun  inkişafını  törətməklə  yanaşı  toxuma  metabolitlərinin  qanda  yüksək 
qatılıqda toplanmasına şərait yaradır. Bu maddələr isə vazodilatasiya təsirinə malik 
olub, dekompensasiyalı dönər və dönməz şokun inkişafına səbəb olan dəyişikliklərə 
gətirib çıxarır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə