Qarabağda həlak olmuş şə


Dövlat və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə149/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   145   146   147   148   149   150   151   152   ...   205

Dövlat və hüquq nəzəriyyəsi 

Müasir  dövlətlərdə  nəzarət  orqanlarının  bəziləri  dövlət 

hakimiyyətinin  üç  qolundan  birinə,  bəziləri  isə  hakimiyyətin  hər 

hansısa  bir  qoluna  məxsus  olmadan  fəaliyyət  göstərir.  Həmin 

orqanlara konstitusiya nəzarətini həyata keçirən orqanlarla bərabər, 

nəzarət  palataları  və  ya  nəzarət  idarələri,  ədliyyə  kansleri,  baş 

attorneylər,  prokurorluq  orqanları  və  s.  aiddir.  Müasir  dövlətlərin 

qanunvericiliyinə  əsasən,  nəzarət  səlahiyyətlərinə  malik  olan 

orqanlar  öz  səlahiyyətlərinin  icrasında heç  bir  orqana  tabe  deyillər. 

Onların fəaliyyətinin spesifikliyi də ondadır ki, bu orqanlardan hər biri 

ümumdövlət  nəzarəti  funksiyasının  müəyyən  bir  hissəsini  həyata 

keçirir.  Dövlət  tərəfindən  həyata  keçirilən  həmin  nəzarət 

konstitusiyaya,  normativ  aktlara  riayət  olunması,  idarəetmə 

orqanlarının  qanunçuluğa  riayət  etməsi,  dövlətin  maliyyə 

imkanlarından  düzgün  və  təyinatı  üzrə  istifadə  olunması,  insan  və 

vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlıdır. 

Nəzarət orqanlarının müstəqilliyi, hakimiyyətin heç bir qoluna aid 

olmaması  konstitusiyada  və  digər  normativ  hüquqi  aktlarda  təsbit 

olunur.  Misal  üçün,  Namibiyanın  1990-ci  il  tarixli  Əsas  Qanununda 

belə  deyilir:  «Ombudsman  özfəaliyyətində  müstəqildir  və  yalnız 

Konstitusiyaya  və  qanunlara  tabedir».  AFR-ın  Federal  Konstitusiya 

Məhkəməsi  haqqında  1951-ci  il  tarixli  qanununda  isə  həmin 

Məhkəmə digər konstitusion orqanlardan asılı olmayan müstəqil bir 

orqan  kimi  xarakterizə  edilir.  Azərbaycan  Respublikasının  insan 

hüquqları  üzrə  Müvəkkili  (Ombudsman)  haqqında  Azərbaycan 

Respublikasının  konstitusiya  qanununun  5-ci  maddəsinin  1-ci 

hissəsində göstərilir ki. Müvəkkil (Ombudsman) müstəqildir və yalnız 

Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına 

tabedir. 

Nəzarət  orqanları,  adətən,  ümumi  davranış  qaydaları  yaratmır 

(yalnız  müəyyən  şərtlər  daxilində  konstitusiya  nəzarəti  orqanları 

istisna  olmaqla).  Həmin  orqanların  əsas  vəzifəsi  hüquq  pozuntusu 

faktını müəyyənləşdirmək, bir sıra hallarda isə dövlət qulluqçularının 

qanundan,  tələb  olunan  qaydalardan  kənara  çıxan  hərəkətləri  ilə 

bağlı  aktlar  qəbul  etmək  və  bu  barədə  müvafiq  orqana  və  ya 

məhkəməyə müraciət etməkdən ibarətdir. 

447 



ilqar Mammədov 

Bəzi ölkələrdə İsə prokurorluq orqanlarının fəaliyyəti bu çərçivədən 

kənara  çıxır.  Məsələn,  Rusiya  Federasiyasında  prokurorluq  dövlət 

adından  hüquq  normalarının  realizə  olunması,  qanunvericiliyin 

həyata  keçirilməsi  üzərində  nəzarəti  həyata  keçirən  orqanların 

mərkəzləşdirilmiş  federal  sistemidir.  Prokuror  nəzarəti  dövlət 

nəzarətinin  xüsusi  bir  növü  olmaqla  bütün  normativ  hüquqi  aktlara 

sirayət  olunur.  Bu  ölkədə  prokurorluq  orqanları  cinayət  təqibini 

həyata  keçirir,  məhkəmədə  ittihamı  müdafiə  edir,  eyni  zamanda 

qanunların  İcrasına  da  nəzarət  edir.  İnzibati  hüquqpozmalara  dair 

işlərə  baxılmasının  nəticəsi  barədə  də  prokurora  yazılı  şəkildə 

məlumat verilir. RF-da prokurorluğun fəaliyyəti məhkəmələrdə mülki 

işlər üzrə aparılan İcraatı da əhatə edir. Bu, ən çox həmin işlər üzrə 

qəbul  olunmuş  qərarlardan  verilən  şikayətlərin  yoxlanılması  ilə 

bağlıdır. 

Müxtəlif  sahələrdə  baş  vermiş  hüquq  pozuntularını  araşdıran 

nəzarət  orqanları  vəzifəli  şəxslərdən  izahat  almaq,  hər  növ  sənədi 

tələb  etmək  kimi  hüquqlara  malikdirlər.  Misal  üçün,  1974-cü  ildə 

məşhur  «Uotergeyt»  işində  ABŞ  prezidenti  Riçard  Nikson-  dan 

telefon danışıqlarının lent yazısı tələb olunmuş və araşdırma zamanı 

prezidentin  hadisə  ilə  bağlı  yalan  ifadə  verdiyi  aşkarlandığından  o 

vəzifəsindən istefa vermişdir. 

Dövlət 

nəzarətinin 



həyata 

keçirilməsində 

konstitusiya 

nəzarətinin  xüsusi  yeri  var.  Yuxarıda  qeyd  olunduğu  kimi, 

konstitusiya nəzarəti institutu ilk dəfə XIX əsrdə ABŞ-da yaranmışdır. 

Həmin  dövrdən  etibarən  ABŞ  Ali  Məhkəməsi  həm  də  konstitusiya 

nəzarətini  həyata  keçirməyə  başlamışdır.  Daha  sonradan 

Ingllis-sakson  hüquq  ailəsinə  daxil  olan  bir  sıra  başqa  ölkələrdə 

(Hindistanda,  Avstraliyada  və  s.)  də  ümumi  məhkəmələrə 

konstitusiya  nəzarətini  həyata  keçirmək  səlahiyyəti  verilmişdir. 

Həmin  ölkələrdə  mərkəzləşdirilməmiş  konstitusiya  nəzarəti 

mövcuddur.  Yəni  konstitusiya  nəzarətini  aşağıdan  yuxarı  bütün 

məhkəmələr  həyata  keçirir  və  son  söz  yuxarı  məhkəmə  orqanına 

məxsusdur. Roman-german hüquq ailəsinə daxil olan ölkələrdə isə 

konstitusiya nəzarətinin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi 

təcrübəsi yaradılmışdır. Həmin ölkələrdə yalnız kons- 



448 


Dövlət və hüquq nəzəriyyəsi 

titusiya nəzarəti həyata keçirmək səlahiyyətinə malik olan xüsusi bir 

orqan təşkil olunur. Bəzi ölkələrdə isə hibrid orqanlar yaradılmışdır. 

Məsələn,  Mərakeşdə  ali  məhkəmənin  tərkibində  konstitusiya 

nəzarətini  həyata  keçirən  xüsusi  palata  mövcuddur  və  bu  palata 

xüsusi struktura malikdir. 

Konstitusiya nəzarəti  qanunların və  digər  normativ aktların,  bir 

sıra  ölkələrdə  isə  hətta  icra  hakimiyyətinin  mərkəzi  və  yerli 

orqanlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının aktlarının və 

vəzifəli  şəxslərin  fərdi  inzibati  aktlarının  da  konstitusiyaya 

uyğunluğunun  müəyyənləşdirilməsi  ilə  bağlıdır.  Misal  üçün, 

Avstriyada, AFR-də, Polşada, Portuqaliyada konstitusiya nəzarəti bu 

cür həyata keçirilir. Bəzi ölkələrdə isə konstitusiya nəzarəti normativ 

aktların heç də hamısına deyil, yalnız bir qisminə aid edilir. 

Konstitusiya  nəzarətini  həyata  keçirən  məhkəmə  orqanları  ilə 

bərabər  kvaziməhkəmə  orqanları  da  mövcuddur.  Konstitusiya 

nəzarətini həyata keçirən məhkəmə orqanının fəaliyyəti dəqiq şəkildə 

tənzimlənir  və  bu  orqanın  aktları,  bir  qayda  olaraq,  qəti  olmaqla 

bərabər, həm də məcburi xarakterə malik olur. Həmin aktlar heç bir 

orqan  tərəfindən  ləğv  edilə  bilməz.  Kvaziməhkəmə  orqanlarının 

qərarları isə məcburi deyil, tövsiyyə xarakterli olur. Həmin orqanlar, 

əsasən məruzə əsasında işə baxır və məhkə- mələrdəki kimi onlarda 

geniş iş metodları olmur. Bu cür konstitusiya nəzarəti orqanına malik 

olan  ölkələrdə  nəzarət  edilən  aktların  dairəsi  də  məhduddur. 

Məsələn,  Qazaxıstanda  yalnız  qanunların  və  dövlətin  beynəlxalq 

müqavilələri üzərində konstitusiya nəzarəti həyata keçirilir. 

Konstitusiya  nəzarəti  orqanlarının  təşkilinin  müxtəlif  üsulları 

mövcuddur. Bəzi ölkələrdə (məsələn, AFR-də) konstitusiya nəzarəti 

orqanları ancaq parlament tərəfindən formalaşdırılır. Fransa da daxil 

olmaqla,  bir  qisim  ölkələrdə  konstitusiya  nəzarəti  orqanının 

formalaşmasında  hakimiyyətlərin  üçü də  iştirak  edir.  Elə  ölkələr  də 

var  ki,  həmin  orqan  qanunverici  və  icra  hakimiyyətinin  iştirakı  ilə 

formalaşdırılır.  Azərbaycan  bu  cür  ölkələrdəndir.  Konstitusiya 

Məhkəməsi  haqqında  Azərbaycan  Respublikasının  23  dekabr 

2003-cü il tarixli qanununun 12-ci maddəsi 

449 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə