ilqar Məmmədov
münasibətlər
qaydasının
əsaslandırılması
üçün
müəyyən
təsəvvürlərdən, inanclardan, sakral obrazlardan istifadə olunmuş,
dövlət inandırma üsullarından istifadə etməklə ictimai münasibətlərin
tənzimlənməsi fəaliyyətini həyata keçirmişdir. Müasir mənada başa
düşülən ideologiyaların yaranması ilə dövlətin ideoloji funksiyası da
dəyişikliyə uğramış və ictimai-siyasi həyatda fərqli rola malik
olmuşdur.
XX əsrin axırlarına doğru elmi ədəbiyyatda, publisistik
materiallarda «ideologiyanın sona çatması» ideyası ilə bağlı diskusi-
yalar başlamışdır. Vətəndaş cəmiyyətinin inkişafı nəticəsində müxtəlif
sosial maraqların ideologiya elementləri olmadan ictimai həyatda
özünə yer alması, ictimai münasibətlərdə praqmatizmin inkişaf
etməsi, fikir plyuralizminin təmin edilməsi, dövlət hakimiyyətinin
rəsmi ideologiya olmadan həyata keçirilməsi və digər amillər belə bir
fikrin yaranmasına xüsusi təsir göstərmişdir.
İnkşaf etmiş industrial cəmiyyətlərdə hakimiyyətin rəsmi
ideologiyaya əsaslanmadan həyata keçirilməsi heç də dövlətin
ideoloji funksiyasının ləğv olunması demək deyil. Müasir demokratik
dövlətlərin demokratiya ideallarının, liberal dəyərlərin təbliğ edilməsi
ilə bağlı fəaliyyəti göz qabağındadır. Bu təbliğat müxtəlif formalarda
və səviyyələrdə elmdən, təhsil sistemindən, kütləvi informasiya
vasitələrindən, siyasi proyektlərdən və s. vasitələrdən istifadə
etməklə aparılır.
Ekoloji funksiya. Müasir dövrdə insanların istehsal fəaliyyəti
istər-istəməz ətraf mühitə, təbiət aləminə, bütövlükdə planetin özünə
ciddi təsir göstərir və təbii aləmdə balansın pozulması bir çox hallarda
insanın mövcudluğunu təmin edən təbii mühiti və bəşəriyyəti təhlükə
qarşısında qoyur. Həmin təhlükələr qlobal masştablı olduğundan
onların yaratdığı qlobal xarakterli ekoloji problemlərin həll edilməsi
üçün bütün dövlətlər tərəfindən müəyyən tədbirlərin həyata
keçirilməsi zərurəti yaranmışdır. Dövlətin obyektiv olaraq həmin
istiqamətdə fəaliyyət göstərmək zərurəti ilə qarşılaşması onun ekoloji
funksiyanın meydana gəlməsinə səbəb olmuşdur.
360
Dövlət və hüquq nəzəriyyəsi
Müasir ekoloji böhran alimlər tərəfindən ekoloji sistemlərdə və
insan
cəmiyyətinin
təbiətlə
münasibətlərindəki
tarazlığın
pozulmasının nəticəsi kimi xarakterizə olunur. Həmin tarazlıq istehsal
qüvvələri və istehsal münasibətlərinin inkişafının ətraf mühitin ekoloji
imkanlarına uyğun gəlməməsi səbəbindən pozulmuşdur. Antropogen
fəaliyyət prosesində yaranan disbalans və insan cəmiyyəti tərəfindən
ətraf mühitin pisləşməsi tendensiyasının qarşısının alına bilməməsi
ekoloji böhranın əsas əlamətlərindən hesab olunur.
Ekoloji böhran mürəkkəb tərkiblidir. Bu böhran bir çox sahələrdə
özünü göstərir. Məsələn, insan əməli nəticəsində XX əsrin sonlarına
doğru Yer planetində əlavə olaraq təxminən 9 milyon kvadrat kilometr
ərazi heç nəyə yaramayan quru səhraya çevrilmişdir. 30 milyon
kvadrat kilometr ərazinin isə səhraya çevrilmək təhlükəsi var. Bu isə
planetin quru hissəsinin beşdə birini təşkil edir. Son beş yüz ildə Yer
kürəsində meşələrin üçdə ikisi məhv edilmiş və bu proses indi də
davam edir. Meşələrin məhv olmasına ətraf mühitin çirklənməsi də
ciddi təsir göstərir.
Qlobal ekoloji dəyişikliklərdən ən təhlükəlisi atmosferdəki ozon
qatının dağılması və parnik effekti deyilən hadisə nəticəsində qlobal
istiləşmənin baş verməsidir. Alimlər qlobal istiləşməni qarşısıalınmaz
fəlakət hesab edirlər. Onun əsas səbəbi parnik qazlarının atmosferə
texnogen tullantılar, ilk növbədə də, CO
2
buraxmasıdır. Parnik qazları
günəş istiliyinin yer səthinə daxil olmasına imkan yaratsa da, istiliyin
kənara getməsinin qarşısını alır. Beləliklə, bir növ istilikxanalarda
olduğu kimi, örtük rolunu oynayır. Belə hesab olunur ki, qlobal
səviyyədə baş verəcək istiləşmə nəticəsində qütblərdəki buzlar
əriyərək dünya okeanının səviyyəsini qaldıracaq və bu da quru
səthinin xeyli hissəsinin su altında qalmasına səbəb olacaqdır.
Alimlərin hesablamasına görə, XIX əsrin sonlarından başlayaraq
parnik effekti 0,5 dərəcə istiləşməyə səbəb olmuşdur.
Ozon qatında baş verən dağılmalar insanın və digər canlı
orqanizmlərin ultrabənövşəyi şüaların məhvedici təsiri ilə üzbəüz
qalması təhlükəsini yaradır. Tədqiqatlar nəticəsində əldə olu
361
ilqar Məmmədov
nan məlumata görə, 1996-ci ildə Yer kürəsinin cənub qütbü üzərində
atmosferin ozon təbəqəsində yaranmış nəhəng boşluğun ölçüsü
təxminən Avropa ərazisindən iki dəfə böyük olmuşdur.
Tədqiqatçıların fikrincə, ekoloji böhran səbəbindən həm təbiətin
özü, həm də bəşəriyyət deqradasiyaya uğrayır. Mütəxəssislər
yazırlar ki, ekoloji böhran genetik xəstəliklərin artmasına ciddi təsir
göstərir. «O da mümkündür ki, alkoqolizmin, narkomaniyanın geniş
yayılması, lokal konfliktlərdə görünməmiş vəhşiliklərin törədilməsi,
insan orqanizmində immun statusunun aşağı düşməsi, yeni
xəstəliklərin meydana gəlməsi, məhv edilmiş hesab olunan
xəstəliklərə (məsələn, xolera və malariya) yoluxan insanların sayının
artması, qadağaların və tormozlaşdırıcı proseslərin pozulması da
onunla bağlıdır. Beləliklə, bilavasitə ətraf mühitin çirklənməsi ilə
əlaqələndirilərək «ekoloji» xəstəliklər adlandırılan hadisələr əslində
aysberqin üst tərəfidir. «Məlum» səbəblər arxasında insan
genomunun dağılmasına aparıb çıxaran dərin mexanizmlər durur».
Ekspertlərin rəyinə görə, «xalqların yaşamaq qabiliyyəti» bu və
ya digər ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətdən və ekoloji
şəraitdən asılıdır. Onlar yaşaya bilmək qabiliyyətinin koeffisientini
ölçmək üçün beş ballıq bir şkala hazırlamış və 1992-1993-cü illərdə
aparılan araşdırmalar nəticəsində o qənaətə gəlmişlər ki, dünya
ölkələrinin heç biri beş bala uyğun deyil. Yalnız İsveç, Hollandiya,
Belçika, Danimarka və İslandiya 4 bala uyğun bilinmişdir. ABŞ,
Yaponiya, Almaniya və sənayecə inkişaf etmiş digər ölkələrdə
yaşaya bilmək qabiliyyətinin koeffisienti 3 bala uyğun olmuşdur.
Rusiyada isə yaşaya bilmək qabiliyyətinin koeffisienti 1,4 bala uyğun
gəlmişdir.
Ekspertlərin fikrincə, 1,5-dən aşağı bal o deməkdir ki, əhali
arasında xəstəliklərin və infeksiyaların getdikcə daha çox yayılması
imkanı genişlənir, insanların işləmək qabiliyyəti isə getdikcə azalır.
Bütün bunlar əhali arasında fərdi yaradıcılığın daim
’ Права человека: итоги века, тенденции, перспективы. М.,
2002,
S.
47.
362
Dostları ilə paylaş: |