Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

78 
 
Normada ürək dəqiqədə ürək atmasının 4-5%-ni aldığı halda ağır hemorragik şoklar 
zamanı  tac  damarlarda  qan  cərəyanı  ürək  atmasından  20-15%  yüksək  ola  bilər 
(daha  doğrusu  həmin  vəziyyətdə  ürəkdə  perfuziyanın  adekvatlığını  təmin  etmək 
üçün  ürək  atmasının  20-15%-ni  ala  bilər)  [Wilson,  1980].  Qanitirmənin  həcmi 
böyük olmadıqda belə vəziyyət kompensator xarakter daşıyır. Qanitirmənin həcmi 
müəyyən  həddən  yüksək  olduqda  qan  dövranının  mərkəzləşməsi  həmin  “birinci 
dərəcəli”  orqanların  qan  təzhizatını  da  təmin  etmir  və  dekompensasiya  inkişaf 
edərək, şokun yaranmasına gətirib çıxarır. 
Əgər  periferik  vazokonstriksiya  güclüdürsə  və  uzun  müddətlidirsə,  onda  baş 
vermiş  toxuma  perfuziyasının dərin pozulması  lizosomal  fermetlərin və vazoaktiv 
maddələrinazad  olmasına  səbəb  olur  ki,  bunların  təsirləri  nəticəsində  qan 
dövranının  pozulmalarını  daha  da  dərinləşdirir.  Bəzi  hallarda  massiv  qanaxma 
nəticəsində arterial təzyiqin enməsini korreksiya etmək məqsədi ilə çox səhv olaraq, 
vazopressor  təsirli  preparatlardan  istifadə  edirlər.  Belə  yanaşma  yolverilməzdir! 
Onu  qeyd  etmək  lazımdır  ki,  vazopressor  preparatlardan  istifadə  etdikdə,  xüsusən 
də kəskin hipovolemiya aradan qaldırılmamışdırsa, dərin patoloji hal kimi meydana 
çıxmış  vazokonstriksiyanı  və  taxikardiyanı  daha  da  dərinləşdirir,  nəticədə 
toxumaların  işemik  və  hipoksiki  vəziyyəti  daha  da  ağırlaşır  və  zədələnmələrin 
dərəcələrini artır. 
Massiv qanitirmə zamanı nəbzin tezliyi, adətən 120-130 vurğu/dəqiqəyə qədər 
və daha  çox artır;  simpatik sinir  sisteminin stimulyasiyası  ilə əlaqədar  çox  yüksək 
rəqəmlərə  çatır.DQH-nin  kəskin  azalması  şəraitində  ürək  vurğularının  tezliyinin 
artması  qan  dövranının  dəqiqəlik  tutumunu  optimal  səviyyədə  saxlamağa  yönəlir. 
Lakin  əgər  ürək  vurğularının  tezliyi  dəqiqədə  150-ni  aşarsa,  onda  ürək  tsiklində 
diastolanın və pauzanın müddətinin kəskin qısalması, buna müqabil tac damarlarda 
qan cərəyanı və mədəciklərin dolması, nəticədə ürək atmasının həcmi azalacaqdır. 
Taxikardiya vəziyyəti – ürək fəaliyyətinin qənaətcil olmayan rejimidir. Kəskin 
qanitirmə  zamanı  nəbzin  dəqiqədə120-130  vurğuya  qədər  və  daha  çox  tezləşməsi 
xəstənin  həyatını  xilas  etrmək  üçün  kompleks  tədbirlərin  aparılmasına  birbaşa 
göstərişdir və DQH-nin kompensə olunmayan defisitini, davam edən damar spazmı 
və  infuzion-transfuzion  terapiyanın  adekvat  olmadığını  (əgər  intensiv  terapiya 
tədbirləri  görülürsə)  təsdiq  edir.  Hesab  edilsəki,  tədbirlər  adekvat  aparılmışdır, 
ondaarterial və mərkəzi venoztəzyiqləri, dərinin rəngini və temperaturasını, saatlıq 
diurezi nəzərə almaqla müəyyən etmək lazımdır ki, taxikardiya hipovolemiyanınmı 
və  DQH-nin  qədərincə  yerinin  doldurulmamasınınmı  nəticəsidir.  Əgər  belədirsə, 
onda  qanaxmanın  mənbəyini  axtarmaq  və  tapıb,  aradan  götürmək,eyni  zamanda 
infuzion-transfuzion terapiyanı sürətləndirmək lazımdır. 
Aydın  məsələdir  ki,  kəskin  qanitgisi  zamanı  ürək  yığılmalarının  tezliyinin 
artması əsas kliniki əlamət hesab edilir. Dinamiki müşahidə aparılması zamanı onun 


79 
 
vəziyyəti  qiymətləndirməsi  üçün  daha  əhəmiyyətlidir,  onda  bu  göstərici  kliniki 
mənzərəni və müalicənin effektini adekvat əks etdirmiş olur.   
Venoz  vazokonstriksiya.  Kəskin  qanitirmə  zamanı  qanın  dövranının 
mərkəzləşməsini təmin edən mexanizmlərdən biri də tutum damarlarının sıxılması, 
venaların konstriksiyasıdır.  
....... 
 
Qanaxmanın diaqnostikası 

 
Gizli daxili qanaxma 

 
Xüsusi diaqnostik metodlar 
Xəstədə  qanaxmanı  aşkar  etmək  üçün  onun  yerli  və  ümumi  simptomlarını 
bilmək, xüsusi diaqnostik metodların tətbiq etmək lazımdır. 
 
 
Qanaxmanın xüsusi simptomları 
Xarici qanaxma zamanı zamanı diaqnoz qoymaq çox asandır. Demək olar ki, 
həmişə  onun  xarakterini  (arterrial, venoz,  kapilyar)  müəyyən  etmək  olar  və  xaricə 
axan qanın miqdarına görə qan itgisinin həcmini adekvat qiymətləndirmək olar. 
Aşkar  daxili  qanaxmanın  diaqnostikasında  isə  çətinliklər  olur.  Hətta  daxilə 
axmış  qan  hansı  formada  xaricə  çıxsa  da,  bu,  dərhal  baş  vermir,  müəyyən 
müddətdən  sonra  görsənir.  Ağ  ciyər  qanaxmaları  zamanı  qan  hayxırma    və  ya 
burundan, ağısdan köpüklü qan müşahidə edilir. 
Yemək borusu və mədə qanaxmaları zamanı qanlı ya da “qəhvə xıltı” şəklində 
qusma baş verir. Mədədən, öd yollarından və on iki barmaq bağırsaqdan  qanaxma 
olduqda , adətən, qara rəngli stul – melena müşahidə olunur. 
Kalda  malina,  albalı  rəngdə  və  ya  al  qan  görsənsə,  onda  bu  qanaxmanın 
mənbəyi  yoğun  bağırsaq  və  ya  düz  bağırsaqdır.  Böyrəklətrdən  qanaxma  zamanı 
sidikdə al qan – hematuriya olur. 
Onu qeyd etmək lazımdır ki, aşkar daxili qanaxma zamanı qanın axması həmin 
vaxt görsənmir, bir az sonra aşkar olunur. Buna görə də ümumi simptomlardan və 
diaqnostikanın xüsusi üsullarından istifadə etmək lazımdır. 
Gizli daxili qanaxmalar. 
Daxili  gizli  qanaxmaların  diaqnostikası  daha  mürəkkəbdir.  Bu  zaman  yerli 
sinptomları  2  qrupa  bölmək  olar:  axmış  qanın  aşkarlanması,  zədələnmiş  orqanın 
funksiyasının pozulmaı. 
Qanaxmanın  mənbəyinin  lokalizasiyasından  asılı  olaraq  axmış  qanın 
əlamətlərini  aşkar  etmək  cürbəcür  ola  bilər.  plevra  boşluğuna  qanaxma 
(haemothorax - hemotoraks) zamanı döş qəfəsinin müvafiq səthində perkutor səsin 
kütləşməsi, həmin nahiyyədə tənəffüsün auskultativ zəifləməsi, döş qəfəsində aralıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə