Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə123/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   119   120   121   122   123   124   125   126   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Sülhün,  beynəlxalq  təhlükəsizliyin  dəstəklənməsi  və  təmin 

edilməsi  funksiyası.  Dövlətin  bu  funksiyası  regional  və  beynəlxalq 

səviyyədə  sülhün,  əmin-amanlığın  təmin  edilməsi,  beynəlxalq 

terrorizmin  qarşısının  alınması,  müvafiq  məsələlər  üzrə  beynəlxalq 

hüquq normalarından irəli gələn digər tələblərin həyata keçirilməsi ilə 

əlaqədar olan fəaliyyəti əks etdirir. Sülhün, beynəlxalq təhlükəsizliyin 

dəstəklənməsi və təmin edilməsi funksiyası həm fərdi qaydada, həm 

də  dövlətlərarası  əməkdaşlıq  yolu  ilə,  yəni  kollektiv  şəkildə  həyata 

keçirilir. 

Sülhün,  beynəlxalq  təhlükəsizliyin  təmin  edilməsi  fəaliyyəti 

insanın təhlükəsiz şəraitdə yaşamaq hüququna malik olması ideyası 

ilə də sıx bağlıdır. Beynəlxalq təhlükəsizlik şəraitinin təmin edilməsi 

müasir  dövrdə  hər  bir  dövlətin,  cəmiyyətin  inkişafının  ən  mühüm 

amillərindən  biri  hesab  olunur.  Beynəlxalq  təhlükəsizlik,  sülh, 

insanların  təhlükəsiz  yaşaması  deməkdir.  Odur  ki,  müasir  dövrdə 

beynəlxalq  təhlükəsizliyin  təmin  edilməsi  dünya  ictimaiyyətinin  ən 

əsas məqsədlərindən biri hesab olunur. Bu baxımdan K.S.Qadjiyev 

yazır  ki,  müasir  dövrdə  «dünya  ictimaiyyətinin  ən  əsas 

məqsədlərindən  biri  beynəlxalq  təhlükəsizliyin  qorunub  saxlanması 

və təmin edilməsindən, dünyada sülhün pozulmasını və hər hansı bir 

formada  xalqların  təhlükəsiz  həyatını  pozan  halların  meydana 

gəlməsini istisna edən şəraitin yaradılmasından ibarətdir. Artıq, milli 

təhlükəsizlik  bir  çox  baxımdan  beynəlxalq  təhlükəsizlikdən,  bütün 

dünya ictimaiyyətinin təhlükəsizliyindən asılı olubdur».'' 

Müasir  dövrdə  həmin  funksiya  bütün  dünya  üçün  xüsusi 

əhəmiyyətə  malik  olduğundan  dövlətlərin  BMT-də,  regional 

təşkilatlarda  (Avropa  təhlükəsizlik  və  əməkdaşlıq  təşkilatı  (ATƏT), 

Ərəb dövlətləri liqası (ƏDL), Amerika dövlətləri təşkilatı (ADT) və s.), 

BMT-nin  ixtisaslaşdırılmış  təsisatlarında  (Atom  enerjisi  üzrə 

beynəlxalq agentlik və s.) iştirakı dövlətlərin qarşısında duran mühüm 

tələblərdən  birinə  çevrilmişdir.  Beynəlxalq  hüquq  normaları, 

beynəlxalq müqavilələr vasitəsilə dövlətlərin bu sahə ilə bağlı 

FaflJKHeB K.C. Bee/ıeHHe 

reono.nHTHKy. S. 356. 



369 


ilqar Məmmədov 

olan  fəaliyyəti  məqsədəuyğun  istiqamətə  salınır,  müəyyən  növ 

fəaliyyətlərin qarşısı alınır, onlara məhdudiyyətlər qoyulur. BMT- nin 

nizamnaməsi,  nüvə  silahının  atmosferdə  sınaqdan  keçirilməsinin 

qadağan  edilməsi,  strateji  nüvə  silahlarının  azaldılması  ilə  bağlı 

müqavilələr.  Kimyəvi  silahların  qadağan  və  məhv  edilməsi  barədə 

konvensiya və s. beynəlxalq hüquqi sənədlər bu sahə üzrə fəaliyyəti, 

münasibətləri tənzimləyən əsas aktlardır. 

Soyuq  müharibə  dövründə  dünyada  təhlükəsizliyin  təmin 

edilməsi bir-birinə qarşı duran iki blok arasında balansın yaradılması 

ilə  əlaqələndirilirdi.  Ona  görə  də  sosialist  sistemi  ilə  kapitalist 

sisteminin konfrontasiyasının qəti şəkildə həll olunmadığı bir şəraitdə 

dinc  yanaşı  yaşama  prinsipi  dövlətlərarası  münasibətlərin 

tənzimlənməsinin  ən  əsas  prinsiplərindən  biri  hesab  olunurdu.  Bu 

prinsipi məşhur beynəlxalq hüquq nəzəriyyəçisi Q.İ.Tunkin belə izah 

edirdi;  «Dinc  yanaşı  yaşamaq  prinsipi  beynəlxalq  hüququn  prinsipi 

kimi  ümumi  xarakterə  malikdir  və  ictimai  quruluşundan  asılı 

olmayaraq bütün dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, 

sülhün və təhlükəsizliyin təmin edilməsi prinsipidir».'' 

ikinci  Dünya  müharibəsi  dövründə  hər  iki  sistemi  təmsil  edən 

dövlətlərin  faşizmə  qarşı  birləşməsi  həmin  prinsipin  beynəlxalq 

hüquq  sisteminə  daxil  edilməsində  mühüm  rol  oynamışdır.  Dinc 

yanaşı yaşamaq prinsipi beynəlxalq hüququn əsas prinsiplərinə aid 

edilsə də, bu, həmin sistemləri təmsil edən dövlətlərin bir- birinə qarşı 

total  müharibə  aparmadan  özünü  inkişaf  etdirməklə  və  inkişaf 

rəqabətinə  girməklə  əks  tərəfi  məhv  etmək  siyasətini  həyata 

keçirmələrinə  mane  olmurdu.  Həmin  prinsip  soyuq  müharibə 

dövründə  total  müharibə  aparmadan,  dinc  üsullarla  tərəflərin 

bir-birini  üstələməsi  prisipinə  daha  çox  bənzəyirdi.  Dinc  yanaşı 

yaşamaq prinsipinin göstərilən tərzdə reallaşması nəticəsində SSRİ 

kimi nəhəng dövlət və sosialist bloku dağıldı və kapitalist sistemi qalib 

gəldi. 


Тункин Г.И. Теория международного права. M., 2000, s. 60. 

370 


Dövlət və hüquq nəzəriyyəsi 

Lakin soyuq müharibənin başa çatması arzu oiunan beynəi- xaiq 

təhiükəsiziiyin,  süihün  təmin  edilməsinə  gətirib  çıxarmadı. 

Bəşəriyyətin  həyatında  çox  mühüm  rola  malik  olan  bu  hadisə 

dünyada  lokal  konfliktlərin  artmasına  səbəb  oldu.  Etnik,  dini  və  s. 

zəmində  yaranmış  həmin  konfliktlərin  artmasının  və  bəşəriyyəti 

təhlükə qarşısında qoymasının rəsmi olaraq təbliğ olunan dəyərlərin, 

prinsiplərin,  normaların  dünyanın  güclü,  inkişaf  etmiş  dövlətləri 

tərəfindən  həyata  keçirilməməsi  ilə  yaxından  əlaqəsi  var.  Bu  isə 

konfliktlərin  həll  edilməməsinə,  nəticədə  isə  sülhün,  beynəlxalq 

təhlükəsizliyin  təmin  edilməməsinə  səbəb  olan  mühüm  amillərdən 

biri  kimi  çıxış  edir,  həmçinin  terrorizmin  müxtəlif  formalarda  inkişaf 

etməsinə  təsir  göstərir.  Belə  bir  vəziyyətdə  baş  verən 

ədalətsizliklərdən,  arzuolunmayan  siyasi  proseslərdən  narazı  qalan 

və  güclü  dövlətlərlə  müqayisədə  çox  zəif  olan  ölkələrin,  millətlərin 

«qisasçı»  nümayəndələri  terror  əməliyyatları  vasitəsilə  vəziyyəti 

dəyişmək istəyirlər. Nəticədə isə münaqişələrin həll edilməsi daha da 

çətinləşir. 

Digər  dövlətlərlə  əməkdaşlıq  funksiyası.  Dövlətin  digər 

dövlətlərlə  əməkdaşlığı  iqtisadiyyat,  mədəniyyət,  elm,  səhiyyə, 

ekologiya, idman və s. sahələr üzrə həm ikitərəfli, həm də çoxtərəfli 

əlaqələr şəklində qurulur. Qloballaşmanın yeni keyfiyyət qazanması 

dövlətlərin  əməkdaşlığına  xüsusi  təsir  göstərir.  Qloballaşma 

prosesində  transmilli  sosial  əlaqələr  məkanının  daha  da 

genişlənməsinin dövlətlərarası əməkdaşlığın beynəlxalq əhəmiyyətli 

hadisəyə  çevrilməsində  mühüm  rolu  var.  Qloballaşma  prosesi  o 

qədər irəli getmişdir ki, hər hansısa bir dövlət və ya dövlətlər qrupu 

artıq  onun  qarşısını  ala  bilməz.  Münhen  Universitetinin  professoru 

Ulrix  Bekin  yazdığı  kimi,  bu  prosesin  nəticəsində  meydana  gəlmiş 

qloballığın  qarşısı  alınmazdır.  Q,  qloballı-  ğın  qarşısının  alına 

bilinməməsinin əsas səkkiz səbəbini göstərir: 

1.

 



Beynəlxalq ticarət sahəsində əlaqələrin sıxlaşması və həmin 

əlaqələr coğrafiyasının genişlənməsi, transmilli konsernlərin gücünün 

artmasına səbəb olan maliyyə bazarlarının qlobal səviyyədə bir-birinə 

qarışması. 

2.

 

Davam edən informasiya və kommunikasion-texnoloji inqilab. 



371 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə