Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə137/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   133   134   135   136   137   138   139   140   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətlərinin  bir-birindən 

ayrılması  bir-birilə  rəqabətdə  olan  bir  neçə  dövlət  hakimiyyətinin 

ayrıca mövcud olması kimi başa düşülməməlidir. Qanunvericilik, icra 

və  məhkəmə  hakimiyyətləri  dövlət  hakimiyyətini  parçalayaraq  onun 

vahidliyini  inkar  etmir,  bütövlüyünü  və  tamlığını  pozmur. 

Hakimiyyətlərin bölünməsi dövlət hakimiyyətini maddiləşdirən dövlət 

mexanizminin  struktur-funksional  xüsusiyyəti  kimi  çıxış  edir.  Dövlət 

mexanizminin  belə  bir  struktura  malik  olması  dövlət  hakimiyyətinin 

funksional diferensiasiyasından irəli gəlir və onun həyata keçirilməsi 

ilə bağlı əmək bölgüsünün rasional şəkildə təşkil edilməsini ifadə edir. 

Dövlət  hakimiyyətinin  həyata  keçirilməsinin  və  bu  sahədə  əmək 

bölgüsünün  rasional  şəkildə  təşkili  qanunların  qəbul  edilməsinə, 

hüquq  normalarının  müəyyənləşməsinə  xidmət  edən  qanunverici 

orqanın,  həmin  normalara  uyğun  idarəetmə  işini  həyata  keçirən 

orqanların  və  ədalət  mühakiməsini  həyata  keçirən  orqanların 

yaranmasına  gətirib  çıxarmış  və  həmin  orqanlar  vahid  bir  sistemin 

(dövlət  mexanizminin)  yarımsistemlərinə  çevrilmişdir.  Beləliklə, 

hakimiyyətlərin bölünməsi hakimiyyətin bir əldə və yaxud bir orqanda 

cəm-  ləşməsinin  qarşısını  alan  instltutsional  bölgü  kimi  çıxış  edir. 

Bununla bərabər, o, dövlət hakimiyyətinin öhdəliklərin, səlahiyyətlərin 

funksional bölgüsü formasında vahidliyini ehtiva edir. Hakimiyyətlərin 

bölünməsi  həm  də  dövlət  aparatının  təşkilinin  müvafiq  hüquqi 

formasını yaradır. 

Özünü  demokratik,  hüquqi  dövlət  elan  etmiş  Azərbaycan 

Respublikasında  da  dövlət  mexanizminin  təşkilində  hakimiyyətlərin 

bölünməsi  prinsipi  mühüm  yer  tutur.  Azərbaycan  Respublikasının 

Konstitusiyasında 

birbaşa 

göstərilmişdir 

ki, 

Azərbaycan 



Respublikasında  dövlət  hakimiyyəti  hakimiyyətlərin  bölünməsi 

prinsipi əsasında təşkil edilir. Konstitusiyada ümumi ənənədən çıxış 

edilərək  dövlət  hakimiyyəti  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyətinə  bölünmüşdür.  Konstitusiyaya  əsasən,  qanunvericilik 

hakimiyyətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi,  icra 

hakimiyyətini  Azərbaycan  Respublikasının  Prezidenti,  məhkəmə 

hakimiyyətini isə Azərbaycan Respublikasının məhkəmələri hə 

411 



ilqar Məmmədov 

yata  keçirir.  Azərbaycan  Respublikasının  Konstitusiyasında  o  da 

təsbit olunmuşdur ki, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri 

qarşılıqlı  fəaliyyət  göstərir  və  öz  səlahiyyətləri  çərçivəsində 

müstəqildirlər. 

Qanunvericilik  hakimiyyəti. 

Müasir  demokratik  hüquqi 

dövlətlərdə  qanunvericilik  hakimiyyətini  həyata  keçirən  parlament 

institutu  çoxəsrii  tarixə  malikdir.  Parlametin  vətəni  İngiltərə  hesab 

olunur.  «Parlament»  termini  fransızca  danışmaq  mənasını  verən 

«parler»  sözündəndir.  Bu  terminin  ingilis  dilindəki  sözdən  deyil, 

fransız dilində olan bir sözdən törəməsi orta əsrlərdə fransız dilinin 

ingilis aristokratları tərəfindən geniş istifadə edilməsi ilə bağlıdır. 

İngiltərədə  parlament  XIII-XIV  əsrlərdə,  kral  hakimiyyətinin 

məhdudlaşdırılmasına  istiqamətlənmiş  siyasi  proseslərin  gedişində 

yaranmışdır.  Lakin  kral  hakimiyyəti  həddindən  atıq  gücləndikdən 

sonra  silki-nümayəndəli  orqan  kimi  meydana  gəlmiş  həmin 

parlament uzun müddət öz işləkliyini itirmişdir. XVII əsrdə İngiltərədə 

baş  verən  burjua  inqilabından  sonra  parlament  silki-  nümayəndəli 

orqandan  seçkili  orqana  çevrilmişdir.  Ümumiyyətlə  isə,  müasir 

parlametin formalaşması son iki əsrdə Qərb ölkələrində nümayəndəli 

demokratiyanın inkişaf etməsi ilə bağlı olmuşdur. 

Seçkilər  yolu  ilə  formalaşan  parlament  (parlament,  konqres, 

seym, milli məclis və s.) nümayəndəli orqan olmaqla qanunvericilik 

hakimiyyətini  təmsil  edir.  Ali  hüquqi  qüvvəyə  malik  olan  normativ 

hüquqi  aktlar-qanunlar  qəbul  etmək  bu  orqanın  səla-  hiyyətindədir. 

Qanun qüvvəli aktlar hesab olunan digər növ normativ hüquqi aktları 

qəbul edən orqanlar isə qanunvericilik orqanı deyil və qanunvericilik 

fəaliyyəti  ilə  məşğul  olmur.  Lakin  bir  çox  ölkələrdə  qanunvericilik 

funksiyasını  parlamentlə  bərabər,  digər  orqanlar  da  həyata  keçirə 

bilir.  Belə  ki,  qanunvericilik  hakimiyyətinin  həyata  keçirilməsinin 

parlamentdənkənar,  parlamentdən  yuxarı  və  parlamentdən  aşağı 

formaları  da  mövcuddur.  Məsələn,  «İtaliyada  və  Yunanıstanda 

parlamentin komissiyaları bir sıra məsələlər üzrə özləri qanun qəbul 

etmək səlahiyyətinə 

412 



Dövlət və hüquq nəzəriyyəsi 

malikdirlər.  İndoneziyada,  Türkmənistanda  parlamenti  və  bir  sıra 

vəzifəli şəxsləri öz içinə alan daha bir orqan (parlamentüstü) - Xalq 

Maslahatı  (Türkmənistan)  və  Konqress  (İndoneziya)  də  qanunlar 

qəbul  edir».''  İtaliyada,  Yunanıstanda,  İspaniyada  parlament 

komissiyaları  tərəfindən  qanunların  qəbul  edilməsi  qanunvericilik 

hakimiyyətinin  həyata  keçirilməsinin  parlamentdən  aşağı  formasını 

ifadə 


edir. 

Qanunvericiliyin 

parlamentdənkənar 

formasına 

referendum yolu ilə qanunların qəbul edilməsini misal göstərə bilərik. 

Qanunvericilik  hakimiyyətinin  həyata  keçirilməsinin  parlamentdən 

yuxarı  formasına  isə  Türkmənistanda  Xalq  Şurasının  (Xalq 

Maslahatı), İndoneziyada Konqresin, Monqolustanda Xalq Xuralının 

xüsusilə  mühüm  əhəmiyyətə  malik  olan  qanunların  qəbul  edilməsi 

üzrə fəaliyyətini misal göstərmək olar. 

Bundan əlavə, bir çox ölkələrin konstitusiyasında qanunvericilik 

səlahiyyətinin təmsilçiliyə verilməsi ilə bağlı müəyyən normalar da öz 

əksini  tapmışdır.  Qanunvericilik  səlahiyyətinin  təmsilçiliyə  verilməsi 

institutunu  (buna  müvəkkil  edilmiş  qanunvericilik  və  yaxud 

səlahiyyətlərin delegiyası da deyilir) tətbiq edən ölkələrdə parlament, 

adətən qanunvericilik səlahiyyətini daha operativ şəkildə qərar qəbul 

etmək  imkanı  olan orqanlara  verir. Bir  qayda olaraq,  qanunvericilik 

səlahiyyəti  hökumətin  təmsilçiliyinə  verilir,  yəni  qanunvericinin 

səlahiyyətləri icra hakimiyyəti orqanlarına ötürülür. Lakin parlament 

müəyyən  məsələlərlə  bağlı  digər  orqanlara  öz  səlahiyyətini  təmsil 

etməyə  versə  də,  həmin  səlahiyyətin  həyata  keçirilməsinə,  yəni 

səlahiyyət  almış  orqanın  qanunvericilik  fəaliyyətinə  nəzarət  etmək 

hüququnu  özündə  saxlayır.  Məsələn,  İspaniya  konstitusiyasına 

əsasən, bu ölkənin parlamenti müəyyən məsələlərlə bağlı hökumətə 

normalar qəbul etmək səlahiyyətini təmsilçiliyə verir. Bu səlahiyyətin 

həyata keçirilməsi müəyyən olunmuş müddət ərzində davam edir və 

həmin  müddət  bitdikdən  sonra,  yəni  müəyyən  edilmiş  müddət 

ərzində  müvafiq  normalar  hazırlanıb  dərc  olunduqdan  sonra  başa 

çatır. Fransa Respublikası Konstitusiyasına 

’'Əsgərov Ziyafət. 

Konstitusiya hüququ. Bakı, 2002, s. 334. 

413 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə