ilqar Məmmədov
«dövlət qulluqçusu» həm geniş, həm də dar mənada başa düşülən
element kimi çıxış edir və iki tərkib hissəyə ayrılır. Geniş mənada bu
element bütün dövlət mexanizmində - həm dövlət orqanlarında, həm
də dövlət müəssisələrində çalışan qulluqçuları əhatələyir. Dar
mənada isə dövlət orqanlarında dövlət qulluğu vəzifəsini tutan
şəxslərlə məhdudlaşır.
§ 2. DÖVLƏT MEXANİZMİNİN STRUKTURU
Hüquq ədəbiyyatında dövlət mexanizminin strukturu həmin
mexanizmin daxili quruluşu, onu təşkil edən tərkib hissələrin
yerləşmə qaydası və onlar arasındakı əlaqələr kimi izah edilir. Bu cür
yanaşmanı əsas götürərək deyə bilərik ki, dövlət mexanizmi
mürəkkəb bir sistem olmaqla həm dövlət orqanları, həm də onlar
arasındakı əlaqələri, münasibətləri əhatə edir. Dövlət orqanları
arasındakı əlaqələr isə müxtəlifdir, çoxçeşidlidir. Bütün bu konkret
əlaqələr müvafiq sahələrə uyğun olaraq dövlət hüququ, inzibati
hüquq, maliyyə hüququ və s. sahəvi hüquq elmləri tərəfindən
öyrənilir, onlardan irəli gələn spesifik cəhətlərin təhlili aparılır. Dövlət
və hüquq nəzəriyyəsi isə həmin hüquq elmlərindən fərqli olaraq,
bütün dövlət orqanlarını, digər dövlət qurumlarını məqsədyönlü və
nizamlı şəkildə fəaliyyət göstərən vahid mexanizmdə birləşdirən
əsas struktur əlaqələri öyrənir. Dövlət və hüquq nəzəriyyəsi ayrı-ayrı
hüquq elmlərinin verdiyi bilikləri ümumiləşdirir, dövlət mexanizminin
tərkib hissələrini, həmin tərkib hissələri arasındakı subordinasiyanın
və koordinasiyanın necə qurulduğunu, həmçinin bu mexanizmin
təşkil olunma və fəaliyyət prinsiplərinin təhlilini aparır. Beləliklə, vahid
və bütöv bir sistemdə birləşən, onun tərkibində özünə yer alan
müxtəlif xüsusi sistemlər müəyyənləşir, həmin xüsusi sistemlərin
bir-birindən fərqlənən fəaliyyəti və eyni zamanda, onların bir-birini
tamamlamasının mahiyyəti açıqlanır.
Alimlər dövlət mexanizminin strukturunu tədqiq edərkən yalnız
müasir dövlətlərlə məhdudlaşmırlar. Tarixilik kontekstindən
402
Dövlət və hüquq nəzəriyyəsi
və müqayisəli yanaşmadan çıxış etməklə ayrı-ayrı tarixi dövrlərin,
sivilizasiyaların, cəmiyyətlərin özünəməxsus cəhətləri və həmin
özünəməxsusluqların dövlət mexanizminin strukturuna təsiri
məsələləri də nəzərə alınır. Bununla da, dövlət mexanizminin tərkib
hissələrinin, elementlərinin əlaqələnməsinin bir neçə üsul və ya
qaydası bir-birindən fərqləndirilir.
Dövlət mexanizminin tərkib hissələrinin, elementlərinin
əlaqələnməsinin əsas üsulları bunlardır:
1)
hakimiyyətin bir şəxsin əlində cəmləşməsi qaydasına uyğun
dövlət mexanizminin strukturunun qurulması və onun tərkib
hissələrinin əlaqələnməsi;
2)
dövlət mexanizminin strukturunun «xalq hakimiyyəti» prinsipi
əsasında qurulması və onun tərkib hissələrinin əlaqələnməsi;
3)
hakimiyyətin qanunverici, icra və məhkəmə hakimiyyətlərinə
bölünməsi əsasında dövlət mexanizminin strukturunun qurulması və
onun tərkib hissələrinin əlaqələnməsi;
4)
demokratik mərkəzçilik prinsipləri (hakimiyyətlərin bölünməsi
prinsipini rədd edən ümumxalq hakimiyyəti konsepsiyası) əsasında
dövlət mexanizminin strukturunun qurulması və onun tərkib
hissələrinin əiaqələnməsi.
Onu da əlavə etməliyik ki, bu cür bölgüyə qeyd-şərtsiz
yanaşmaq da düzgün deyil. Belə ki, bəzi dövlətiərdə həmin üsui- iarın
bir-birinə qarışması halları da olur. Lakin bu halda da, həmin
üsullardan biri üstünlük təşkil edir və dövlət mexanizminin tərkib
hissələri arasındakı əlaqələr də, əsasən ona uyğun qurulur.
Göstərilən üsullardan birinicisi qədim tarixə malikdir. Dövlət
mexanizminin strukturunun hakimiyyətin bir şəxsin əlində
cəmləşməsi qaydasına uyğun qurulması və onun tərkib hissələrinin
əlaqələndirilməsi, əsasən, qeyri-məhdud monarxiya idarəetmə
formasına xas olan üsuldur. Qeyri-məhdud monarxiyalarda, despotik
dövlətlərdə bütün hakimiyyət hökmdarın əlində cəmləşdiyindən
dövlət mexanizminin tərkib hissələri arasındakı əlaqələr tam şəkildə
bir mərkəzə tabeçilik qaydasında qurulur. Bütün
403
ilqar Məmmədov
orqanlar hökmdarın iradəsini reallaşdırmaq üçün fəaliyyət göstərən
strukturlara çevrilir. Beləliklə də, dövlət hakimiyyətini reallaşdıran
aparat hökmdarın öz aparatı kimi təşkil olunur və fəaliyyət göstərir.
Ayrı-ayrı orqanlar, əyalətlərin, vilayətlərin idarə olunmasını və
mərkəzə tabeçiliyini təmin edən hakimiyyət qurumları, həmçinin güc
tətbiqetməni həyata keçirən qurumlar hökmdarın xidmətində
durmaqla onun istədiyi kimi bir-birilə əlaqələnir və bu halda da
hökmdarın iradəsi əsas götürülür. Bu mexanizmin əsas
elementlərindən biri olan məmurlar hökmdarın qulluqçusu qismində
ona xidmət etməklə xalqdan asılı olmadan fəaliyyət göstərdiklərinə
görə cəmiyyətə yad bir münasibət göstərirlər. Hökmdar zəif iradəli və
ya əzazil olduqda isə onlar aşağı təbəqədən olan insanların qəniminə
çevrilirlər.
Ancaq elə başa düşülməməlidir ki, qeyri-məhdud monarxiyada
qanunverici, icra və məhkəmə hakimiyyəti bir şəxsdə cəmləşirsə,
demək qanunvericilik və ya məhkəmə fəaliyyəti ilə əlaqədar
strukturlar fəaliyyət göstərmir. Bu halda da dövlət mexanizminin
tərkib hissəsi olan məhkəmələr, bilavasitə icra orqanları və
hökmdarın yanında qanunvericiliklə bağlı məşvərət orqanı fəaliyyət
göstərir. Onlar dövlət hakimiyyətinin ayrı-ayrı qolları kimi fəaliyyət
göstərmədən bir şəxsin hakimiyyətində birləşir və onun ictimai-maddi
ünsürləri kimi çıxış edir. Odur ki, belə bir mexanizmin tərkib hissələri,
sadəcə, mexanizm daxilindəki əmək bölgüsünə uyğun fəaliyyət
göstərən elementlər rolunu oynayır.
Dövlət mexanizminin strukturunun qurulması və onun tərkib
hissələrinin əlaqələnməsinin ikinci üsulu antik dövlətlər tərəfindən
tətbiq olunmuşdur. Respublika dövründə həmin dövlətlərdə dövlət
mexanizminin əsas orqanları xalqın iradəsi ilə təşkil olunurdu. Xalqın
özü, yəni dövlətin azad əhalisini təmsil edən xalq yığıncağı isə bu
mexanizmin nüvəsini təşkil edirdi. Bir sıra digər orqanlar da, bu
orqanın fəaliyyəti əsasında təşkil olunur və onunla əlaqəli şəkildə
fəaliyyət göstərirdi.
Antik respublikalarda dövlət mexanizminin fəaliyyətindəki əsas
xüsusiyyət dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsində
vətəndaşların iştirakının təmin edilməsi ilə bağlı olmuş
404
Dostları ilə paylaş: |