Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə128/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   124   125   126   127   128   129   130   131   ...   205

ilqar Məmmədov 

təmin  edir.  Bu  əlaqələr  isə  təbii  ki,  kommunikativ-informasion 

xarakterli  əlaqələrdir.  Həmin  əlaqələr  dövlət  mexanizminin  mövcud 

olmasını  təmin  edən  münasibətlər,  davranışlar  ənənəsinə  uyğun 

ifadə olunur və bu mexanizmin sosial yaddaşda qalmasını təmin edir; 

özü  ilə  mürəkkəb  informasiya  yükü  daşımaqla  müvafiq  ideyalara, 

siyasi-hüquqi, həmçinin etik görüşlərə, təsəvvürlərə əsaslanır. 

Dövlət  və  hüquq  nəzəriyyəsində  dövlət  mexanizmindən 

danışarkən,  daha  çox,  ümum-nəzəri  məsələlərə  diqqət  verilir.  Belə 

bir  ümumiləşdirmənin  özü  isə  konkret  sistemlərin,  tarixin  müxtəlif 

inkişaf pillələrində mövcud olmuş strukturların öyrənilməsi əsasında 

həyata keçirilir. Bu cür analitik təhlil ayrı-ayrı monoqrafiyalar, tədqiqat 

əsərləri,  elmi  araşdırmalar  səviyyəsində  aparılır  və  həmin 

araşdırmaların, tədqiqatların nəticəsi dərsliklərdə, dərs vəsaitlərində 

ümumiləşdirilmiş şəkildə verilir. 

Dövlət  hakimiyyətinin  və  dövlətin  funksiyalarının  həyata 

keçirilməsinə  xidmət  edən  bu  sistem,  yəni  dövlət  mexanizmi 

cəmiyyətin  inkişaf  səviyyəsinə  uyğun  olaraq  dəyişilmələrə  məruz 

qalmış,  cəmiyyət  inkişaf  etdikcə  o  da  təkmilləşmiş  və  amerikalı 

tədqiqatçı  Cos  Radşildersin  təbirilə  İlə  desək,  atlantik  İnqilablar 

dövründən  (1780-1820-cl  illər  arası)  etibarən  konstituslonalizm  və 

bərabərlik  prinsiplərinə  uyğun  olaraq  formalaşmağa  başlamışdır. 

Amerikalı  alimin  qeyd  etdiyi  kimi,  tarix  boyu  hər  bir  dövlət 

hakimiyyətinin  «təşkilolunma  strukturu  onun  formalaşdırılmasında 

iştirak edənlərin bu təşkilatın məqsədlərinə daha yaxşı nail olmaqla 

bağlı ideyalarını, görüşlərini əks etdirir».'' 

Odur  ki,  yeni  dövlət  mexanizmi  müasir  demokratik  hüquqi 

dövlətin prinsipləri və həmin prinsiplərə bağlı olan ideyalar əsasında 

formalaşmışdır. 

Müqayisəll-tarixi ümumiləşdirmələrdən çıxış edərək deyə bilərik 

ki, hər bir dövlətdə dövlət mexanizminin formalaşmasının, inkişafının 

və fəaliyyətinin əsasında obyektiv və subyektiv fak- 

''  Raadschelders  Jos  C.N.  Handbook  of  admistirativ  history.  Copyright 

1998 by Transaktion Publishers, New Brunswick, New Jersey, 2003, s. 111. 



384 


Dövlət və hüquq nəzəriyyəsi 

torlar  durur.  Obyektiv  faktorlar  bu  və  ya  digər  siyasi  qrupun,  siyasi 

gücə malik şəxsin, məmurların və ideoloqların fəaliyyətindən, nəzəri 

görüşlərindən  asılı  olmadan,  hadisələrin,  proseslərin,  tarixi  şəraitin 

özündən doğur, cəmiyyətin inkişaf səviyyəsindən irəli gəlir və dövlət 

mexanizminin  müəyyən  qaydada  təşkilini  şərtləndirir.  Subyektiv 

faktorlar isə konkret şəraitdə konkret qüvvələrin fəaliyyəti ilə əlaqədar 

olaraq  yaranır.  Bu  faktorlar  dövlət  mexanizminin  strukturunun, 

fəaliyyət  formalarının  və  metodlarının  mühüm  xüsusiyyətlərini, 

xarakterini şərtləndirir. Dövlət mexanizminin bütöv, vahid sistem kimi 

fəaliyyət  göstərməsinə  təsir  edən  həmin  faktorlara  müxtəlif  dövlət 

orqanlarının  və  təşkilatlarının  hamısının  ümumi  iqtisadi  əsasa  malik 

olması,  həmin  qurumların  eyni  siyasi-hüquqi  əsasda,  ümumi 

prinsiplərə uyğun təşkili və fəaliyyəti, cəmiyyətin müxtəlif hissələrinin 

siyasi  və  ideoloji  cəhətdən  bütöv  olması,  dövlət  orqanlarının, 

təşkilatlarının qarşısında duran son məqsəd və vəzifələrin ümumiliyi, 

dövlət  mexanizminin  bütün  hissələrinin  ümumi  təşkilati,  maddi  və 

zəruri olduqda məcburetmə vasitələri ilə təmin edilməsi və s. aiddir. 

Dövlət  mexanizmi,  həm  də  dövlət  hakimiyyətinin  həyata 

keçirilmə  mexanizmi  olmaqla  dövlətin  mövcudluğunu  maddiləşdirir, 

onu  bilavasitə  mövcud  edir.  Yəni  ki,  dövlət  həmin  təşkilati-  maddi 

gücə  malik  olmaqla  öz  varlığını  təmin  edir.  Onun  vasitəsilə  dövlət 

hakimiyyəti müəyyən ərazi daxilində yaşayan insanlar üzərində təşkil 

olunur,  idarəetmə  sistemi  fəaliyyət  göstərir  və  dövlət  əlahiddə  bir 

hadisəyə çevrilir. Dövlətlə «üzləşən» hər bir şəxs, hər bir qüvvə məhz 

dövlət  mexanizmi  ilə,  dövlət  mexanizminin  fəaliyyəti  ilə  qarşılaşmış 

olur. 

Dövlət mexanizmini xarakterizə edərkən onun əsas əlamətlərini 



aşağıdakı kimi göstərmək olar: 

1)dövlət mexanizmi dövlət orqanları və dövlət müəssisələrinin, 

dövlət  təşkilatlarının  (bütövlükdə  dövlət  mexanizminin  tərkib 

elementlərinin) bütöv bir iyerarxik sistemidir; 

2)

 

dövlət  mexanizminin  təşkil  olunması  və  fəaliyyəti  ümumi 



prinsiplər  əsasında  həyata  keçirilir  və  onun  tərkib  ünsürləri, 

elementləri eyni məqsəd və vəzifələrə xidmət edir; 



385 


ilqar Məmmədov 

3)

 



dövlət  mexanizminin  elementləri  arasında  qarşılıqlı  əlaqələr 

subordinasiya və koordinasiya əsasında qurulur; 

4)

 

dövlət mexanizminin elementlərinin hər biri hüquqi cəhətdən 



müəyyənləşmiş səlahiyyətlər daxilində fəaliyyət göstərməklə üzərinə 

düşən  konkret  funksiyanı  həyata  keçirir  və  bu  səlahiyyət  onlara 

dövlət tərəfindən verilir; 

5)

 



dövlət tərəfindən təşkil olunan və dövlət mexanizminin tərkib 

ünsürünə  çevrilən  qurumlar  maddi  və  təşkilati  cəhətdən  dövlət 

tərəfindən təmin olunur; 

6)

 



dövlət  hakimiyyətindən  irəli  gələn  hakim  iradənin  həyata 

keçirilməsi üçün dövlət mexanizmi dövlət məcburetmə vasitələri ilə 

təmin edilir; 

7)

 



dövlət  mexanizmi  dövlət  hakimiyyətinin  reallaşmasını  təmin 

edən  maddiləşmiş  güc  kimi  çıxış  edir  və  dövlətin  funksiyaları  onun 

vasitələri ilə həyata keçirlir. 

Beləliklə,  hüquq  ədəbiyyatında  özünə  yer  almış  müxtəlif 

yanaşmaları  da  nəzərə  alaraq  deyə  bilərik  ki,  dövlət  mexanizmi 

deyərkən,  dövlətin  məqsəd  və  vəzifələrinin,  funksiyalarının  həyata 

keçirilməsi  yolu  ilə  dövlət  hakimiyyətinin  reallaşmasını  təmin  edən 

dövlət orqanlarının və müəssisələrinin, dövlət qurumlarının iyerarxik 

sistemi başa düşülür. 

Dövlət  mexanizminin  izahının  verilməsinə  xidmət  edən  bu  tərif 

mürəkkəb  bir  sistem  haqqında  ümumiləşdirici  təsəvvür  yaradır. 

Həmin  bu  təsəvvür  dövlət  mexanizminin  ayrı-ayrı  hissələri, 

elementləri  ilə  bağlı  anlayışlar  üzərində  qurulur  və  dövlət 

mexanizminin  dövlətin  məqsəd  və  vəzifələrinin,  funksiyalarının 

həyata  keçirilməsi  mexanizmi  olduğunu  göstərir.  Odur  ki,  dövlət 

mexanizmini daha müfəssəl, daha dərindən izah etmək üçün onun 

əsas  tərkib  hissələrinin,  elementlərinin  hər  birinə  ayrılıqda,  xüsusi 

olaraq diqqət verməliyik. 

Dövlət  hakimiyyətinin  müstəqil  struktur  vahidi  kimi  çıxış  edən 

dövlət 


orqanı 

dövlət 


mexanizminin 

dövlət 


hakimiyyəti 

səlahiyyətlərinə  malik  olan  mühüm  bir  elementidir.  Dövlət 

hakimiyyətinin realizəsi bütün dövlət orqanlarının vasitəsi ilə həyata 

keçirilir.  Dövlət  isə  onların  hamısını  özündə  cəmləşdirən  idarəetmə 

sub 

386 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə