Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə136/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   132   133   134   135   136   137   138   139   ...   205

ilqar Məmmədov 

Dövlət  ideologiyasına  görə,  Kommunist  partiyasının  rəhbər 

göstərişləri  vahid  dövlət  aparatı  sisteminin  bütün  hissələrinin 

fəaliyyətinin  əsasını  təşkil  edirdi.  Həmçinin  bildirilirdi  ki,  Sov.  İKP 

nəinki  dövlət  aparatı  orqanlarının  fəaliyyətinin  baş  xəttini  hazırlayır, 

habelə  müəyyənləşdirilmiş  perspektivlərin  həyata  keçirilməsi  və  bu 

sahədəki  vəzifələrin  vaxtlı-vaxtında  və  dəqiq  yerinə  yetirilməsinə 

nəzarət edir.'' 

Beləliklə, bizə aydın olur ki, həm avtoritar konsepsiyadan çıxış 

edərək hakimiyyətlərin bölünməsi prinsipini qəti şəkildə rədd edən, 

əsas  prinsiplərdən  biri  kimi  demokratik  mərkəziyyət  prinsipinə 

əsaslanan  «Sovetlər  sistemi»nin  yaradılması,  həm  də  Sov.  İKP 

dövlət  aparatına  rəhbərliyin  həyata  keçirilməsi  SSRİ-də  dövlət 

hakimiyyətinin radikal şəkildə mərkəzləşdirilməsinə və hakimiyyətin 

müəyyən bir qrup tərəfindən inhisara alınmasına səbəb olmuşdur. 

Belə  bir  sistem  digər  sosialist  dövlətlərində-Çində,  Şimali 

Koreyada, Şərqi Avropa dövlətlərində də yaradılmışdır. 

«Xalq  hakimiyyətinin»  diktaturanın  mənbəyinə  çevrildiyi 

dövlətlərdən biri də Faşist Almaniyasıdır. 

Hakimiyyətlərin  bölünməsi  prinsipinə  uyğun  olaraq  dövlət 

mexanizminin  təşkili  və  onun  tərkib  hissələri  arasında  qarşılıqlı 

əlaqələrin  qurulması  isə  demokratik  hüquqi  dövlətlər  üçün 

xarakterikdir.  Bu  prinsip  əsasında  qurulan  dövlət  mexanizminin  ən 

vacib tərkib hissələri qanunverici hakimiyyət orqanları sistemindən, 

dövlət  idarəetmə  orqanları  (icra  hakimiyyəti  orqanları)  sistemindən, 

məhkəmə  orqanları  sistemindən  və  nəzarət  orqanları  sistemindən 

ibarətdir. 

XVII  əsrdə  İngiltərədə  formalaşan  hakimiyyətlərin  bölünməsi 

konsepsiyasının  daha  sonrakı  inkişafı  Fransa  maarifçiliyi  ilə  bağlı 

olmuşdur.  XVIII  əsrdə  hakimiyyətlərin  bölünməsi  konsepsiyasının 

inkişaf etməsi, ilk növbədə, Ş.L.Monteskyenin yaradıcılığı ilə bağlıdır. 

Ş.L.Monteskye  insan  və  dövlət  barəsində  olan  teoloji  təsəvvürləri 

kənara  qoyaraq  əsas  diqqəti  dövlət  hakimiyyətinin  rasional  şəkildə 

təşkil olunması, bu cür təşkil edilən hakimiyyətin 

Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S.200. 

408 



Dövlat və hüquq nəzəriyyəsi 

azadlığın təminatçısı kimi çıxış etməsi məsələsinə yönəltmişdir. Onun 

fikrincə,  hakimiyyətin  rasional  şəkildə  təşkil  olunması  və  azadlığın 

təminatçısı  kimi  çıxış  etməsi  hakimiyyət  səlahiyyətlərinin  müxtəlif 

orqanlar arasında bölünməsini ehtiva edir. 

XVIII-XIX  əsrlərdə  hakimiyyətlərin  bölünməsi  konsepsiyasının 

əsas ideyaları Amerikada ciddi şəkildə müzakirə edilmiş, A.Hamilton, 

C.Medison,  C.Cey  və  başqaları  bu  nəzəriyyənin  daha  da  inkişaf 

etdirilməsində  xeyli  iş  görmüşlər.  Şimali  Amerikada  ingilis 

müstəmləkələrənin  azad  olmaq  uğrunda  apardıqları  mübarizənin 

gedişində  və  ABŞ  yarandıqdan  sonra  hakimiyyətlərin  bölünməsi 

konsepsiyası ən çox diqqət mərkəzində saxlanılan konsepsiyalardan 

biri  olmuş  və  adlarını  çəkdiyimiz  şəxslər  də  daxil  olmaqla  bir  sıra 

mütəfəkkirlər, siyasətçilər tərəfindən məqalələr seriyasını təşkil edən 

«Federalist»də  onun  tətbiqi  ilə  bağlı  ciddi  polemikalar  aparılmışdır. 

Həmin  polemikalar  dövlət  mexanizminin  formalaşması  və 

təkmilləşdirilməsi  məsələləri  ilə  bağlı  olduğundan  Amerika 

ictimaiyyəti  üçün  həm  nəzəri,  həm  də  praktiki  yöndən  mühüm 

əhəmiyyət kəsb etmişdir. 

Hakimiyyətlərin  bölünməsi  konsepsiyası  müasir  dövrün 

siyasi-hüquqi  nəzəriyyəsində  də  özünə  çox  mühüm  yer  tutur.  Bu 

konsepsiyanın  elmdə  özünə  belə  bir  yer  tutması,  artıq  Qərbdə  bir 

ənənə  kimi  qəbul  edilir.  Postsovet  respublikalarında,  o  cümlədən, 

Azərbaycan  Respublikasında  da  ona  maraq  getdikcə  artmaqdadır. 

Bunun bir neçə səbəbi var. M.N.Marçenkonun açıqlamasına əsasən 

deyə  bilərik  ki,  həmin  səbəblərdən  biri  hakimiyyətlərin  bölünməsi 

nəzəriyyəsinin  praktiki  əhəmiyyətə  malik  olması  və  real 

münasibətlərdə  təcəssüm  olunması  ilə  bağlıdır,  ikinci  səbəb,  onun 

əsas  müddəalarının  və  tələblərinin  həyata  uyğun  olmasından, 

cəmiyyətin,  insanların  maraqları  İlə  uzlaşmasından  irəli  gələn 

səbəbdir.  Üçüncüsü  isə,  hakimiyyətin  inhisara  alınmasının  qarşısını 

almaq  baxımından  perspektivli  nəzəriyyə  kimi  çıxış  etməsi  ilə 

bağlıdır.'' 

' Разделение властей. Ответственный редактор - 



проф.

 

Марченко 



М.Н. 

М., 2004, 

S. 

3. 


409 


ilqar Məmmədov 

Hakimiyyətlərin  bölünməsi  nəzəriyyəsinin  baniləri  olan  C.Lokk 

və  Ş.L.Monteskyedən  başlayaraq  müasir  dövrdə  bu  məsələ  ilə 

məşğul  olan  ekspertlərin  formalaşdırdıqları  universal  və  konkret 

müddəalar  əsasında  hakimiyyətlərin  bölünməsi  konsepsiyası 

haqqında  ümumi  təsəvvür  yaratmaq  mümkündür.  Hakimiyyətlərin 

bölünməsi  nəzəriyyəsinin  əsasını  təşkil  edən  həmin  müddəalara 

görə,  demokratik  dövlətdə  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyətləri  vahid  dövlət  mexanizmi  vasitəsilə  bir-  birinə  bağlı 

olmaqla bərabər, həm də nisbi müstəqildirlər. Qanunvericilik, icra və 

məhkəmə  funksiyalarını  həyata  keçirən  ali  orqanlar  arasında 

müəyyən  hakimiyyət  balansı  olur.  Hər  üç  hakimiyyət,  bir  qayda 

olaraq, daim hüquqi əsasda fəaliyyət göstərir. 

Onu da əlavə etmək lazımdır ki, bu konsepsiyanın bu və ya digər 

ölkədə  realizə  olunması  və  tətbiq  olunması  prosesinə  təsir  edən 

amillərin  sayı  çoxdur.  Həmin  amillərin  ən  mühüm  olanları 

aşağıdakılardır. 

1.

 



Dövlətin  idarəetmə  forması.  Bu  baxımdan  prezidentli 

respublika  hakimiyyətlərin  bölünməsinə  daha  çox  imkan  yaradır. 

Məsələn 

ABŞ-da 


hakimiyyət 

mexanizmi 

hakimiyyətlərin 

bölünməsinə  daha  çox  meyllidir,  nəinki,  konstitusiyalı  monarxiya 

idarəetmə formasına malik olan Böyük Britaniya və yaxud Belçika. 

2.

 



Dövlət  quruluşu  forması.  Unitar  dövlətdən  fərqli  olaraq, 

federativ  dövlətdə  hakimiyyətlərin  «üfüqi»  bölünməsi  (mərkəzi 

orqanlar  arasında)  ilə  yanaşı  «şaquli»  bölünməsi  (Mərkəzlə 

federasiya subyektləri arasında) də özünə yer alır. 

3.

 

Siyasi  rejim.  Bir  qayda  olaraq  demokratik  rejimlər 



hakimiyyətlərin  bölünməsi  prinsipinin  reallaşmasına  meylli  olur. 

Avtoritar  və  totalitar  rejimlər  isə  formal  olaraq  bu  prinsipi  qəbul 

etsələr də, əslində, 

0

 həyata keçirilmir. 



4.

 

Hər  bir  ölkənin  özünün  tarixi,  milli  və  siyasi  ənənələri  də 



hakimiyyətlərin  bölünməsi  prinsipinin  reallaşmasına  neqativ  və  ya 

pozitiv  yöndən  təsir  göstərir.  Məsələn,  ənənəvi  cəmiyyətlərdə 

paternalist  xarakterli  münasibətlər,  patriarxal-təbəəçi  şüur  forması 

cəmiyyəti  hakimiyyətin  bir  əldə  və  ya  bir  orqanda  cəmləş-  məsinə 

meylli edir. 

410 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə