Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə147/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   143   144   145   146   147   148   149   150   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

qurulmasının  monosistemlilik  prinsipinə  daha  çox  ingilis-sakson 

hüquq  ailəsinə  daxil  olan  ölkələrdə  üstünlük  verilir.  Bu  ölkələrdə, 

adətən,  başda  ali  məhkəmə  olmaqla  vahid  məhkəmə  sistemi 

mövcuddur. Həmin sistem daxilində məhkəmələrdən ibarət ayrı- ayrı 

qollar  yaradılsa  da  onlar  bir  ali  məhkəmə  ilə  tamamlanır.  Lakin 

məhkəmə  hakimiyyəti  strukturunun  monosistemli  olması  mütləq 

mənada başa düşülməməlidir. Yəni dünyanın heç bir ölkəsində yalnız 

monosistemlilik əsasında təşkil olunan məhkəmələr yoxdur.'' 

Roman-german  hüquq  ailəsinə  daxil  olan  ölkələrdə  isə 

məhkəmə hakimiyyətinin polisistemli struktura uyğun təşkil edilməsi 

tendensiyası  güclüdür.  Məhkəmə  hakimiyyəti  orqanlarının  poli- 

sistemlilik  prinsipi  əsasında  qurulması  o  deməkdir  ki,  ölkədə  bir- 

birindən asılı olmayan, öz all instansiya orqanları olan bir neçə ümumi 

yurisdiksiyalı  və  ixtisaslaşdırılmış  məhkəmə  sistemi  yaradılır.  Öz 

daxili  iyerarxiyasına  malik  olan  həmin  sistemlər  ayrıca  mövcud 

olmaqla  məhkəmə  hakimiyyətinin  strukturu  daxilində  birləşirlər. 

Məsələn,  Almaniya  Federativ  Respublikasının  Konstitusiyasında 

Federal  Konstitusiya  Məhkəməsindən  əlavə  beş  ali  məhkəmənin 

yaradılması  da  nəzərdə  tutulmuşdur.  Braziliyada  da  bir  neçə  ali 

federal  məhkəmə  mövcuddur.  Ümumiyyətlə,  dünyada  məhkəmə 

hakimiyyəti orqanlarının polisistemlilik prinsipi əsasında qurulmasının 

bir-birindən fərqlənən müxtəlif variantları mövcuddur. 

Məhkəmə hakimiyyətinin strukturuna məhkəmələrdən başqa, bu 

hakimiyyətə  xidmət  göstərən  digər  orqanlar  da  daxildir.  Bəzi 

ölkələrdə hətta prokurorluq orqanları məhkəmə sisteminə daxildir. Bir 

qisim ölkələrdə isə prokurorluq orqanları bu sistemə daxil olmadan 

onunla  funksional  əlaqədədir.  Prokurorluğun  məhkəmə  hakimiyyəti 

sisteminə  daxil  olduğu  dövlətlərdən  biri  də  Azərbaycan 

Respublikasıdır. Prokurorluq haqqında Azərbaycan Respublikasının 

7  dekabr  1999-cu  il  tarixli  qanununa  əsasən,  Azərbaycan 

Respublikasının Prokurorluğu məhkəmə haki- 

'' Əsgərov Ziyafət. Konstitusiya hüququ. S. 409. 

441 



ilqar Məmmədov 

miyyəti  sisteminə  daxil  olmaqla  ərazi  və  ixtisaslaşdırılmış 

prokurorluqların  Azərbaycan  Respublikasının  Baş  Prokuroruna 

tabeliyinə  əsaslanan  vahid  mərkəzləşdirilmiş  orqandır.  Azərbaycan 

Respublikası Konstitusiyasının 133-cü maddəsinə görə isə, bu orqan 

mərkəzləşdirilmiş  müstəqil  orqandır.  Odur  ki,  Azərbaycanda 

prokurorluq  məhkəmə  hakimiyyəti  sisteminə  daxil  olsa  da,  təşkilatı 

cəhətdən  heç  bir  orqandan,  o  cümlədən,  məhkəmədən  asılı  deyil. 

Bəzi  ölkələrdə  isə  məhkəmə  hakimiyyətinə  tabe  olan  xüsusi 

məhkəmə  polisi  də  mövcuddur.  Məhkəmə  polisinin  olduğu 

dövlətlərdən biri də İtaliya Respublikasıdır. 

Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyəti  polisis- 

temlilik  prinsipi  əsasında  təşkil  olunub.  Azərbaycan  Respublikası 

Konstitusiyasının  125-ci  maddəsinə  əsasən,  ölkəmizdə  məhkəmə 

hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, 

Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi,  apel-  lyasiya 

məhkəmələri,  Azərbaycan  Respublikasının  ümumi  məhkəmələri  və 

digər  ixtisaslaşdırılmış  məhkəmələri  həyata  keçirir.  Məhkəmə 

hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə 

və  qanunla  nəzərdə  tutulmuş  digər  vasitələrlə  həyata  keçirilir. 

Konstitusiya  icraatı  və  mülki  icraat  istisna  olmaqla,  ədalət 

mühakiməsinin  həyata  keçirilməsində  Azərbaycan  Respublikasının 

Prokurorluğu da iştirak edir. 

Məhkəmələr  və  hakimlər  haqqında  Azərbaycan  Respublikası 

qanununun  19-cu  maddəsinə  görə,  Azərbaycan  Respublikası 

məhkəmə  sisteminə  rayon  (şəhər)  məhkəmələri.  Ağır  Cinayətlərə 

Dair  işlər  Üzrə  Azərbaycan  Respublikası  Məhkəməsi,  hərbi 

məhkəmələr.  Ağır  Cinayətlərə  Dair  İşlər  Üzrə  Azərbaycan 

Respublikası  Hərbi  Məhkəməsi,  yerli  iqtisad  məhkəmələri. 

Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan 

Respublikasının  İqtisad  Məhkəməsi,  Naxçıvan  Respublikasının  Ali 

Məhkəməsi,  Azərbaycan  Respublikasının  Apeliyasiya  Məhkəməsi, 

Azərbaycan  Respublikasının  İqtisad  Məhkəməsi,  Azərbaycan 

Respublikasının 

Ali 

Məhkəməsi 



daxildir. 

Bundan 


əlavə, 

qanunvericilikdə  o  da  göstərilir  ki,  Azərbaycan  Respublikasının 

məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər 

məhkəmələr də yaradıla bilər. 

442 



Dövlət və hüquq nəzəriyyəsi 

Məhkəmələr  və  hakimlər  haqqında  Azərbaycan  Respublikası 

qanununda  Konstitusiya  Məhkəməsinin  fəaliyyətinin  Konstitusiya 

Məhkəməsi haqqında Azərbacan Respublikası qanunu ilə müəyyən 

olunduğu  göstərilir  və  beləliklə,  bu 

orqan 


Azərbaycan 

Respublikasının  məhkəmə  sisteminə  daxil  olan  məhkəmələrə  aid 

edilmir.  Bunu  natamamlıq  kimi  xarakterizə  edən  Ziyafət  Əs-  gərov 

yazır  ki,  Konstitusiya  Məhkəməsi  də  məhkəmə  sisteminə  aid 

olduğuna görə həmin qanunda onun da adı çəkilməliydi. 

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin strukturu 

polisistemlilik  prinsipinə  əsaslansa  da,  yalnız  Ali  Məhkəmə  bütün 

məhkəmələr  üçün  kassasiya  instansiyası  kimi  çıxış  edir,  yəni 

Respublikada bir Ali Məhkəmə mövcuddur. 

Demokratik  hüquqi  dövlətlərdə  hakimiyyətin  xüsusi  bir  qolunu 

təşkil  edən  məhkəmələr  ədalət  mühakiməsini  həyata  keçirilməsi 

işində  müstəqildirlər.  Heç  bir  başqa  orqan  və  vəzifəli  şəxs 

məhkəmənin  işinə  müdaxilə  edə  bilməz.  Lakin  məhkəmənin  qəbul 

etdiyi  qərarlara  yuxarı  instansiya  məhkəməsi  tərəfindən  hüquqi 

qiymət  verilə  bilər.  Bunun  nəticəsində  aşağı  instansiya 

məhkəməsinin qərarı ya qüvvədə saxlanılır, ya dəyişdirilir və yaxud 

da  ləğv  edilir.  Məhkəmə  orqanları  arasında  belə  bir  əlaqə  baxılan 

işlərin  qanunauyğun  şəkildə,  obyektiv  həll  edilməsi  baxımından 

zəruridir. Həmin əlaqələr elə qurulur ki, məhkəmələrin müstəqilliyinə 

xələl  gətirilməsin.  Odur  ki,  yuxarı  instansiya  məhkəməsinin  aşağı 

instansiya məhkəməsinin işinə müdaxiləsinə yol verilmir. 

Onu da qeyd etməliyik ki, məhkəmələrin müstəqilliyi hakimlərin 

müstəqilliyində ifadə olunur. Bu isə o deməkdir ki, demokratik hüquqi 

dövlətlərdə  hakimlər  heç  bir  orqana  və  vəzifəli  şəxsə  tabe  deyillər. 

Onlar  yalnız  konstitusiyaya,  qanunlara  tabedirlər  və  səlahiyyət 

müddətində  dəyişilməzdirlər.  Yəni  hakim  cinayət  törətdiyi, 

qanunvericiliklə müəyyən edilmiş hüquq po- zuntusuna yol verdiyi və 

özünü  ləyaqətsiz  apardığı  hallar  istisna  olmaqla,  qanunla  müəyyən 

olunmuş yuxarı yaş həddinə çatana qədər və yaxud müəyyən edilmiş 

səlahiyyət müddəti bitənədək vaxtından  əvvəl vəzifədən azad edilə 

bilməz. Hakimin dəyişil- 

443 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə