ilqar Məmmədov
3.
İnsan hüquqlarına, yəni demokratik prinsiplərə riayət
olunması tələbinin hər yerdə irəli sürülməsi.
4.
Mədəniyyət industriyasının bütün dünyaya yayılan təsviri
axınları.
5.
Postinternasional, polisentrik dünya siyasəti.
6.
Qlobal kasıblıq problemləri.
7.
Ətraf mühitin qlobal səviyyədə məhv edilməsi problemləri.
8.
Yerlərdə transmilli konfliktlər problemi.’’
Dövlətlərarası əməkdaşlığın beynəlxalq səviyyədə təşkili
çoxqatlı bir hadisə və belə demək olar ki, mürəkkəb struktura malik
olan prosesdir. Dövlətlər arasında qurulan əməkdaşlıq nəticəsində
həm regional, həm də beynəlxalq səviyyədə müxtəlif müqavilələr
bağlanır, təşkilatlar yaradılır, dövlətlərin fəaliyyəti həmin təşkilatlar
vasitəsilə koordinasiya olunur və bu fəaliyyət bütün dünya
ictimaiyyəti üçün əhəmiyyətə malik olan məqsədyönlü fəaliyyətə
çevrilir. Həmin münasibətlərin ən ümumi səviyyədə koordinasiyası
isə BMT, onun ixtisaslaşdırılmış təşkilatları səviyyəsində həyata
keçirilir.
Dövlətin digər dövlətlərlə əməkdaşlıq funksiyası yuxarıda qeyd
olunan sahələrlə yanaşı demoqrafik problemlərin həll edilməsi,
xammalın əldə olunması, enerji istehsalı, cinayətkarlıqla mübarizə,
kosmik tədqiqatların aparılması, ekosistemin qorunması və s. sahələr
üzrə fəaliyyəti də əhatələyir. Həmin sahələr üzrə qlobal xarakterli
problemlərin meydana gəlməsi onların həll edilməsi üçün
dövlətlərarası əməkdaşlığın xüsusi qaydada həyata keçirilməsini
zəruri edir.
§ 3. DÖVLƏTİN FUNKSİYALARININ HƏYATA KEÇİRİLMƏSİNİN
FORMA VƏ METODLARI
Dövlətin funksiyalarının həyata keçirilməsinin forma və metodları
ilə əlaqədar elmi ədəbiyyatda bir-birindən fərqli təsnifatlar
yaradılmışdır. Sosioloji, politoloji, hüquqi kriteriyalar, həmçinin
’ Бек Улърих.
Что такое глобализация? М., 2001, s. 26-27.
372
Dövlət və hüquq nəzəriyyəsi
konkret idarəetmə kriteriyası əsasında yaranan təsnifatlar ən əsas
təsnifatlardandır. Dövlət və hüquq nəzəriyyəsinə aid ədəbiyyatda
daha çox hüquqi kriteriya əsasında aparılan təsnifatın öyrənilməsinə,
açıqlanmasına üstünlük verilir. Biz də ümumi ənənədən çıxış edərək
həmin kriteriya əsasında yaranan təsnifat üzərində geniş
dayanacağıq. Digərlərinə isə ötəri nəzər yetirməklə kifayətlənəcəyik.
Sosioloji
kriteriyadan
çıxış
edən
müəlliflər
dövlətin
funksiyalarının həyata keçirilməsinin iqtisadi, siyasi, inzibati və
ideoloji forma və metodlarından danışmağa üstünlük verirlər.
Politoloji yanaşmaya görə, dövlətin funksiyalarının həyata
keçirilməsinin forma və metodları iki əsas qismə; liberal (islahatçı) və
zorakı forma və metodlara bölünür. Metaforik şəkildə onlara «qoğal
və qamçı» metodları da deyilir. Konkret idarəetmə kriteriyasından
yanaşdıqda isə, bilavasitə dövlət idarəetməsi ilə bağlı olan fəaliyyət
formaları və metodları əsas götürülür.
Dövlətin funksiyalarının həyata keçirilməsinin forma və metodları
hüquqi kriteriya əsasında təsnifləşdirilərkən dövlət mexanizminin
əsas tərkib hissələrinin fəaliyyətinə, yəni dövlət fəaliyyətinin spesifik
növlərinə xüsusi əhəmiyyət verilir.
Bu halda dövlətin funksiyalarının həyata keçirilmə formalarına
aşağıdakılar aid edilir:
-
dövlətin qanunvericilik fəaliyyəti;
-
dövlətin idarəetmə fəaliyyəti;
-
ədalət mühakiməsi sahəsində dövlət fəaliyyəti;
-
qanunların həyata keçirilməsi üzərində nəzarətin həyata
keçirilməsi ilə bağlı olan fəaliyyət.
Göründüyü kimi, bu halda dövlət hakimiyyətinin müxtəlif
qollarına aid xüsusiyyətlər və onların fəaliyyətinin spesifik növləri
nəzərə alınır. Beləliklə də, qanunvericilik fəaliyyəti, dövlət idarəçiliyi
(dövlət inzibatçılığı), ədalət mühakiməsinin həyata keçirilməsi üzrə
fəaliyyət, həmçinin də nəzarətedici fəaliyyət dövlətin funksiyalarının
həyata keçirilməsinin əsas formaları kimi qəbul edilir.
Qanunvericilik fəaliyyəti fiziki və hüquqi şəxslərin, dövlət
qurumlarının, vətəndaşların azad iradəsi əsasında yaranan təş
373
ilqar Məmmədov
kilatların, müəssisələrin fəaliyyətini tənzimləyən ümumməcburi
xarakterli
davranış
qaydalarının,
hüquq
normalarının
müəyyənləşməsi üzrə dövlət fəaliyyətidir. Hüquq normaları vasitəsilə
təsbit olunan ümumməcburi davranış qaydaları, ilk növbədə,
konstitusiyada və qanunlarda öz əksini tapır. Ümumi qaydaya
əsasən, qanunlar nümayəndəli orqan kimi təşkil olunan parlament
tərəfindən qəbul edilir. Parlament qanunvericilik səlahiyyətini xalqdan
alır və buna görə də ona xalqın adından qanunvericilik işini həyata
keçirmək həvalə olunur. Lakin bir sıra dövlətlərin təcrübəsi göstərir ki,
bu qaydadan kənara çıxma halları da mövcuddur. Misal üçün, Fransa
Respublikası Konstitusiyasının 34-cü maddəsində qanunların
parlament tərəfindən qəbul edilməsi təsbit olunsa da, həmin
Konstitusiyanın 38-ci maddəsində deyilir ki, «Hökumət öz proqramını
həyata keçirmək üçün, adətən Parlamentdən ordonanslar yolu ilə
məhdud bir müddət üçün qanunvericilik sahəsinə aid olan tədbirlərin
həyata keçirilməsinə icazə verilməsini xahiş edir.
Ordonanslar Dövlət Şurası tərəfindən baxıldıqdan sonra Nazirlər
Şurası tərəfindən qəbul olunur. Onlar dərc edildikdən sonra qüvvəyə
minir. Lakin səlahiyyətlərin təmsil olunması haqqında qanunla
müəyyən olunmuş müddət başa çatana qədər onların təsdiq
olunması haqqında qanun layihəsi Parlamentə təqdim edilməzsə, öz
qüvvəsini itirir.
Bu maddənin birinci abzasında göstərilən müddətin başa
çatması ilə qanunvericilik sahəsinə aid məsələlər üzrə ordonanslar
yalnız qanunla dəyişdirilə bilər».''
Qanunvericilik təcrübəsində və hüquq ədəbiyyatında buna
qanunvericilik səlahiyyətinin təmsilçiliyə verilməsi deyilir. İtaliya
Respublikasının qanunvericiliyində də müəyyən məsələ- iər üzrə
qanunvericilik səlahiyyətinin təmsilçiliyə verilməsi mümkün hesab
olunur. Bu məsələ ilə əlaqədar Kubanın, Çinin və s. dövlətlərin
özünəməxsus təcrübəsi var.
' KoHCTHTyunH rocy^apcTB EsponeficKoro Corosa. M.,
1997,
s.672-673.
374
Dostları ilə paylaş: |