Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə139/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   135   136   137   138   139   140   141   142   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

-cəmiyyətin  müxtəlif  təbəqələrinə,  sosial  qruplarına  aid 

maraqların  təmsilçiliyini  həyata  keçirir  və  yüksək  səviyyədə  onları 

müdafiə edir, onların təmin olunmasına şərait yaradır; 

-

 

öz  fəaliyyəti  ilə  siyasi-hüquqi  düşüncənin  və  mədəniyyətin 



inkişafına təsir göstərir; 

-

 



dövlət  büdcəsini  formalaşdırır,  bütövlükdə  maliyyə  siyasətini 

müəyyənləşdirir; 

-

 

dövlət  siyasətinin  əsaslarının  formalaşdırılmasında  yaxından 



iştirak edir; 

-

 



hökuməti, məhkəmə orqanlarını formalaşdırır, bir sıra mühüm 

vəzifələr üzrə təyinetmə və təsdiqetmə işini həyata keçirir; 

-

 

hökumətin, vəzifəli şəxslərin siyasi məsuliyyət məsələsini həll 



edir  (hökumətin  parlament  qarşısında  hesabat  verməsi,  siyasi 

qiymətvermə, impiçment və s. üsullarla); 

-

 

bir  sıra  sahələrlə  bağlı  ali  icra  orqanının  fəaliyyətinə  nəzarət 



edir; 

-

 



ədalət  mühakiməsi  ilə  bağlı  müəyyən  səlahiyyətləri  həyata 

keçirir (misal üçün, amnistiya aktı qəbul edir, impiçment məsələsini 

mahiyyəti üzrə həll edir, hətta Böyük Britaniyada parlamentin yuxarı 

palatası həm də ali instansiya məhkəməsi kimi fəaliyyət göstərir). 

Hökumətin  formalaşdırılmasında  parlamentin  iştirakı,  hökumət 

başçısının müəyyənləşdirilməsində bu orqanın rolu dövlət idarəetmə 

formasından  çox  asılıdır.  Belə  ki,  parlamentli  respublikalarda  və 

parlamentli  monarxiyalarda  hökumət  birbaşa  parlament  tərəfindən 

formalaşır və hökumət parlament qarşısında məsuliyyət daşıyır, ona 

hesabat verir. Prezidentli respublikalarda isə hökumət başçısını (əgər 

belə bir vəzifə varsa) parlamentin razılığını almaqla prezidentin özü 

təyin edir, hökumətin tərkibini də o özü müəyyənləşdirir. Prezidentin 

yaratdığı  hökumət  ona  tabe  olmaqla,  həm  də  hesabat  verir  və  bu 

orqan qarşısında məsuliyyət daşıyır. 

Ümumiyyətlə  isə,  parlamentin  əsas  təyinatı  qanunvericilik 

fəaliyyətini həyata keçirməkdən ibarətdir. Bu orqanın qanunvericilik 

fəaliyyəti dəqiq şəkildə tənzimlənən qanunvericilik prosesi 

417 



ilqar Məmmədov 

kimi  özünü  göstərir.  Həmin  proses  normativ  hüquqi  aktların 

layihəsinin  hazırlanaraq  müzakirəyə  verilməsi,  həmin  layihələrin 

parlamentdə müzakirə olunması və qanunun qəbul edilməsini ifadə 

edir.  Qanun  layihələrini  parlamentə  qanunvericilik  təşəbbüsü 

hüququna malik olan subyektlər təqdim edə bilər. Parlamentin qəbul 

etdiyi  qanunlar  avtomatik  olaraq  qüvvəyə  minmir.  Belə  ki,  qəbul 

olunmuş  qanun  dövlət  başçısı  tərəfindən  sanksi-  yalaşdırılmalı  və 

promulqasiya  olunmalıdır.  Yəni  qanun  dövlət  başçısı  tərəfindən 

imzalanaraq dərc edilməli və onun həyata keçirilməsi üçün müvafiq 

tədbirlərin  görülməsinə  dair  müvafiq  akt  qəbul  edilməlidir.  Əgər 

qanunun  özündə  başqa  tarix  nəzərdə  tutulmazsa  dərc  olunduğu 

gündən  qüvvəyə  minir.  Demokratik  ölkələrdə  mövcud  qaydaya 

əsasən, dövlət orqanlarına ünvanlanmış və insan və vətəndaş hüquq 

və  azadlıqlarına  toxunmayan  qanunlar  dərc  olunduğu  gündən 

qüvvəyə  minə  bilər.  Digər  qanunların  dərc  olunduqdan  sonra 

qüvvəyə  minməsi  üçün  müəyyən  müddət  ayrılır.  Bunun  mahiyyəti 

vətəndaşların  və  digər  şəxslərin  qanunla  tanışlığına  imkan 

yaradılması ilə bağlıdır. 

ikipalatalı  parlamentdə  aşağı  palatanın  qəbul  etdiyi  normativ 

hüquqi akt yuxarı palatanın müzakirəsinə göndərilir və yuxarı palata 

tərəfindən də səsverməyə çıxarılır. Parlamentin yuxarı palatası güclü 

olduqda qanun layihəsi bu palatada da eyni proseduradan keçərək 

qəbul  olunmalıdır.  Yuxan  palata  zəif  olduqda  isə  aşağı  palata  ilə 

müqayisədə həmin prosedura daha sadə olur. 

Qanunvericilik  təşəbbüsü  hüququna  malik  olan  subyektlərin 

dairəsi  ölkələr  üzrə  dəyişikdir  və  əksər  hallarda  qanunvericilik 

təşəbbüsünə malik olan subyektlər birbaşa konstitusiyada göstərilir. 

Dövlətlərin  bir  çoxunda  həmin  dairə  parlamentariləri  və  hökuməti 

əhatə  edir.  ABŞ-da  bu  hüquq  yalnız  parlamentarilərə  verilmişdir. 

Hətta prezidentin də qanunvericilik təşəbbüsü hüququ yoxdur. Büdcə 

layihəsinin  təqdim  olunması  istisna  təşkil  edir.  Lakin  bu,  əslində, 

xüsusi  bir  aktın  layihəsidir.  Azərbaycan  Respublikasında  isə 

qanunvericilik  təşəbbüsü  hüququna  malik  olan  subyektlərin  dairəsi 

hər üç hakimiyyəti əhatələyir. Yəni Azərbaycan Respublikasında Milli 

Məclisin deputatları və Nax 



418 


Dövlət və hüquq nəzəriyyəsi 

çıvan Muxtar Respublikasının Ali Məclisi ilə yanaşı prezident və Ali 

Məhkəmə də qanunvericilik təşəbbüsü hüququna malikdir. 

Səlahiyyətlərin  həcminə  görə  parlamentlər  əsasən  üç  qrupa 

bölünür: 

1)

 



Qeyri-məhdud səlahiyyətli parlamentlər. 

2)

 



Nisbi-məhdud səlahiyyətli parlamentlər. 

3)

 



Məhdud məsuliyyətli parlamentlər. 

Bunlardan  əlavə,  məşvərətçi  qurum  kimi  fəaliyyət  göstərən 

parlamentlər  də  mövcuddur  ki,  elmi  ədəbiyyatda  onlar  məşvərətçi 

parlamentlər qrupuna aid edilir. 

Qeyri-məhdud  səlahiyyətli  parlament  ingilis-sakson  hüquq 

ailəsinə  daxil  olan  ölkələrin  çoxunda  (Böyük  Britaniya,  ABŞ  və  s.) 

mövcuddur.  Bu  növ  parlament  digər  hakimiyyət  orqanlarına  aid 

olmayan  bütün  məsələləri  həll  edir  və  onun  səlahiyyətləri  qismən 

qanunvericiliklə  dəqiqləşdirilir.  Parlamentə  istənilən  məsələ  üzrə 

qərar  qəbul  etmək  səlahiyyətinin  verilməsi  parlamentin  aliliyi 

konsepsiyasından  irəli  gəlir.  Lakin  bu  prinsipin  özünə  də  müəyyən 

məhdudiyyətlər  qoyulur.  Misal  üçün,  ABŞ-da  konstitusiya  nəzarəti 

orqanı  olan  Ali  Məhkəmənin  parlamentin  qəbul  etdiyi  qanunun 

konstitusiyaya 

uyğun 

olub-olmamasını 



müəyyənləşdirmək 

səlahiyyəti  var.  Bir  sıra  başqa  ölkələrdə  də  konstitusiya  nəzarəti 

orqanı  tərəfindən  qanunların  konstitusiyaya  zidd  elan  edilməsi 

parlamentin aliliyi prinsipinə müəyyən məhdudiyyət yaradır. 

Ali  nümayəndəli  orqanın,  yəni  qanunverici  orqanın  qeyri- 

məhdud səlahiyyətli orqan kimi tanınması konsepsiyası SSRİ-də və 

digər sosialist dövlətlərində də qəbul edilmişdir. 

Nisbi-məhdud 

səlahiyyətli 

parlamentlərin 

səlahiyyətləri 

qanunvericilikdə dəqiq müəyyənləşdirilir. Lakin bununla yanaşı, onun 

səlahiyyətlərinin  artırılması  mexanizmi  də  mövcud  olur.  Z.Əsgərov 

Azərbaycan  Respublikası  Milli  Məclisini  nisbi-məhdud  səlahiyyətli 

parlamentə  misal  göstərir.  Qnun  yazdığı  kimi,  Azərbaycan 

Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrinin sonuncu 

hissəsində Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi 

ümumi qaydaların və həll etdiyi məsə 



419 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə