Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə152/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   148   149   150   151   152   153   154   155   ...   205

ilqar Məmmədov 

qamətləri,  həmin  normalarla  tənzimlənən  münasibətlərin  xarakteri 

müəyyənləşir.  Dövlət  mexanizminin  təşkil  olunma  və  fəaliyyət 

prinsiplərinin  bəziləri,  yəni  ən  mühüm  və  ümumi  olanları  birbaşa 

konstitusiyada,  qalanları  isə  digər  qanunvericilik  aktlarında  təsbit 

olunur və birinciləri tamamlayır, onların təmin olunmasını və tətbiqini 

konkretləşdirir.  Onlardan  bəziləri  qanunlarda  dəqiq  göstərilsə  də, 

digərləri müvafiq ümumiləşdirmənin aparılması yolu ilə, yəni induktiv 

yolla mətndən ayrılaraq müəyyənləşdirilir. 

Dövlət  mexanizminin  təşkil  olunma  və  fəaliyyət  prinsipləri  bir- 

birinə bağlı olduğundan onların öz sistemi yaranır. 

Onu  da  əlavə  etməliyik  ki,  dövlət  mexanizminin  təşkili  və 

fəaliyyətinin prinsipləri cəmiyyətin siyasi-hüquqi paradiqmasın- dan, 

sivilizasion və mədəni amillərdən asılı olaraq formalaşır və bu yolla 

formalaşan  müvafiq  sistem  (prinsiplərin  yaratdığı  sistem)  dövlət 

mexanizminin  uzunmüddətli  fəaliyyətinə  xidmət  edir.  Dövlət  və 

hüququn  ayrı-ayrı  sivilizasiyaların,  cəmiyyətlərin  tarixi  kontekstində 

öyrənilməsi  göstərir  ki,  Qədim  Misirdə,  İranda, Hindistanda,  Çində, 

Romada, Afinada və ya orta əsrlər dövründə katolik kilsəsinin hakim 

olduğu  ölkələrdə.  Bizansda,  İslam  mədəniyyətinə  daxil  olan 

cəmiyyətlərdə,  Yaponiyada,  köçəri  mədəniyyətinin  ənənələri 

əsasında təşkil olunan dövlətlərdə hakimiyyətin həyata keçirilməsini 

təmin  edən  mexanizm  fərqli  prinsiplər  əsasında  təşkil  olunmuş  və 

fəaliyyət  göstərmişdir.  Yalnız  Qərb  sivilizasiyası  ekumenik 

iddialardan çıxış edərək bütün dünyada ümumi siyasi-hüquqi mühit 

yaratdıqdan sonra dövlətlərin hamısında dövlət mexanizminin təşkili 

və  fəaliyyətinin  ümumi  prinsiplər  əsasında  həyata  keçirilməsi  real 

hadisəyə çevrilmişdir. Buna baxmayaraq, ayrı-ayrı mədəniyyətlərin, 

sivilizasiyaların 

formalaşdırdığı 

ənənələr, 

dəyərlər 

dövlət 

mexanizminin təşkil olunma və fəaliyyət prinsiplərinə özünəməxsus 



şəkildə  təsir  göstərmiş  və  nəticədə  yenə  də  fərqli  sistemlər 

yaranmışdır. 

Mövcud  siyasi-hüquqi  paradiqmanın  digəri  ilə  əvəz  olunması 

cəmiyyətdə  köklü  dəyişikliklərin  baş  verməsi,  ictimai  quruluşun 

dəyişməsi,  dövlət  və  hüquq  haqqında  yeni  təsəvvürlərin,  ideoloji 

sistemlərin formalaşması deməkdir. Məsələn, Avropada kapitalizmin 

formalaşması və inkişaf etməsi prosesində özünü göstə 

456 



Dövlət və hüquq nəzəriyyəsi 

rən  inqilabi  dəyişikliklərin  təsiri  ilə  demokratik  və  liberal  dəyərlər 

dövlət  mexanizminin  təşkilində  də  əsas  götürülməyə  başlamış  və 

müəyyən  dövrdən  sonra  demokratik  hüquqi  dövlət  idealına  uyğun 

gələn prinsiplər  əsasında  təşkil  olunan  və  fəaliyyət  göstərən  dövlət 

mexanizmi formalaşmışdır. 

Hal-hazırda  dünya  dövlətləri  arasında  prinsiplər  baxımından 

müəyyən  fərqlər  olsa  da,  müasir  dövlətlərin  hamısında  dövlət 

mexanizminin təşkili və fəaliyyətinin ümumi prinsipləri mövcuddur. Bu 

prinsiplər 

suveren 

dövlətlərin 

beynəlxalq 

münasibətlərinə, 

dövlətlərarası  əməkdaşlığa,  ümumilikdə  bəşəriyyətdə  gedən 

inteqrativ  proseslərə  mühüm  təsir  göstərir.  Odur  ki,  beynəlxalq 

ictimaiyyət tərəfindən hər hansısa bir dövlətə olan münasibət həmin 

prinsiplərin tətbiq edilib-edilməməsindən çox asılıdır. Ancaq bu, heç 

də  o  demək  deyil  ki,  bütün  müasir  dövlətlər  formal  olaraq  qəbul 

olunmuş  həmin  ümumi  prinsiplərə  eyni  dərəcədə  riayət  edir.  Bu 

baxımdan  müəyyən  çatışmamazlıqların  olmasına  baxmayaraq, 

müasir  demokratik  dövlətlərdə  həmin  prinsiplərin  həyata 

keçirilməsinə  və  pozuntuların  qarşısının  alınmasına  real  təminat 

yaradılmışdır. 

Elmi  ədəbiyyatda  dövlət  mexanizminin  təşkili  və  fəaliyyətinin 

əsas  prinsiplərindən  danışarkən,  ilk  növbədə,  qanunçuluq,  xalq 

hakimiyyəti və ya demokratiklik, hüquqilik, hakimiyyətlərin bölünməsi, 

aşkarlıq, humanizm, obyektivlik prinsiplərinin adı çəkilir. 

Qanunçuluq  prinsipi.  Bu  prinsip  mürəkkəb  məzmuna  malikdir. 

Ən  ümumi  izaha  əsasən,  qanunçuluq  prinsipi  dövlət  mexanizmini 

təşkil  edən  orqanlar,  digər  qurumlar,  vəzifəli  şəxslər,  dövlət 

qulluqçuları,  həmçinin  dövlət  müəssisələrində  çalışan  şəxslər  və 

ictimai  münasibətlərin  digər  subyektləri  tərəfindən  konstitusiyadan, 

digər normativ hüquqi aktlardan irəli gələn tələblərin yerinə yetirilməsi 

mənasını verir. Lakin onu, yalnız, qanunlara düzgün riayətetmə kimi 

başa  düşmək  olmaz.  Belə  ki,  qanunçuluq  prinsipi  həm  də 

qanunvericilik  sistemində  özünə  yer  alan  hər  bir  normativ  hüquqi 

aktın  özündən  üstün  qüvvəyə  malik  olan  akta  və  ya  aktlara  uyğun 

olmasını ehtiva edir. Bundan əlavə, ictmai münasibətləri tənzimləyən 

hüquq normalarının hü 



457 


ilqar Məmmədov 

quqi-texniki  keyfiyyət  kriteriyalanna  cavab  verməsi  (ziddiyətli 

olmaması,  birmənalı  şərh  edilməsi  və  s.)  ilə  yanaşı  cəmiyyət 

tərəfindən  qəbul  edilən  səviyyədə  olması,  ədalətə  əsaslanması, 

ictimai  baxımdan  faydalı  tələblərə  və  maraqlara  uyğun  gəlməsi, 

hüquq  münasibətlərinin  bütün  subyektləri  üçün  maraqların  realizə 

olunmasına  bərabər  şərait  yaratması  da  qanunçuluq  prinsipinin 

məzmununa  daxildir.  Azərbaycan  Respublikası  Konstitusiyasının 

149-cu maddəsində normativ-hüquqi aktların haqq-ədalətə (bərabər 

mənafelərə  bərabər  münasibətə)  əsaslanması  kimi  bir  müddəanın 

özünə yer alması da qanunçuluq prinsipinin məzmununun bu tərəfi 

ilə  bağlıdır.  Dövlətin  müəyyənləşdirdiyi  hüquq  normalarının 

cəmiyyətdə hamılıqla qəbul edilmiş əxlaq normaları ilə, mənəvi-etik 

normalarla,  mədəniyyətin  inkişaf  səviyyəsi  ilə  harmonik  şəkildə 

tamamlanması  qanunçuluğun  realizə  olunmasında  mühüm 

əhəmiyyətə  malikdir.  Dövlət  mexanizminin,  ilk  növbədə  də,  icra 

hakimiyyəti 

orqanlarının 

fəaliyyətindəki 

məqsə- 


duyğunluq 

qanunçuluqla  vəhdət  təşkil  edir.  İcra  hakimiyyəti  orqanlarının 

fəaliyyətindəki  məqsədəuyğunluq  koordinasiyon-  tənzimləyici 

əhəmiyyət  kəsb  etməklə  qanun  çərçivəsində  onların  müstəqil 

fəaliyyətinə  yol  açır.  Bu  isə  qanunvericiliklə  tam  şəkildə  nəzərə 

alınması mümkün olmayan hər bir konkret şəraitdə dövlət orqanlarına 

qarşıya  qoyulan  məqsədəuyğun  qərar  qəbul  etmək  imkanının 

verilməsi deməkdir. 

Dövlət mexanizmi ictimai həyata təsir göstərdiyinə görə dövlət 

mexanizminin təşkili və fəaliyyətinin qanunçuluq prinsipi bu dairədən 

kənara  çıxaraq  dövlət  cəmiyyət  münasibətləri,  dövlət  orqanları, 

vəzifəli  şəxslər  və  dövlət  qulluqçuları  ilə  vətəndaşlar  arasındakı 

münasibətlər müstəvisinə keçir. 

Dövlət  mexanizminin  təşkili  və  fəaliyyətindəki  qanunçuluq 

prinsipi  həm  də  dövlət  mexanizminin  fəaliyyətinin  qanunçuluq 

rejiminə və qanunçuluq metoduna əsaslanmasını ehtiva edir. 

Qanunçuluğun belə bir üçlüyün vəhdətində dövlət mexanizminin 

təşkili  və  fəaliyyətinin  prinsipi  kimi  çıxış  etməsi  dövlətin  əsas 

qanunu-konstitusiya  başda  olmaqla  qanunların  ali  hüquqi  qüvvəyə 

malik olması, bütün normativ hüquqi aktların onlara 



458 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə