Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə119/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   115   116   117   118   119   120   121   122   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

məsinə xidmət edir. Cəmiyyətin idarə olunmasını təşkil edən dövlət 

qanunvericilik vasitəsilə mədəni həyatın tənzimlənməsini də həyata 

keçirir.  Bu  baxımdan,  dövlətin  mədəni  siyasəti  mədəniyyətin 

qorunması, inkişaf etdirilməsi və genişlənməsi üzrə dövlət fəaliyyətini 

tənzimləyən 

hüquqi 

prinsiplərin 



və 

hüquq 


normalarının 

müəyyənləşməsi və həyata keçirilməsi kimi izah edilir. 

Sosial-iqtisadi  inkişafın  əsas  faktorlarından  olan  təhsilin  dövlət 

siyasətində xüsusi yeri var. Təhsilin inkişaf səviyyəsi bilavasitə əmək 

resurslarının  keyfiyyətinə  və  ölkə  iqtisadiyyatının  vəziyyətinə  təsir 

göstərir.  Təhsil  mədəni-tərbiyəvi  funksiyanı  həyata  keçirməklə 

cəmiyyətin mənəvi sahəsinə təsir edir. Təhsil sistemi fərdin vətəndaş 

kimi  formalaşmasında  da  əhəmiyyətli  rol  oynayır.  Səlahəddin 

Xəlilovun  yazdığı  kimi,  «əgər  iqtisadi  dirçəliş,  elmi-texniki  tərəqqi 

daha  çox  rasional  düşüncə,  intellektual  potensialla  şərtlənirsə, 

insanın  sosial  və  mənəvi  yüksəlişi  daha  çox  siyasi  mədəniyyət  və 

hüquqi  təfəkkürlə  şərtlənir.  Bütün  bunların  inkişafı  isə,  ilk  növbədə, 

təhsil sisteminin necə təşkil olunmasından asılıdır. Təsadüfi deyil ki, 

dövrümüzün  ən  güclü  dövlətləri  də  məhz  təhsil  sahəsindəki 

vəziyyətdən  narahatlıq  keçirir,  məqsədyönlü  təhsil  islahatlarının 

həyata keçirilməsini başlıca strateji vəzifə hesab edirlər».'' 

Cəmiyyətdə  təhsilə  olan  tələbat  dövlətin  təhsil  siyasətinin 

prinsiplərində  öz  ifadəsini  tapır.  Bu  sahədə  dövlət  siyasətinin  əsas 

məqsədlərindən  biri  də,  öz  vətəndaşları  üçün  təhsil  hüquqlarının 

reallaşmasına əlverişli şəraitin yaradılmasından ibarətdir. Göstərilən 

sahəyə  dövlət  qayğısı,  yalnız  vətəndaşların  təhsil  almasının  təmin 

edilməsi  ilə  məhdudlaşmır.  Dövlət,  həm  də  elmin  və  cəmiyyətin 

inkişaf  səviyyəsinə  uyğun  gələn  və  gələcək  inkişaf  üçün  zəmin 

yarada  bilən  keyfiyyətcə  yüksək  təhsilin  vətəndaşlara  verilməsinin 

qayğısına qalmalıdır. 

Dünyada  təhsilin  vəziyyəti  və  təhsilin  cəmiyyətdəki  rolu  ilə 

əlaqədar aparılan tədqiqatlar nəticəsində bu sahənin mütəxəs- 

Xəlilov Səlahəddin. 



Təhsil sistemi: nəzəriyyə və praktika. Bakı, 1999, 

s. 9. 


357 


ilqar Məmmadov 

sislərinin  gəldiyi  nəticə  ondan  ibarətdir  ki,  «kasıbçılıqla  mübarizəyə 

yönəlmiş siyasətin həyata keçirilməsi, uşaq ölümünün azaldılması və 

insanların  sağlamlığının  yaxşılaşdırılması,  ətraf  mühitin  qorunması, 

insan hüquqlarının möhkəmləndirilməsi, beynəlxalq münasibətlərinin 

inkişaf  etdirilməsi  və  milli  mədəniyyətin  zənginləşdirilməsi  təhsil 

sahəsində  müvafiq  strategiyanı  həyata  keçirmədən  gözlənilən 

nəticəni  verməyəcək,  aparıcı  texnologiyanın  mənimsənilməsi 

sahəsində rəqabətə dözümlüyün təmin edilməsinə yönəlmiş cəhdlər 

nəticəsiz olacaqdır».'' 

Son  onilliklərdə,  demək  olar  ki,  sənayecə  inkişaf  etmiş  bütün 

dövlətlərdə  bu  və  ya  digər  səviyyədə  milli  təhsil  sistemi  ilə  bağlı 

islahatlar  aparılmış  və  buna  külli  miqdarda  maliyyə  vəsaitləri 

ayrılmışdır. 

Təhsilin 

səviyyəsi 

ölkənin 

gələcək 


inkişafını 

müəyyənləşdirdiyindən  islahatlar  xüsusi  dövlət  siyasəti  statusunu 

qazanmışdır. Hal-hazırda Azərbaycanın təhsillə bağlı əsas problemi 

cəmiyyətin  inkişafını  şərtləndirə  biləcək  milli  təhsil  sisteminin  for- 

malaşdırılmasından ibarətdir. 

İdeoloji  funksiya.  Bu  funksiya  bu  və  ya  digər  formada  hər  bir 

dövlətə  xas  olan  funksiyadır.  Belə  ki,  dövlət  hakimiyyətinin  həyata 

keçirilməsi,  ictimai  münasibətlərin  dövlət  tərəfindən  tənzimlənməsi 

müəyyən  dəyərlər  sisteminə,  inanclara,  prinsiplərə  və  ideyalara 

əsaslanır.  Dövlət  öz  hakimiyyətinin  ədalətli  olmasını,  cəmiyyətin 

maraqlarına  uyğun  fəaliyyət  göstərdiyini  əsaslandırmaq  üçün 

müəyyən ideyalardan, nəzəri konsepsiyalardan və ya konsepsiyadan 

çıxış  edir,  bu  və  ya  digər  inandırma  üsullarından  istifadə  edir  və 

müxtəlif formalarda təbliğat işi aparır. Tipindən, idarəetmə və siyasi 

rejim  formalarından  asılı  olmayaraq  bütün  dövlətlər  özünün,  təmsil 

etdiyi  ictimai-iqtisadi  quruluşun  təbliğ  edilməsi  ilə  məşğul  olur.  Bu 

sahədə  onların  bir-birindən  əsas  fərqi  təbliğatın  hansı  üsul  və 

vasitələrlə,  hansı  intensivlikdə  aparılması  ilə  bağlıdır.  Totalitar 

dövlətlər mövcud rejimə bəraət qazandıran və mövcud hakimiyyətin 

əsaslı olmasını təbliğ edən 

' Социальная политика. 

Под общ. ред. Волгина Н.А.

 М., 2002, 

S. 

391. 


358 


Dövlət və hüquq nəzəriyyəsi 

hakim  ideologiyanın  hamı  tərəfindən  qeyd-şərtsiz  qəbul  edilməsinə 

çalışır,  ona  qarşı  çıxan  hər  kəs  dövlət  maşınının  əzici  gücü  ilə 

neytrallaşdırılır.  Demokratik  dövlətlər  isə  mövcud  rejimi,  idarəetmə 

formasını  təbliğ  etsələr  də,  ideoloji  plyuralizmə  imkan  yaradır  və 

ayrı-ayrı insanlar, qruplar fikir müxtəlifliyinə görə təqib olunmur. 

«İdeologiya»  termini  elmə  XVIII  əsrin  sonlarında  fransız 

tədqiqatçısı A.Destyutom de Trasi tərəfindən gətirilmişdir. Bu termini 

o,  «ideyalar  haqqında  elm»  mənasında  işlətmişdir.  Sonradan  isə 

həmin  terminin  mənası  xeyli  dəyişərək siyasi  rəng  qazanmış  və  bu 

əsasda  da  müxtəlif  cür  şərh  edilmişdir.  T.Parsons  daha  geniş 

yanaşmadan  çıxış  edərək  ideologiyanı  konkret  cəmiyyətdə  sosial 

fəaliyyət yönümlüklərini müəyyənləşdirən dəyərlər sistemi kimi şərh 

etmişdir.  M.Veber,  K.Mangeym,  E.Dyurkgeym  isə  ideologiyanı 

mədəniyyət  kontekstində  nəzərə  alaraq  onun  mədəniyyətin  bir 

elementi kimi izah edilməsi ənənəsini yaratmışlar. M.Veber, həm də 

siyasi  idealların  dini  normalarla  şərtləndiyini  və  ideologiyanın 

cəmiyyətin  həyatında  oynadığı  rolu  öyrənərkən  bunun  nəzərə 

alınmasının vacib olduğunu yazırdı. O hesab edirdi ki, dini norma və 

dəyərlər insanlara müəyyən həyat və davranış tərzini aşılayır və onlar 

mədəni kodlar olmaqla konkret cəmiyyətdə həyatın siyasi formalarına 

xas olan spesifik cəhətləri başa düşməyə imkan yaradır. Kulturoloji 

yanaşma E.Şİlz, U.Mats və digər müasir tədqiqatçılar tərəfindən də 

inkişaf etdirilmişdir. 

Müasir  mənada  başa  düşülən  ideologiya  Avropada  intibah 

dövründən başlayan sekulyarizasiya prosesinin, yəni fərdi və ictimai 

şüurun dini təsəvvürlərdən ayrılmasının, müstəqilləşmə- sinin təsiri ilə 

meydana  gəlmişdir.  Sekulyarizasiya  prosesi  cəmiyyət,  dövlət, 

bütövlükdə  dünya  haqqında  rasional  təsəvvürlər  sistemini 

formalaşdırmış,  beləliklə  də,  hakimiyyətin  əsaslandırılması  üçün 

istifadə  olunan  əvvəlki  dini  təsəvvürlər  yeni  siyasi-  nəzəri 

konsepsiyalarla  əvəz  edilmişdir.  Lakin  bu  o  demək  deyil  ki,  həmin 

dövrə  qədər  dövlətlərin  ideoloji  funksiyası  olmamışdır.  Dövlətin 

yarandığı ilk dövrlərdən dövlət hakimiyyətinin, mövcud 



359 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə