Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə133/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   129   130   131   132   133   134   135   136   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Bəzən  hüquq  ədəbiyyatında  dövlət  qulluqçusu  və  dövlət 

idarəetməsinin  personalı  anlayışları  bir-birinə  çox  yaxın  mənada 

işlədilir.  Ayrı-ayrı  tədqiqatçılar  tərəfindən  dövlət  idarəetməsi 

personalının bir neçə təsnifatı yaradılmışdır. Məsələn, inzibati-hüqu- 

qi kriteriya əsasında aparılan təsnifləşdirməyə görə, həmin per- sonal 

hakimiyyət  nümayəndələrinə,  vəzifəli  şəxslərə  və  texniki  icraçılara 

bölünür.  Funksional  kriteriya  əsas  götürüldükdə  isə  rəhbərlər, 

mütəxəssislər və texniki icraçılar kateqoriyası üzrə bölgü aparılır. Bir 

sıra  alimlər,  eləcə  də,  Q.V.Atamançuk  belə  hesab  edir  ki,  dövlət 

qulluğunda çalışan şəxslərin, yəni dövlət idarəetməsi personalının iki 

kateqoriyaya;  vəzifəli  şəxslərə  və  xidmət  işlərini  icra  edən  işçilərə 

bölünməsi daha düzgündür. 

Göstərilən  bu  təsnifatlar  təbii  ki,  elmi  təsnifatlardır  və  onlar 

qanunvericilikdəki təsnifatla eyni deyildir. 

Nəzəriyyədə  dövlət  qulluqçularından  danışarkən  vəzifəli  şəxs 

anlayışına da xüsusi diqqət verilir. Bu anlayış dövlət qulluğu institutu 

üçün  də  xüsusi  əhəmiyyət  kəsb  edir.  Dövlət  qulluğunda  çalışan 

vəzifəli şəxs hakimiyyət nümayəndəsinin funksiyalarını icra etməklə 

xüsusi  səlahiyyətiər  əsasında  bilavasitə  təşkilati-sərəncamverici  və 

ya  inzibati-təsərrüfat  işlərini  həyata  keçirir.  Vəzifəli  şəxslər  digər 

döviət  qulluqçuları  ilə  müqayisədə  daha  geniş  hüquqlara  malik 

olmaqla bu və ya digər orqanın adından da fəaliyyət göstərə bilirlər. 

Eyni zamanda, qanunveri- ciiik onlara qarşı daha tələbkardır. Vəzifəli 

şəxsiərdən öz vəzifələrinin icrasında daha dəqiq olmaq tələb olunur 

və  vəzifə  səlahiyyətlərinin  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq 

onların üzərinə daha çox məsuliyyət düşür. 

Dövlət  qulluğuna  girmənin  və  dövlət  qulluğu  vəzifələrinin 

tutulmasının  bir  neçə  qaydası  var.  Onlara  müvafiq  orqanın  rəhbəri 

tərəfindən  dövlət  qulluğu  vəzifəsinə  təyin  olunma,  müsabiqə  və 

qulluqda  yüksəliş  aiddir.  Müsabiqənin  özü  test  imtahanından  və 

söhbətdən  ibarət  olur.  Qulluqda  yüksəliş  qaydası  tətbiq  olunarkən 

dövlət  qulluqçularının  attestasiyadan  keçirilməsindən  də  istifadə 

edilir. 


399 


ilqar Məmmədov 

Dövlət qulluğu vəzifəsi tutan şəxslər üçün təminatlar verilməklə 

bərabər,  onların  fəaliyyətinə  məhdudiyyətlər  də  qoyulur.  Dövlət 

qulluqçuları  üçün  təminatlara  onlara  layiqli  həyat  səviyyəsini  təmin 

edən  dövlət  məvacibi  və  digər  ödənişlərin  verilməsi,  lazımi  qulluq 

şəraitinin  yaradılması,  haqqı  ödənilən  məzuniyyətin  verilməsi, 

pensiya təminatının verilməsi və dövlət sosial sığortasının aparılması, 

icra  edilən  vəzifə  öhdəliklərinin  xarakteri  nəzərə  alınmaqla  xidməti 

nəqliyyatın  və  ya  müvafiq  kompensasiyanın  verilməsi,  vəzifə 

öhdəliklərinin  icrası  ilə  əlaqədar  törədilən  zorakılıqdan,  hədələrdən 

və təhqirlərdən onun və ailə üzvlərinin müdafiə olunması və s. aiddir. 

Dövlət qulluğu vəzifəsi tutan şəxslər üçün dövlət qulluğu ilə əlaqədar 

yaradılan  məhdudiyyətlər  onunla  ifadə  olunur  ki,  həmin  şəxslərə 

müəyyən  fəaliyyət  növləri  ilə  məşğul  olmaq  və  ya  müəyyən 

hərəkətləri  etmək  ixtiyarı  verilmir.  Misal  üçün,  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  əsasən,  elmi  və  yaradıcılıq 

fəaliyyəti  istisna  olmaqla  dövlət  qulluqçusunun  dövlət  orqanlarında 

əlavə ödənişli vəzifə tutmağa, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi 

olmadan  pedaqoji  və  başqa  ödənişli  fəaliyyətlə  məşğul  olmağa, 

dövlət  orqanının  və  ya  yerli  özünüidarəetmə  orqanının  işləri  üzrə 

üçüncü  şəxslərin  vəkili  olmağa,  istefaya  getdikdən,  işdən  və  ya 

pensiyaya 

çıxdıqdan 

sonra 


Azərbaycan 

Respublikasının 

qanunvericiliyi  ilə  müəyyən  edilmiş  müddət  ərzində  öz  qulluq 

fəaliyyətinə  aid  olan  və  dövlət  sirri  və  ya  qanunla  mühafizə  edilən 

digər  sirr  olan  məsələlər  barədə  informasiyadan  üçüncü  şəxslərin 

xeyrinə istifadə etməyə, dövlət orqanının rəhbərinə bildirmədən xarici 

ölkənin vəsaiti hesabına oraya getməyə, qulluq vəzifələrini icra etdiyi 

dövrdə  siyasi  partiyaların  fəaliyyətində  iştirak  etməyə,  tətillərdə  və 

dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə, dini 

təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə 

və  dövlət  orqanlarının  tabeliyindəki  obyektlərdə  dini  mərasimlərin 

keçirilməsinə rəsmi xarakter verməyə ixtiyarı yoxdur. 

Dövlət  qulluqçularının  dövlətin  məqsəd  və  vəzifələrinin, 

funksiyalarının 

həyata 

keçirilməsi 



sahəsində 

öz 


vəzifə 

səlahiyyətlərini yerinə yetirməsi dövlət qulluğu institutunu meydana 

gətirir. 

400 



Dövlət və hüquq nəzəriyyəsi 

Dövlət  qulluğunun  institutlaşması  cəmiyyətdəki  siyasi,  iqtisadi, 

sosial-mədəni münasibətləri və sosial idarəetmənin təşkili qaydasını 

əks  etdirir  və  bu  institutun  spesifik  məzmunu  cəmiyyətin  dərin, 

dayanıqlı  xüsusiyyətləri,  onun  siyasi  inkişafı,  ənənələri  ilə 

müəyyənləşir. Sosial planda dövlət qulluğu institutu özündə cəmiyyət 

və dövlət, dövlət aparatı və ictimai strukturlar, dövlət qulluqçusu və 

vətəndaş münasibətlərini ifadə edir. 

Q.V.Atamançuk yazır ki, dövlət qulluğunun əsas tərəfini dövlətlə 

cəmiyyət,  dövlət  orqanları  ilə  onların  idarə  etdiyi  və  təsir  göstərdiyi 

obyektlər arasındakı hakimiyyət-idarəetmə münasibətləri təşkil edir. 

Həmin münasibətlərə əsasən, «dövlət-dövlət orqanları sistemi-dövlət 

orqanı-dövlət  qulluğu  vəzifəsi-dövlət  qulluqçusu-cəmiyyət-dövlət» 

elementlərinin  sistemində  dövlət  qulluğu  vəzifəsini,  dövlət 

qulluqçusunu  və  vətəndaşı  əlaqələndirir,  onları  bir-birinə  bağlayır. 

Əksər  demokratik  dövlətlərdə  dövlət  qullgğu  məhz  bu  kontekstdə 

başa düşülür və inkişaf edir».'' 

Dövlət qulluğunun sosial-hüquqi əsasları ictimai inkişafın dövlət 

tərəfindən  müəyyənləşdirilən  istiqamətlərini,  prioritetlərini,  onlara 

müvafiq məqsədləri, həmçinin dövlət qulluğunun təşkilinin normativ 

qaydada  müəyyənləşən  prinsiplərini  formalaşdırır.  Burada  sosial 

əsas kimi, ilk növbədə, cəmiyyətin dəyərləri və prioritetləri, insan və 

vətəndaş hüquq və azadlıqları və s. çıxış edir, hüquqi əsası isə hüquq 

normalarından  irəli  gəlir.  Cəmiyyətlə  və  hüquqla  özünəməxsus 

şəkildə  qarşılıqlı  əlaqəsi  olan  dövlət  hakimiyyətinin  özü  də  dövlət 

qulluğunun sosial-hüquqi əsasına xüsusi təsir göstərir. 

Beləliklə,  dövlət  mexanizminin  göstərilən  üç  əsas  elementi: 

dövlət  orqanları,  dövlət  müəssisələri  və  dövlət  qulluqçusu  (bu 

element  həm  də  müəyyən  mənada  dövlət  qulluğu  institutunun 

elementi kimi çıxış edir) bir-birilə tamamlayıcı əlaqəyə malik olmaqla 

dövlət mexanizminin işləkliyini, sistemli və məqsədyönlü fəaliyyətini, 

ümumiyyətlə, mövcudluğunu təmin edir. Bu zaman 

'Атаманчук 

S.364. 


Г.В. Теория государственного управления. 

401 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə