Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə131/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   127   128   129   130   131   132   133   134   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Dövlət qulluqçusu bir tərəfdən bütövlükdə cəmiyyətin və dövlətin 

maraqlarını  müdafiə  və  təmin  etməli,  digər  tərəfdən  isə  insanların 

hüquq  və  azadlıqlarını,  vətəndaşların  maraqlarını  müdafiə  etməli, 

mülkiyyətin hər bir formasına, cəmiyyətdə özünə yer alan fəalliyyət 

növlərinə hörmətlə yanaşmalıdır. Odur ki, bu məsələlərlə bağlı dövlət 

qulluqçusunun  fəaliyyətində  siyasi  prioritetlərin  rolu  olmamalı  və 

həmin maraqlar harmonik şəkildə bir- birilə əlaqələnməlidir. 

Dövlət  qulluqçusunun  fəaliyyətinin  sosial-hüquqi  xarakteri 

hakimiyyətin  müəyyənləşdirdiyi  siyasi  xəttin  qanunvericilikdə 

göstərilən  çərçivədə  praktiki  olaraq  reallaşmasında  ifadə  olunur. 

Dövlət  qulluqçusunun  belə'bir  sosial  statusa  malik  olması  onu 

hakimiyyətin  səlahiyyət  verdiyi  xüsusi  şəxsə  çevirir.  V.A.Kozba- 

nenkonun  yazdığı  kimi,  dövlət  qulluqçusunun  həyata  keçirdiyi 

hakimiyyət  fəaliyyəti  üç  mühüm  komponenti  əhatə  edir.  Onlardan 

birincisi müxtəlif vasitələrin (qanunlar, məcburetmə, avtori- tet, iradə) 

köməyi  ilə  insanların  davranışına  və  fəaliyyətinə  təsir  göstərmək 

imkanı  və  hüququnun  olması,  digəri  müvafiq  institutlar  və  orqanlar 

sisteminin  olması,  üçüncüsü  isə  müvafiq  səlahiyyətlərə  malik  olan 

şəxsin mövcudluğudur.'' 

Dövlət qulluqçularının peşə fəaliyyətinin xüsusi xarakterə malik 

olması  onların  dövlətin  funksiyalarının  həyata  keçirilməsi 

istiqamətində  göstərdikləri  fəaliyyətin  spesifikliyi,  bu  fəaliyyətin 

ictimai faydalılığının və əhəmiyyətinin böyüklüyü ilə şərtlənir. Dövlət 

qulluqçusunun  fəaliyyətini  digər  peşə  fəaliyyətlərindən  fərqləndirən 

səciyyəvi əlamətlər aşağıdakılardır: 

-

 

dövlət  qulluqçusu  konkret  dövlət  qulluğu  vəzifəsinə  malik 



olmaqla dövlətə xidmət edir; 

-

 



dövlət  qulluqçusu  dövlət  orqanlarında  peşə  fəaliyyəti  ilə 

məşğul olur; 

-

 

dövlət qulluqçusu öz peşə fəaliyyəti ilə dövlətin funksiyalarının 



həyata keçirilməsində iştirak edir; 

'  Козбаиенко  B.A. 

Правовые  основы  государственного 

управления. M., 2003, s. 222. 

393 



ilqar Məmmədov 

-

 



dövlət  qulluqçusu  hakimiyyət  nümayəndəsi  olmaqla  dövlət 

hakimiyyətinin, dövlət idarəçiliyinin həyata keçirilməsində iştirak edir; 

-

 

dövlət  qulluqçusu  məxsusi  hakimiyyətə,  təşkilati-sərən- 



camverici funksiyalara malikdir; 

-

 



dövlət  qulluqçusu  ilə  vətəndaşlar  arasındakı  münasibətlər 

inzibati-hüquqi xarakterə malikdir; 

-

 

dövlət  qulluqçusu  dövlətə  xidmət  göstərdiyinə  görə  dövlət 



büdcəsi  vəsaitindən  maaş  alır  və  ona  qanunvericiliklə 

müəyyənləşmiş təminatlar verilir; 

-

 

dövlət qulluqçusu siyasi partiyaların fəaliyyətində iştirak etmək 



hüququna malik deyil. 

Elmi  ədəbiyyatda  dövlət  qulluqçuları,  adətən,  iki  kateqoriyaya 

bölünür.  Birinci  kateqoriyaya  aid  edilən  dövlət  qulluqçuları  dövlət 

qulluğunda aparıcı mövqeyə malik olmaqla çalışdıqları hər bir dövlət 

orqanının 

hakimiyyət 

səlahiyyətlərinin 

həyata 


keçməsini 

reallaşdırırlar.  Yuxarıda  göstərilən  səciyyəvi  xüsusiyyətlər  də  məhz 

onlara aiddir. Bu kateqoriyaya aid olan dövlət qulluqçularına, adətən, 

məmur  deyilir.  Ayrı-ayrı  dövlətlərin  təcrübəsi  göstərir  ki,  birinci 

kateqoriyaya  aid  etdiyimiz,  yəni  dövlət  orqanlarında  çalışan  dövlət 

qulluqçuları  qanunvericilik  qaydasında  bir  neçə  kateqoriyaya 

bölünür. Onlara ixtisas dərəcələri, adlar, dərəcələr verilir. 

Digər  kateqoriyaya  aid  olan  qulluqçular  (V.Çirkinin  sözləri  ilə 

desək,  «sadə»  dövlət  qulluqçuları)  isə,  əsasən  dövlət 

müəssisələrində çalışırlar. Onlara, adətən, «dövlət qulluqçusu» deyil, 

«qulluqçu»  deyilir.  Bunlara  tibb,  tərbiyə,  təhsil  və  s.  dövlət 

müəssisələrinin  qulluqçuları  aiddir.  Həmin  müəssisələrdə  həyata 

keçirilən  funksiyalar  sosial-mədəni,  iqtisadi  xarakter  daşıyır.  İkinci 

kateqoriyaya aid qulluqçuların hüquqi vəziyyəti birinci kateqoriyadan 

olan dövlət qulluqçularının hüquqi vəziyyətindən xeyli fərqlənir. Onlar 

dövlət  hakimiyyəti  səlahiyyətlərinin  həyata  keçirilməsində  iştirak 

etmir,  diskresion  səlahiyyətlərə  malik  olmur,  onlara  dövlət 

qulluqçuları  üçün  müəyyənləşmiş  təminatlar  verilmir,  siyasi 

fəaliyyətlə məşğul olmaq hüququ verilir və s. 

394 



Dövlat və hüquq nəzəriyyəsi 

Burada biz dövlət qulluqçusu deyərkən, birinci kateqoriyaya aid 

olanları (məmurları) nəzərdə tuturuq. 

Dövlət hakimiyyətinin həyata keçirilməsini təmin edən bürokratik 

aparat məmurlardan təşkil olunmaqla dövlətlə vətəndaşlar arasında 

münasibətləri  tənzimləyən  əsas  mexanizm  kimi  çıxış  edir  və  bu 

baxımdan,  cəmiyyətin  həyatında  xüsusi  rol  oynayır.  Həmin 

münasibətlərin  xarakteri  isə  dövlət  qulluqçularının,  yəni  məmurların 

peşə hazırlığından, dövlətin həyata keçirdiyi kadr siyasətindən, əsas 

götürülən  siyasi-hüquqi  dəyərlərdən,  dövlət  qulluqçularının  şəxsi 

keyfiyyətlərindən çox asılıdır. Siyasi mədəniyyətin, siyasi düşüncənin 

və hüquq düşüncəsinin, hüquq mədəniyyətinin, cəmiyyətinin özünün 

inkişaf  səviyyəsi  nə  qədər  yüksəkdirsə,  vətəndaşların  maraqlarının 

qorunması və dövlətlə vətəndaşlar arasına yaranan münasibətlər də 

bir o qədər təkmildir. 

Dövlət qulluqçuları cəmiyyətdə xüsusi bir təbəqəni təşkil edir. Bu 

təbəqədən olan insanların fəaliyyəti bir qayda olaraq, əqli fəaliyyətdir. 

Onlar maddi məhsulların istehsalı ilə məşğul deyillər, maddi sərvətlər 

yaratmırlar  və  istehlak  maraqlarına  xidmət  etmirlər.  Dövlət 

qulluqçularının  əməyi  dövlət  idarəetməsinin,  dövlət  orqanlarının 

fəaliyyətinin  təmin  edilməsinə  yönəlməklə  dövlət  hakimiyyətinin 

həyata  keçirilməsi,  dövlət-cəmiyyət  münasibətlərinin,  həmçinin 

ictimai münasibətlərin tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə 

malikdir.  Bu  əməyin  özünəməxsusluğu  hakimiyyət  səlahiyyətlərinin 

realizə  olunması,  dövlət  idarəetməsinin  həyata  keçirilməsi  ilə 

əlaqədar  olan  əmrlərin,  sərəncamların,  göstərişlərin  verilməsi  və 

onların  yerinə  yetirilməsi  ilə  bağlıdır.  Dövlət  qulluqçusunun  əməyi 

intellektual,  psixoloji  baxımdan  dolğun  və  gərgin  olmaqla  insanlara 

idarəetmə  baxımından  təsirgöstərməni  ehtiva  edir.  Məmurların 

fəaliyyətində  implisit  olaraq  (fəaliyyətin  özünə  daxilən  xas  olan) 

dövlət  hakimiyyətinin  ruhu,  gücü  ifadə  olunduğundan  bu  fəaliyyət 

məmurun  özünə  av-  toritet  verir.  Belə  olan  halda  məmurda  öz 

şəxsiyyətini  şişirtmək,  malik  olduğu  imkanlardan,  nüfuzundan 

sui-istifadə etmək, fəaliyyətindəki hakimiyyət ruhundan eqoistcəsinə 

faydalanmaq  meylləri  yaranır.  İ.A.Vasilenkonun  yazdığı  kimi,  dövlət 

qulluqçu- 



395 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə