ilqar Məmm9dov
sından təyin edir. Parlamentli və prezidentli respublika elementlərinin
uzlaşdığı qarışıq idarəetmə formasında isə bir çox hallarda formal
olaraq hökumətin formalaşdırılmasının parlamentdən kənar modeli
mövcuddur. Lakin həmin dövlətlərdə hökumət parlament tərəfindən
etimad aldıqdan sonra fəaliyyət göstərdiyinə görə, parlament faktiki
olaraq hökumətin formalaşdırılmasına təsir göstərir. Fransada
hökumətin formalaşdırılmasını buna misal göstərə bilərik. Həmin
ölkədə hökumət formalaşdırılarkən prezident hökumət başçısını,
sonuncu isə hökumət üzvlərini təyin edir. Lakin hökumətin normal
fəaliyyət göstərməsi üçün ona parlamentin aşağı palatası tərəfindən
etimad göstərilməlidir. Bundan əlavə, hökumət prezidentlə bərabər
parlament qarşısında da cavabdehdir. Parlamentin aşağı palatası
hökumətin ümumsiyasi deklerasiyasını və ya proqramını qəbul
etmədiyi halda, baş nazir prezidentə hökumətin istefası barədə ərizə
ilə müraciət etməlidir. Prezidentli respublikalarda isə, ali icra
hakimiyyəti prezidentə məxsus olduğundan mərkəzi icra hakimiyyəti
orqanlarını özündə cəmləşdirən kollegial orqanın təşkili də
prezidentin özü tərəfindən müstəqil şəkildə həyata keçirilir. Misal
üçün, Kolumbiyanın konstitusiyasına görə, dövlət başçısı və ali
inzibati hakimiyyət orqanı olan prezident kabinetə daxil olan nazirləri
və inzibati departamentlərin direktorlarını özü vəzifəyə təyin edir və
vəzifədən azad edir. Bir sıra prezidentli respublikalarda parlament
kabinetin (buna hökumət yox, kabinet demək daha məqbuldur)
təşkilində müəyyən dərəcədə iştirak etsə də, onun təşkili bilavasitə
prezidentdən asılıdır. Yəni parlamentlə razılaşma olmadıqda
prezidentin iradəsi üstün olur. Azərbaycan Respublikası
Konstitusiyasında da buna oxşar bir qayda müəyyənləşdirilmişdir.
Konstitutsiyaya əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti
prezident
tərəfindən,
onun
icra
səlahiyyətlərinin
həyata
keçirilməsinin təşkili məqsədi ilə yaradılır və kabinetin iş qaydası da
prezident tərəfindən müəyyənləşdirilir. Prezident kabinet üzvlərindən
yalnız Azərbaycan Respublikası Baş Nazirini Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə təyin edir. Azərbaycan
Respublikasının Baş Naziri vəzifəsinə nami
432
Dövlət və hüquq nəzəriyyəsi
zədlik haqqında təklif Milli Məclisin müzakirəsinə təqdim olunduqdan
sonra, Milli Məclis Baş Nazir vəzifəsinə namizədlik haqqında qərarı
həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec
olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan
Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan
Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmasına üç dəfə
razılıq verilməzsə, Azərbaycan Respublikası Prezidenti Azərbaycan
Respublikasının Baş Nazirini Azərbaycan Respublikası Milli
Məclisinin razılığı olmadan təyin edə bilər.
Partiya tərkibi və ya siyasi tərkib baxımından hökumət birpar-
tiyalı, çoxpartiyalı (koalision) və partiyasız olur.
Parlamentli monarxiya və respublikalarda, həmçinin qarışıq
idarəetmə formasına malik olan demokratik dövlətlərdə parlament
seçkilərində bir partiya mütləq çoxluq qazandıqda və ya parlamentdə
(parlamentin aşağı palatasında) buna yaxın bir mövqe tutduqda
birpartiyalı hökumət yaranır. Məsələn, Böyük Britaniyada birpartiyalı
hökumət belə təşkil olunur.
Prezidentli respublikalarda da prezidentin yaratdığı kabinet
birpartiyalı olur. Bu cür respublikalarda prezident nazirləri özünün
mənsub olduğu partiyanın üzvlərindən təyin edə bilir. Lakin bəzi
hallarda kabinetin tərkibinə digər partiyaların nümayəndələrini və ya
partiya mənsubiyyəti olmayan bitərəf mütəxəssisləri də daxil edir.
Belə olduqda, digər partiyaların nümayəndələri də prezidentin
siyasətinə xidmət etməlidirlər.
Avtoritar, xüsusilə də, totalitar rejimli dövlətlərdə hökumətin
birpartiyalı olması adi haldır. Totalitar dövlətlərdə yalnız bir partiya
fəaliyyət göstərdiyindən hökumət də birpartiyalı olur. Avtoritar rejimli
dövlətlərdə isə müəyyən dərəcədə çoxpartiyalılığa imkan
yaradılmasına baxmayaraq, hökumət üzvləri hakim partiyanın
üzvlərindən və bəzi hallarda bitərəf kimi görsənsələr də, əslində
hakimiyyətdə olan qüvvəyə yaxın şəxslər də cəlb olunmaqla təşkil
edilir.
Koalision
hökumət
parlamentli
monarxiyalarda
və
respublikalarda, həmçinin qarışıq idarəetmə formasına malik olan
dövlətlərdə təşkil olunur. Bunun əsas səbəbi parlamentdə özünə yer
433
ilqar Məmmədov
almış partiyalardan heç birinin mütləq çoxluğu qazanmaması ilə
bağlıdır. Belə olan halda, partiyaların heç biri müstəqil olaraq
hökuməti formalaşdıra bilmir və bir neçə partiyanın liderləri
razılaşaraq parlamentin əksər üzvləri tərəfindən dəstəklənən
koalisiya hökumətini yaradırlar. Nazir vəzifələri də liderlərin
razılaşmasına əsasən həmin partiyalar arasında bölüşdürülür. Lakin
çox vaxt koalisiya hökuməti möhkəm olmur və müəyyən fikir
ayrılıqlarına görə tez də istefaya gedir.
Partiyasız hökumət isə koalision hökumət yaratmaq mümkün
olmasa da, parlament (aşağı palata) buraxılmadıqda təşkil olunur.
Belə hökuməti adətən xidməti, işgüzar və ya məmur hökuməti
adlandırırlar. Bu hökumətdə əsas vəzifələr müxtəlif sahələrin
mütəxəssislərinə verilir və həmin mütəxəssislər həm bitərəf, həm də
müəyyən partiyaya mənsub ola bilərlər. Lakin bu halda, onların
partiya mənsubiyyəti elə bir əhəmiyyət kəsb etmir. Partiyasız
hökumətlərin ömrü az olur və partiyalılıq əsasında yeni hökumətin
formalaşdırılmasına qədər fəaliyyət göstərir. Partiyasız hökumət
ölkənin böhrandan çıxarılması üçün də təşkil edilir və bir-biri ilə
mübarizə aparan partiyalar həmin müddətə bununla razılaşmalı
olurlar.
Nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları.
Həmin orqanlardan ibarət tərkib bütün ölkələrdə eyni deyil. Ayrı- ayrı
ölkələrdə profilinə görə müxtəlif nazirliklər və digər mərkəzi icra
hakimiyyəti orqanları mövcuddur. Hər bir ölkədə nazirliklər və digər
mərkəzi icra hakimiyyəti orqanlarının tərkibi zaman keçdikcə dəyişir.
Bu cür dəyişikliklər nazirliklərin və digər mərkəzi icra hakimiyyəti
orqanlarının strukturunun ictimai-siyasi həyatın yeni tələblərinə
uyğunlaşdırılması zərurətindən irəli gəlir. Lakin bütün bunlara
baxmayaraq, həmin orqanların səciyyəvi əlamətləri, onları zəruri
edən şərtlər və tələblər mahiyyətcə, demək olar ki, eynidir. Yəni
müəyyən fərqlərin olmasına baxmayaraq, hər bir dövlətdə bütün bu
orqanlar cəmiyyətin ayrı-ayrı sahələri üzrə dövlət idarəçiliyinin həyata
keçirilməsinə, cəmiyyətdə sosial-iqtisadi, mədəni inkişafın əldə
olunmasına,
ictimai
asayişin,
hüquq
qaydasının,
dövlət
təhlükəsizliyinin qorunmasına xidmət edir.
434
Dostları ilə paylaş: |