Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə143/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   139   140   141   142   143   144   145   146   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

ABŞ-da  hökumətin  mövcudluğundan  danışmaq  çox  çətindir.  Bu 

dövlətdə  nazirlər  birbaşa  prezidentə  tabedirlər  və  onları  özündə 

cəmləşdirən  kabinet  ayrıca  müstəqil  fəaliyyət  göstərən  kollegial 

orqan  kimi  çıxış  etmir.  Çünki,  kabinetin  özü  qərar  qəbul  etmək 

səlahiyyətinə belə malik deyil, o yalnız qərarları müzakirə edə bilər. 

Mərkəzi  icra  hakimiyyətinin  qərarlarını  yalnız  prezident  qəbul  edir. 

Odur ki, ABŞ prezidentini hökumətin başçısı yox, icra hakimiyyətinin 

başçısı adlandırmaq daha düzgündür.'* 

Əksər dövlətlərin konstitusiyasında hökumətin səlahiyyətləri ən 

ümumi  şəkildə  göstərilir.  Məsələn,  Fransa  konstitusiyasının  20-ci 

maddəsində deyilir: «Hökumət millətin siyasətini müəyyənləşdirir və 

həyata  keçirir,  inzibati  orqanlar  və  silahlı  qüvvələr  onun 

sərəncamındadır».2 

Konstitusiyada 

hökumətin 

səlahiyyətinin 

hökumət  başçısının  səlahiyyətlərinin  göstərilməsi  yolu  ilə 

müəyyənləşməsi  və  ya  dəqiqləşdirilməsi  də  mümkündür. 

Ümumiyyətlə  isə,  daha  geniş  səlahiyyətli  hökumət  parlamentli 

respublikalarda  və  monarxiyalarda  mövcuddur.  Bu  cür  dövlətlərin 

konstitusiyasına  görə,  dövlət  başçısına  aid  səlahiyyətlərin 

əksəriyyətini  hökumət  həyata  keçirir.  Digər  dövlət  orqanlarına  aid 

olmayan  səlahiyyətlər  praktikada  məhz  hökumətə  verilir.  Kollegial 

orqan  kimi  fəaliyyət  göstərən  hökumətin  olmadığı  prezidentli 

respublikalarda isə hökumətin səlahiyyətlərini dövlət başçısı həyata 

keçirir, nazirlər isə kabineti təşkil etməklə dövlət başçısının göstərişi 

ilə fəaliyyət göstərirlər. Belə də olur ki, bir qisim vəzifəli şəxslərdən və 

əsas mərkəzi icra hakimiyyəti orqanlarından təşkil olunan xüsusi bir 

kollegial  orqan  yaradılsa  da,  o,  məhz  dövlət  başçısının  yuxarı  icra 

orqanı  kimi  çıxış  edir  və  onun  səlahiyyətləri  dövlət  başçısının 

səlahiyyətlərindən  törəmiş  olur,  yəni  belə  bir  hökumət  (buna 

yarımhökumət  də  demək  olar)  prezidentin  səlahiyyətlərinə  aid 

məsələləri  həll  edir,  həmin  səlahiyyətlərin  həyata  keçirilməsini, 

prezidentin qəbul etdiyi hüquqi aktların 

* Конституционное (государственное) право зарубежных стран. 

Общая часть. Тома 1-2. 5. 592-593. 

^ Конституции государств Европейского Союза. 5. 669. 



429 


ilqar Məmmədov 

yerinə yetirilməsini təmin edir. Bu halda, həmin kollegial orqana bir 

sıra xüsusi səlahiyyətlər də verilə bilər. 

Parlamentli  respublikalarda  və  monarxiyalarda,  həmçinin 

müəyyən  şərtlərlə  yarımprezidentli  respublikalarda  hökumətin 

fəaliyyətinin müəyyənləşməsi, istiqamətləndirilməsi baxımından baş 

nazirin  (hökumət  başçısının)  xüsusi  rolu  var.  Hökumət  üzvlüyünə 

namizədlərin  müəyyənləşməsi  də  ondan  asılı  olur.  Konstitusiya 

hüququ  elminin  açıqladığı  kimi,  parlamentli  monarxiyalarda  və 

respublikalarda hökumət başçısı istənilən halda hökumət üzvlərindən 

istefa ərizəsi tələb edə bilər. Məsələn, Böyük Britaniyada, İtaliyada, 

Yaponiyada bu adi qaydadır. Yarımprezi- dentli respublikalarda isə, 

bu  məsəldə  baş  nazir  prezident  vasitəsilə  hərəkət  etməlidir,  çünki 

nazirlərin  əksəriyyətinin  namizədliyi  baş  nazir  tərəfindən  irəli 

sürüldüyü halda belə, onlar prezident tərəfindən təyin olunur. 

Hökumətin  geniş  səlahiyyətlərə  malik  olduğu,  ali  icra 

hakimiyyəti orqanı kimi çıxış etdiyi dövlətlərdə baş nazir hökumətin 

və  bu  yolla  da  hakimiyyətin  siyasi  kursunu,  dövlət  idarəetməsinin 

prioritet  məsələlərini  müəyyənləşdirir,  icra  hakimiyyəti  orqanlarının 

işinə rəhbərlik etməklə həmin məsələlərin həllini təmin edir. Məsələn, 

AFR-in Əsas qanununun (konstitusiyasının) 65-ci maddəsində belə 

deyilir: 

«Federal 

Kansler 


siyasətin 

əsas 


istiqamətlərini 

müəyyənləşdirir  və  onlara  görə  məsuliyyət  daşıyır.  Həmin  əsas 

istiqamətlər çərçivəsində hər bir federal nazir öz sahəsinə aid işləri 

müstəqil  şəkildə  və  özü  məsuliyyət  daşımaqla  həyata  keçirir».'’ 

Müasir  dövrdə  parlamentli  monarxiyalarda  və  respublikalarda  baş 

nazirin  mövqeyinin  daha  da  güclənməsi,  yarımprezidentli 

respublikalarda isə zəifləməsi ümumi bir tendensiyaya çevrilmişdir. 

Hökumətin  formalaşması  üsulu  daha  çox  dövlətin  idarəetmə 

formasından asılıdır. Hökumətin formalaşmasının iki əsas üsulu var: 

parlament üsulu və qeyri-parlament üsulu. 

Конституции государств Европейского Союза. S. 200. 

430 



Dövlət və hüquq nəzəriyyəsi 

Hökumətin 

formalaşdınlmasının 

parlament 

üsulundan 

parlamenti! monarxiyalarda və respublikalarda istifadə olunur. Həmin 

dövlətlərdə ənənəvi qaydaya görə, əvvəlcə dövlət başçısı hökumətin 

başçısını təyin edir (adətən, parlamentdə yerlərin çoxunu qazanmış 

partiyanın  lideri  bu  vəzifəyə  təyin  olunur),  o  da,  öz  növbəsində, 

hökuməti  təşkil  edərək  parlamentdən  etimad  alır.  Beləliklə, 

hökumətin və hökumət başçısının hüquqi cəhətdən təsdiq olunması 

parlamentin  səlahiyyətinə  aid  edilir  (hökumət  və  hökumət  başçısı 

parlamentin  etimad  votumunu  aldığı  andan  səlahiyyətlərin  həyata 

keçirilməsinə  başlayır).  Hökumət  və  ya  onun  başçısı  parlamentin 

etimadını  qazanmadığı  halda  isə  parlamentin  (parlamentin  aşağı 

palatasının) buraxılması mümkündür. 

İtaliya  Respublikasının  konstitusiyasına  əsasən,  respublika 

prezidenti parlamentdə çoxluq təşkil edən partiya liderlərindən birini 

Nazirlər Şurasının sədri vəzifəsinə təyin edir. Nazirlərin namizədliyini 

Nazirlər  Şurasının  sədri  irəli  sürür,  prezident  isə  onları  təyin  edir. 

Lakin  bununla  iş  bitmir.  Daha  sonra  hökumətə  etimad  göstərilməsi 

üçün prezident həmin namizədləri parlamentə təqdim edir. Bu zaman 

hökumət 10 gündən gec olmayaraq parlamentin etimadını almalıdır. 

Böyük  Britaniyada  parlamentin  nümayəndələr  palatasında 

yerlərin çoxunu qazanmış partiyanın lideri baş nazir vəzifəsinə təyin 

edilir və daha sonra dövlətin başçısı (kral və yaxud kraliça) hökumətin 

digər  üzvlərini  təyin  edir. Onların  monarx  tərəfindən  təyin  olunması 

əslində  formal  xarakter  daşıyır  və  hökumətin  formalaşmasında 

monarx elə bir əhəmiyyətli rol oynamır. Bu, sadəcə, konservativliyi ilə 

seçilən Böyük Britaniyada siyasi ənənələrə hörmətlə yanaşmanın bir 

təzahürüdür. Yeni baş nazir nümayəndələr palatasına öz proqramını 

təqdim edir və aşağı palata səsvermə yolu ilə həmin proqramı təsdiq 

etdikdə hökumətə etimad göstərmiş olur. 

Hökumətin  formalaşdınlmasının  qeyri-parlament  üsulu  yekcins 

deyil.  Belə  ki,  konstitusiyalı  monarxiya  libası  geymiş  dövlətlərdə 

(Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və s.) dövlət başçısı (monarx) 

hökumət üzvlərini, adətən, öz qohumları ara 

431 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə