Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə130/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   126   127   128   129   130   131   132   133   ...   205

ilqar Məmmədov 

misal göstərə bilərik. Bu halda vəzifəli şəxsin səlahiyyətləri ilə dövlət 

orqanının səlahiyyətləri üst-üstə düşür. 

Dövlət orqanını bütün digər təşkilatlardan, dövlət qurumlarından 

fərqləndirən  səciyyəvi  əlamətlərə  diqqət  verilməsinin  də  mühüm 

əhəmiyyəti var. Həmin əlamətlər aşağıdakılardır: 

1)

 

bütün  dövlət  orqanlarının  yaradılması  və  fəaliyyəti  yalnız 



qanunvericilik əsasında həyata keçirilir; 

2)

 



dövlət  orqanı  hər  bir  halda  dövlət  qurumudur  və  onun 

maddi-texniki,  təşkilati  təminatı  dövlət  tərəfindən  həyata  keçirilir, 

dövlət büdcəsindən maliyyələşir; 

3)

 



dövlət  orqanı  dövlət  mexanizminin  nisbətən  müstəqil  bir 

hissəsi  olmaqla  bərabər,  həm  də  dövlət  mexanizminin  təşkil  etdiyi 

vahid sistemin ayrılmaz tərkib hissəsi kimi çıxış edir; 

4)

 



dövlət  orqanı  dövlət  mexanizminin  tərkib  hissəsi  kimi  yalnız 

qanunvericiliklə ona aid edilmiş funksiyaları həyata keçirir, fəaliyyəti 

ona aid edilən səlahiyyətlərlə məhdudlaşır; 

5)

 



dövlət  orqanı  daimilik  və  peşəkarlıq  əsasında  öz  vəzifəsini 

icra  edən  dövlət  qulluqçularından  təşkil  olunur  və  onların  maddi 

təminatı dövlət tərəfindən həyata keçirilir; 

6)

 



özünün  daxili  strukturu  olan  dövlət  orqanı  vahid  məqsədə 

xidmət  edən,  müvafiq  orqanın  səlahiyyətlərinin  bir hissəsini  həyata 

keçirən bölmələrdən, struktur hissələrdən təşkil olunur; 

7)

 



dövlət  orqanının  səlahiyyətləri  (hüquq  və  vəzifələrinin 

məcmusu) müəyyən məzmuna və həcmə malik olur və bunlar onun 

fəaliyyət sahəsi, məqsəd və vəzifələri, funksiyaları, yəni fəaliyyətinin 

predmeti ilə müəyyənləşir. Məhz bu əsasda da hər bir dövlət orqanı 

dövlət aparatının iyerarxik sistemində özünə müvafiq yer alır; 

8)

 



dövlət orqanı dövlət adından fəaliyyət göstərməklə hakimiyyət 

səlahiyyətlərinə malik olur. Dövlət orqanının hakimiyyət səlahiyyətləri 

həm  icrası  məcburi  olan  hüquqi  aktları  qəbul  etmək  imkanlarında, 

həm də hüququn realizəsini həyata keçirərkən müxtəlif metodları, o 

cümlədən,  məcburetmə  tədbirlərini  tətbiq  etməsində  ifadə  olunur. 

Müvafiq orqanın fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən, fəaliyyət 

istiqamətindən asılı olaraq 

390 



Dövlət və hüquq nəzəriyyəsi 

dövlət  məcburiyyət  tədbirlərinin  tətbiqi  müxtəlif  formalarda  həyata 

keçirilə bilər. Həmin məcburiyyət tədbirlərinin tətbiq edilmə formaları 

cinayət-hüquqi,  mülki-hüquqi,  inzibati  və  intizam  təsiri  tədbirləri 

formasında olur; 

9)

 



dövlət  orqanları  öz  vəzifələrini  müəyyən  dövlət-hüquq 

fəaliyyəti formasında həyata keçirir. Dövlət-hüquq fəaliyyətinin əsas 

dörd  forması  var:  qanunvericilik,  icraedici-sərəncamverici,  ədalət 

mühakiməsi və nəzarətedici. 

Hüquq  ədəbiyyatında  dövlət  orqanları  müəyyən  əsaslara  görə 

bir-birindən  fərqləndirilir.  Təşkil  olunma  qaydasına  görə  bilavasitə 

xalq tərəfindən seçilən (buna misal olaraq bir çox ölkələrdə mövcud 

olan  prezidentlik  institutunu  göstərmək  olar)  və  dövlət  orqanları 

tərəfindən  formalaşdırılan,  yəni  törəmə  (məsələn,  konstitusiya 

məhkəməsi) orqanlar; qərar qəbul etmə qaydasına və üsullarına görə 

isə  kollegial  (parlament,  konstitusiya  məhkəməsi)  və  bir  şəxs 

tərəfindən  idarə  olunan  orqanlar  fərqləndirilir.  Səlahiyyətlərin 

xarakterinə  görə  dövlət  orqanları  ümumi  və  xüsusi  səlahiyyətli 

orqanlara  bölünür.  Ümumi  səlahiyyətli  orqanlara  parlamenti, 

prezidenti,  xüsusi  səlahiyyətli  orqanlara  isə  ayrı-  ayrı  nazirlikləri, 

komitələri misal göstərmək olar. 

Dövlət  mexanizminin  digər  bir  mühüm  elementi  dövlət 

müəssisəsidir.  Dövlət  müəssisələri  dövlətin  bu  və  ya  digər 

funksiyalarının  həyata  keçirilməsində  iştirak  etsələr  də,  hakimiyyət 

səlahiyyətlərinə malik deyillər. 

Dövlət  müəssisələri  iqtisadi,  sosial-mədəni  fəaliyyətlə  məşğul 

olmaqla  iki  qismə  bölünürlər.  Dövlət  müəssisələrinin  bir  qismi 

sosial-mədəni  xidmətlərin  həyata  keçirilməsi,  başqa  bir  qismi  isə 

istehsal,  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olur.  Onların  bir-birindən 

fərqləndirilməsi  də  məhz  bu  əsasda  aparılır,  yəni  müəssisənin 

təyinatı, cəmiyyətdəki rolu, fəaliyyət sahəsi nəzərə alınır. 

Sosial-mədəni  funksiyaların  həyata  keçirilməsində  iştirak  edən 

dövlət müəssisələri təhsil, elm, mədəniyyət, səhiyyə və s. sahələrdə 

mühüm  rol  oynayırlar.  Misal  üçün,  Azərbaycan  Respublikasının 

dövlət  müəssisələrindən  biri  olan  Azərbaycan  Milli  Elmlər 

Akademiyası elmin müxtəlif sahələri üzrə peşəkar tədqi 

391 



ilqar Məmmədov 

qatçıların,  alimlərin  yetişməsində,  elmi  tədqiqatların,  araşdırmaların 

aparılmasında mühüm rol oynayır. 

Dövlət  müəssisələrinin  başqa  bir  qismi  isə  maddi  məhsulların 

istehsalı ilə məşğul olur, təsərrüfat vahidləri kimi fəaliyyət göstərir. 

Ümumiyyətlə,  dövlət  müəssisələri  yalnız  öz  daxili  struktur 

hissələrinə  münasibətdə  idarəçilik  funksiyalarını  həyata  keçirirlər. 

Dövlət müəssisəsi özündən kənarla münasibətdə idarəetmə təşkilatı 

kimi çıxış etmir. 

Dövlət  müəssisələri  dövlət  hakimiyyəti  səlahiyyətlərinə  malik 

olmasalar  da,  dövlət  mexanizmində  özünə  yer  alan  təşkilat  kimi 

dövlətin  funksiyalarının  həyata  keçiriliməsində  iştirak  edir, 

iqtisadiyyatda,  mədəniyyət  sahəsində,  həmçinin  sosial  sahədə 

inkişafa nail olmaq üçün dövlət siyasətini və fəaliyyətini reallaşdırır, 

cəmiyyətdə  özünə  yer  alan  təlabatların,  maraqların  ödənilməsi 

məqsədi ilə istehsal və xidmət fəaliyyəti ilə məşğul olurlar. 

Onu  da  əlavə  edək  ki,  dövlət  müəssisələri  olmayan 

qeyri-hökumət  təşkilatları,  digər  bütün  müəssisələr,  birliklər, 

cəmiyyətlər, istehsal və qulluq işləri ilə məşğul olan subyektlər dövlət 

mexanizminin tərkibinə daxil deyillər. 

Dövlət  mexanizminin  daha  bir  vacib  elementi  dövlət 

qulluqçusudur.  Dövlət  qulluqçusu  dövlət  idarəetməsinin  subyekti 

olmaqla  dövlət  orqanlarına  aid  olan  vəzifələrin  icrasını,  onların 

səlahiyyətlərini  reallaşdırır.  Yəni  dövlət  orqanlarının  fəaliyyəti  məhz 

bu  orqanlarda  çalışan  dövlət  qulluqçularının  fəaliyyəti  hesabına 

mümkün  olur.  Bu  mənada,  dövlət  qulluqçusu-dövlət  xidməti  üzrə 

dövlət  vəzifəsi,  yəni  dövlət  aparatının  struktur  bölmələrində  vəzifə 

tutan və haqqı ödənilməklə dövlət orqanlarının funksiyalarının həyata 

keçirilməsini təmin edən fiziki şəxsdir. 

«Dövlət 


qulluğu 

haqqında» 

Azərbaycan 

Respublikası 

Qanununun 

14.1.-Cİ 

maddəsində dövlət qulluqçusunun anlayışı belə 

təsbit  olunur;  «Dövlət  qulluqçusu  bu  qanunla  müəyyən  edilmiş 

qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vasitəsindən verilə bilər) 

dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq 

olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır». 

392 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə