ilqar Məmmədov
duran orqanların onlara tabe olan orqanlar üzərində nəzarəti həyata
keçirməklə), həm də xüsusi səlahiyyətli orqanların onların
tabeçiliyində olmayan və ya onlardan asılı olmayan orqanlar üzərində
nəzarətin həyata keçirilməsində ifadə olunur.
Ümumimiyyətlə, qanunçuluğun təmin edilməsi məqsədi ilə
həyata keçirilən dövlət nəzarətinin iki əsas növünü fərqləndirmək
olar. Onlardan biri məhkəmə nəzarəti, digəri isə inzibati nəzarətdir.
Məhkəmə nəzarəti məhkəmə orqanları tərəfindən həyata
keçirilən hüquq mühafizəetmə fəaliyyəti ilə reallaşır. Məhkəmə
nəzarəti sahəsində konstitusiya nəzarətinin xüsusi yeri var.
inzibati nəzarətin həyata keçirilməsində isə müxtəlif dövlət
strukturları, o cümlədən, gömrük, maliyyə, vergi, ekoioji, sanitar-
epidemioloji və s. nəzarətlə bağlı ixtisaslaşmış qurumlar iştirak edir.
Bu növ nəzarət həyata keçirilərkən müxtəlif inzibati məcburiyyət və
inzibati məsuliyyət tədbirlərindən istifadə olunur. İnzibati məsuliyyət
tədbirləri inzibati hüquqpozmalarına yol verildiyi halda tətbiq olunur.
Bəzən geniş səlahiyyətli xüsusi dövlət nəzarəti orqanları da
yaradılır. Rusiya Federasiyasında prokuror nəzarətini həyata keçirən
prokurorluq orqanlarını buna misal göstərə bilərik.
Qanunların həyata keçirilməsi üzərində dövlət nəzarətinin
spesifikliyi ondan ibarətdir ki, nəzarəti həyata keçirən orqan müvafiq
obyektin operativ-təsərrüfat və ya digər peşə fəaliyyətinə bilavasitə
müdaxilə etmir, onun fəaliyyətində qanunçuluğun səviyyəsini
yoxlayır, faktları müəyyənləşdirir və öz qərarlarında həmin faktlara
qiymət verir. Buna əsas olduqda isə müvafiq qaydada məsuliyyət
məsələsinin həll edilməsi təşəbbüsünü həyata keçirir.
Dövlət və hüquq nəzəriyyəsində dövlətin funksiyalarının həyata
keçirilməsi formalarının təsnifləşdirilməsi üçün geniş istifadə olunan
başqa bir kriteriya isə dövlət orqanlarının xarici əlamətlərinə görə
eyni növdən olan fəaliyyəti ilə bağlıdır. M.İ.Baytin yazır ki, bu
təsnifləşdirmə dövlətin öz funksiyalarını necə həyata
378
Dövlət və hüquq nəzəriyyəsi
keçirməsini, öz vəzifələrini və funksiyalarını həyata keçirərkən
hüquqdan necə istifadə etməsini açıqlamağa xidmət edirJ
Həmin təsnifləşdirmədə dövlətin funksiyalarının həyata
keçirilməsinin hüquqi və təşkilati (faktiki) formaları fərqləndirilir. Bir
çox hallarda təşkilati formalara qeyri-hüquqi formalar da deyilir. Lakin
bu, onları bir-birinə qarşı qoymaq, bir-birindən ayırmaq kimi başa
düşülməməlidir. Belə ki, dövlətin funksiyalarının həyata keçirilməsinin
hüquqi formaları həm də təşkilati formada olur. Lakin təşkilati
formalardan elələri var ki, onlar bilavasitə hüquqi əhəmiyyət kəsb
etmir. V.E.Çirkin qeyri-hüquqi formalardan danışarkən yazır ki, onlara
dövlət orqanlarında və vəzifəli şəxslər tərəfindən həyata keçirilən
gündəlik təşkilati, cari operativ işlər, iqtisadiyyatın və mədəniyyətin
inkişaf etdirilməsi ilə bağlı proqramların işlənib hazırlanması və
həyata keçirilməsi, təbii fəlakətin doğurduğu nəticələrin aradan
qaldırılması üçün ekstern tədbirlərin görülməsi və s. bu kimi fəaliyyət
növləri aiddir.2
Dövlətin funksiyalarının həyata keçirilməsi formalarından bir
qisminin qeyri-hüquqi formalar kimi izah edilməsi onların hüquqazidd
olması mənasını vermir.
Həmin yanaşmaya görə, dövlətin funksiyalarının həyata
keçirilməsinin hüquqi formalarına hüquqyaradıcılığı və hüquq
tətbiqetmə fəaliyyəti aiddir.
Beləliklə, dövlətin hüquqyaradıcı fəaliyyəti, yəni normativ aktların
işlənib hazırlanması və qəbul olunması, dərc edilməsi, hüquq
normalarının dəyişdirilməsi və ya ləğv edilməsi dövlətin
funksiyalarının həyata keçirilməsinin bir forması kimi qəbul edilir.
Hüquqyaradıcı fəaliyyətin nüvəsi, əsas tərkib hissəsi dövlətin
qanunvericilik fəaliyyətindən ibarətdir.
Dövlət orqanlarının hüquq tətbiqetmə aktlarının qəbul edilməsi
yolu ilə normativ hüquqi aktların realizə olunması istiqamə-
’ Общая теория государства и права. Академический
. 8. 351.
' Чиркии
В.Е. Современное государство. 8. 208.
379
курс. Том
ilqar Məmmədov
tindəki hüquq tətbiqetmə fəaliyyəti iki növə bölünür. Onlardan biri
operativ-icra fəaliyyəti, ikincisi isə hüquq mühafizəetmə fəaliyyətidir.
Dövlətin funksiyalarının həyata keçirilməsinin faktiki və ya
təşkilati formaları bilavasitə hüquqi nəticə doğurmayan təşkilati
xarakterli fəaliyyətdə öz əksini tapır. Dövlətin funksiyalarının həyata
keçirilməsi baxımından bu cür fəaliyyətin mühüm əhəmiyyəti var və
həmin formalar hüquqi nəticələr doğurmasa da, hüquqi cəhətdən
tənzimlənən sahədən kənara çıxmır, qanunçu- luğa riayət olunmaqla
həyata keçirilir.
Dövlət və hüquq nəzəriyyəsində dövlətin funksiyalarının həyata
keçirilməsinin aşağıdakı təşkilati formalarından bəhs olunur:
1)
təşkilati-reqlamentləşdirici fəaliyyət forması;
2)
təşkilati-təsərrüfat fəaliyyət forması;
3)
təşkilati-ideoloji fəaliyyət forması.
Təşkilati-reqlamentləşdirici fəaliyyət dövlət mexanizminin tərkib
hissələrinin fəaliyyət göstərə bilməsi üçün texniki-təşkilati təminatın
yaradılması, o cümlədən, bu və ya digər konkret-siyasi məsələlərin
həlli ilə bağlı operativ-təşkilati işlərin həyata keçirilməsində ifadə
olunur.
Təşkilati-təsərrüfat fəaliyyəti dövlətin müxtəlif funksiyalarının
həyata keçirilməsinin maddi təminatını yaratmaq məqsədinə xidmət
edən operativ-texniki, cari təsərrüfat işlərinin görülməsi ilə bağlı olan
fəaliyyətdir.
Təşkilati-ideoloji fəaliyyət isə dövlətin funksiyalarının reallaşması
üçün mütəmadi olaraq operativ-izahedici, tərbiyəedici, maarifləndirici
və informasiya təminatı ilə bağlı fəaliyyətin həyata keçirilməsi yolu ilə
reallaşan fəaliyyətdir.
Dövlətin funksiyalarının həyata keçirilməsi formaları kimi
metodları da müxtəlifdir. Həmin metodlar dövlətin funksiyalarına görə
də bir-birindən fərqlənir. Məsələn, müdafiə funksiyasını həyata
keçirmək üçün dövlət, əsasən, inandırma və məcburetmə
metodlarından istifadə edir. İqtisadi funksiyanı həyata keçirərkən isə
başqa metodlara, yəni investisiya qoyma, proqnozlaşdırma,
380
Dostları ilə paylaş: |