Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə125/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   121   122   123   124   125   126   127   128   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Qanun qüvvəli normativ hüquqi aktlar isə pariament tərəfindən 

deyil, digər dövlət orqanları tərəfindən qəbul edilir. Həmin normativ 

hüquqi aktlar konstitusiyaya və qanunlara uyğun olmalıdır. Məsələn, 

Azərbaycan  Respublikası  Konstitusiyasında  deyilir  ki,  Azərbaycan 

Respublikasının  qanunvericilik  sisteminə  daxil  olan  qanun  qüvvəli 

aktlar  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarından, 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərariarından  və 

mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktiarından ibarətdir. 

Konstitusiyada  həmçinin  o  da  təsbit  oiunur  ki,  qanunlar 

Konstitusiyaya,  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanları 

Konstitusiyaya  və  qanunlara,  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  qərarları  Konstitusiyaya,  qanunlara  və  Azərbaycan 

Respublikası  Prezidentinin  fərmanlarına,  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  aktları  isə  Konstitusiyaya,  qanunlara,  Azərbaycan 

Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. 

Qanunlara və digər normativ hüquqi aktlara dövlətin ərazisində 

olan bütün fiziki və hüquqi şəxslər, o cümlədən, əcnəbilər tərəfindən 

riayət  olunmalıdır.  Qnların  pozulması  hüquqi  məsuliyyətin 

yaranmasına  səbəb  olur.  Məhz  hüquq  pozuntusu  hüquqi 

məsuliyyətin  əsasını  təşkil  edir.  Hüquq  məsuliyyətinin  dərəcəsi 

hüquq  pozuntusunun  ağırlıq  dərəcəsinə  uyğun  olur.  Hüquq 

pozuntusunun ağırlıq dərəcəsinə müvafiq olaraq intizam məsuliyyəti, 

inzibati-hüquq  məsuliyyəti,  mülki-hüquq  məsuliyyəti,  maddi 

məsuliyyət  və  cinayət-hüquq  məsuliyyəti  yaranır.  Cinayət-hüquq 

məsuliyyəti onların ən ağındır. Hüquq məsuliyyəti öz sosial təyinatına 

malikdir. Bu təyinat ədalətli, əsaslı və qanuni cəzalandırma yolu ilə 

insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, ictimai qaydanı 

və  hüquq  qaydasını,  ictimai  təhlükəsizliyi,  dövlətin  konstitusiya 

quruluşunu mühafizə etməkdən ibarətdir. 

Dövlətin  qanunvericilik  fəaliyyəti  onun  funksiyalarının  həyata 

keçirilməsi forması kimi çıxış etməklə həmin funksiyaların reallaşması 

üçün hüquqi əsas yaradır. Məhz bu fəaliyyətin hesabına 

375 



ilqar Məmmədov 

dövlət fəaliyyətinin normativ bazası yaranır və dövlət öz funksiyalarını 

həyata keçirərkən həmin bazaya əsaslanır. 

Dövlət  idarəetməsi  icraedici,  inzibati  fəaliyyəti  də  əhatələ- 

məklə,  əsasən  geniş  tərkibə  və mürəkkəb struktura  malik  olan  icra 

aparatı  vasitəsilə  həyata  keçirilir.  Dövlət  idarəetmə  fəaliyyəti,  ilk 

növbədə,  konstitusiyaya  və  qanunlara  əsaslanır.  Bununla  bərabər, 

həmin fəaliyyətin həyata keçirilməsi icra orqanları tərəfindən normativ 

aktların  qəbul  edilməsini  və  onların  vasitəsilə  reallaşmasını  ehtiva 

edir. 


Dövlət  idarəçiliyi  ictimai  həyatın  bütün  sahələri  ilə  bağlı 

olduğundan dövlətin funksiyalarının həyata keçirilməsinin bu forması 

həmin funksiyaların reallaşması baxımından çox mühüm əhəmiyyətə 

malikdir. 

Həmin 

forma 


dövlətin 

funksiyalarının 

həyatda 

maddiləşməsini,  real  münasibətlər  müstəvisinə  keçməsini,  dövlət 

orqanlarının, vəzifəli şəxslərin fəaliyyətində reallaşmasını təmin edir. 

Dövlət  idarəetməsi  çoxaspektli  fəaliyyətdir  və  bu  fəaliyyət  məhz 

dövlət  mexanizminin  müxtəlif  elementləri vasitəsilə  reallaşır. Dövlət 

idarəetməsinin  dövlət  mexanizmi  tərəfindən  reallaşması  sistemli 

xarakter  daşıyır.  Belə  bir  xüsusiyyətə  malik  olmadan  dövlət 

idarəetməsinin  həyata  keçirilməsi  mümkün  deyil.  Belə  ki,  dövlət 

idarəetməsində müxtəlif dövlət orqanları və dövlətin digər strukturları, 

vəzifəli şəxslər və digər dövlət qulluqçuları iştirak edir, böyük həcmdə 

idarəetmə  qərarları  qəbul  olunur.  Yalnız  dövlət  idarəetməsinin 

sistemliliyi  onların  fəaliyyətinə  məqsədyönlü  xarakter  qazandırır, 

koordinasiya  edir,  subordinasiya  olunmasına  imkan  yaradır  və 

səmərəli nəticə verməsinə yol açır. 

İqtisadiyyatın,  mədəniyyətin,  elmin,  sosial  təminat  sahəsinin, 

səhiyyənin,  nəqliyyat  və  rabitə  sisteminin  inkişaf  etdirilməsi,  ictimai 

asayişin, hüquq qaydasının təmin edilməsi, ölkənin müdafiə olunması 

və s. sahələrdə dövlət idarəetməsinin səmərəliliyi həm prioritetlərin 

dəqiq  şəkildə  müəyyənləşməsi  və  strateji  fəaliyyət  proqramlarının 

işlənib hazırlanması, həm də cari məsələlərin dərhal, operativcəsinə 

və  qanunçuluğun  tələblərinə  uyğun  şəkildə  həyata  keçirilməsindən 

asılıdır. Bu isə, dövlət idarə 



376 


Dövlət və hüquq nəzəriyyəsi 

etməsi  sahəsində düzgün  kadr  siyasətinin  aparılması,  kadr  hazırlığı 

işinin  yüksək  səviyyədə  həyata  keçirilməsi,  inzibati  aparatın 

keyfiyyətli şəkildə təşkil olunması və bürokratik əngəllərin minimum 

səviyyəyə endirilməsi ilə əlaqəlidir. Dövlət idarəetməsində ən vacib 

olanı  bu  fəaliyyətin  hüquq  və  azadlıqların  nəzərə  alınması,  onların 

təmin  edilməsi  yolu  ilə  reallaşması,  qanunun  tələblərinə  riayət 

olunmasının və hüquqiliyin vacib prinsip kimi qəbul edilməsi, hüquq 

pozuntuları  baş  verdiyi  hallarda  məsuliyyətin  labüdlüyünün  təmin 

edilməsidir. 

Ədalət  mühakiməsi  sahəsində  dövlət  fəaliyyəti  məhkəmə 

sisteminə  daxil  olan  məhkəmələr  tərəfindən  ədalət  mühakiməsinin 

həyata  keçirilməsi  yolu  ilə  reallaşır.  Ədalət  mühakiməsinin  həyata 

keçirilməsi,  yalnız,  dövlət  hakimiyyətinin  müstəqil  bir  qolu  olan 

məhkəmə 

hakimiyyətinin 

əsas 

orqanlarının-məhkəmələrin 



səlahiyyətindədir. Bu halda məhkəmə deyərkən, məhkəmə hakimləri 

nəzərdə  tutulur.  «Məhkəmələr  və  hakimlər  haqqında»  Azərbaycan 

Respublikası qanununun 92.-ci maddəsində deyilir ki, hakimlər ədalət 

mühakiməsini  həyata  keçirmək  üçün  qanunla  müəyyən  edilmiş 

səlahiyyətlərə malik olan şəxslərdir. 

Hüquqi dövlətdə ədalət mühakiməsinin həyata keçirilməsi insan 

və vətəndaş hüquq və azadlıqlarının, bütün fiziki və hüquqi şəxslərin 

hüquqlarının  və  qanuni  mənafelərinin  hər  cür  qəsdlərdən  və  qanun 

pozuntularından müdafiə edilməsi, hüquq qaydasının təmin edilməsi 

məqsədlərinə xidmət edir. 

Məhkəmələr  ədalət  mühakiməsini  həyata  keçirməklə  dövlət 

funksiyalarının  qanunçuluq  əsasında  reallaşmasına  xidmət  edir  və 

onlara  verilmiş  səlahiyyətlərə  uyğun  olaraq  həmin  funksiyaların 

reallaşmasının  əlehinə  yönələn  hüquqazidd  xarakterli  əməllərin 

qarşısını  alır.  Beləliklə,  bu,  dövlətin  funksiyalarının  həyata 

keçirilməsinin bir forması kimi çıxış edir. 

Qanunların həyata keçirilməsi üzərində dövlət nəzarəti müxtəlif 

təşkiiati-hüquqi  formada  reallaşmaqla  qanunçuluğun  təmin 

edilməsinə  xidmət  edir.  Dövlət  nəzarəti  həm  subordinasiya 

qaydasında  bir-birindən  asılı  olan  dövlət  orqanlarının  fəaliyyətində 

(hakimiyyət səlahiyyətləri baxımından daha yüksəkdə 

377 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə