Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

80 
 
nahiyyəsinin  yerinin  dəyişməsi,  həmçinin  tənəffüs  çatmamazlığı  əlamətləri  qeyd 
edilir. 
Qarın boşluğunun qanaxmaları zamanı (haemoperitoneiim - hemoperitonium) 
qarnın  köpməsi,  bağırsaqların  peristaltikasının  zəifləməsi,  qarnın  ayrı-ayrı 
nahiyyələrində  perkutor səsin kütləşməsi, bəzən peritonun  qıcıqlanma  simptomları 
müşahidə olunur. 
Oynaq boşluqlarına qanaxmalar (huemurtrosis) oynaq həcminin böyüməsi ilə, 
kəskin ağrılı olması ilə, funksiyasının pozulması ilə özünü görsədir. Qansızmalar və 
hematomalar  zamanı  adətən  həmin  nahiyyələrin  şişkinlikliyi  və  ağrı  simptomları 
meydana çıxır. 
Bir çox hallarda qanaxma nəticəsində orqanların funksiyalarındakı baş vermiş 
dəyişkənliklər  xəstənin  vəziyyətinin  pisləşməsinin  və  hətta  ölümünün  səbəbi  qan 
itgisi  olmur.  Buna  misal  olaraq  perikard  boşluğuna  qanaxmanın  baş  verməsini 
göstərmək  olar.  Bu  zaman  ürəyin  tamponadası  meydana  çıxır  ki,  qan  itgisinin 
həcminin  az  olmasına  baxmayaraq,  ürək  qovmasının  kəskin  azalması  və  ürək 
dayanması nəticələnir. 
Baş beynin qansızmaları, subdural və beyindaxili hematomalar orqanizm üçün 
daha  ağır  mənzərələr  yaradır.  Burada  qan  itgisi  əhəmiyyətsiz  dərəcədə  olsa  da, 
bütün  simptomatika  nevroloji  pozulmalarla  əlaqədar  olur.  Belə  ki,  orta  beyin 
arteriyası  hövzəsində  qansızmalar,  adətən  kontrlateral  hemiparezə,  nitqin 
pozulmasına, zədələnmə tərəfində kəllə-beyin sinirlərin zədələnmə əlamətlərinə və 
s. səbəb olur. 
Xüsusən daxili qanaxmaların diaqnostikası üçün xüsusi diaqnostika üsullarının 
böyük əhəmiyyəti vardır. 
Xüsusi diaqnostika üsulları 
Qanaxmaların  diaqnostikası  üçün  xüsusi  müayinə  üsulları  içərisində  ən 
mühümləri bunlardır. 

 
Diaqnostik punksiyalar, 

 
Endoskopiya, 

 
Angioqrafiya, 

 
Ultrasəs müayinəsi (USM), 

 
Rentgen müayinəsi, 

 
Kompüter tomoqrafiyası (KT), 

 
Nüvə maqnit rezonans müayinəsi (NMR) 
Qeyd  etmək  lazımdır  ki,  bu  müayinə  üsulları  o  hallarda  tətbiq  edilir  ki, 
diaqnoz  dəqiq  deyil,  şübhəlidir  və  ya  onun  xarakteri  dəqiqləşdirilməlidir;  yəni 
müalicə  taktikası  üçün  xüsusi  əhəmiyyəti  vardır.  Əgər  diaqnoz  aydındırsa  və 
nəzərdə tutulan taktika birmənalıdırsa, heç bir müayinə üsullarının aparılması lazım 
deyil,  hətta  gecikdirmələrə  və  ağırlaşmalara  görə  zərərlidir,  onda  xəstəyə  dərhal 
yardım etməyə və müalicəyə başlamaq  lazımdır. 


81 
 
Diaqnostik  punksiyalar  bir  sıra  daxili  gizli  qanaxmalar  zamanı  tətbiq  edilir. 
Hemotoraksa  şübhə  olduqda  plevra  boşluğuniun  punksiyası,  hemartroza  şübhə 
olduqda  oynaqların  punksiyası,hematoperitoniuma  şübhə  olduqda  periton 
boşluğunun  punksiyası  (və  ya  laparosentez),  kəllədaxili  qansızmalara  və 
hematomalara şübhə olduqda lümbal punksiya , yumurtalıq kistalarının partlaması 
və  ya  uşaqlıqdankənar  hamiləliyin  pozulmasına  şübhə  olduqda  arxa  tağın 
punksiyası  aparılır.  Punksiya  üsulundan  yumşaq  toxumaların  hematomasının 
diaqnostikası üçün də istifadə edilir. 
Daxili  qanaxmaların  diaqnostikasında  tətbiq  edilən  əsas  üsullardan  biri 
endoskopik  üsuldur.  Mədə-bağırsaq  yolu  boşluğuna  qanaxmalar  zamanı 
ezofaqoqastroduodenoskopiya  və  ya  kolonoskopiya  müayinə  üsulundan  istifadə 
olunur.  Hematuriya  zamanı  sistoskopiya  üsulu,  heartroz  zamanı  artroskopiya 
üsulutətbiq  edilir.  Periton  və  ya  döş  boşluqlarına  qanaxmalar  olduqda  müvafiq 
olaraq laparoskopiya və ya torakoskopiya üsullarına müraciət olunur. 
Angioqrafiya  üsulu  kifayət  qədər  mürəkkəb  müayinələrdən  və  adətən    az 
miqdarda  qanitirmənin  olmasına  baxmayaraq,  damarın  zədələnməsinin  yeri  və 
xarakteri  aydın  olmayan  hallarındatətbiq  edilir.  Məsələn,  peritonarxası  hematoma 
zamanı  airtoqrafiya  aparıla  bilər.  Bəzi  qanaxmaları  angioqrafiyasız  diaqnozun 
qoyulması çox çətin olur (məsələn, Delfua sindromu mədənin və ya on iki barmaq 
bağırsağın  arteriyalarının  anevrizmasından  həmin  orqanların  daxilinə  olan 
qanaxmalar zamanı). 
USM,  rentgen  müayinəsi,  KTM,  NMR.  Bütün  bu  müayinə  üsulları 
qanaxmanın  müəyyən  lokalizasiyası  zamanı  axan  qanı  təyin  edə  bilir.  Məsələn, 
hematoraksın  baş  verməsi  zamanı  ağ  ciyərlərin  obzor  rentgenoqrafiyası  ilə, 
hemoperitoneum  zamanı  USM  ilə,  kəllə  boşluğunda  hematomalar  və 
qansızmalarzamanı  exolokasiya,  KTM,  NMR  müayinəsi ilə diaqnozu qoymaq  (və 
ya təsdiq etmək, dəqiqləşdirmək) olar. 
 
Qanaxmanın ümumi simptomları 

 
Qanaxmalar zamanı laborator göstəricilər 

 
Qan itgisinin həcminin qiymətləndirilməsi 

 
Posthemorragik şok haqqında anlayış 

 
Qanaxmalar zamanı qarşıdakı təxirəsalınmaz tədbirlər 

 
Qanaxmanın dayandıdılması 
Qanaxmalar  zamanı  ümumi  simptomların  müəyyən  edilməsinin  böyük 
əhəmiyyəti  var.  Birinci,  xəstənin  vəziyyətinin  çox  ağır  olmasına  baxmayaraq, 
bunun  səbəbi  aydın  olmadıqda  təxirəsalınmaz  qaydada  güman  edilən  daxili 
qanaxmanın  diaqnostikası  üçün  mütləq  lazımdır.  Ikincisi,  ümumi  simptomların 
aşkarlanması  xəstənin  ağırlığını,  qan  itgisinin  həcmini  qiymətləndirmək  üçün 
lazımdır.  Bu  isə  müalicə  taktikasının  və  intensiv-infuzion-transfuzion  terapiyanın 


82 
 
xarakterinin müəyyənləşdirilməsi üçün xəstənin həyatını xilas etmək səviyyədsində 
vacibdir. 
Qanaxmanın klassik əlamətləri bunlar: 

 
avazımış soyuq nəm dəri örtüyü, 

 
arterial təzyiqin enməsi, 

 
takikardiya. 
Əlbəttə,  simptomların  təzəhür  dərəcəsi  qan  itgisinin  həcmindən  asılıdır. 
Qanaxmanın  kliniki  mənzərəsini  daha  ətraflı  yaratmaq  üçün  sistemli  şəkildə 
aşağıdakılara diqqət verilməlidir: 
Şikayətləri  (əgər  müayinə  zamanı  huşu  saxlanlmışdırsa  və  ya  müayuinə  
zamanı huşu yoxdursa, yaxud adekvat deyilsə, onda ağırlaşan zaman onun yanında 
olan şəxsin verdiyi anamnestik məlumatlara görə): 

 
ümumi zəiflik, 

 
başgicəllənmə,  xüsusən  başını  qakldırdıqda,  “gözün  önünün  qaralması”, 
“gözün önündə qığılcımları oynaşması”, 

 
hava çatmamazlığı, 

 
narahatlıq, 

 
ürəkbulanma. 
Obyektiv müayinələr zamanı təyin edilir: 

 
solğunlaşmış dəri örtüyü, soyuq tərbasma, akrosianoz; 

 
hipodinamiya; 

 
huşun toamozlanması və digər pozulmaları; 

 
sapvari nəbz, taxikardiya; 

 
arterial təzyiqin enməsi; 

 
təngnəfəslik; 

 
diurezin pozulmaları. 
 
Qanaxmalar zamanı laborator göstəricilər 
Qanaxmalar  zamanı  laborator  müalinələrin  nəticələri  diaqozun  qoyulması  ilə 
yanaşı, eləçə də qan itgisinin həcmini müəyyən etmək, homeostaz sistemionin digər 
göstəricilərinin  vəziyyətlərini  qiymətləndirmək,  habelə  xəstənin  dinamikada 
vəziyyətinə nəzarəti (qanaxma dayanmışdır, yoxsa davam edir) təmin etmək  üçün 
vacibdir. 
Qanaxmalar üçün aşağıdakı göstəricilərin nəticələri daha adekvatdır: 

 
Periferik  qanda  hemoqlobinin  qatılığı.  Qanaxmalarda  bu  göstəricinin 
səviyyəsi autihemodilyusiya nəticəsində aşağı düşür. Normada 125-160 q/l. 

 
Periferik  qanda  eritrositlərin  miqdarı.  Qanaxmalarda  bu  göstəricinin 
səviyyəsi autihemodilyusiya nəticəsində aşağı düşür. Normada 4,0-4,0•10
12
/l. 

 
Hematokrit  göstöricisi.  Formalı  elementlərin  həcminin  bütöv  qanın 
həcmində olan faiz göstəricisidir. Qanaxmalarda azalır.  Normada  44-47%-dir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə