Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə142/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   138   139   140   141   142   143   144   145   ...   205

ilqar Məmmədov 

həm  də  geniş  icra  səlahiyyətlərinə  malikdir.  Məsələn,  ABŞ-da  icra 

hakimiyyətinin  strukturuna  prezident  rəhbərlik  edir  və  o,  kabinetin 

başçısı  hesab  olunur.  Kabinetdə  baş  nazir  vəzifəsi  yoxdur  və  ona 

rəhbərliyi bilavasitə prezident özü həyata keçirir. Kabineti də o özü 

təşkil  edir.  Kabinetə  daxil  olan  departament  başçılarını  (nazirləri) 

senatın razılığı ilə vəzifəyə təyin edir. Qalan aşağı vəzifələrə təyinatı 

prezident  təkbaşına,  heç  bir  orqanla  razılaşmadan  həyata  keçirir. 

Kabinet  konqresin  (parlamentin)  palataları  qarşısında  deyil,  yalnız 

prezidentin  qarşısında  məsuldur.  Onun  qəbul  etdiyi  aktlar  ali  icra 

hakimiyyəti orqanının aktları olmaqla dövlət həyatının, ictimai həyatın 

müxtəlif sahələri üzrə münasibətlərin tənzimlənməsində mühüm rol 

oynayır. Prezidentli respublika idarəetmə formasına daha yaxın olan 

Azərbaycan  Respublikasında  da  icra  hakimiyyəti  Azərbaycan 

dövlətinin  başçısı  olan  prezidentə  mənsubdur.  Konstitusiyaya 

əsasən,  o,  dövlət  başçısı  kimi  ölkənin  daxilində  və  xarici 

münasibətlərdə  Azərbaycan  dövlətini  təmsil  edir,  Azərbaycan 

xalqının  vahidliyini  təcəssüm  etdirir  və  Azərbaycan  dövlətçiliyinin 

varisliyini  təmin  edir.  Prezident  icra  səlahiyyətlərini  həyata 

keçirilməsinin  təşkili  məqsədi  ilə  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetini  yaradır.  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 

Azərbaycan  Respublikası  Prezidentinin  yuxarı  icra  orqanı  olmaqla 

prezidentə tabedir və onun qarşısında cavabdehdir. ABŞ-da kabinet 

qərarlar  qəbul  etmir,  yalnız  onları  müzakirə  edir.  Qərarları  ABŞ 

prezidentinin özü qəbul edir. Azərbaycanda isə Nazirlər Kabinetinə 

həlledici  məsələlər  üzrə  qərarlar  və  sərəncamlar  qəbul  etmək 

səlahiyyəti  verilmişdir.  Lakin  Azərbaycan  Respublikası  Nazirlər 

Kabineti  bu  cür  səlahiyyətlərə  malik  olmasına  baxmayaraq, 

Azərbaycan  Respublikası  Konstitusiyasının  114-cü  maddəsinə 

əsasən, Azərbaycan Respublikası Prezidentinin orqanıdır. Prezident 

Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

qərar 

və 


sərəncamlarını,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  aktlarını 

məqsədəuyğun hesab etmədikdə ləğv edə bilər. Prezidentə belə bir 

səlahiyyətin 

verilməsi 

Azərbaycan 

Respublikasında 

icra 

hakimiyyətinin ona mənsub olması və icra hakimiyyətinin mərkəz 



426 


Dövlət və hüquq nəzəriyyəsi 

ləşdirilmiş  qaydada  həyata  keçirilməsi  ilə  bağlıdır.  Nazirlər  Kabineti 

prezidentin  yuxarı  orqanı  kimi  onun  tabeçiliyində  olduğuna  görə, 

Ş.Əliyev  hesab  edir  ki,  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti, 

əsl  mənada,  hökumət  deyil.  Belə  ki,  klassik  mənada  hökumət 

dövlətin  icraedici  və  sərəncamverici  fəaliyyətinə  rəhbərlik  edən 

kollegial orqandır.■ * 

Elə  səlahiyyətlər  var  ki,  onlar  dövlətin  formasından  asılı 

olmayaraq,  demək  olar  ki,  bütün  ölkələrin  dövlət  başçıları  üçün 

eynidir.  Parlamentə  münasibətdə  dövlət  başçısının  həmin 

səlahiyyətləri  qanunverici  orqanın  sessiyalarının  çağrılması, 

parlamentin  qəbul  etdiyi  qanunların  promulqasiyası,  onu  buraxmaq 

hüququna malik olması, bir çox hallarda həm də veto hüququna malik 

olması  ilə  bağlıdır.  Dövlət  başçısının  həmin  ümumi  səlahiyyətlərinə 

hökuməti  təşkil  etmək  (bu,  təşkil  olunmuş  hökumətin  formal  olaraq 

təsdiq  edilməsi  kimi  də  özünü  göstərə  bilər),  hökuməti  və  nazirləri 

istefaya göndərmək, hakimləri təyin etmək, vətəndaşlıq və sığınacaq 

hüququ vermək, müəyyən növ beynəlxalq müqavilələri imzalamaq və 

ratifikasiya  etmək,  diplomatik  nümayəndələri  təyin  etmək  və  onları 

geri  çağırmaq,  xarici  dövlətlərin  diplomatik  nümayəndələrinin 

etimadnamə və övdətna- mələrini qəbul etmək, layiq bildiyi şəxsləri 

təltif etmək, məhkumları əfv etmək və s. bir sıra başqa hüquqlar da 

daxildir.  Dövlətin  formasından,  konstitusiya  qaydasından,  həmçinin 

siyasi-hüquqi  adətlərdən  asılı  olaraq,  bəzi  ölkələrdə  dövlət  başçısı 

həmin səlahiyyətləri diskresion qaydada, yəni öz müstəqil mülahizəsi 

və iradəsi əsasında, bəzi ölkələrdə isə digər orqanların ilkin qərarı və 

yaxud razılığı ilə həyata keçirir. İkinci hal icra hakimiyyətinin həyata 

keçirilməsi  işində  dövlət  başçısına  məhdud  səlahiyyətlərin  verildiyi 

dövlətlərə aiddir. 

Dövlət  başçısı  institutu  bir  şəxsdən  və  yaxud  bir  şəxsdə 

təcəssüm olunan orqandan və kollegial orqandan ibarət ola bilər. Bir 

şəxsdən və yaxud bir Şəxsdə təcəssüm olunan orqan- 



’  Алиев 

Шахнн. Научно-практический комментирий к Конституции 

Азербайджанской Республики. Баку, 2000, 8. 532. 

427 



ilqar Məmmədov 

dan ibarət olan dövlət başçısı institutunun monarxiya və prezidentlik 

institutu  kimi  iki  əsas  forması  var.  Həm  prezident,  həm  də  monarx 

dövlət başçılığını təkbaşına həyata keçirirlər. 

İkinci  halda  isə  dövlət  başçısı  parlament  tərəfindən  müəyyən 

müddətə  seçilən  və  fasiləsiz  fəaliyyət  göstərən  kollegial  orqandır. 

Məsələn, Kubada prezident vəzifəsi yoxdur. Bu ölkədə dövlət başçısı 

Dövlət  Şurasıdır.  Keçmiş  sosialist  dövlətlərində  (SSRİ,  Bolqarıstan, 

Macarıstan və s.) də dövlət başçısı ali nümayəndəli orqanın seçdiyi 

kollegial orqan olan rəyasət heyəti (daimi komitə, dövlət şurası) İdi. 

Hökumət.  Hökumət  dövlət  idarəçiliyini  həyata  keçirən,  yəni 

bütün  ölkə  üzrə  icraedici-sərəncamverici  (inzibati)  fəaliyyətə 

rəhbərlik  edən  ümumi  səlahiyyətli  kollegial  orqandır.  Hökumətin 

strukturu,  adətən,  ən  mühüm  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 

rəhbərliyindən  təşkil  olunur.  İcraedici-sərəncamverici  fəaliyyətin 

həyata  keçirilməsini  təmin  edən,  dövlət  İdarəetmə  sistemini  təşkil 

edən aparat onun sərəncamında olur. Hökumətə daxil olan nazirlər, 

digər vəzifəli şəxslər ayrı-ayrı sahələr üzrə öz səlahiyyətləri daxilində 

dövlət İdarəçiliyinin həyata keçirilməsinə xidmət edərkən hökumətin 

ümumi siyasətindən çıxış edirlər. Bir sıra ölkələrin konstitusiyasında 

və  ya  müvafiq  qanunvericilik  aktlarında  hökumətə  daxil  olan 

naziriliklərin  sayı  da  müəyyənləşdirilir.  Misal  üçün,  Norveç 

qanunvericiliyinə  görə,  hökumətə  daxil  olan  nazirliklərin  sayı 

yeddidən az olmamalıdır, İsraildə İsə 7-15 arasındadır. 

Hökumətin  müxtəlif  rəsmi  adları  var.  Məsələn,  Almaniyada 

hökumətə  Federal  hökumət,  İsveçrədə  Federal  Şura,  Yaponiyada 

Kabinet, Hindistanda Nazirlər Şurası, Çində Dövlət Şurası deyilir. 

Tədqiqatçılar 

haqlı 

olaraq 


göstərirlər 

kl, 


prezidentli 

respublikalarda,  həmçinin  dualist  monarxiyaların  bir  qismində  əsl 

hökumətin  mövcudluğundan  danışmaq  çətindir.  Belə  ki,  həmin 

dövlətlərdə  ümumi  səlahiyyətli  inzibatçılıq  strukturuna  rəhbərliyi 

kollegial orqan deyil, prezident və ya monarx həyata keçirir. Məsələn, 

yuxarıda qeyd etdiyimiz kimi, prezidentli respublika olan 



428 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə