Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə127/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   123   124   125   126   127   128   129   130   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

kreditvermə, istehlakçıların maraqlarının müdafiə olunması, istehsal 

olunan  məhsulların  keyfiyyətinə  nəzarət  və  s.  metodlara  müraciət 

edilir. Bununla bərabər, eyni bir metod bir neçə funksiyanın həyata 

keçirilməsində  istifadə  oluna  bilər.  Misal üçün,  dövlətin  funksiyaları 

həyata keçirilərkən dövlət orqanları tərəfindən müəyyən strukturların 

yaradılması təsisetmə metoduna əsaslanır. 

Hüquq 


ədəbiyyatında 

dövlətin 

funksiyalarının 

həyata 


keçirilməsinin təsisetmə, stimullaşdırma, icazəvermə, müdafiəetmə, 

qadağanetmə,  məsuliyyətin  müəyyənləşdirilməsi,  nəzarət  və  təftiş, 

repressiya (məcburetmə və ya vadar etmə), təhdidetmə, tələbetmə, 

neytrallıq və s. metodlarından bəhs olunur. Dövlət öz funksiyalarını 

həyata  keçirərkən  bu  metodlardan  tək-tək  yox,  funksiyaların 

xarakterinə,  tətbiq  olunma  sahəsinə  uyğun  olaraq  müxtəlif 

kombinasiyalarda isifadə edir. 

381 



ilqar Məmmədov 

MÖVZU:

 DÖVLƏT MEXANİZMİ 

§ 1. DÖVLƏT MEXANİZMİNİN ANLAYIŞI, ƏLAMƏTLƏRİ 

VƏ ELEMENTLƏRİ 

Hər  bir  dövlət  funksiyalarının  həyata  keçirilməsini  təmin  etmək 

üçün  təşkilati  strukturunu,  yəni  öz  mexanizmini  formalaşdırır. 

«Dövlətin  təşkilati  strukturu»  anlayışından  istifadə  edərkən  dövlətin 

özünün  daha  geniş  mənada  başa  düşülən  bir  təşkilat  olmasını 

unutmamalıyıq.  Yəni  dövlətin  özü  iyerarxik  quruluşa  malik  olan 

təşkilatdır. Dövlətin təşkilati strukturunu əks etdirən dövlət mexanizmi 

isə  həmin  bu  təşkilatın  özü  ilə-dövlətlə  eyniləşdirilmir.  Bu  halda 

«təşkilati struktur» və ya «təşkilat» kateqoriyası daha geniş iyerarxik 

təşkilat daxilində fəaliyyət göstərən idarəedici təşkilat mənasını verir. 

Beləliklə,  dövlət  mexanizmi  dövlət  adlandırdığımız  təşkilatın 

institusional 

elementi 

olmaqla 

həm 


dövlət 

hakimiyyətini 

təşkilatlandıran maddi güc, həm də dövlətin funksiyalarının ifadəçisi 

kimi  çıxış  edir.  Dövlət  mexanizminə  dövlətin  institusional  elementi 

deyərkən, bu mexanizmin dövlət hakimiyyətini təşkil edən, həmçinin 

bu hakimiyyəti həyata keçirən təşkilat olması nəzərdə tutulur. 

Dövlətin institusional elementini müəyyən bir anlayış vasitəsi ilə 

ifadə  etmək  üçün  hüquq  ədəbiyyatında  «dövlət  mexanizmi» 

kateqoriyası ilə yanaşı «dövlət aparatı» kateqoriyasından da istifadə 

olunur.  Bəzi  müəlliflər  bu  kateqoriyaların  hər  ikisini  sinonim  kimi 

işlədirlər. Bir çoxlarının fikrincə isə, «dövlət mexanizmi» anlayışı daha 

genişdir. Bu fikir onunla əsaslandırılır ki, dövlət aparatı tərkibcə dövlət 

orqanlarından  ibarət  olduğu  halda,  dövlət  mexanizmi  özü  ilə  həm 

dövlət orqanlarını (qanunverici, icra, məhkəmə, nəzarət orqanlarını), 

həm də digər dövlət təşkilatlarını, dövlət müəssisələrini (elm, təhsil, 

səhiyyə müəssisələrini, 



382 


Dövlət və hüquq nəzəriyyəsi 

digər  sosial-mədəni  yönümlü  müəssisələri,  təsərrüfat  vahidlərini, 

kommunikasiya  sistemlərini,  dövlətə  aid  kütləvi  İnformasiya 

vasitələrini  və  s.),  həmçinin  də  silahlı  qüvvələri,  cəzaların  icrasının 

həyata keçirilməsini təmin edən müəssisələri əhatə edir. 

Elmi  ədəbiyyatda  özünə  yer  alan  yanaşmalardan  birinə  görə, 

dövlət aparatı deyərkən, bütün dövlət orqanlarının statik halı, dövlət 

mexanizmi deyərkən isə, həmin orqanların dinamik vəziyyəti nəzərdə 

tutulur. Yəni dövlət aparatı dövlət orqanlarının təyinatı, təşkil olunma 

qaydaları,  bu  və  ya  digər  orqanın  səlahiyyətləri  ilə  əlaqədə,  dövlət 

mexanizmi isə bilavasitə onların fəaliyyəti, bir-birilə qarşılıqlı əlaqəsi 

kontekstində öyrənilir. 

Elə  müəlliflər  də  var  kl,  terminoloji  mübahisələrə  girişmədən 

«dövlət  mexanizmi»  ilə  «dövlət  aparatı» anlayışlarını  təxminən  eyni 

mənada işlədirlər. Belə bir mövqe göstərilən anlayışların uyğunluğu 

və  ya  blr-birlndən  fərqləndirilməsi  İlə  əlaqədar  mübahisələrə 

qatılmağın bir o qədər də əhəmiyyətli olmaması mülahizəsindən irəli 

gəlir. Bu yanaşma ilə göstərilən anlayışların hər İkisini sinonim kimi 

qəbul edən müəlliflərin mövqeyini eyniləşdirmək olmaz. 

BİZ  də  mübahisələrə  qatılmadan  «dövlət  mexanizmi» 

anlayışından istifadə etməyə üstünlük veririk. Lakin bu, o demək deyil 

kl, biz qəti şəkildə hər iki anlayışı sinonim kimi qəbul edirik. Sadəcə, 

mübahisələrə qatılaraq əsas məqsəddən yayınmaq İstəmirik. Bundan 

əlavə, o fikri də inkar etmirik ki, dövlət aparatı ilə müqayisədə dövlət 

mexanizmi daha geniş struktura malikdir. 

Beləliklə,  dövlət  mexanizminin  strukturuna  dövlət  hakimiyyəti 

orqanları,  dövlət  müəssisələri,  həmçinin  istehsalla  və  xidmətlə 

məşğul olan digər dövlət təşkilatları daxildir. Dövlət mexanizmi dövlət 

hakimiyyətinin,  dövlətin  məqsəd  və  vəzifələrinin  və  funksiyalarının 

həyata  keçirilməsinə,  onun  əsas  maraqlarının  ödənilməsinə  xidmət 

edən dövlət orqanlarından, müəssisə və təşkilatlardan ibarət olan bir 

sistemdir.  Bu.  o  deməkdir  ki,  dövlət  mexanizmi  dövlət  qurumlarının 

məcmusu  klml  deyil,  həmin  qurumlardan  ibarət  bir  sistem  kimi 

təzahür  olunur.  Onların  arasında  sls-  temyaradıcı  əlaqələr  dövlət 

mexanizminin bütövlüyünü, tamlığını 

383 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə