Dövlət və hüquq nəzəriyyəsi
dövrlərdən onun ayrılmaz atributu olmuşdur."' T.V.Kaşaninanın
fikrincə, hüququn «uşaqlıq dövrü» ibtidai icmanın hələ tam
dağılmadığı dövrdən başlayır. O, «uşaqlıq dövründə» olan hüququ
arxaik hüquq adlandırır. T.V.Kaşanina yazır ki, arxaik hüququn əsas
xüsusiyyəti onun lokal, yerli xaratkerə malik oiması ilə bağlıdır. Yəni
bu hüquq kənd, icma, tayfa, xalq hüququ idi. Arxaik hüquq
«aşağıdan», xalqın özü tərəfindən formalaşdırılmışdır. Odur ki, arxaik
hüququn normaları daha çox adət xaraterli olmuş, yəni bir çox
nəsillərin təcrübəsindən keçərək tarixən formalaşan davranış
qaydaları kimi təzahür etmişdir. Məhz buna görə də, arxaik hüququn
bir alternativ adı da «adət hüququdur». Bu cür adətlər müəyyən
dövrdən sonra başçılar, kahinlər və s. «orqanlar» tərəfindən
mühafizə olunmağa başlamış və bunun nəticəsində onlar «adi
adətlərdən» hüquqi adətlərə çevrilmişdir. Nəticədə də adət hüququ
meydana
gəlmişdir.2
Arxaik hüququn «adət hüququndan» başqa «ənənəvi hüquq»,
«primitiv hüquq» kimi sinonimləri də var. Həmin yanaşmanın
tərəfdarları adət hüququnu hüququn müstəqil tarixi tipi hesab edirlər.
Bu hüququn «arxaik hüquq», «protohüquq», «ibtidai hüquq»
adlandırılması isə onun müasir hüquqdan fərqləndiyini vurğulamaq
məqsədi güdür.
Qərb hüquqşünaslarının və etnoqraflarının da bir çoxu belə
hesab edir ki, hüquqi tənzimetmə cəmiyyətin olduğu hər bir yerdə var
və onun mövcudluğu birbaşa cəmiyyətlə bağlıdır. Məsələn, fransız
alimləri R.Pento və M.Qravitsinin fikrincə, «hər bir insan cəmiyyəti
hüquqla şərtlənir və heç bir cəmiyyət müəyyən hüquq qaydası
olmadan mövcud ola bilməz».^
Tədqiqatçılar
hüquqi
xarakterli
normaların
dövlətin
yaranmasından əvvəl də mövcud olduğunu əsaslandırmaq məqsədi
ilə adət hüququnun normalarını digər normativ tənzimləyicilərdən
'Алексеев C.C. Право: опыт коллективного исследования.
S.
185
.
^Кашанпиа Т.В.
Происхождение государства и права.
S.212.
Кашанина Т.В.
Происхождение государства и права.
S.16.
111
ilqar Məmmədov
fərqləndirən cəhətləri aydınlaşdırmağa çalışırlar. Hüquq normalarının
digər normativ tənzimləyicilərdən fərqləndirilməsi üçün normanın
pozulması aktı ilə normanı pozan şəxsə sanksiya tətbiq edilməsi
arasında əlaqə məsələsinə xüsusi diqqət verilir. Misal üçün göstərilir
ki, dövlətəqədərki cəmiyyətlərdə qanunlar, məcəllələr olmasa da,
məlum idi ki, bir şəxs başqa bir şəxsə zərər vurarkən əməlinin
xarakteri və zərərin həcmi, ağırlıq dərəcəsi nəzərə alınmaqla ona
hansı sanksiyalar (hamı tərəfindən məzəmmət, qəbilədən qovulma,
ölüm cəzası və s.) tətbiq ediləcəkdir. Lap qədim dövrlərdən hüquqi
xarakterli
adətlər
məhz
bu
əsasda
formalaşmışdır.
Y.İ.Semyonovanın fikrincə, «adət hüququnun əsasında bir insan
qrupunun başqa bir qrupa yetirdiyi zərər anlayışı durur».''
ilk dövlətlərin hüquqi xarakterli münasibətlər sahəsinə
müdaxiləsi, əksər hallarda, səthi və sporadik xarakter daşıyırdı.
Dövlətin hüquq qaydasını təmin etməsi də, daha çox hüquqi
xarakterli
adətlərin
normativ
materiallarına
əsaslanırdı.
Mərkəzləşdirilmiş hakimiyyət orqanlarının, dövlətçiliyin təməl
strukturunun yaradılması çox güman ki, əvvəl-əvvəl hüquqi xarakterli
adətlərin cəmiyyətdəki mövqeyinə və roluna zəif təsir göstərirdi.
Lakin dövlət ictimai münasibətlərin hüquqi tənzimlənməsi sahəsinə
daha dərindən müdaxilə etdikcə məhkəmə, cəza, sanksiya və s.
institutlar mexanizminə də tam şəkildə yiyələnməyə marağı artırdı.
Adətlərin dövlət tərəfindən sanksiyalaşdırılması dövlətin adət hüququ
vasitəsi ilə ictimai münasibətləri tənzimlənməsinə xidmət edirdi.
Dövlətlərin bir çoxunda sanksiyalaşdırılmış adətlər tədricən
sistemləşdirilir və yazıya alınır, sonra yeni tələblərə və şəraitə
uyğunlaşdırılırdı. Babilistanda Hammurapi qanunları. Qədim Romada
XII Cədvəl Qanunu, franklarda «Salik Hüququ» və s. bilavasitə
dövlətin iştirakı olmadan formalaşmış və sonradan dövlət tərəfindən
kompilyasiya edilmiş normalardan təşkil olunmuşdur. İngiltərədə isə
bu proses daha da irəli getmiş və adətlər
1 Обычай в праве. Сборник. / Зумбулидзе Р.-М.З. Обычное право как
источник гражданского права./ 8.15.
112
Dövlət və hüquq nəzəriyyəsi
əsasında ümumi hüquq adlandırılan xüsusi bir sistem yaradılmış və
bu sistem həmin ölkənin sonrakı inkişaf dövrlərində də öz
əhəmiyyətini itirməmişdir.
Adət hüququ şifahi hüquq kimi yaranmışdır. Bu hüquq xalq
şüurunun ayrılmaz tərkib hissəsi olduğundan hamı tərəfindən başa
düşülən səviyyədə idi. Adət hüququnun normaları insanların inamına
və vərdişə əsaslandığından könüllü həyata keçirilirdi və şifahi olaraq
nəsildən-nəslə ötürülərək qorunub saxlanırdı. Lakin buna
baxmayaraq, normaların təmin edilməsi üçün məcburiyyət
tədbirlərindən də istifadə edilirdi. Ümumiyyətlə, adət hüququ
sistemləşdirilməmiş hüquq forması idi. Dövlətlərin ərazisinin
genişlənməsi, əhalinin sayının çoxalması «şifahi hüququn»
cəmiyyətə təsir imkanlarını məhdudlaşdırmış və dövlət tərəfindən
normaların tətbiq olunmasını çətinləşdirmişdir. Belə ki, normaların
şifahiliyi və şifahi ünsiyyətin özü həm coğrafi, həm də sosial
baxımdan fərdlərin bir-birinə yaxın olmasını tələb edir. Odur ki,
dövlətin ərazisi genişləndikçə, əhalinin sayı artıqca və ictimai
münasibətlər mürəkkəbləşdikcə «şifahi hüququn» bütün dövlət
ərazisində effektiv işləməsi də çətinləşirdi. Yazı mədəniyyətinin
yaranması və bunun nəticəsində hüquqi adətlərin yazıya alınması
geniş bir ərazidə yaşayan çoxlu insanlardan təşkil olunan cəmiyyətdə
hüquqi
yaddaşın
güclənməsinə,
hüquq
yaradıcılığının
təkmillləşməsinə, normaların sistemləşdirilməsinə səbəb olmuşdur.
Yazılı hüququn sosial təsirinin effektivliyini xarakterizə edərkən
fransız alimi Norber Rulan yazır: «Həqiqətən də şifahi ünsiyyətlə
müqayisədə yazı zaman üzərində daha dərindən və daha asan hökm
etməyə imkan yaradır. O, özünün anonimliyinə görə hakimiyyət üçün
daha sərfəli alətə çevrilir və mürəkkəb, güclü tərzdə iyerarxiyalaşmış
cəmiyyətlərə asan uyğunlaşır».^
S.S.Alekseyev yazır ki, hüququn əsl tarixinin başlamasından
əvvəlki mərhələlərdə hüquqi tənzimetmə, bütövlükdə sosial tən-
71
.
Pyjıan Hop6ep.
lOpHnHnecKaa anxporıoaorHfl. MocKBa,
2000, s.
113
Dostları ilə paylaş: |