Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə146/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   142   143   144   145   146   147   148   149   ...   205

ilqar Məmmədov 

lər. Bu problem, əsasən, hüquq mühafizə orqanlarının tərkibi ilə bağlı 

mübahisələrin  elmi  ədəbiyyatda  hələ  də  birmənalı  şəkildə  həll 

edilməməsindən  irəli  gəlir.  Məlum  olduğu  kimi,  hüquqşünaslar 

arasında hansı orqanların hüquq mühafizə orqanları kateqoriyasına 

aid edilməsi ilə bağlı yekdil bir rəy formalaşmamışdır. Qanunvericilik 

aktlarında da, bu barədə dəqiq göstəriş yoxdur. 

Dövlət orqanlarından hansıların hüquq mühafizə orqanlarına aid 

olması  məsələsini  həll  etmək  üçün  hüquq  mühafizə  fəaliyyətinin 

başlıca əlamətlərinin müəyyənləşdirilməsinin xüsusi əhəmiyyəti var. 

Hüquq  mühafizə  fəaliyyəti  deyərkən,  xüsusi  səlahiyyətli  orqanların 

qanunvericiliklə 

müəyyən 

edilmiş 


qaydada 

hüquqi 


təsir 

tədbirlərindən  istifadə  etməklə  hüququ,  hüquq  qaydasını  mühafizə 

etmək məqsədi güdən dövlət fəaliyyəti başa düşülür. Tədqiqatçıların 

bir çoxu həmin bu fəaliyyətin məzmunundan və mahiyyətindən çıxış 

edərək  belə  hesab  edirlər  ki,  müəyyən  kriteriyalara  görə  hüquq 

mühafizə  orqanlarına  məhkəmə,  prokurorluq,  daxili  işlər,  milli 

təhlükəsizlik  orqanları,  vergi  işi  ilə  bağlı  olan  orqanlar,  gömrük 

orqanları, ədliyyə orqanları aid edilməlidir.1 

Belə  olan  halda,  hüquq  mühafizə  orqanları  sırasına  icra 

hakimiyyəti orqanları ilə bərabər, məhkəmə hakimiyyəti orqanları, o 

cümlədən,  bəzi  dövlətlərdə  heç  bir  hakimiyyət  qoluna  aid  olmayan 

prokurorluq orqanları (məsələn, Rusiya Federasiyası) daxil edilir. Bu, 

o deməkdir ki, hüquq mühafizə orqanları tam şəkildə icra və yaxud 

məhkəmə  hakimiyyətinə daxil olmadan dövlət  mexanizminin  ayrıca 

bir tərkib hissəsi kimi çıxış edir. 

Məhkəmə  orqanları  həm  də  dövlət  mexanizminin  strukturuna 

hakimiyyətin  üçüncü  qolunu  təşkil  edən  orqanlar  sistemi  kimi  daxil 

olduğundan, tədqiqatçıların bir qismi həmin orqanlar istisna olmaqla, 

digər  hüquq  mühafizə  orqanlarını  güc  strukturları  kimi  xarakterizə 

edir.  Beləliklə,  «güc  strukturları»  anlayışından  istifadə  olunarkən 

hüquq  mühafizə  fəaliyyətini  həyata  keçirən  icra  hakimiyyətinin 

müvafiq orqanları (polis, penitensiar orqanlar, təhlükəsizlik orqanları 

və s.) və ordu nəzərdə tutulur. 

' CaBioK 

JI.K. 


OpaBooxpaHHTeji'bHbie opranbi. 

S. 24.


 

438 



Dövlət və hüquq nəzəriyyəsi 

Bəzi  müəlliflər  isə  həmin  orqanları  dövlət  orqanları  sisteminin 

ayrıca  bir  həlqəsi  kimi  qəbul  etsələr  də,  onların  güc  strukturu  kimi 

xarakterizə  edilməsini  yanlış  hesab  edirlər.  Məsələn,  həmin 

mövqedən çıxış edən V.A.Çetverninin fikrincə, adı çəkilən qurumların 

«güc strukturları» adlandırılması belə bir təəssürat yaradır ki, dövlət 

aparatının  bir  hissəsi  hüquqi  deyil,  məhz  güc  tipli  hakimiyyəti  ifadə 

edir."' 


Hər  bir  halda  inkar  edə  bilmərik  ki,  dövlət  hakimiyyətinə  güc 

verən dövlət məcburiyyət tədbirlərini tətbiq etmək səlahiyyətinə malik 

olan  həmin  orqanların  hakimiyyətin  bu  və  ya  digər  qoluna  mənsub 

olmasına baxmayaraq, onlar bütövlükdə dövlət mexanizminin xüsusi 

bir  həlqəsini  təşkil  edir.  Belə  ki,  bütün  bu  orqanlar  (məhkəmə 

orqanları,  prokurorluq  orqanları,  gömrük  orqanları,  polis  və  s.) 

hakimiyyətin  ayrı-ayrı  qollarına  (bəzi  dövlətlərdə  isə  prokurorluq 

hakimiyyətin  heç  bir  qoluna  mənsub  deyil  və  dövlət  mexanizmində 

ayrıca  yeri  var)  mənsub  olsalar  da,  dövlətin  eyni  bir  funksiyasının 

həyata  keçməsini  təmin  etməklə  bir  məqsəd  və  eyni  bir  vəzifənin 

həyata  keçirilməsi  üçün  fəaliyyət  göstərir  və  dövlət  mexanizminin 

tərkibində  ayrıca  bir  sistem  təşkil  edirlər.  Həmin  sistemə  daxil  olan 

orqanları  xarakterizə  edən  əsas  xüsusiyyətlər  onların  fəaliyyəti 

nəticəsində hüquq pozuntularının aşkar edilməsi və bu pozuntuların 

qarşısının  alınması,  hüquq  pozuntusuna  yol  vermiş  subyektlərin 

məsuliyyətə 

cəlb 

edilməsi, 



ictimai 

asayişi, 

mülkiyyətin 

toxunulmazlığını,  insan  və  vətəndaş  hüquq  və  azaqlıqlarının  təmin 

edilməsi,  həmçinin  bütün  bunları  həyata  keçirərkən  dövlət 

məcburiyyət  tədbirlərindən  istifadə  etmək  səlahiyyətinə  malik 

olmaları ilə bağlıdır. 

Ölkənin,  dövlətin  müdafiə  olunması  kimi  ayrıca  bir  funksiyanın 

həyata keçməsinə xidmət edən ordu isə dövlətin əsas silahlı qüvvəsi 

olmaqla müvafiq icra hakimiyyəti orqanına tabedir. Digər dövlətlərin 

təcrübəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasında  da  ordu 

quruculuğu və onun təşkili, ordunun maddi- 

' Проблемы обшей теории права и государства. 

Под ред. Нерсесяица 

В.С.

 S. 584. 



439 


ilqar Məmmədov 

texniki təchizatı ilə bağlı fəaliyyət icra hakimiyyəti orqanları sisteminə 

daxil  olan  xüsusi  bir  orqanın-Müdafiə  Nazirliyininin  səlahiyyətinə 

verilmişdir. 

Məhkəmə orqanları. Dövlət hakimiyyətinin müstəqil bir qolu olan 

məhkəmə  hakimiyyəti  məhkəmə  orqanlarından  təşkil  olunur  və 

ədalət  mühakiməsi  yalnız  bu  orqanlar  vasitəsilə  həyata  keçirilir. 

Həmin orqanların ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı 

fəaliyyəti  qanunvericilik  tərəfindən  dəqiq  şəkildə  tənzimlənir  və  bu 

dəqiqlik  prosessual  qaydalara  uyğun  hərəkətlərin  yerinə 

yetirilməsində ifadə olunur. Prosessual qaydalardan kənara çıxmaq 

və  ya  məhkəmə  tərəfindən  qanunda  göstərilməyən  hərəkətə  yol 

vermək ədalət mühakiməsinin həyata keçirilməsində mümkün hesab 

edilmir. 

Demokratik  dövlətlərdə  məhkəmə  hakimiyyətinin  sosial  rolu 

cəmiyyətdə hüquqla tənzimlənən münasibətlər sahəsində konfliktlər 

baş verdikdə həmin konfliktləri həll etməklə hüququn aliliyinin təmin 

edilməsindən,  qanunla  qorunan  maraqların  müdafiə  olunmasından, 

ədalət  mühakiməsini  həyata  keçirmək  və  cəmiyyətdə  ədalət 

mühakiməsinə  inam  və  etimadın  yaradılmasından,  ictimai  həyatın 

bütün sahələrində qanunçuluğun bərqərar edilməsindən ibarətdir. Bu 

hakimiyyət vətəndaşları özbaşınalığa yol verən məmurların və onların 

arxalandığı  nəhəng  bürokratik  aparatın  əzici  gücündən  qoruyur  və 

dövlət hakimiyyətinin digər qollarına mənsub olan orqanlar arasında 

baş  verən  konfliktləri  həll  etməklə  dövlət  aparatının  fəaliyyətində 

nizamın təmin edilməsində iştirak edir. 

Məhkəmə  hakimiyyətinin  strukturu  iki  cür:  monosistemli  və 

polisistemli olur. Monosistemli strukturlarda məhkəmə orqanları olan 

məhkəmələrdən  şaquli  təşkilatlanma  qaydasında  vahid  sistem 

yaradılır.  Bu  strukturda  məhkəmə  sistemi  yalnız  məhkəmə 

instansiyası  üzrə  təşkilatlanır.  Beləliklə,  məhkəmələr  bir  neçə 

instansiyaya  ayrılır  və  aşağı  instansiya  məhkəməsinin  işə  baxması 

nəticəsində  qəbul  edilən  qərardan  yuxarı  instansiya  məhkəməsinə 

şikayət verildikdə, həmin işə yuxarı instansiya məhkəməsi də baxa 

bilir. Məhkəmə hakimiyyəti orqanlarının 

440 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə