Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə148/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   144   145   146   147   148   149   150   151   ...   205

ilqar Məmm3dov 

məzliyi həm də o deməkdir ki, hakimiyyətdə olan partiyanın və yaxud 

partiyaların dəyişilməsi hakimlərin vəziyyətinə təsir etmir. 

Qanunvericilik  hakimiyyətindən  fərqli  olaraq  məhkəmə 

hakimiyyəti  ümumi  xarakterli  davranış qaydaları  müəyyənləşdirmək 

səlahiyyətinə  malik  deyil.  Məhkəmələr  konkret  işlər  üzrə  qərarlar 

qəbul edir, müxtəlif subyektlər arasında mübahisələri, konfliktləri həll 

edir və pozulmuş hüquq və azadlıqların bərpa olunması işini həyata 

keçirir. Bunlar tam şəkildə Roman-german hüquq ailəsinə daxil olan 

ölkələrdə  təşkil  edilən  məhkəmələrə  aiddir.  İngi-  lis-sakson  hüquq 

ailəsinə  daxil  olan  ölkələrdə  isə  yuxarı  instan-  siyalı  məhkəmələr 

hüquqi presedentlər yaratmaqla həm də hüquq yaradıcılığında iştirak 

edirlər. 

Qanunverici  və  icra  hakimiyyəti  siyasiləşmiş  hakimiyyətlər 

olduğu  halda,  məhkəmə  hakimiyyəti  orqanlarının  təşkilində  siya- 

sətsizləşdirmə  və  partiyasızlaşdırma  prinsipinə  riayət  olunur.  Belə 

hesab  olunur  ki,  məhkəmə  orqanları  siyasi  baxımdan  tam  neytral 

olmalıdır.  Demokratik  hüquqi  dövlətlərdə  məhkəmə  hakimiyyəti 

dövlət  hakimiyyətinin  bir  qolu  olmasına  baxmayaraq,  siyasi 

hakimiyyətdən  azaddır,  məhkəmə  orqanlarının  fəaliyyəti  siyasi 

qüvvələrin iradəsinə tabe deyil. 

Məhkəmələrin  fəaliyyəti  qanunun  aliliyini  təmin  etməyə 

yönəlmişdir.  Bu  baxımdan,  hüquq  münasibətlərinin  bütün 

subyektləri, o cümlədən, dövlət də öz orqanları timsalında məhkəmə 

qarşısında  bərabərdir  və  bu  subyektlərin  hər  biri  yol  verdiyi  hüquq 

pozuntusuna  görə  eyni  dərəcədə  məsuliyyət  daşıyır.  Ədalət 

mühakiməsini  həyata  keçirən  bu  hakimiyyət  qanunverici  və  icra 

hakimiyyətində  olmayan  səlahiyyətlərə  malikdir.  Misal  üçün, 

məhkəmə  öz  qərarı  ilə  qanuna  müvafiq  olaraq  insanı  müəyyən 

müddətə  və  ya  ömürlük  azadlıqdan  məhrum  etmək,  bəzi  ölkələrdə 

isə  ölüm  cəzasına  məhkum  etmək,  fiziki  və  hüquqi  şəxslərdən 

müəyyən  əmlakı  almaq,  təşkilatların,  siyasi  partiyaların  fəaliyyətini 

dayandırmaq  səlahiyyətinə  malikdir.  Məhkəmə  hakimiyyətinin  gücü 

digər  dövlət  orqanları,  vəzifəli  şəxslər,  dövlət  qulluqçuları,  fiziki  və 

hüquqi  şəxslər  tərəfindən  məhkəmələrin  qəbul  etdiyi  qərarların 

yerinə yetirilməsində, mübahisələri müstəqil həll 

444 



Dövlət və hüquq nəzəriyyəsi 

edə  bilməsində  və  qərar  çıxararkən  digər  orqanların,  vəzifəli 

şəxslərin  təsirindən  azad  olmasında  və  belə  münasibətlərin 

cəmiyyətə  dərindən  kök  atmasındadır.  Göstərilən  hallar  demokratik 

cəmiyyətlərdə  bir  neçə  əsr  ərzində  formalaşmış  və  hüquqi 

dövlətlərdə  hüquq  və  dövlətçilik  təcrübəsinin  ayrılmaz  tərkib 

hissəsinə  çevrilmişdir.  Belə  bir  vəziyyət  yaranmadıqda  isə, 

məhkəmələr  icra  hakimiyyəti  orqanlarından  asılı  olur,  həmin 

hakimiyyətin alətinə çevrilir və məhkəmələr müstəqili elan edilsələr 

də, onların müstəqilliyi formal xarakter daşıyır. 

Ədalət 

mühakiməsinin 



həyata 

keçirilməsi, 

məhkəmə 

hakimiyyətinin  təşkili  müəyyən  prinsiplərə  əsaslanır.  Ədalət 

mühakiməsinin  həyata  keçirilməsinin,  məhkəmə  hakimiyyətinin 

təşkilinin elə prinsipləri var ki, onlar konstitusiyada, bəziləri isə digər 

qanunvericilik aktlarında təsbit olunur. Bununla bərabər, konstitusiya 

ilə müəyyənləşən prinsiplərdən bəziləri həmin əsas qanunda birbaşa 

əks olunur, bir qismi isə birbaşa əks olunmadan təsbit olunur. 

Məhkəmə hakimiyyətinin əsas prinsipləri aşağıdakılardır: 

1)

 

ədalət  mühakiməsinin  yalnız  məhkəmələr  tərəfindən  həyata 



keçirilməsi; 

2)

 



məhkəmələrin (hakimlərin) müstəqilliyi və yalnız qanuna tabe 

olması; 


3)

 

məhkəmənin fəaliyyətinə təsir edilməsinin yolverilməzliyi; 



4)

 

işlərə obyektiv baxılması; 



5)

 

ədalət mühakiməsinin kollegial qaydada həyata keçirilməsi



6)

 

ədalət  mühakiməsinin  vətəndaşların  qanun  və  məhkəmə 



qarşısında bərabərliyi əsasında həyata keçirilməsi; 

7)

 



məhkəmələrdə işlərin icraatının açıq aparılması; 

8)

 



məhkəmə qərarlarından şikayət verilməsinin və işlərə yenidən 

baxılmasının mümkünlüyü; 

9)

 

icraatın çəkişmə prinsipi əsasında aparılması; 



10)

 

icraatın  çoxluq  təşkil  edən  əhalinin  dilində  aparılması  və 



tərəflərin tərcüməçi ilə təmin olunması; 

445 


ilqar Məmmədov 

11)


 

müdafiə hüququnun təmin edilməsi; 

12)

 

ədalət  mühakiməsinin  təqsirsizlik  prezumpsiyası  prinsipinə 



söykənməsi; 

13)


 

məhkəmə səhvinə görə dövlətin məsuliyyəti; 

14)

 

məhkəmə icraatının bilavasitəliliyi; 



15)

 

fövqəladə məhkəmələrin yaradılmasının yolverilməzliyi. 



Hakimiyyətin digər iki qolundan fərqli olaraq xalq məhkəmə 

hakimiyyətinin təşkilində bir o qədər də mühüm rol oynamır. Hakimlər 

əsasən  qanunverici  və  icra  hakimiyyəti  orqanları  tərəfindən  təyin 

olunur.  Düzdür,  bir  sıra  ölkələrdə  hakimlərin  əhali  tərəfindən 

seçilməsinə  də  yol  verilir.  Lakin  bu  qayda  yuxarı  instansiya 

məhkəmələrinə  aid  edilmir.  Azərbaycan  Respublikasında  yuxarı 

instansiya məhkəmələrinin hakimləri prezidentin təqdimatı əsasında 

Milli  Məclis  tərəfindən,  digər  məhkəmələrin  hakimləri  isə  prezident 

tərəfindən  təyin  edilir.  Məhkəmə  hakimiyyətinin  bu  cür  təşkil 

olunmasına  baxmayaraq,  yəni  hakimlər  qanunverici  və  icra 

hakimiyyəti  orqanları  tərəfindən  təyin  olunsalar  da,  onlar  özlərinin 

sonrakı fəaliyyətində müstəqildir və heç bir orqandan asılı deyil. 

Nəzarət  orqanları.  Dövlət  mexanizminin  strukturunun  təhlili 

göstərir  ki,  dövlət  orqanlarından  bəziləri  hakimiyyətin  üç  qolundan 

heç  birinə  daxil  deyil.  Bundan  əlavə,  elə  orqanlar  da  var  ki,  onlar 

hakimiyyətin  bu  və  ya  digər  qoluna  aid  olsalar  da,  müvafiq 

hakimiyyəti təmsil edən orqanların ümumi təyinatından kənara çıxan 

xüsusi  səlahiyyətlərə  malikdirlər.  Elmi  ədəbiyyatda  həmin  tip 

orqanlardan danışarkən, tez-tez «nəzarət hakimiyyəti» anlayışından 

istifadə  olunur.  Nəzarət  hakimiyyəti  deyərkən,  dövlətçilik 

təcrübəsində özünə yer alan xüsusi bir hadisə nəzərdə tutulur. Belə 

ki, bir çox ölkələrdə dövlətçiliyin tədrici inkişafı nəticəsində qanunların 

dürüst yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi ilə əlaqədar 

bəzi orqanların fəaliyyətində öz əksini tapan xüsusi fəaliyyət sahəsi 

yaranmışdır.  Skandinaviya  ölkələrində  çoxəsrlik  tarixə  malik  olan 

ombudsman  İnstitutu,  ilk  dəfə  ABŞ-də  təşəkkül  tapan  konstitusiya 

nəzarəti nəzarət hakimiyyətinin ilk təzahürləridir. 

446 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə