Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə140/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   136   137   138   139   140   141   142   143   ...   205

ilqar Mammədov 

lələrin  dairəsinin  genişləndirilməsinin,  yəni  onlara  əlavələr 

edilməsinin mümkünlüyü müəyyənləşdirilir.'' 

Məhdud  səlahiyyətli  parlamentlər  dəqiq  müəyyənləşdirilmiş 

səlahiyyətlər  çərçivəsində  fəaliyyət  göstərir  və  qanunvericilikdə 

onların  genişləndirilməsi  nəzərdə  tutulmur.  Fransanın  və  onun 

müstəmləkəsi olmuş bir sıra Afrika ölkələrinin, o cümlədən bəzi Asiya 

ölkələrinin (məsələn, İran İslam Respublikası) parlamentləri məhdud 

səlahiyyətli parlamentlər qrupuna aiddir. 

Məşvərətçi  parlamentlər  isə,  əsasən,  ərəb  ölkələrinin  bir 

qismində mövcuddur. Onlardan bəziləri monarxın razılığı ilə qanunlar 

qəbul  edir,  başqa  bir  qismi  isə,  ümumiyyətlə,  qanunlar  qəbul  edə 

bilmir.  Məsələn,  Səudiyyə  Ərəbistanında  belə  aktlar  məşvərətçi 

şurada (Əş-şura) müzakirə olunur, kral trəfindən isə qəbul edilir.2 

Parlament  tərəfindən  ümumxalq  təmsilçiliyinin  yüksək 

səviyyədə həyata keçirilməsi və onun işinin keyfiyyətli olması üçün 

parlamentə seçiləcək şəxslərlə əlaqədar müəyyən senzlər nəzərdə 

tutulur  və  bu  senzlər  obyektiv  çatışmamazlıqların  aradan 

götürülməsinə  xidmət  edir.  Məsələn,  Azərbaycan  Respublikası 

Konstitusiyasına əsasən, ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında 

öhdəliyi  olan,  icra  və  məhkəmə  hakimiyyətləri  sistemində  qulluq 

edən,  pedaqoji  və  yaradıcılıq  fəaliyyəti  istisna  olmaqla,  ödənişli 

fəaliyyətlə  məşğul  olan  şəxslər,  din  xadimləri,  fəaliyyət 

qabiliyyətsizliyi  məhkəmə  tərəfindən  təsdiq  edilmiş  şəxslər,  ağır 

cinayətlərə  görə  məhkum  olunmuş  şəxslər,  məhkəmənin  qanuni 

qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza 

çəkən  şəxslər  istisna  olmaqla,  yaşı  25-dən  aşağı  olmayan  hər  bir 

vətəndaş parlamentə seçilə bilər. 

Bundan  əlavə,  qanunvericilik  qaydasında  parlamentarilərin 

hüquq  və  vəzifələri  müəyyənləşir,  millətin  nümayəndəsi  və  ali 

orqanın  üzvi  kimi  onlara  parlament  immuniteti  verilərək  deputat 

toxunulmazlığına təminat yaradılır. Demokratik ölkələrin qanun- 

'' Əsgərov Ziyafət. Konstitusiya hüququ. S. 341. 

2 Çirkin V.Y. Xarici ölkələrin kostitusiya hüququ. S. 322. 



420 


Dövlət və hüquq nəzəriyyəsi 

vericiliyində parlamentin üzvləri üçün indemnitet də nəzərdə tutulur. 

İndemnitet, ilk növbədə, parlamentarinin öz mandatı üzrə fəaliyyətini 

həyata  keçirərkən  hərəkətinə  və  sözlərinə  görə  məsuliyyətə  cəlb 

olunmaması kimi başa düşülür. Məsələn, İspaniya konstitusiyasında 

deyilir ki, deputatlar və senatorlar öz funksiyalarını həyata keçirərkən 

ifadə etdikləri fikirlərinə, sözlərinə görə toxunulmazdırlar. 

Lakin parlamentari indemnitetdən sui-istifadə etdiyi halda onun 

məsuliyyəti yaranmış olur. 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  da  parlamentin 

deputatlarına  toxunulmazlıq  statusu  verilmiş,  onlar  üçün  indemnitet 

nəzərdə tutulmuşdur. Konstitusiyanın 90-cı maddəsində göstərilir ki, 

səlahiyyət  müddəti  ərzində  Azərbaycan  Respublikası  Milli  Məclisi 

deputatının  şəxsiyyəti  toxunulmazdır.  Konstitusiyanın  91-ci 

maddəsinə  əsasən,  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

deputatları  Azərbaycan  Respublikası  Milli  Məclisindəki  fəaliyyətinə, 

səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. 

Razılıqları olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb 

edilə bilməz. 

Parlament, 

ikipalatalı 

parlamentlərdə 

isə 

parlamentin 



palatalarının  hər  ikisi  səlahiyyəti  müddətində  müxtəlif  komitələr, 

komissiyalar  yaradır.  Komissiyalar  (komitələr)  parlamentin  başlıca 

funksiyasının həyata keçirilməsinə köməklik göstərmək məqsədi ilə 

qanunvericilyin  müvafiq  sahələri  üzrə  yaradılır.  Komissiyaların  sayı 

müxtəlif  olur.  Onlar  parlamentin  fəaliyyətindəki  peşəkarlığı  təmin 

etməyə xidmət edir və iki əsas növə bölünür: daimi komissiyalar və 

müvəqqəti  komissiyalar.  Parlamentin  qanunvericilik  fəaliyyətində 

daimi  komissiyalar  mühüm  rol  oynayır.  Daimi  komissiyalar 

parlamentin  və  ya  parlamentin  aşağı  palatasının  bütün  səlahiyyət 

müddəti ərzində, bəzi hallarda isə yalnız bir sessiya ərzində fəaliyyət 

göstərir. Hər hansısa bir məsələnin araşdırılması və ya konkret qanun 

layihəsinin  hazırlanması  məqsədi  ilə,  həmçinin  xüsusi  diqqət 

yetirilməsi 

tələb 


olunan 

məsələlərlə 

bağlı 

müvəqqəti 



komissiyalar-istintaq, təftiş, redaksiya və s. komissiyalar yaradılır. 

421 


ilqar Məmmədov 

Daimi  komissiyalar  bir  növ  qanunvericilik  sahələri  üzrə 

ixtisaslaşmış  komissiyalardır.  Bu  növ  komissiyaların  əsas  təyinatı 

qanun  layihələrinin  hazırlanması,  ilkin  analizi  və  müzakirəsi, 

layihələrin üzərində iş aparılması ilə bağlıdır və onların mövcudluğu 

qanunvericilikdə  ortaya  çıxan  xüsusi  məsələlərdən,  konkret 

faktorlardan  asılı  deyil.  Məsələn,  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə əsasən, daimi komissiyalar; 

1)

 

deputatların  təklif  etdiyi  qanun  və  qərar  layihələrinin  ilkin 



müzakirəsini təşkil edir və Milli Məclisdə baxılmasına dair rəy verir, 

qanun və qərar layihələri hazırlayır; 

2)

 

ümumxalq müzakirəsinə çıxarılacaq qanun layihələri ilə bağlı 



daxil olmuş təklifləri ümumiləşdirir və Milli Məclisə təqdim edir; 

3)

 



birinci  və  ikinci  oxunuşda  qəbul  edilmiş  qanun  layihələri 

üzərində iş aparır və onları üçüncü oxunuşa hazırlayır; 

4)

 

Konstitusiyanın  95-ci  maddəsinə  əsasən.  Milli  Məclisin 



səlahiyyətlərinə daxil olan məsələlərə baxır və rəy verir; 

5)

 



Milli  Məclisin  qanunvericilik  işləri  planına  dair  öz  təkliflərini 

verir; 


6)

 

ildə  iki  dəfə-yaz  və  payız  sessiyalarının  əvvəlində  öz  işi 



barədə hesabat verir. 

İcra hakimiyyəti orqanları (dövlət idarəetmə orqanları). 

Elmi ədəbiyyatda icra hakimiyyəti iki aspektdən; hüquqi və politoloji 

baxımdan  şərh  edilir.  Hüquqi  baxımdan  icra  hakimiyyəti  dövlət 

idarəetmə  subyektlərinin  kimlərisə  öz  iradəsinə  tabe  etmək,  onları 

idarə  etmək,  müvafiq  aktlar  qəbul  etmək,  təşkilati  işləri  həyata 

keçirmək hüququ və imkanı kimi başa düşülür. 

Politoloji baxımdan isə icra hakimiyyəti hakimiyyətin digər qolları 

ilə  birlikdə  vahid  dövlət  orqanizmini  təşkil  edən,  onlardan 

təsirlənməklə  idarəetmə  qərarlarını  qəbul  edən  siyasi-hüquqi 

hadisələr  kompleksi,  vahid  dövlət  hakimiyyətinin  yarımsistemi  kimi 

izah edilir. 

Dövlət  və  hüquq  nəzəriyyəsi  üçün  bu  yanaşmaların  hər  ikisi 

müəyyən  əhəmiyyət  kəsb  edir.  Hər  iki  yanaşma  bu  elmin  pred- 

metinə və metodologiyasına uyğun şəkildə nəzərə alınır, nəzəriyyə 

üçün mühüm olan tərəflərinin ümumiləşdirilməsi aparılır. 



422 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə