Dövlət və hüquq nəzəriyyəsi
aşağı səviyyəyə düşməsi ilə müşayiət olunur. YUNESKO və
Ümumdünya səhiyyə təşkilatının ekspertləri həmin bu prosesi
«şəxsiyyətsizləşmə və debilləşmə» adlandırırlar. Onların qənaə-
tincə, ölkənin 1,4 baldan aşağı koeffisientə malik olması o deməkdir
ki, əhalinin fizioloji və intellektual aqoniyası daimi olaraq davam edə
bilər. Belə bir koeffisientə malik olan toplumun, artıq, yüksələn xətt
üzrə inkişaf etməsi və immunitetə malik olması üçün daxili gücü
yoxdur. Həmin toplum tədricən deqradasiyaya uğramağa
məhkumdur. Məsələn, Çad, Burkina-Faso, Efiopiya və s. ölkələrdə
həmin koeffisient 1,1-1,3 bala uyğun olduğundan onları belə bir aqibət
gözləyir. Burkina-Fasoda əhalinin təxminən 80% QİÇS virusunun
daşıyıcısı olması bu ölkə əhalisinin durmadan deqradasiyaya
uğrayacağına şübhə yaratmır.
Ekoloji böhranın doğurduğu nəticələrin aradan qaldırılması və ya
qismən qarşısının alınması üçün həm ayrı-ayrı dövlətlər səviyyəsində,
həm də qlobal səviyyədə məqsədyönlü strateji fəaliyyətin həyata
keçirilməsi vacib bilindiyindən bu sahədə döv- lətlərarası əməkdaşlıq
genişlənmiş və dövlətlərin öz ərazisindəki fəaliyyətinə beynəlxalq
nəzarət güclənmişdir. Həmin nəzarətin səmərəli nəticələr verməsi
üçün hal-hazırda müvafiq mexanizmin təkmilləşdirilməsi işi aparılır.
Belə şəraitdə istehsal prosesinin təbiətə təsirini nəzarətdə
saxlamaq, ətraf mühiti mühafizə etmək, təbii resursların, xammalın
mənimsənilməsi və emal edilməsi ilə bağlı kompleks tədbirlər görmək
məqsədi ilə müxtəlif səviyyəli fəaliyyəti koordinasiya etmək, ekoloji
baxımdan səmərəli texnologiyanın sənayedə və təsərrüfatda geniş
istifadə olunması üçün müvafiq siyasəti həyata keçirmək, elmi-texniki
yaradıcılıq imkanlarının genişlənməsini dəstəkləmək və bütün bunlar
üçün qanunvericilik bazasını yaratmaq, müvafiq hüquq normalarının
reallaşmasını təmin etmək dövlətin ekoloji funksiyasının məzmununu
təşkil edir.
363
ilqar Məmmədov
Dövl
ətin xarici funksiyaları
Xarici funksiyalar dövlətlərarası, həmçinin dövlətlə beynəlxalq
və regional təşkilatlar arasındakı münasibətlərin tənzimlənməsində
ifadə olunmaqla dövlətin xarici siyasətinin əsas istiqamətlərini əks
etdirir. Bütün dövlətlərin eyni xarici funksiyalara malik olmasını
birmənalı şəkildə söyləmək çətin olsa da, ümumiləşdirmə apararaq
müasir dövlətlərin əsas xarici funksiyalarını aşağıdakı kimi göstərə
bilərik.
Dövlətin və ölkənin müdafiə olunması funksiyası. Bu
funksiya dövlətin yaranması ilə meydana gələn, bütün dövlətlərə xas
olan daimi bir funksiyadır. Tarixdən məlumdur ki, dövlətlərin
formalaşmasında müharibələrin xüsusi rolu olmuşdur. Müharibələrdə
qalib gələn, özünü müdafiə etmək gücünə malik olan, silahlı qüvvə
vasitəsi ilə öz mövcudluğunu qoruyub saxlamağı bacaran dövlətlər
qalmış, məğlub olan dövlətlər isə məhv olmuşdur. A.F.Çerdantsevin
yazdığı kimi, əhali tərəfindən yaradılan silahlı dəstələrin, hərbi
qrupalaşmaların dövlət institutuna, yəni orduya çevrilməsi dövlətin
yaranmasının və mövcud ola bilməsinin vacib şərtlərindən biri kimi
çıxış etmişdir. Məhz «hərbi strukturlar ilk dövlət strukturları olmuşdur.
Dövlətin zəruri institutu olan silahlı qüvvələr dövlət təşkil etmiş
cəmiyyətlərin qonşuların yürüşlərindən müdafiə olunması üçün
yaradılırdı. Sözsüz ki, bu funksiya bütün cəmiyyətə aid ümumi
maraqları ifadə edir və bir çox hallarda təkcə dövlətin deyil, həm də
bütün xalqın işinə çevrilirdi»."•
Nəzəriyyəçilərin bir çoxu belə hesab edirlər ki, dövlətin və
ölkənin müdafiə olunması funksiyası ona əks olan digər bir funksiya,
yəni başqa dövlətlərin ərazisinin zəbt edilməsi, iqtisadi imkanların
artırılması və digər dövlətlər üzərində nəzarəti həyata keçirmək
imkanının əldə edilməsi məqsədi ilə aparılan işğalçılıq fəaliyyəti ilə
(imperialist xarakterli siyasətlə) iç-içə olan funksi-
HepflaHUCB A.. Teopna
rocy.o,apcTBa
n
npaBa.
S. 1 2 1 .
364
Dövlət və hüquq nəzəriyyəsi
yadır. Tarix boyu dövlətlər özünümüdafiə imkanını artırdıqda və bunu
təmin edən güclü orduya malik olduqda ordudan digər dövlətlərin
ərazisini, sərvətlərini ələ keçirmək, digər dövlətlərə təsir imkanlarını
genişləndirmək məqsədi ilə istifadə edilmişdir. Beləliklə, dövlət
gücləndikdə qeyd olunan ikinci funksiya, zəiflədikdə isə birinci
funksiya, yəni dövlətin və ölkənin müdafiə olunması funksiyası ön
plana keçmişdir. Güclü dövlətlər işğalçılıq siyasəti yürütmüş, zəiflər
isə öz müdafiəsini təmin etməyə çalışmışdır. Bu zaman dövlətin
saxlanılması, ölkənin müdafiə olunması üçün «tülkü siyasəti» də
xüsusi əhəmiyyətə malik olmuşdur. Bir çox hallarda güclü dövlətlərə
qarşı ordudan istifadə etmək əhəmiyyətsiz olduğundan və bu, zəif
dövlətin tamamilə məhv edilməsi ilə nəticələnə biləcəyindən «tülkü
siyasəti» əsas vasitəyə çevrilmişdir.
Müasir dövrdə dövlətin işğalçılıq fəaliyyəti, digər dövlətlərə güc
tətbiq etməsi beynəlxalq hüquq normalarına zidd olan fəaliyyət kimi
qiymətləndirilir. Odur ki, beynəlxalq hüquq normalarında beynəlxalq
qurumlar tərəfindən bu cür fəaliyyətin qarşısını almaq, onun
doğurduğu zərərli nəticələri aradan qaldırmaq üçün müəyyən
tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Müasir hüquqi
görüşlərə görə, işğalçılıq siyasəti antihüquqi xarakterli hadisədir. Bu
mövqe beynəlxalq hüquq sisteminin normativ-hüquqi əsasını təşkil
edən beynəlxalq hüququn əsas prinsipləri arasında da özünə xüsusi
yer almışdır. Məsələn, güc tətbiq etməmək və ya güc tətbiq etməklə
hədələməmək prinsipi müasir beynəlxalq hüquq üçün müstəsna
əhəmiyyətə malik olan bir prinsipdir.
Həmin prinsipə görə, aşağıdakı hərəkətlər hüquqa zidd hesab
olunur:
-
digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya
beynəlxalq mübahisələri, o cümlədən, ərazi və yaxud sərhəd
mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə
hədələmək;
-
silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri;
-
qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və yaxud
onların təşkilinə dəstək verilməsi;
365
Dostları ilə paylaş: |