Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə118/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   114   115   116   117   118   119   120   121   ...   205

ilqar Məmmədov 

İkincisi, belə bir fəaliyyət yalnız hüquqi təsir tədbirləri görməklə 

həyata keçirilir. 

Üçüncüsü,  hüquq  mühafizə  fəaliyyəti  həyata  keçirilərkən  ciddi 

şəkildə  qanunla  müəyyən  olunmuş  qaydalara,  müəyyən  hüquqi 

proseduralara riayət olunur. 

Dördüncüsü,  hüquq  mühafizə  fəaliyyəti,  ilk  növbədə,  xüsusi 

səlahiyyətli  dövlət  orqanlarına-hüquq  mühafizə  orqanlarına  həvalə 

edilir. 

Beşincisi, hüquq mühafizə fəaliyyəti prosesində hüquq mühafizə 

orqanlarının, onların vəzifəli şəxslərinin qanunauyğun şəkildə qəbul 

etdikləri qərarların icrası məcburi xarakter daşıyır. 

Altıncısı,  hüquq  mühafizə  fəaliyyəti  dövlət  məcburiyyəti 

tədbirlərindən istifadə edilməklə həyata keçirilir. 

Qanunvericilikdə  hüquq  mühafizə  orqanlarının  tərkibi  dəqiq 

şəkildə  göstərilmədiyindən  bu  boşluğun  aradan  qaldırılması  işini 

hüquq elmi öz üzərinə götürmüşdür. Lakin hüquq elmində də hansı 

dövlət  orqanlarının  hüquq  mühafizə  orqanları  sırasına  aid  edilməsi 

mübahisəsi hələ də öz həllini tapmamışdır. Məsələn, L.K.Savyuk bir 

sıra  tədqiqatçıların  müəyyənləşdirdiyi  kriteriyaları  əsas  götürərək 

dövlət  orqanları  sırasından  məhkəməni,  prokurorluğu,  daxili  işlər 

orqanlarını,  milli  təhlükəsizliyin  təmin  edilməsi  sahəsində  fəaliyyət 

göstərən  orqanları,  vergi  xidməti  və  vergi  polisi,  gömrük,  ibtidai 

araşdırma,  ədliyyə  orqanlarını,  notariatları  hüquq  mühafizə 

orqanlarına  aid  edir.''  Bəzi  tədqiqatçıların  fikrincə  isə,  «hüquq 

mühafizə  orqanlarına  məhkəmə  hakimiyyətinə  daxil  olan 

məhkəmələr, prokurorluq və icra hakimiyyətinə aid edilən daxili işlər, 

milli təhlükəsizlik, ədliyyə və gömrük orqanları daxildir».2 

Hüquqi  dövlətdə  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının 

təmin  edilməsi,  qorunması  hüquq  qaydasının  təmin  edilməsi  üzrə 

dövlət fəaliyyətinin başlıca istiqaməti kimi çıxış edir. Vətən- 

' Савюк Л.К. Правоохранительные органы. M., 2002, s. 202. 

2 Piriyev Əzim. 

Azərbaycan Respublikasının hüquq mühafizə orqanları. 

S. 6. 

354 



Dövlət və hüquq nəzəriyyəsi 

daşın  siyasi,  iqtisadi,  sosial-mədəni,  şəxsi  hüquq  və  azadlıqlarının 

reallaşması  üçün  müvafiq  şəraitin  yaradılması,  onların  mühafizə 

olunması həm birbaşa dövlətin, həm də ayrı-ayrı dövlət hakimiyyəti 

orqanlarının  əsas  məqsədinə  çevrilir  və  bu  hüquqi  dövlətin  əsas 

xüsusiyyəti  kimi  qəbul  olunur.  Hüquqi  dövlətdə  insan  və  vətəndaş 

hüquq  və  azadlıqlarının  qorunması,  həm  də  hüquq  mühafizəedici 

fəaliyyətin əsasını təşkil edir. 

Dövlətin  hüquq  qaydasının  təmin  edilməsi  və  hüquq  müha- 

fizəetmə fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqların belə 

bir mövqeyə malik olmasını nəzərə alaraq bəzi alimlər hesab edirlər 

ki, insan və vətəndaş hüquq və azadlıqlarının, mülkiyyətin qorunması 

dövlətin ayrıca bir funksiyasıdır. 

Mədəniyyətin,  elmin  və  təhsilin  inkişaf  etdirilməsi  funksiyası. 

Mədəni  münasibətlərin  subyektlərindən  dövlət  öz  xüsusi  rolu  ilə 

seçilir.  Bu  funksiyanı  həyata  keçirərkən  o,  cəmiyyətdə  mədəni 

həyatın  təşkil  olunmasında  aktiv  iştirak  edir.  Dövlətin  belə  bir 

funksiyanı  həyata  keçirməsi  onun  cəmiyyətdə  mədəni-  mənəvi, 

intellektual,  texniki  inkişafın  təmin  edilməsi  istiqamətində  fəaliyyət 

göstərməsi  deməkdir.  Dövlətin,  cəmiyyətin  inkişafı  ilə  bağlı  olan 

maraqlar  mədəniyyətin  bütün  formalarda  inkişaf  etdirilməsi, 

elmi-texniki  nailiyyətlərin  əldə  olunması  və  onların  həyatda  tətbiq 

edilməsi,  həmin  sahələrdə  yaradıcılıq  imkanlarının  genişləndirilməsi 

ilə  üzvi şəkildə  bağlıdır. Yalnız  öz  mədəni  siyasətində  bunu  nəzərə 

almaqla  strateji  inkişaf  xətti  götürmüş  dövlətlər  dünyadakı  inkişaf 

tendensiyalarının doğurduğu rəqabətə dözə bilər. 

Dövlətin həmin funksiyanı həyata keçirə bilmək imkanları onun 

iqtisadi  inkişaf  səviyyəsi,  maliyyə  imkanları  ilə  bağlıdır.  Məsələn, 

superdövlətə çevrilmiş ABŞ-ın inkişafı bu dövlətin elmə, təhsilə, elmi 

araşdırmalara, 

elmi-texniki 

nailiyyətlərin 

əldə 

olunmasına, 



mədəniyyətə  külli  miqdarda  maliyyə  vəsaiti  ayırması,  bu  sahələrin 

dövlətin  iqtisadi  imkanlarından  faydalanmasını  təmin  etməsi  ilə 

mümkün  olmuşdur.  Dünyada  superdövlət  olmuş  SSRİ-də  də 

göstərilən  istiqamətdə  fəaliyyətə  xüsusi  əhəmiyyət  verilmişdir. 

Dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi siya 

355 



ilqar Məmmədov 

sət  nəticəsində  mədəni,  elmi-texniki  nailiyyətlər  əldə  olunmuş  və 

həmin nailiyyətlərin dövlətin güclənməsində xüsusi rolu olmuşdur. 

Nəzəriyyəçilərin  fikrincə,  bu  funksiyanın  məzmununa  dövlət 

tərəfindən  mədəniyyətin,  yəni  ədəbiyyatın,  incəsənətin,  musiqinin, 

teatrın,  arxitekturanın,  idmanın,  kütləvi  informasiya  vasitələrinin, 

elmin  inkişaf  etdirilməsi,  elmin  ictimai  həyata  inteqrasiya  edilməsi, 

yaradıcı elmi fəaliyyətin və fundamental tədqiqatların, elmi nailiyyətlər 

nəticəsində  əldə  olunmuş  biliklərlə  təhsilin  inteqrasiya  olunmasının 

dəstəklənməsi,  tarixi-mədəni  abidələrin,  tarixi  komplekslərin 

qorunması  kimi  fəaliyyət  növləri  daxildir.  Milli  mədəniyyətin 

qorunması, inkişaf etdirilməsi də dövlətin bu funksiyası ilə sıx bağlıdır. 

Məhz  dövlət  tərəfindən  məqsədyönlü  siyasətin  həyata  keçirilməsi 

yolu  ilə  millətin  tarixən  formalaşdırdığı  və  yaşatdığı  mədəniyyəti 

inkişaf  etdirmək  mümkündür.  Milli-mədəni  irsin  qorunmasının 

mədəniyyətin  inkişaf  imperativlərindən  biri  kimi  qəbul  edilməsi 

sadəcə, nəzəri və ya ideoloji məsələ deyil. O, həm də sosial-mədəni 

pərakəndəliyin dəf edilməsi baxımından praktiki əhəmiyyət kəsb edir. 

Dünya  sivilizasiyasına  inteqrasiya  olunan  cəmiyyətlərdə  mədəni 

inkişaf  prioritetlərinin  iki  əsas  istiqamətinin  müəyyənləşməsi  vacib 

hesab olunur. Onlardan biri millətin özündə mədəni identifikasiyanın, 

onun  mənəviyyatının  və  tarixi  yaddaşının  formalaşmasının  əsas 

faktoru kimi çıxış edən mədəni irsin qorunması və inkişaf etdirilməsi, 

digəri isə qlobal proseslərin doğurduğu tələblərə cavab verilməsi ilə 

bağlıdır. 

Demokratik  cəmiyyətlərdə  mədəniyyətin,  elmin  və  təhsilin 

inkişaf  etdirilməsi  funksiyasının  reallaşmasını  təmin  edən  mədəni 

siyasət  cəmiyyətin  inkişaf  strategiyasına  daxil  edilməklə  sosial 

inteqrasiyaya nail olmağa, həyat səviyyəsinin yaxşılaşdırılmasına və 

milli birliyin yaradılmasına xidmət edir. Dövlət vətəndaşların mədəni 

həyatda  iştirak  etməsi  və  mədəni  nailiyyətlərdən,  mədəni 

dəyərlərdən,  informasiya  resurslarından  bəhrələnməsi  ilə  bağlı 

konstitusion  hüquqların  reallaşmasının  əsas  təminatçısı  kimi  çıxış 

etməklə mədəni məkanın daxilən bütövləş- 



356 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə