Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   8   9   10   11   12   13   14   15   ...   91

32 
 
yüksək  olan  mühitdə  (arterial  qan)  isə  həmin  üçüncü  koordinasion  əlaqə  bir 
molekula  oksigenlə  birləşir  və  oksihemoqlobin  birləşməsinə  çevrilir.  Beləliklə, 
fasiləsiz  olaraq  oksihemoqlobinin  reduksiya  olunmuş  hemoqlobinə  və  əksinə 
çevrilmələri oksigenin ağ ciyərlərdən toxumalara daşınmasını həyata keçirir [2]. Bu 
çevrilmələr  zamanı  dəmir  ikivalentliyini  saxlayır  və  dəyişməz  qalır;  məhz  belə 
vəziyyətdə dəmir oksigeni özünə birləşdirə və özündən ayıra bilir. 
Qyd edildiyi kimi hemoqlobin – xromoproteid xarakterli xüsusi zülaldır, onun 
sayəsində  eritrositlər  tənəffüs  funksiyasını  yerinə  yetirir  və  qanın  pH-nın 
səviyyəsini saxlayır. Kişilərdə hemoqlobinin səviyyəsi 130-160 q/l, qadınlarda 120-
150 q/l-dir.  
Deyidiyi  kimi  özünə  oksigen  birləşdirilmiş  hemoqlobin  oksihemoqlobin 
adlanır. Bu birləşmə möhkəm olmayıb bir çox təsirlərdən, o cümlədən də oksigenin 
parsial təzyiqinin aşağı olması,  mühitin pH-nın nisbi turşulaşması, temperaturanın 
nisbi yüksək olması və s. zamanı oksigeni özündən ayırır. Qanda oksigenin böyük 
hissəsi  oksihemoqlobin  şəklində  daşınır.  Oksigendən  azad  olmuş  hemoqlobin 
(reduksiya  olunmuş  hemoqlobin)  dezoksihemoqlobin  və  ya  bərpa  olunmuş 
hemoqlobin adlanır. Karbon qazı (CO
2
) ilə birləşmiş hemoqlobinə karbhemoqlobin 
deyilir. Bu birləşmə də zəif olub tezliklə parçalanır. Qanda karbon qazının 20%-ə 
qədəri karboksihemoqlobin şəklində daşınır. 
Xüsusi  şəraitdə  hemoqlobin  digər  qazlarla  da  birləşmələr  əmələ  gətirir. 
Hemoqlobinin  dəm  qazı  (CO)  ilə  əmələ  gətirdiyi  birləşmə  karboksihemoqlobin 
adlanır.  Bu  birləşmə  çox  mıhkəm  birləşmədir.  Bu  zaman  hemoqlobində  olan 
dəmirin valentliyi dəyişərək, 3 (
+++
) olur. Hemoqlobindəki dəmirin 2 valentlikdən 3 
vaentliyə 
keçməsi 
hallarında 
hemoqlobin 
methemoqlobin 
adlanır. 
Karboksihemoqlobin  methemoqlobinin  xüsusi  formasıdır.  Onu  da  qeyd  etmək 
lazımdır ki, hemoqlobinin dəm qazına yaxınlığı (hərisliyi) 200-300 dəfə oksigendən 
yüksəkdir,  ona  görə  də  ətraf  mühitdə,  yəni  qapalı  yerdə  dəm  qazının  azacıq 
miqdarda olsa belə təhlükəlidir, belə ki, tez zəhərlənmə, dərin hipoksiya və koma, 
qıcolma  baş  verir.  Qeyd  edildiyi  kimi,  bu  birləşmə  əmələ  gəldikdə  hemoqlobinin 
oksigen daşıma qabiliyyətini itirir. 
Hər  hansı  patologiyalar  zamanı,  məsələn,  güclü  oksidləşdiricilərlə  (bertol 
duzu,  kalium  permenqanat,  sianid  tupşusunun  duzları  və.)  zəhərlənmələr  zamanı 
hemoqlobinin oksigünlə möhkəm birləşmələri əmələ gəlir ki, bu zaman hemoqlobin 
dəmirinin  oksidləşməsi  baş  verir  və  methemoqlobin  birləşməsi  meydana  çıxır. 
Nəticədə hemoqlobinə birləşmiş maddələri (o cümlədən də oksigeni) özündən ayıra 
bilmir,  bütün  toxumaların  dərin  hipoksiyası  və  vaxtında  adekvat  təcili  tədbirlər 
görülməsə, bundan da ölüm baş verir. 
Skelet və ürək əzələsində əzələ hemoqlobini olur ki, bu, mioqlobin adlanır. Bu 
birləşmə işləyən əzələnin oksigenlə tələbatının ödənilməsində mühüm rol oynayır. 
Hemoqlobinin tipləri 


33 
 
Hemoqlobinin  bir  neçə  tipləri  var,  bu  tiplərin  bir-birindən  fərqləri  onların 
zülall hissəsinin, qlobinin quruluşundadır. 
Son  zamanlara  qədər  belə  hesab  edilirdi  ki,  böyük  insanların  hemoqlobini 
yeganə quruluşa malikdir. Yalnız məlum idi ki, embrional dövrdə xüsusi tip olur ki, 
k/12 natrium-qələvi mühitinə qarşı bu fetal hemoqlobinin dözümlülüyü böyüklərin 
hemoqlobinindən 155 dəfə yüksəkdir. 
Polinq  və  onun  əməkdaşları  müəyyən  etmişlər  ki,  istər  normal  və  istərsə  də 
patoloji vəziyyətlərdə böyük insanların homoqlobini kimyəvi tərkibə görə homogen 
deyildir.  Bundan  sonra  insan  hemoqlobininin  bir  çox  normal  və  patoloji  tipləri 
aşkar  edilmişdir  ki,  hemoqlobin  mübadiləsi  haqqında  təsəvvürü  dəqiqləşdirdi  və 
bəzi  anemiyaların  patogenezinin  müayinələrinin  aparılmasına  istiqamət  vermişdir. 
Müəyyən  edilmişdir  ki,  bir  çox  anemiyalar  zamanı  həmin  xəstəliyə  xas  olan 
xarakterik tip hemoqlobin müşahidə olunur. Hemoqlobinin tipləri nəinki diaqnozun 
qoyulması və dəqiqləşdirilməsi üçün əhəmiyyətə malikdir, həm də təmiz  morfoıoji 
aspektdən anemiyanın patogenezini və biokimyəvi proseslərini apaşdırmağa imkan 
verir.  
Qanda  patoloji  tip  hemoqlobinin  meydana  gəlməsini  törədən  anemiyalar 
hemoqloniopatiyalar və ya hemoqlobinozlar adlandırılır. Insanlarda əsas üç normal 
hemoqlobin  tipi  aşkarlanmışdır:  embrional  hemoqlobin  (HbU),  fetal  hemoqlobin 
(HbF) və böyük insana məxsus hemoqlobin (HbA) tipləri. 
HbU  (latınca  “embrion”-“uterus”  sözünün    başlanğıc  ”U”  hərfi)  -  7-12 
həftəlik  embrion  dövründə  rastlaşır  (çox  güman  ki,  qara  ciyərdə  əmələ  gəlir)  və 
fetal hemoqlobinin əmələ gəlməsindən sonra tamamilə yox olur. Fetal hemoqlobin 
(HbF  –  latınca  “döl”  -  “fetus”sözünün    başlanğıc  ”F”  hərfi)  hamiləliyin  üçüncü 
ayından başlayaraq dölün əsas hemoqlobinidir. Bunun ardınca tədricən böyüklərin 
adi  hemoqlobini  (HbA-  latınca  “böyük”-“adul”  sözünün    başlanğıc  ”A”  hərfi) 
əmələ  gəlməyə  başlayır.  Bundan  sonra  fetal hemoqlobinin  miqdarı  tədricən  azalır 
və  doğuş  ərəfəsində  bu  tip  hemoqlobinin  miqdarı  80%  təşkil  edir  və  HbF  yalnız 
20%  olur.  Döl  doğulduqdan  sonra,  yəni  yenidoğulmuşda  fetal  hemoqlobinin 
miqdarı  azalmaqda  davam  edir  və  uşağın  2-3  yaşında  onun  miqdarı  ümumi 
hemoqlobinin 1-2%-ni təşkil edir. Böyüklərdə də bu nisbət saxlanılır. Böyüklər və 
uşaqlarda  3  yaşından  yuxarı  yaşlarda  fetal  hemoqlobinin  səviyyəsi  həmin  həddi 
aşdıqda patoloji vəziyyət kimi qiymətləndirilir. 
Hemoqlobinin normal tipləri onların zülal hissəsinin quruluşlarındakı fərqlərlə 
əlaqədardır.  Qlobinin  quruluşundakı  həmin  bu  fərqlər  hemoqlobinin  oksigenə 
yaxınlığını  (hərisliyini)  müəyyən  edir.  Fetal  hemoqlobinin  oksigenə  hərisliyi 
böyüklərin  hemoqlobininə  nisbətən  çox  yüksəkdir.  Buna  görə  də  ananın  qanında 
oksigenin  parsial  təzyiqinin  nisbətən  aşağı  olan  hallarında  da  fetal  hemoqlobin 
dölün hipoksiya vəziyyətinə düşməkdən qoruyur. Əlbəttə, bu mexanizmin işləməsi 
üçün ana qanında oksigenin parsial təzyiqinin aşağı həddi də məhdud olmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə