Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə135/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   131   132   133   134   135   136   137   138   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

dur. Həmin dövlətlərdə hakimiyyətin həyata keçirilməsi xalqın işi kimi 

qəbul  edilirdi.  Hakimiyyət  bir  əldə  cəmləşmir,  ayrı-ayrı  orqanlar 

müstəqil  fəaliyyət  göstərirdi.  Onların  bir-birilə  əlaqəsi  də  obyektiv 

olaraq  müəyyənləşmiş  proseduralar,  normalar  əsasında  qurulurdu. 

Lakin buna baxmayaraq, həmin dövlətlərdə dövlət orqanlarının təşkili 

və  fəaliyyəti  formal  olaraq  hakimiyyətlərin  bölünməsi  prinsipinə 

əsaslanmırdı.  Əsas  götürülən  prinsip  xalqın  hakimiyyəti  prinsipi, 

dövlət  hakimiyyətinin  təşkili  və  həyata  keçirilməsində  vətəndaşların 

iştirakı ideyası idi. 

Hakimiyyətlərin  bölünməsi  ideyası  Avropada  burjua  inqilabları 

dövründə  formalaşmış  və  davamlı  şəkildə  inkişaf  edərək 

siyasi-hüquqi münasibətlərə təsir göstərmişdir. Bunun nəticəsində də 

müasir  tipli  dövlət  meydana  gəlmiş,  hakimiyyətlərin  bölünməsi 

prinsipi isə bütün dünyada dövlət mexanizminin təşkili və fəaliyyətinin 

ən mühüm prinsiplərindən birinə çevrilmişdir. Bu barədə irəlidə geniş 

şəkildə  danışacağımızdan  öncə  demokratik  mərkəzçilik  prinsipləri 

(hakimiyyətlərin  bölünməsi  prinsipini  rədd  edən  ümumxalq 

hakimiyyəti 

konsepsiyası) 

əsasında 

dövlət 


mexanizminin 

strukturunun qurulması üsuluna diqqət yetirək. 

Demokratik  mərkəzçilik  prinsipləri  (hakimiyyətlərin  bölünməsi 

prinsipini  rədd  edən  ümumxalq  hakimiyyəti  konsepsiyası)  əsasında 

dövlət  mexanizminin  strukturunun  qurulması  üsulunu  tətbiq  edən 

dövlətlərdən biri də keçmiş SSRİ dövləti olmuşdur. Vaxtilə K.Marks 

burjua parlamentarizmini tənqid edərkən parlamentin özünün qəbul 

etdiyi  qanunların  həyata  keçirilməsi  prosesinə  təsir  göstərə 

bilməməsini  neqativ  hal  kimi  qiymətləndirmişdir.  O,  hakimiyyətlərin 

bölünməsi prinsipini burjua dövlətinin prinsipi hesab edərək proletar 

dövlətində  dövlət  orqanlarının  fəaliyyətinin  başqa  prinsipə 

əsaslanmasının  vacib  olması  qənaətinə  gəlmişdir.  Həmin  prinsipə 

görə,  qanunverici  orqan  həm  qanunları  qəbul  edən,  həm  də  real 

olaraq  onları  icra  edən  orqan  kimi  fəaliyyət  göstərməlidir.  Lenin 

həmin  prinsipin  realizə  olunmasına  aydınlıq  gətirərək  yazırdı  ki, 

proletar  dövlətində  parlamentarilər  özləri  işləməli,  qəbul  etdikləri 

qanunları özləri də 

405 



ilqar Məmmədov 

icra  etməli,  bunun  həyatdakı  nəticəsini  özləri  yoxlamalı,  seçiciləri 

qarşısında da bilavasitə özləri cavab verməlidirlər.'' 

Bolşeviklər  Rusiyada  sovet  hakimiyyətini  bərqərar  etdikdən 

sonra  yeni  dövlət  mexanizmi  bu  prinsipə  əsaslanan  «Sovetlər 

sistemi»  konsepsiyasına  uyğun  qurulmuşdur.  Beləliklə,  «proletar 

dövlətinin»  nümayəndəli  orqanları  həm  qanunlar  verən,  həm  də 

onları icra edən «işlək korporasiyalar» kimi təşkil olunmuşdur. Dövlət 

mexanizminin  göstərilən  qaydada  təşkili  SSRİ-də  xalq  deputatları 

Sovetlərinin-SSRİ  Ali  Soveti,  müttəfiq  respublikaların  Ali  Sovetləri, 

muxtar  respublikaların  Ali  Sovetləri,  diyar,  vilayət  xalq  deputatları 

Sovetləri,  muxtar  vilayətlərin  və  muxtar  mahalların  xalq  deputatları 

Sovetləri,  rayon,  şəhər,  şəhərlərdə  rayon,  qəsəbə  və  kənd  xalq 

deputatları Sovetlərindən ibarət dövlət hakimiyyəti orqanlarının vahid 

sisteminin təşkil olunmasına gətirib çıxarmışdır. Bu sistemin əsasında 

duran 


konsepsiyaya 

görə, 


nümayəndəli 

orqanlar 

dövlət 

hakimiyyətinin  ali  və  yerli  orqanlarından  ibarət  olmaqla  bütün 



səviyyələrdə xalqın hakimiyyətini reallaşdırmağa xidmət etməlidir. 

SSRİ-də  icraedici-sərəncamverici  orqanlar  kimi  fəaliyyət 

göstərən  dövlət  idarəetmə  orqanları  dövlət  hakimiyyəti  orqanları 

(yəni sovetlər) tərəfindən yaradılırdı. Dövlət hakimiyyətinin ali icra və 

sərəncam  orqanı  SSRİ  Nazirlər  Soveti,  yəni  SSRİ  hökuməti  idi. 

Müttəfiq  respublikalarda, həmçinin  də  muxtar  respublikalarda buna 

müvafiq  olaraq  həmin  respublikaların  Ali  Soveti  tərəfindən  təşkil 

edilən,  bu  orqan  qarşısında  məsul  olan  və  ona  hesabat  verən, 

sessiyalararası müddətdə isə Ali Sovetin Rəyasət Heyətinə tabe olan 

Nazirlər  Soveti  fəaliyyət  göstərirdi.  SSRİ-  də  yerli  xalq  deputatları 

Sovetlərinin öz ərazisi daxilində icra və sərəncam fəaliyyətini həyata 

keçirən  icraiyyə  komitələri  yerli  dövlət  idarə  orqanları  kimi  fəaliyyət 

göstərirdi.  Yerli  dövlət  idarə  orqanının  ikili  tabeliyi  vardı.  Belə  ki, 

həmin  orqan  həm  onu  seçən  Sovetə,  həm  də  yuxarı  sərəncam  və 

icra orqanına tabe idi. 

Cbipbix B.M. TeopHH 

rocy/iapcTBa 

H

 npaBa. 



S. 54. 

406 


Dövlət və hüquq nəzəriyyəsi 

Xalq  deputatları  Sovetləri  xalq  nəzarəti  orqanlarını  da  təşkil 

edirdi. Onlara rəhbərliyi isə SSRİ Ali Sovetinin təşkil etdiyi SSRİ Xalq 

Nəzarəti  Komitəsi  həyata  keçirirdi.  SSRİ  qanunvericiliyinə  əsasən, 

xalq  nəzarəti  orqanlarının  təyinatı  dövlət  planları  və  tapşırıqlarının 

yerinə yetirilməsinə nəzarət etməkdən, dövlət intizamının pozulması 

hallarına,  yerliçilik,  işə  yalnız  öz  idarəsinin  mənafeyi  baxımından 

yanaşmaq təzahürlərinə, təsərrüfata qarşı göstərilən qayğısızlığa və 

israfçılığa,  süründürməçiliyə  və  bürok-  ratizmə  qarşı  mübarizə 

aparmaqdan,  dövlət  aparatı  işinin  təkmilləşməsinə  köməklik 

göstərməkdən ibarət idi. 

SSRİ-də  dövlət  hakimiyyəti  bütünlüklə  Sovetlər  sisteminə 

məxsus  olduğundan  Sovet  hakimiyyəti  tərəfindən  yaradılan  digər 

orqanlar  dövlət  hakimiyyəti  orqanları  hesab  olunmurdu.  Həmin 

orqanların funksionerləri, misal üçün, hakimlər və ya prokurorlar eyni 

zamanda Sovetlərin deputatı da ola bilərdilər. Belə təsəvvür edilirdi 

ki, bu halda qanunvericilik işində iştirak edən qanun icraçıları qəbul 

etdikləri  və  həyata  keçirməli  olduqları  qərarların  keyfiyyətinin 

qayğısına daha çox qala bilərlər. 

Qeyd  etməliyik  ki,  reallıq  göstərilən  bu  formal-nəzəri 

konstruksiyadan xeyli fərqli idi. Belə ki. Ali Sovetin təşkil etdiyi icra- 

sərəncam strukturu dövlət hakimiyyətinin həyata keçirilməsində daha 

fəal rol oynamış, mühüm siyasi qərarlar Sov. İKP rəhbərliyi tərəfindən 

qəbul edilmiş və bütün strukturlar həmin qüvvəyə tabe olmuşdur. 

SSRİ-də  dövlət  mexanizmini  özünə  tabe  etmiş  Kommunist 

partiyası rəsmi səviyyədə dövlətin, onun orqanlarının inkişafının əsas 

perspektivlərini  müəyyənləşdirən,  dövlət  aparatının  başlıca 

vəzifələrini  və  onların  yerinə  yetirilməsi  yollarını  göstərən  rəhbər 

qüvvə elan olunmuşdur. Bütün hakimiyyət faktiki olaraq Sov. İKP-na 

məxsus olmuşdur. Dövlət aparatı fəaliyyətinin nəzəri əsaslarına görə, 

həmin  partiya  dövlət  orqanlarının  işini  ümum-  dövlət  vəzifələrinin 

yerinə  yetirilməsinə  doğru  yönəldir,  dövlət  aparatı  quruluşunun, 

həmçinin  də  onun  fəaliyyətinin  forma  və  metodlarnının 

təkmilləşdirilməsi  yollarını  göstərir,  dövlət  orqanla-  rındakı  bütün 

imkanların  sosialist  dövlətinin  funksiya  və  vəzifələrinin  yerinə 

yetirililməsi istiqamətində reallaşmasını təmin edir. 



407 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə