Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə144/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   140   141   142   143   144   145   146   147   ...   205

ilqar Məmm9dov 

sından təyin edir. Parlamentli və prezidentli respublika elementlərinin 

uzlaşdığı  qarışıq  idarəetmə  formasında  isə  bir  çox  hallarda  formal 

olaraq  hökumətin  formalaşdırılmasının  parlamentdən  kənar  modeli 

mövcuddur. Lakin həmin dövlətlərdə hökumət parlament tərəfindən 

etimad aldıqdan sonra fəaliyyət göstərdiyinə görə, parlament faktiki 

olaraq  hökumətin  formalaşdırılmasına  təsir  göstərir.  Fransada 

hökumətin  formalaşdırılmasını  buna  misal  göstərə  bilərik.  Həmin 

ölkədə  hökumət  formalaşdırılarkən  prezident  hökumət  başçısını, 

sonuncu  isə  hökumət  üzvlərini  təyin  edir.  Lakin  hökumətin  normal 

fəaliyyət göstərməsi üçün ona parlamentin aşağı palatası tərəfindən 

etimad  göstərilməlidir.  Bundan  əlavə,  hökumət  prezidentlə  bərabər 

parlament  qarşısında  da  cavabdehdir.  Parlamentin  aşağı  palatası 

hökumətin  ümumsiyasi  deklerasiyasını  və  ya  proqramını  qəbul 

etmədiyi halda, baş nazir prezidentə hökumətin istefası barədə ərizə 

ilə  müraciət  etməlidir.  Prezidentli  respublikalarda  isə,  ali  icra 

hakimiyyəti prezidentə məxsus olduğundan mərkəzi icra hakimiyyəti 

orqanlarını  özündə  cəmləşdirən  kollegial  orqanın  təşkili  də 

prezidentin  özü  tərəfindən  müstəqil  şəkildə  həyata  keçirilir.  Misal 

üçün,  Kolumbiyanın  konstitusiyasına  görə,  dövlət  başçısı  və  ali 

inzibati hakimiyyət orqanı olan prezident kabinetə daxil olan nazirləri 

və inzibati departamentlərin direktorlarını özü vəzifəyə təyin edir və 

vəzifədən  azad  edir.  Bir  sıra  prezidentli  respublikalarda  parlament 

kabinetin  (buna  hökumət  yox,  kabinet  demək  daha  məqbuldur) 

təşkilində müəyyən dərəcədə iştirak etsə də, onun təşkili bilavasitə 

prezidentdən  asılıdır.  Yəni  parlamentlə  razılaşma  olmadıqda 

prezidentin  iradəsi  üstün  olur.  Azərbaycan  Respublikası 

Konstitusiyasında  da  buna  oxşar  bir  qayda  müəyyənləşdirilmişdir. 

Konstitutsiyaya əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti 

prezident 

tərəfindən, 

onun 


icra 

səlahiyyətlərinin 

həyata 

keçirilməsinin təşkili məqsədi ilə yaradılır və kabinetin iş qaydası da 



prezident tərəfindən müəyyənləşdirilir. Prezident kabinet üzvlərindən 

yalnız  Azərbaycan  Respublikası  Baş  Nazirini  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  razılığı  ilə  təyin  edir.  Azərbaycan 

Respublikasının Baş Naziri vəzifəsinə nami 

432 



Dövlət və hüquq nəzəriyyəsi 

zədlik haqqında təklif Milli Məclisin müzakirəsinə təqdim olunduqdan 

sonra, Milli Məclis Baş Nazir vəzifəsinə namizədlik haqqında qərarı 

həmin  namizədliyin  təqdim  edildiyi  gündən  bir  həftədən  gec 

olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan 

Respublikası  Prezidentinin  təqdim  etdiyi  namizədlərin  Azərbaycan 

Respublikasının  Baş  Naziri  vəzifəsinə  təyin  olunmasına  üç  dəfə 

razılıq verilməzsə, Azərbaycan Respublikası Prezidenti Azərbaycan 

Respublikasının  Baş  Nazirini  Azərbaycan  Respublikası  Milli 

Məclisinin razılığı olmadan təyin edə bilər. 

Partiya  tərkibi  və  ya  siyasi  tərkib  baxımından  hökumət  birpar- 

tiyalı, çoxpartiyalı (koalision) və partiyasız olur. 

Parlamentli  monarxiya  və  respublikalarda,  həmçinin  qarışıq 

idarəetmə  formasına  malik  olan  demokratik  dövlətlərdə  parlament 

seçkilərində bir partiya mütləq çoxluq qazandıqda və ya parlamentdə 

(parlamentin  aşağı  palatasında)  buna  yaxın  bir  mövqe  tutduqda 

birpartiyalı hökumət yaranır. Məsələn, Böyük Britaniyada birpartiyalı 

hökumət belə təşkil olunur. 

Prezidentli  respublikalarda  da  prezidentin  yaratdığı  kabinet 

birpartiyalı  olur.  Bu  cür  respublikalarda  prezident  nazirləri  özünün 

mənsub  olduğu  partiyanın  üzvlərindən  təyin  edə  bilir.  Lakin  bəzi 

hallarda kabinetin tərkibinə digər partiyaların nümayəndələrini və ya 

partiya  mənsubiyyəti  olmayan  bitərəf  mütəxəssisləri  də  daxil  edir. 

Belə  olduqda,  digər  partiyaların  nümayəndələri  də  prezidentin 

siyasətinə xidmət etməlidirlər. 

Avtoritar,  xüsusilə  də,  totalitar  rejimli  dövlətlərdə  hökumətin 

birpartiyalı  olması  adi  haldır.  Totalitar  dövlətlərdə  yalnız  bir  partiya 

fəaliyyət göstərdiyindən hökumət də birpartiyalı olur. Avtoritar rejimli 

dövlətlərdə  isə  müəyyən  dərəcədə  çoxpartiyalılığa  imkan 

yaradılmasına  baxmayaraq,  hökumət  üzvləri  hakim  partiyanın 

üzvlərindən  və  bəzi  hallarda  bitərəf  kimi  görsənsələr  də,  əslində 

hakimiyyətdə  olan  qüvvəyə  yaxın  şəxslər  də  cəlb  olunmaqla  təşkil 

edilir. 

Koalision 

hökumət 

parlamentli 

monarxiyalarda 

və 


respublikalarda,  həmçinin  qarışıq  idarəetmə  formasına  malik  olan 

dövlətlərdə təşkil olunur. Bunun əsas səbəbi parlamentdə özünə yer 

433 



ilqar Məmmədov 

almış  partiyalardan  heç  birinin  mütləq  çoxluğu  qazanmaması  ilə 

bağlıdır.  Belə  olan  halda,  partiyaların  heç  biri  müstəqil  olaraq 

hökuməti  formalaşdıra  bilmir  və  bir  neçə  partiyanın  liderləri 

razılaşaraq  parlamentin  əksər  üzvləri  tərəfindən  dəstəklənən 

koalisiya  hökumətini  yaradırlar.  Nazir  vəzifələri  də  liderlərin 

razılaşmasına əsasən həmin partiyalar arasında bölüşdürülür. Lakin 

çox  vaxt  koalisiya  hökuməti  möhkəm  olmur  və  müəyyən  fikir 

ayrılıqlarına görə tez də istefaya gedir. 

Partiyasız  hökumət  isə  koalision  hökumət  yaratmaq  mümkün 

olmasa  da,  parlament  (aşağı  palata)  buraxılmadıqda  təşkil  olunur. 

Belə  hökuməti  adətən  xidməti,  işgüzar  və  ya  məmur  hökuməti 

adlandırırlar.  Bu  hökumətdə  əsas  vəzifələr  müxtəlif  sahələrin 

mütəxəssislərinə verilir və həmin mütəxəssislər həm bitərəf, həm də 

müəyyən  partiyaya  mənsub  ola  bilərlər.  Lakin  bu  halda,  onların 

partiya  mənsubiyyəti  elə  bir  əhəmiyyət  kəsb  etmir.  Partiyasız 

hökumətlərin  ömrü  az  olur  və  partiyalılıq  əsasında  yeni  hökumətin 

formalaşdırılmasına  qədər  fəaliyyət  göstərir.  Partiyasız  hökumət 

ölkənin  böhrandan  çıxarılması  üçün  də  təşkil  edilir  və  bir-biri  ilə 

mübarizə  aparan  partiyalar  həmin  müddətə  bununla  razılaşmalı 

olurlar. 

Nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları. 

Həmin orqanlardan ibarət tərkib bütün ölkələrdə eyni deyil. Ayrı- ayrı 

ölkələrdə  profilinə  görə  müxtəlif  nazirliklər  və  digər  mərkəzi  icra 

hakimiyyəti orqanları mövcuddur. Hər bir ölkədə nazirliklər və digər 

mərkəzi icra hakimiyyəti orqanlarının tərkibi zaman keçdikcə dəyişir. 

Bu  cür  dəyişikliklər  nazirliklərin  və  digər  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  strukturunun  ictimai-siyasi  həyatın  yeni  tələblərinə 

uyğunlaşdırılması  zərurətindən  irəli  gəlir.  Lakin  bütün  bunlara 

baxmayaraq,  həmin  orqanların  səciyyəvi  əlamətləri,  onları  zəruri 

edən  şərtlər  və  tələblər  mahiyyətcə,  demək  olar  ki,  eynidir.  Yəni 

müəyyən fərqlərin olmasına baxmayaraq, hər bir dövlətdə bütün bu 

orqanlar cəmiyyətin ayrı-ayrı sahələri üzrə dövlət idarəçiliyinin həyata 

keçirilməsinə,  cəmiyyətdə  sosial-iqtisadi,  mədəni  inkişafın  əldə 

olunmasına, 

ictimai 


asayişin, 

hüquq 


qaydasının, 

dövlət 


təhlükəsizliyinin qorunmasına xidmət edir. 

434 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə