ilqar Məmmədov
görə, hökumət öz proqramını həyata keçirmək üçün parlamentdən
ordonanslar yolu ilə məhdud bir müddət üçün qanunvericilik
sahəsinə aid olan tədbirlərin həyata keçirilməsinə icazə ala bilir.
İtaliya Respublikasının qanunvericiliyində də qanunvericilik
səlahiyyətinin təmsilçiliyə verilməsi ilə bağlı normalar mövcuddur.
ABŞ-da, RF-da və s. ölkələrdə də bu institutdan istifadə olunur.
Qanunvericilik səlahiyyətinin təmsilçiliyə verilməsi, əsasən,
normativ aktın daha tez hazırlanması, parlamentin yükünün
azaldılması, həmçinin səlahiyyətlər sistemində mümkün ola bilən
potensial kolliziyaların qarşısının alınması ilə bağlıdır. Parlamentdə
işin çoxluğu ilə əlaqədar olaraq çətinliklər yarandığına görə
hökumətə, ayrı-ayrı nazirliklərə, digər qurumlara bu və ya digər aktın
hazırlanması, qəbul edilməsi həvalə edilir və əksər hallarda onlar
müəyyən olunmuş müddət ərzində parlament tərəfindən təsdiq
olunduqdan sonra qüvvəyə minir. Misal üçün, AFR-də həmin aktlar
parlamentin müvafiq daimi komissiyasına təqdim edilir və bu barədə
parlamentin plenar iclasında hesabat verilir.
Onu da qeyd etməliyik ki, «nümayəndəli orqan»la «qanunverici
orqan» eyni mənalı anlayışlar deyil. Belə ki, qanunverici orqandan
başqa digər nümayəndəli orqanlar da mövcuddur. Məsələn, yerli
özünüidarəetmə orqanları nümayəndəli orqandır, lakin onlar dövlət
hakimiyyəti orqanı hesab edilmir və qanunvericilik səlahiyyətinə də
malik deyillər.
Müasir demokratik hüquqi dövlətlərdə qanunverici orqan kimi
fəaliyyət göstərən parlament xalqın suveren iradəsini ifadə edən ali
ümumxalq təmsilçiliyi orqanıdır. Yəni əhalinin bəyənərək seçdiyi
şəxslərin parlamentdə özünə yer almasına, müxtəlif sosial qrupların,
təbəqələrin öz nümayəndələri vasitəsilə bu orqanda təmsil
olunmasına görə qanunverici orqan təmsilçilik funksiyasını yerinə
yetirir, həmçinin qəbul etdiyi qanunlar vasitəsilə xalqın iradəsinin
təmsilçiliyini həyata keçirir.
Parlamentlər, adətən, birpalatalı və ikipalatalı olur. Ancaq
istisnalar da var. Misal üçün, XX əsrdə 80-cı illərin sonu, 90-cı illərin
əvvəllərində Cənubi Afrika Respublikasında (1994-cü ildə
414
Dövlət və hüquq nəzəriyyəsi
Müvəqqəti konstitusiyanın qəbul olunmasına qədər) parlament üç
palatadan ibarət idi. Lakin faktiki olaraq onlardan blri-ölkə əhalisinin
Avropa mənşəli insanlardan İbarət olan qisminin nümayəndələrindən
təşkil olunan palata əsl dövlət orqanı kimi fəaliyyət göstərirdi.
Yuqoslaviyada həmin əsrin 70-ci illərində parlament beş palatadan
təşkil olunmuşdu. Bəzi Afrika ölkələrində isə qəbilə-tayfa
başçılarından ibarət xüsusi palatalar mövcuddur. Həmin palataların
səlahiyyəti müəyyən məsələlər (adət-ənənələr, mədəniyyət və s. bu
kimi məsələlər) üzrə tövsiyələr verməklə məhdudlaşır.''
Parlamentin birpalatalı və ya ikipalatalı struktura malik olması
onun formalaşdırılmasına da təsir göstərir. Birpalatalı parlamentlərin
formalaşması, bir qayda olaraq, birbaşa seçkilər yolu İlə həyata
keçirilir. İkipalatalı parlamentlərin əksəriyyətində bu qayda aşağı
palataya aiddir. Yuxarı palatanın formalaşma qaydası İsə müxtəlifdir.
Məhz buna görə, İkipalatalı parlamentlərin formalaşması daha
mürəkkəb hadisədir.
ikipalatalı parlamentlərdə yuxarı palatanın formalaşdırılması- nın
əsas üsulları aşağıdakılardır.
1.
Yuxarı palatanın dolayı və ya çoxpilləli seçkilər yolu ilə
formalaşması. Bu üsul Fransada təcrübədən keçirilən üsuldur.
Fransada yuxarı palatanın-Senatın üzvləri parlamentin aşağı
palatasının deputatlarından, baş şuraların üzvlərindən və muni- sipal
məsləhətçilərdən İbarət olan seçicilər kollegiyası tərəfindən 9 il
müddətinə seçilirlər. Beləliklə, 321 senatordan ibarət olan Senat
dolayı seçkilər yolu ilə formalaşır.
2.
Yuxarı palatanın birbaşa seçkilər yolu İlə formalaşması. Bu
seçkilər aşağı palatanın formalaşdırılması üçün tətbiq olunan
sistemdən fərqlənir. İtaliyada, ABŞ-da, Avstriyada yuxarı palata bu
cür formalaşır. Misal üçün, ABŞ-da Senatın (yuxarı palatanın) üzvləri
seçilərkən müəyyən dərəcədə proporsionalizm elementləri də daxil
olmaqla majoritar sistem tətbiq olunur. Aşağı palata İsə proporsional
sistem əsasında formalaşır.
' Чиркин B.E. Современное государство. S.321
415
ilqar Məmmədov
3.
Təyinetmə yolu ilə yuxarı palatanın təşkil olunması. Bu
qaydadan ən təmiz şəkildə Kanadada və Almaniyada istifadə edilir.
Məsələn, Kanadada yuxarı palatanın üzvləri (senatorlar) baş nazirin
təqdimatı əsasında general-qubernator tərəfindən təyin olunur.
4.
Yuxarı palatanın formalaşmasının ənənəvi feodal üsulu.
Böyük Britaniyada parlamentin yuxarı palatası-Lordlar palatasının
təşkil olunma qaydasını buna misal göstərə bilərik. Lordlar palatasına
üzv olmaq zadəgan tituluna sahib olmaqdan asılıdır. Lordlar
palatasının üzvlərindən 1195 nəfəri hersoqlar, markizlər, qraflar,
baronlar və vikontlardır. Onlar parlamentin perləridirlər. Palatanın 11
üzvü-hüquqşünas-lordlar isə yüksək hakim vəzifəsində olmuş və
yaxud bu vəzifəni tutan şəxslərdən seçilərək təyin olunur. Həmin
hüquqşünaslar ədalət mühakiməsinin həyata keçirilməsi işində
lordlar palatasına köməklik göstərirlər.
5.
Yuxarı palatanın təşkil olunmasının qarışıq üsulu. Bu üsul
seçkililik, təyinetmə və varislik elementlərinin bir araya gətirilməsi ilə
bağlıdır. İrlandiyada, Belçikada parlamentin yuxarı palatası məhz bu
cür qarışıq üsulla formalaşır.''
ikipalatalı parlamentlərin əksəriyyəti federativ dövlətlərdə
mövcuddur. Federativ dövlətlərdə yuxarı palata federasiya
subyektlərinin maraqlarını təmsil edir, ikipalatalı parlamentə malik
olan unitar dövlətə Böyük Britaniyanı misal göstərə bilərik.
Ümumiyyətlə isə, unitar dövlətlərdə parlament birpalatalıdır.
Azərbaycan Respublikası da unitar dövlətdir və onun parlamenti-
Azərbaycan Respublikasının Milli Məclisi bir palatadan ibarətdir.
Parlamentin fəaliyyətinin əsas istiqamətlərindən danışarkən
belə deyə bilərik:
- parlament qanunvericilik fəaliyyəti ilə məşğul olur, yəni
qanunlar qəbul edir və onun qəbul etdiyi qanunlar ictimai
münasibətləri tənzimləyən əsas normativ hüquqi akt olmaqla
cəmiyyətdəki münasibətləri nizama salır, sabitləşdirir və
proqnozlaşdırıla bilən vəziyyətə gətirir;
' Глазунова Н.И. Система государственного управления. S. 179-180.
416
Dostları ilə paylaş: |