Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə116/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   112   113   114   115   116   117   118   119   ...   205

ilqar Məmmədov 

şərtlər kompleksi ilə korrelyativ əlaqəsi var. Azərbaycan üçün də bu 

məsələ  mühüm  əhəmiyyət  kəsb  edir.  Hal-hazırda  bazar 

iqtisadiyyatının formalaşdırılması problemləri ilə üzləşən Azərbaycan 

Respublikasında  sosial  müdafiə  sisteminin  iqtisadi  və  hüquqi 

bazasının inkişaf etdirilməsinə böyük ehtiyac var. 

Siyasi  funksiya.  Dövlətin  siyasi  funksiyasının  məzmununa 

dövlətin  siyasi  iradəsinin  həyata  keçirilməsi,  dövlət  idarəetməsinin 

əsas  məqsəd  və  vəzifələrinin  müəyyənləşdirilməsi,  cəmiyyətdə 

özünə  yer  alan  müxtəlif  maraqların,  dövlətin  əsas  fəaliyyət 

istiqamətləri  üzrə  dövlət  orqanlarının  fəaliyyətinin  təşkil  və  idarə 

olunması,  həmçinin  hakim  siyasi  elitanın  mövqeyinin  qorunub 

saxlanması daxildir. Bu funksiya müxtəlif qruplar, siyasi partiyalar və 

digər  birliklər  arasında,  həmçinin  onlarla  dövlət  arasında  yaranan 

siyasi  münasibətlərin  tənzimlənməsinə  yönəlir.  Odur  ki,  dövlətin 

siyasi funksiyası hakimiyyətin təşkili və həyata keçirilməsi prosesində 

müxtəlif qruplar arasında yaranan münasibətlərin mövcud qaydalara 

və proseduralara uyğun tənzimlənməsini təmin edir. Qeyri-leqal, gizli 

təşkilatların, silahlı qruplaşmaların yaradılmasının qarşısının alınması, 

siyasi yürüşlərin və kütləvi siyasi tədbirlərin keçirilməsi qaydalarının 

müəyyənləşdirilməsi,  seçkilərin  keçirilməsinin  təşkil  edilməsi, 

vətəndaşların  siyasi  hüquqlarının  reallaşmasını  təmin  edən 

fəaliyyətin  həyata  keçirilməsi,  siyasi  münasibətlərin  «siyasi  oyun» 

qaydalarına uyğun tənzimlənməsi və s. dövlətin siyasi funksiyası ilə 

bağlı olan hadisələrdir. 

V.A.Kozbanenkonun yazdığı kimi, «dövlət bütövlükdə cəmiyyətə 

aid olan maraqları nəzərə almaqla müxtəlif tələbatların, maraqların, 

fəaliyyət növlərinin və formalarının uzlaşdırılmasını təmin edir. Bunun 

üçün  dövlət  formalaşmış  hüquq  normaları  sisteminə  əsaslanmaqla 

öz orqanları vasitəsilə siyasi hakimiyyət mexanizmi kimi çıxış edir və 

cəmiyyətdə  baş  verən  proseslərin,  cəmiyyətə  aid  işlərin  idarə 

olunmasını-dövlət  idarəetməsini  həyata  keçirir.  Beləliklə,  dövlət 

idarəetməsi 

ictimai 


proseslərə 

və 


münasibətlərə 

təşkiledici-tənzimləyici  təsir  göstərir.  Hər  zaman  insanların 

ehtiyacları, tələbatları, maraqları və istəkləri ilə bağlı 

348 



Dövlət və hüquq nəzəriyyəsi 

olan  dövlətin  təyinatı  onların  birgəyaşayış  qaydalarını  tənzimləmək, 

həmin qaydaları təmin edə bilməkdir».'' 

Dövlət  hakimiyyətinin  xarakterinə  uyğun  şəkildə  formalaşan 

dövlət  idarəetmə  təsirlərinin  xarakteri  və  həddi  siyasi  funksiyanın 

konkret  formasını  yaradır.  Buna  görə  də,  dövlətlərin  siyasi 

funksiyaları  dövlətin  tarixi  tiplərinə,  idarəetmə  formalarına  və  siyasi 

rejimlərə görə bir-birindən fərqlənir. 

Dövlətin məqsəd və vəzifələrinin reallaşması dövlət siyasətinin 

(ictimai  siyasətin)  müəyyənləşməsi  və  reallaşması  yolu  ilə  həyata 

keçirilir.  Bu  baxımdan,  dövlət  siyasəti  (ictimai  siyasət)  ictimai 

problemlərin  həll  edilməsi,  cəmiyyətin  və  onun  ayrı-ayrı  sahələrinin 

inkişaf  etdirilməsi  yolu  ilə  dövlət  hakimiyyəti  orqanlarının 

məqsədyönlü  fəaliyyət  göstərməsi  kimi  özünü  göstərir.  Praktiki 

səviyyədə isə dövlət siyasəti siyasi prosesi doğurur. Siyasi prosesdə 

öz  məqsəd  və  vəzifələri  olan,  cəmiyyətin  müxtəlif  qruplarına  aid 

maraqları əks etdirən müxtəlif qruplar iştirak edir. Bu proses çeşidli 

mexanizmlərin  və  vasitələrin  köməyi  ilə  ictimai  həyatın  konkret 

sahələri üzrə məqsədyönlü siyasətin formalaş- dırılmasına və həmin 

sahələrlə  əlaqəli  müxtəlif  maraqların  uzlaşdırılmasına  yönəlir.  Qərb 

elmində «dövlət siyasəti» anlayışından çox «ictimai siyasət» (public 

policy) anlayışından istifadə olunur. Bununla da, siyasətin obyektləri 

kimi  çıxış  edən  cəmiyyətin  və  vətəndaşların  ictimai  maraqları  və 

tələbatları  ön  plana  çəkilir.  İctimai  siyasət  ideyasına  görə,  ictimai 

maraqlar,  həmçinin  vətəndaşların  iradə  və  maraqları  hakimiyyət 

orqanlarının müəyyənləşdirdiyi dövlət siyasətində əks olunmalıdır. 

ictimai  siyasətin  müəyyənləşməsində  aşağıdan  yuxarıya,  yəni 

cəmiyyət, onun ayrı-ayrı qrupları, vətəndaşlar tərəfindən hakimiyyət 

strukturlarına  göstərilən  təsirlərin  mühüm  rolu  var.  Tədqiqatçıların 

fikrincə,  ictimai  siyasətlə  dövlət  siyasəti  arasındakı  fərq  daha  çox 

prosessual xarakter daşıyır və onlar siyasətin müəyyənləşməsinə iki 

əsas yanaşmanı əks etdirir. «Birinci hal- 



'Козбаненко  В.A. 

Правовые 

основы 

государственного 



управления. М., 2003, 

S. 


17. 

349 


ilqar Mammadov 

da  dövlət  siyasəti  vətəndaş  cəmiyyəti  institutlarının  və  yerli 

hakimiyyət  orqanlarının  aktiv  iştirakı  ilə  aşağıdan  formalaşmağa 

başlayır  və  bu  siyasət  sosial  qrupların,  ictimai  təbəqələrin 

əksəriyyətinin maraqlarına uyğun olaraq ümummilli problemlərin həll 

edilməsinə yönəlir. Bu qaydada yaranan sistemə görə, vətəndaşların 

maraqları  əsasında  dövlət  strategiyası  formalaşır  və  tələbatlara 

uyğun olaraq icra orqanları vasitəsilə həyata keçirilir. İkinci halda isə 

dövlət siyasətinin formalaşdırılmasında əsas rol dövlət hakimiyyəti və 

dövlət idarəetmə orqanlarına, yəni qərarları qəbul edən məmurlara və 

siyasətçilərə verilir. Belə olarkən, mərkəzdə icra hakimiyyəti orqanları 

və bürokratik aparat durur ki, bu da, adətən, hakimiyyətin cəmiyyətə 

yadlaşmasına və digər neqativ nəticələrə gətirib çıxarır».’’ 

Göründüyü  kimi,  dövlət  siyasəti  (ictimai  siyasət)  bütün 

cəmiyyəti,  həmçinin  cəmiyyətin  ayrı-ayrı  sahələrini  əhatə  edir  və 

dövlətin ümumi fəaliyyətinin müəyyənləşməsində mühüm rol oynayır. 

Dövlətin  siyasi  funksiyası  isə  dövlət  siyasətinin  tərkib  hissəsi 

olmaqla,  onun  fəaliyyətinin  bir  istiqamətini  təşkil  edir.  Bu  funksiya 

dövlət tərəfindən bütün cəmiyyətin və onun müxtəlif sahələrinin idarə 

olunması  ilə  bağlı  dövlət  proqramlarının  hazırlanmasını  və  bu  kimi 

digər fəaliyyət növlərini əhatələmir. Siyasi funksiya bilavasitə siyasi 

hakimiyyətin formalaşması, həyata keçirilməsi ilə bağlıdır. Bu halda, 

biz  «dövlət  hakimiyyəti»  ilə  «siyasi  hakimiyyət»  anlayışlarını  da 

bir-birindən  fərqləndiririk.  Dövlət  hakimiyyəti  hakimiyyətin  qollarını, 

bütövlükdə  dövlət  mexanizmini,  dövlətin  hüquq  və  qanunvericilik 

sistemini, onların fəaliyyətini, yəni hakimiyyətə yiyələnmiş bu və ya 

digər  qüvvədən  asılı  olmadan  obyektiv  olaraq  həyata  keçirilən 

suveren  hakimiyyəti  əhatələyən  bir  hadisədir.  Siyasi  hakimiyyət 

deyərkən  isə,  dövlət  hakimiyyətinin  verdiyi  imkan  və  vasitələr 

hesabına bilavasitə hakimiyyətin həyata keçirilməsi, həmçinin həmin 

hakimiyyəti həyata keçirənlərin özünü nəzərdə tuturuq. Beləliklə, 

’  Лобанов 

В.В.  Государственное  управление  и  общественная 

политика. СПб: Питер, 2004, з. 25. 

350 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə