ilqar Məmmədov
mətlərinin sinfi vəzifələrlə yanaşı ümumsosial xarakterli vəzifələri də
həyata keçirməsi onların sinfi və ya ümumsosial funksiya kimi
xarakterizə edilməsi baxımından problem yaradır.
V.M.Sırıx yazır ki, dövlətin funksiyalarının əksəriyyəti sinfi
xarakterlidir. Çünki onlar, ilk növbədə, iqtisadi baxımdan hakim sinfin
maraqlarına xidmət edir. Quldarlıq, feodal və burjua dövlətlərinə aid
olan bu hal müasir demokratik dövlətlərdə də özünü göstərir. Müasir
burjua dövlətinin sosial siyasətinin liberallaşdı- rılması, insan hüquq
və azadlıqlarının əsas prioritetlər səviyyəsinə qaldırılması şübhəsiz ki,
proqressiv mahiyyət kəsb edir, əhalinin sosial baxımdan təmin
olunmayan təbəqələrinin vəziyyətini yaxşılaşdırır və bu mənada onlar
pozitiv hadisələrdir. Lakin burjua dövlətinin digər funksiyalarında
olduğu kimi, onların üzərində də burjua həyat tərzinin damğası var.
V.M.Sırıxın fikrincə, «cəmiyyətin maraqlarına uyğun olaraq həyata
keçirilən funksiyaları ümumsosial əhəmiyyətə malik olan
funksiyalardan fərqləndirmək lazımdır. Ümumiyyətlə, təbiəti etibarilə
sinfi xarakterə malik olan hər bir dövlət istər-istəməz cəmiyyətin
maraqlarına uyğun fəaliyyət göstərir. O, cəmiyyətdə sabit hüquq
qaydası yaradır, müəyyənləşdirdiyi hüquq və azadlıqları müdafiə edir,
iqtisadiyyatın, mədəniyyətin, təhsilin, ölkənin müdafiə qabiliyyətinin,
beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi üçün tədbirlər görür. Bu
mənada, quldarlıq, feodal dövlətləri cəmiyyətin mövcud olması və
inkişaf etməsi, onun müasir səviyyəyə gəlib çatması üçün zəruri
institutlar kimi çıxış edibdir. (...) Buna rəğmən, «ictimai» və
«ümumsosial» anlayışları arasında prinsipial fərq var. Cəmiyyətin
maraqlarına uyğun olan hər bir şey, heç də hər zaman ümumsosial
xarakterə malik deyil, yəni cəmiyyətin bütün üzvlərinə barabər
səviyyədə məxsus olmur. Deməli, dövlətin ümumsosial funksiyası
cəmiyyətin üzvləri arasında bərabər bölüşdürülən sərvətlərin,
dəyərlərin əldə olunmasını təmin etməkdən ibarətdir. Bu kriteriyaya,
yalnız, dövlətin bir funksiyası- ətraf mühitin mühafizəsi funksiyası
cavab verir. Müasir demokratik dövlətin qalan funksiyaları isə
mülkiyyətçilərin, hakim mövqeyə malik olanların xeyirinə olmaqla az
imkanlıların və imkan
330
Dövlət və hüquq nəzəriyyəsi
sızların maraqlarını həddindən artıq aşağı səviyyədə təmin edir».''
Buna yaxın olan bir təsnifata görə isə, dövlətin funksiyaları
ümumi xarakterli, «ümumi işlərdən» irəli gələn və dövlətin sosial
təbiətindən, bu və ya digər tipə aid olmasından asılı olmayan, yəni
sosial baxımdan neytral funksiyalara bölünür. Ölkənin müdafiəsi
funksiyası sosial baxımdan neytral funksiyalara aid edilir. Həmin
təsnifləşdirməyə görə, sosialist ölkələrində mövcud olan sosialist
mülkiyyətinin müdafiə olunması funksiyası sosial yöndən
müəyyənləşmiş funksiyalardan biridir.
Göründüyü kimi, sonuncu iki təsnifat bir-birinə yaxın olan
təsnifatlardır. Lakin bu onların eyniləşədirilməsi kimi başa
düşülməməlidir. Belə ki, onlardan birincisi, əsas etibarilə marksizm
nəzəriyyəsinin müddəaları üzərində qurulmuş bir yanaşmadan irəli
gəlir. İkincisi isə, daha çox ümumsosioloji xarakterlidir.
Başqa bir təsnifləşdirmə dövlətin funksiyalarını daimi və
müvəqqəti funksiyalara ayırır. Həmin təsnifata görə, dövlətin daimi
funksiyaları onun inkişafının bütün dövrlərində mövcud olan
funksiyalardır. Daimi funksiyalar bir çox hallarda dövlətin əsas
funksiyaları kimi təzahür edir. Müvəqqəti, keçici funksiyalar isə
dövlətin inkişafının müəyyən bir dövrünün spesifik, özünəməxsus
tələbləri ilə bağlı olaraq meydana gəlir. SSRİ-də nüvə silahlarından
müdafiə sisteminin yaradılması müvəqqəti funksiyalara misal
göstərilir. Və izah edilir ki, SSRİ-nin Qərb ölkləri ilə sərt qarşıdurmada
olduğu dövrdə həmin dövlətin inkişafındakı spesifik cəhətlər belə bir
fəaliyyət istiqamətinə zərurət yaratmışdır.
Təsnifləşdirmələrdən biri də hakimiyyətlərin bölünməsi krite-
riyasına əsaslanır. Dövlətin funksiyalarını həmin kriteriya əsasında
təsnifləşdirən tədqiqatçılar onları üç əsas qismə - qanunvericilik
funksiyalarına (hüquqyaradıcı funksiyalar), idarəetmə funksiyalarına
və hüquqmühafizəedici funksiyalara bölürlər. Belə bir formal
təsnifləşdirmə apararkən tədqiqatçıların bəziləri əlavə olaraq
informasiya funksiyasını da fərqləndirirlər. Ümumi-
Сырых B.M.
Теория государства и права. S.38-39.
331
ilqar Məmmədov
likdə isə, hakimiyyətlərin bölünməsi kriteriyasına əsaslanan həmin
formal təsnifat hüquqşünas alimlərin əksəriyyəti tərəfindən tənqidlə
qarşılanır. Onların fikrincə, bu təsnifatda sadalanan funksiyalar
dövlətin deyil, dövlət hakimiyyətinin qollarına aid funksiyalardır. Odur
ki, təsnifləşdirmənin bu cür aparılması dövlətin funksiyaları ilə dövlət
hakimiyyətinin və bu hakimiyyətin əsas tərkib hissələrinin
funksiyalarının qarışıq salınması ilə nəticələnir.
Dövlət və hüquq nəzəriyyəsinə aid ədəbiyyatda qeyri-ənənə- vi
təsnifləşdirmələr də mövcuddur. Onlardan biri xüsusi maraq doğurur.
Həmin təsnifləşdirmə libertar nəzəriyyədən çıxış etməklə, dövlətin
minimal və paternalist funksiyalarını fərqləndirir.
Bu təsnifləşdirməyə üstünlük verən müəlliflərin fikrincə, minimal
funksiyalar dövlətçiliyin tarixi inkişafının bütün dövrlərində hər bir
dövlətin qarşısında duran iki əsas vəzifənin həyata keçirilməsi ilə
bağlı olan funksiyalardır. Həmin vəzifələrə aiddir: 1) azadlığın,
təhlükəsizliyin və mülkiyyətin təmin edilməsi (hüquqi funksiya); 2)
kommunikasiyalar sisteminin yaradılması. Onların fikrincə, dövlətin
tarixi inkişafı prosesində həmin funksiyaların təkamülü dövlətin
azadlığın institusional forması kimi çıxış etməsinə dəlalət edir.
Düzdür, tarixi baxımdan inkişaf etməmiş və ya müasir avtoritar
dövlətlərdə azadlıq, təhlükəsizlik və mülkiyyət hüquqi dövlət
ölçülərinə görə yetərincə təmin edilmir. Lakin buna baxmayaraq, elə
bir dövlət yoxdur ki, azadlığı, təhlükəsizliyi və mülkiyyəti müəyyən
qaydada təmin etməsin. Azadlığın olmaması hakimiyyətin antidövlət
xarakterli, yəni zorakı xarakterli olması deməkdir. Yəni dövlətin
mövcudluğu, hər bir halda, azadlığın bu və ya digər dərəcədə təmin
edilməsini ehtiva edir.
Müəyyən ərazi daxilində təşkil olunan antrop birliyin (insan
birliyinin) idarə olunmasını təmin edən suveren hakimiyyətin
mövcudluğu kommunikasiya sisteminin yaradılması deməkdir. Belə
bir sistem dövlətin bütün ərazisini və bütün cəmiyyəti əhatə edir.
Dövlətin bu əhatədə kommunikasiya sistemini yaratması ictimai
münasibətlərin azad subyektləri tərəfindən cəmiyyəti
332
Dostları ilə paylaş: |