ilqar Məmmədov
siyalanna, daxili suverenlik funksiyalarını isə daxili təhlükəsizlik,
ədalət məhkəməsi və vətəndaşlıq vəziyyətinin qeydə alınması
funksiyalarına
bölür.
O,
suverenliyin
həyata
keçirilməsi
funksiyalarının tərkib hissəsi kimi sırf siyasi funksiyaları da
fərqləndirir, siyasi funksiyaları isə üç hissəyə: siyasi institutların
fəaliyyətinin təmin edilməsi, ictimai təşkilatlarla və institutlarla
qarşılıqlı əlaqənin qurulması, ictimaiyyətin siyasi məqsədlər barədə
məlumatlandırılması funksiyalarına bölür. Müəlliflərin çoxundan fərqli
olaraq V.İ.Vlasov dövlətin hər hansısa bir funksiyasından danışarkən
həmin anlayışı cəm şəklində işlədir. Məsələn, «iqtisadi funksiya»
əvəzinə «iqtisadi funksiyalar»dan bəhs edir. Bununla da o, bir növ
əsas və qeyri-əsas funksiyalar bölgüsündən istifadə edərək adını
çəkdiyi hər bir funksiyaya kompleks sistem kimi yanaşır. Buna görə
də, iqtisadi funksiyanı «iqtisadi funksiyalar» və yaxud sosial
funksiyanı «sosial funksiyalar» adlandırır.
İqtisadi funksiya. Dövlətin təşəkkül tapdığı ilk dövrlərdən
başlayaraq onun fəaliyyət istiqamətlərindən biri də iqtisadi
münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Sonrakı inkişaf
dövrlərində də dövlətin iqtisadi fəaliyyəti onun mövcudluğunu təmin
edən mühüm amillərdən olmuşdur. Odur ki, döviətin iqtisadi fəaliyyəti
onun əsas və daimi funksiyalarından biri hesab olunur.
Dövlətin iqtisadi funksiyası cəmiyyətin iqtisadi həyatına dövlət
tərəfindən idarəetmə təsirlərinin göstərilməsində ifadə olunur.
İdarəetmə dedikdə, iqtisadi fəaliyyətin lazımi istiqamətə yönəldilməsi,
bu sahə ilə əlaqədar dövlətin məqsəd və vəzifələrinin həyata
keçirilməsi, gözlənilən nəticələrin əldə olunması məqsədi ilə iqtisadi
proseslərə, münasibətlərə və obyektlərə təsiretmə forması başa
düşülür, iqtisadiyyatın dövlət tərəfindən idarə olunması cəmiyyətin
idarə olunması sisteminin mühüm tərkib hissəsi olmaqla, müvafiq
hakimiyyət
orqanları
vasitəsilə
həyata
keçirilir.
Dövlətin
qanunvericilik, icra və məhkəmə orqanları iqtisadiyyatın idarə
olunmasında bilavasitə və dolayı yolla iştirak edir. Dövlət orqanlarının
iqtisadiyyatın idarə olunmasında iştirak dərəcəsi, daha çox, dövlətin
tipindən, idarəetmə formasından və siyasi rejimdən asılıdır.
336
Dövlət və hüquq nəzəriyyəsi
İqtisadi fəaliyyət prinsipləri, iqtisadiyyatın tənzimlənməsi
qaydaları əsasında həyata keçirilən iqtisadi funksiya dövlətin iqtisadi
siyasəti ilə müəyyənləşir. Dövlətin iqtisadi siyasəti isə, döviətin
inkişaf səviyyəsindən, konkret ictimai-tarixi şəraitdən, cəmiyyətin
hakim ideologiyasından asılı olaraq müxtəlif xarakterdə, istiqamətdə
və məzmunda təzahür olunur.
Elmi ədəbiyyatda sosial-iqtisadi proseslərin idarə olunmasının,
iqtisadi münasibətlərin tənzimlənməsinin iki əsas tipindən danışılır.
Onlardan biri mərkəzləşdirilmiş planlaşdırmaya və idarəetməyə
əsaslanan inzibati-amirlik sistemi, digəri isə iqtisadi üsul və
metodlara əsaslanan sistemdir. İqtisadiyyatın tənzimlənməsinin bu
və ya digər tipi konkret ictimai-tarixi faktorlardan, iqtisadi sistemin,
həmçinin hakimiyyətin xarakterindən asılı olaraq formalaşır. Məsələn,
SSRİ-də iqtisadiyyatın idarə olunması inzibati-amirlik üsullarına
əsaslanırdı. Bu, dövlət mülkiyyətinin və ictimai mülkiyyətin əsas
götürüldüyü iqtisadi sistemin və xüsusi- çiliyin əlehinə yönəlmiş
sosialist cəmiyyətinin formalaşması ilə bağlı idi. Sovet hakimiyyəti
dövründə dövlət nəinki bütövlükdə cəmiyyət miqyasında iqtisadiyyatı
bilavasitə idarə edən, təsərrü- fatçılığı nizamlayan mərkəz, hətta
ayrı-ayrı istehsal özəkləri səviyyəsində təsərrüfat proseslərini
tənzimləyən nəhəng bir təşkilat kimi fəaiiyyət göstərirdi. Dövlət,
əhalinin işiə təmin edilməsindən, məişət qayğılarından tutmuş, qlobal
problemlərin həllinə kimi bütün məsələləri direktiv qaydada həll
etməyə çalışırdı.
İqtisadi üsul və metodlarla əsaslanan sistem liberal dəyər və
prinsiplərlə tənzimlənən bazar iqtisadiyyatının hakim olduğu
ölkələrdə formalaşmışdır. A.Smit və I.Bentam tərəfindən inkişaf
etdirilmiş liberal konsepsiyaya görə, dövlət iqtisadi münasibətlərə
müdaxilə etməməli, müikiyyəti, müqavilə azadlığını, mövcud istehsal
münasibətlərini qorumaqla yalnız keşikçi funksiyasını həyata
keçirməii, bir söziə «minimal dövlət» kimi fəaliyyət göstərməlidir.
Klassik nəzəriyyə tərəfdariarı dövlətin makroiqtisadi səviyyədə
istehsalın həcminə, məşğulluq səviyyəsinə müdaxiləsini də
məqsədəuyğun hesab etmiriər. Kapitalist dövlətlərində
337
ilqar Məmmədov
iqtisadiyyatın idarə olunması bir müddət həmin ideyalar əsasında
həyata keçirilmişdir. Lakin bu nəzəriyyə getdikcə artan sosial
gərginliyin, işsizliyin aradan qaldırılmasına, məşğulluğun və sosial
ədalətin təmin edilməsinə kömək edə bilməmişdir. Nəticədə də,
iqtsadiyyatın idarə olunması sahəsində yeni üsul və metodların tətbiq
edilməsinə zərurət yaranmış və dövlətin iqtisadi münasibətlərə aktiv
müdaxiləsini tələb edən ideyalar inkişaf etmişdir. 1929-1933-cü
illərdə kapitalist ölkələrində baş vermiş böyük iqtisadi böhran bazar
iqtisadiyyatının tənzimlənməsi ilə bağlı klassik nəzəriyyənin bir sıra
müddəalarının yeni şəraitdə yararsız olduğunu əyani surətdə sübuta
yetirdi. Beləliklə, böhranın aradan qaldırılması və iqtisadi sistemin
qorunub saxlanması məqsədi ilə iqtisadiyyata və sosial
münasibətlərə dövlətin aktiv müdaxiləsi dövrü başladı. Bu dövrdə
minimal dövlət konsepsiyası sosial dövlət konsepsiyası ilə əvəz
olunmuşdur. XX əsrin 30-cu illərində C.Keyns bazar iqtisadiyyatı
şəraitində cəmiyyətin iqtisadi həyatına dövlətin müdaxiləsinin nəzəri
əsaslarını hazırlamaqla sübut etdi ki, dövlət tələb səviyyəsinə təsir
göstərməklə bütünlüklə iqtisadiyyatı tənzimləyə bilər. C.KeynsIn
fikrincə, iqtisadi inkişafı təmin etmək üçün tələbi formalaşdıran və
milli gəliri artıran amillərə dövlətin təsir göstərməsi kifayətdir. Əməli
cəhətdən bu ideyanı reallaşdırmaq üçün gəlirlər, istehlak, yığım,
istehsalın miqyası, investisiya kimi makroiqtisadi göstəricilərin
qarşılıqlı əlaqəsi də nəzərə alınmalıdır. Keyns belə bir nəticəyə
gəlmişdir ki, səmərəli tələbi və tam məşğulluğu təmin etmək üçün
dövlət fəal büdcə-maliyyə siyasəti həyata keçirməlidir.
iqtisadi ədəbiyyatda dövlət tənzimlənməsinin Keyns modeli
aşağıdakı istiqamətlərdə müəyyənləşdirilmişdir:
1.
Dövlət büdcəsi vasitəsilə milli gəlirin xeyli hissəsinin yenidən
bölüşdürülməsi.
2.
Dövlət müəssisələrinin və qarışıq müəssisələrin yaradılması
hesabına sahibkarlığın geniş dövlət sektorunun yaradılması.
3.
İqtisadi mühiti sabitləşdirmək, dövrü enib-qalxmaları
yumşaltmaq, mllll məhsulun yüksək artım sürətinə nail olmaq və
məşğulluğun səmərəli səviyyəsini təmin etmək üçün büdcə-ma-
338
Dostları ilə paylaş: |