Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə117/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   113   114   115   116   117   118   119   120   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

dövlətin  siyasi  funksiyası  müvafiq  üsul  və  metodlarla  siyasi 

hakimiyyətin  həyata  keçirilməsini,  siyasi  hakimiyyətlə  digər  siyasi 

qüvvələr  arasında  münasibətlərin  tənzimlənməsini,  müxtəlif  siyasi 

maraqların artikulyasiyasını təmin edən fəaliyyətdir. 

Siyasi  funksiyanın  həyata  keçirilmə  üsulları  müxtəlifdir.  Həmin 

üsullar,  əsasən,  demokratik  və  avtoritar,  hüquqi  və  qeyri-hüquqi, 

leqal və qeyri-leqal, stimullaşdırıcı və təhdidedici, repressiv xarakterli 

olur. Qeyri-hüquqi üsullar hüquqa zidd və hüquqi baxımdan neytral 

üsullara  ayrılır.  Hüquqi  baxımdan  neytral  üsullar  bilavasitə  hüquq 

normaları  ilə  müəyyənləşmir.  Odur  ki,  onlar  hüquqa  zidd  deyil. 

Qeyri-leqal  üsullar  isə  anti-hüquqi  xarakterli  olur.  Məsələn,  heç  bir 

hüquqi  əsas  olmadan  müxalif  partiyanın  fəaliyyətinin  qadağan 

edilməsi,  hakimiyyətdə  olan  qüvvənin  və  ya  birinci  şəxsin  siyasi 

rəqibləri qanunsuz olaraq təqib etməsi, fiziki cəhətdən məhv etməsi 

və  s.  Dövlət  çevrilişinə  cəhd  edən  qüvvələrin  məsuliyyətə  cəlb 

edilməsi,  onlara  qarşı  dövlət  məcburiyyət  tədbirlərinin  həyata 

keçirilməsi isə leqal xarakterlidir. Çünki bunu həyata keçirmək üçün 

hüquqi əsas var. 

Hüquq  qaydasının  təmin  edilməsi  və  mühafizə  olunması 

funksiyası.  Hüquq  mühafizəedici  və  ya  hüquq  qaydasının  mühafizə 

edilməsi funksiyası kimi də adlandırılan bu funksiya, demək olar ki, 

dövlətin  özü  ilə  yaşıddır.  Həmin  funksiya  dövlətin  mövcudluğunu 

bilavasitə təmin edən funksiyalardandır. Elə bir dövlət mümkün deyil 

ki, bu funksiyanı həyata keçirmədən mövcud ola bilsin. 

Hüquq  qaydasının  təmin  edilməsi  və  mühafizə  olunması 

funksiyasını  həyata  keçirərkən  dövlət  hüquq  normaları  vasitəsilə 

davranış  qaydalarını,  hüquq  pozuntularını,  həmin  normaların 

pozulmasına  görə  məsuliyyəti,  prosessual  qanunvericilik  vasitəsilə 

hüquq  pozuntularının  araşdırılması  və  məsuliyyətə  cəlb  etmə 

prosedurasını,  cəzaların  icra  olunma  qaydalarını  müəyyənləşdirir, 

hüququ  tətbiq  etməklə  onları  təmin  edir.  Həmçinin  də  hüquq 

pozuntularına  qarşı  mübarizə  aparılması,  hüquq  pozuntusuna  yol 

vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün 

hüquq mühafizə orqanları sistemini yaradaraq onların 

351 



ilqar Mammədov 

öz  səlahiyyətləri  daxilində  həyata  keçirdikləri  fəaliyyəti  tənzimləyir. 

Dövlətşünaslar, nəzəriyyəçilər həmin funksiyanı xarakterizə edərkən 

onun  yalnız  hüquq  qaydasının  təmin  edilməsi,  mühafizə  olunması 

fəaliyyəti  ilə  məhdudlaşmadığını  xüsusi  olaraq  vurğula-  yırlar. 

Məsələn,  V.Y.Çirkin  belə  hesab  edir  ki,  hüquq  mühafizəe-  dici 

funksiya  (yəni  hüquq  qaydasının  təmin  və  mühafizə  edilməsi 

funksiyası)  həm  hüquqyaradıcı,  həm  də  hüquq  mühafizəedici 

fəaliyyətdir. O, bunlar üçün elmi ədəbiyyatda hələ ki ümumiləş- dirici 

bir  adın  tapılmadığını  bildirir.''  V.M.Sırıx  da  oxşar  mövqedən  çıxış 

edərək  yazır  ki,  hüquq  qaydasının  mühafizə  olunması  və 

qanunçuluğun möhkəmləndirilməsi funksiyası məntiqi olaraq dövlətin 

hüquqyaradıcı, yəni onun tərəfindən ümumməcburi xarakterə malik 

olan normativ-hüquqi aktların qəbul edilməsi fəaliyyətindən irəli gəlir 

və  dövlətin  istənilən  ümumməcburi  xarakterli  göstərişi  dövlət 

tərəfindən real şəkildə icra olunmaqla ümumməcburi olur.2 

Beləliklə,  hüquq  qaydasının  təmin  və  mühafizə  edilməsi 

funksiyası xarakterizə olunarkən hüquq qaydasının təmin edilməsi və 

hüquq 

mühafizəedicilik 



fəaliyyətinin 

hüquq 


normalarının 

müəyyənləşdirilməsi  ilə  əlaqəli  şəkildə  həyata  keçirilməsinə  xüsusi 

diqqət  verilir  və  bu  funksiya  ilə  bağlı  olan  dövlət  fəaliyyəti  xüsusi 

səlahiyyətli  orqanlar  (hüquq  mühafizə  orqanları)  tərəfindən  həyata 

keçirilən  fəaliyyətdən  fərqləndirilir.  Göstərilir  ki,  hüquq  mühafizə 

orqanlarının  hüquq  mühafizəedici  və  hüquq  qaydasını  təmin  etmək 

fəaliyyəti  həmin  səlahiyyətli  orqanlar  tərəfindən  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  və  əsaslarla  hüquqi  təsir  tədbirlərinin 

həyata  keçirilməsi  olub,  dövlətin  hüquq  qaydasının  təmin  və 

mühafizə edilməsi funksiyasının tərkib hissəsi kimi çıxış edir. Dövlətin 

hüquq qaydasının təmin edilməsi və hüquq mühafizəedicilik fəaliyyəti 

isə  geniş  mənada  başa  düşülən  fəaliyyət  istiqaməti  olmaqla  bütün 

dövlət  orqanlarının  (qanunverici,  icra  və  məhkəmə  hakimiyyəti 

orqanlarının) iştirakı ilə. 



' Чиркин В.Е. 

Современное государство. 8. 203. 





Сырых В.М. 

Теория государства и права. 8. 42. 



352 


Dövlət və hüquq nəzəriyyəsi 

yəni  bütövlükdə  dövlət  tərəfindən  hüquq  və  azadlıqların  həyata 

keçirilməsinin, qanunçuluğun və hüquq qaydasının təmin edilməsidir. 

Dövlət  orqanları  qanunçuluq  rejimini,  hüquq  və  azadlıqların 

reallaşması  imkanını  və  hüquq  qaydasını  təmin  etməklə  öz 

səlahiyyətlərinə və fəaliyyət sahələrinə uyğun olaraq bu və ya digər 

dərəcədə  hüquq  mühafizəetmə  fəaliyyətində  iştirak  edirlər.  Lakin 

demokratik  cəmiyyətdə  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının 

müdafiəsi,  vətəndaşların,  dövlət  və  qeyri-dövlət  təşkilatlarının, 

müəssisələrin,  əmək  kollektivlərinin  və  ictimai  təşkilatların 

hüquqlarının və qanuni mənafelərinin mühafizəsi, cinayətkarlıqla və 

digər  hüquq  pozuntuları  ilə  mübarizə  aparmaq,  məhz  hüquq 

mühafizə orqanlarının əsas vəzifəsidir. Dövlət hüquq və azadlıqların 

təmin  edilməsi  və  reallaşması  üçün  müvafiq  şəraitin  yaradılması 

öhdəliyini  öz  üzərinə  götürdüyündən  hüquq  və  azadlıqların, 

qanunçuluğun qorunması, hüququn mühafizə olunması fəaliyyəti ilə 

məşğul olan xüsusi qurumlar təşkil edir. 

Ə.Piriyevin yazdığı kimi, hüquq mühafizə orqanlarının fəaliyyəti 

ilə  bağlı  olan  hüququn  mühafizəsi  sahəsinə  cinaytkarlıqla, 

qanunazidd  ictimai  təhlükəli  əməllərlə  mübarizənin  aparılması  ilə 

bərabər,  «həm  də  vətəndaşın,  xarici  vətəndaşın,  vətəndaşlığı 

olmayan  şəxsin,  vəzifəli  şəxsin,  sahibkarın,  dövlət  və  qeyri-dövlət 

müəssisələrinin  hüquqlarını  və  qanuni  mənafelərini  pozan,  yaxud 

onları  məhdudlaşdıran  hər  bir  hərəkətlə  mübarizə  və  ya  onun 

qarşısının alınması daxildir».'' Hüquq mühafizə orqanlarının fəaliyyəti 

qanunların  həyata  keçirilməsi  üzərində  nəzarət,  təqsirli  şəxslərin 

məsuliyyətə cəlb edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi, 

məhkəmə  qərarlarının  icra  olunması,  cəzaların  icra  olunması  və 

hüquq bərpaedici tədbirlərin həyata keçirilməsi ilə reallaşır. 

Hüquq  ədəbiyyatında  hüquq  mühafizəedici  fəaliyyətin  bir  sıra 

əlamətləri sadalanır. 

Həmin  əlamətlərdən  birincisi  ondan  ibarətdir  ki,  hüqüq 

mühafizəetmə fəaliyyəti qanunauyğun olur. 

''Piriyev  Əzim. 

Azərbaycan Respublikasının  hüquq  mühafizə  orqanları. 

Bakı, 2000, s.10. 



353 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə