Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə111/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   107   108   109   110   111   112   113   114   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

əhatə  edən  xüsusi  komnnunikasiyaların  formalaşdırılmasına  zidd 

deyil.  İctimai  münasibətlərin  subyektləri  tərəfindən  bütün  cəmiyyəti 

əhatə  edə  bilən  kommunikasiyaların  formalaşdırılmasının  qarşısını 

hər cür dövlət yox, avtoritar rejimli və ən çox totalitar dövlət alır. Çünki 

despotik hakimiyyət antidövlət xarakterli olmaqla azadlığı inkar edir. 

Dövlət  İctimai  münasibətlərin  azad  subyektlərinin  iştirakı  ilə 

bütün  cəmiyyəti  əhatə  edə  bilən  xüsusi  kommunikasiyaların  for- 

malaşdırılmasına  imkan  yaratsa  da,  hər  bir  halda,  zəruri  olaraq 

kommunikasiyaların  müəyyən  bir  qismi  bilavasitə  dövlətin  fəaliyyəti 

nəticəsində formalaşır və həyata keçirilir. Dövlətin fəaliyyəti ilə həyata 

keçirilən kommunikasiyaların  həcmi  dövlətin  inkişaf  mərhələsindən, 

tipindən asılı olaraq dəyişir. Lakin elə kommunikasiyalar var kl, onlar 

yalnız dövlətin fəaliyyəti ilə qurulur və həyata keçirilr. V.A.Çetvernin 

yazır  ki,  hətta  «inkişaf  etmiş  vətəndaş  cəmiyyətində  belə,  mühüm 

kommunikasiyalar (poçt işi, müəyyən dərəcədə dəmir yolları) xüsusi 

münasibətlər sahəsinə verilmədən dövlətin fəalliyyət sahəsində qalır. 

Başqa  sözlə  desək,  cəmiyyət  üçün  zəruri  olan  və  xüsusi  sahənin 

subyektlərinin  imkanlarından  kənarda  qalan  və  ya  vətəndaş 

cəmiyyətinə 

verildikdə 

etibarlı 

şəkildə 

təmin 


edilməyən 

kommunikasiyaların qurulması dövlətin vəzifələrinə aiddir».'' 

Dövlətin  paternalist  funksiyaları  isə,  dövləti  vətəndaş 

cəmiyyətinə və vətəndaş cəmiyyəti subyektlərinin ayrı-ayrı qruplarına 

münasibətdə  himayəçilik  funksiyalarının  həyata  keçirilməsinə  sövq 

edən  sosial  dövlətçilik  prinsipindən  irəli  gəlir.  Dövlət  pater-  nalizmi 

özünütənzimləməyə, xüsusilə də, istehsal və istehsal məhsullarının 

paylaşdırılması 

sahəsində 

özünütənzimləməyə 

etimad 

göstərilməməsinin,  inamsız  münasibətin  nəticəsi  kimi  yaranır. 



Dövlətin  paternalist  funksiyaları  onun  bir  sıra  vəzifələri  ilə 

müəyyənləşir.  Onlar  sosial-iqtisadi  vəzifələrdən,  mədəniyyətin 

inkişafının dəstəklənməsi vəzifəsindən və ekoloji vəzifədən ibarətdir. 

'Проблемы  общей  теории  права  и  государства. 



Под  ред. 

В.С.Нерсесяпуа.

 

S. 631.



 

333 


ilqar Məmmədov 

Dövlət  və  hüquq  nəzəriyyəsində  ən  çox  müraciət  olunan 

təsnifləşdirmə  dövlətin  funksiyalarının  daxili  və  xarici  funksiyalara 

bölünməsidir.  Bu  təsnifləşdirmədə  dövlətin  fəaliyyətinin  məzmunu, 

fəaliyyət  sahələri  və  siyasi  istiqaməti  əsas  götürülür.  Həmin 

təsnifləşdirməyə  görə,  daxili  funksiyalar  dövlətin  ölkə  daxilindəki 

fəaliyyəti  ilə,  yəni  daxili  siyasətindən  irəli  gələn  fəaliyyətlə  bağlıdır. 

Daxili  funksiyaların  hər  biri  ictimai  həyatın  mühüm bir  sahəsinə aid 

fəaliyyət  istiqamətidir.  Dövlətin  xarici  funksiyaları  isə  onun  xarici 

siyasəti ilə bağlı olan başlıca fəaliyyət istiqamətləridir. Bu funksiyalar 

bir-birilə əlaqəli olur və bir-birinə təsir göstərir. Lakin daxili və xarici 

funksiyaların  qarşılıqlı  münasibətində  daxili  funksiyalar  həlledici  rol 

oynayır.  Daxili  funksiyaların  səmərəli  şəkildə  həyata  keçirilməsi 

dövlətin  xarici  siyasəti  ilə  bağlı  olan  fəaliyyətini  də  dayanıqlı  edir, 

sabit müstəviyə çıxarır. Xarici funksiyaların səmərəli şəkildə həyata 

keçirilməsi  isə,  öz  növbəsində,  daxili  funksiyaların  uğurla  həyata 

keçirilməsinə təsir edir. 

Nəzəriyyəçilərdən bəzilərinin fikrincə, həmin təsnifləşdirmə yeni 

inkişaf  tedensiyalarına  tam  şəkildə  uyğun  gəlmir.  Məsələn, 

A.B.Vengerov  yazır  ki,  dövlətin  funksiyalarının  daxili  və  xarici 

funksiyalara  bölünməsi  dövlət  və  hüquq  nəzəriyyəsində  ən  geniş 

yayılmış  təsnifat  olsa  da,  hal-hazırkı  dövrdə  bu  cür  bölgü  müəyyən 

dərəcədə  öz  əhəmiyyətini  itirmişdir.  O,  bunu,  daxili  funksiyalardan 

bəzilərinin  müəyyən  dəyişikliklər  səbəbindən  xarici  funksiyalara, 

xarici funksiyaların isə əksinə olaraq daxili funksiyalara çevrilməsi ilə 

əlaqələndirir.  Buna  görə  də,  tanınmış  hüquqşünas-alim  müasir 

dövlətin  ekoloji,  demoqrafik,  kosmik,  nüvə  və  informasiya 

texnologiyalarından istifadə, insan hüquq və azadlıqlarının müdafiəsi 

və s. sahələr üzrə fəaliyyətini xarakterizə edən qlobal funksiyaların 

ayrılmasını  və  ayrıca  tədqiq  edilməsini  vacib  hesab  edir.  Beləliklə, 

A.B.Vengerov  dövlətin  funksiyaları  sırasından  qlobal  funksiyaları 

ayırmaqla təsnifatın dairəsini genişləndirmiş olur. 

Eyni  funksiyalar  ayrı-ayrı  təsnifatlarda  müxtəlif  kateqoriyalı 

funksiyalar kimi göstərilsə də, belə bir bölgünün müəyyən dərəcədə 

şərti xarakter daşıması tədqiqatçıların nəzərindən yayınmır. Məsələn, 

V.Y.Çirkin yazır ki, eyni bir funksiya (məsələn, ölkənin 

334 



Dövlət və hüquq nəzəriyyəsi 

müdafiəsi  funksiyası)  əsas,  daimi,  sosial  yöndən  neytral  və  s. 

xarakterli funksiya ola bilər. «Başqa bir funksiya isə müvəqqəti olub 

ölkə daxilində həyata keçirilsə də, xarici siyasətlə bağlı məqsədlərə 

xidmət  edə  bilər  (məsələn,  nüvə-raket  silahlarından  müdafiə 

şəbəkəsinin  yaradılması).  Və  yaxud  müəyyən  bir  dövlətin  ekoloji 

funksiyası daxili funksiyadır, lakin bununla bərabər dünya əhəmiyyətli 

xarici aspektlərə malikdir».'' 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  dövlət  və  hüquq  nəzəriyyəsində 

daha  çox  dövlətin  funksiyalarının  daxili  və  xarici  funksiyalara 

bölünməsi  ilə  bağlı  olan  təslnifləşdirməyə  müraciət  olunur.  Biz  də 

həmin  ənənədən  çıxış  edərək  dövlətin  daxili  və  xarici 

funksiyalarından danışacağıq. 

Dövl

ətin daxili funksiyaları

 

«Dövlət və hüquq nəzəriyyəsi»ndə dövlətin daxili funksiyalarına 

iqtisadi,  sosial,  siyasi,  ideoloji,  hüquqmühafizəedici  (hüquq 

qaydasının  mühafizə  olunması),  mədəni-elmi,  ekoloji  (təbiətin,  ətraf 

mühitin  mühafizəsi)  funksiyalar  aid  edilir.  Bəzi  nəzəriyyəçilər, 

bununla müqayisədə, daxili funksiyaların tərkibini məhdudlaşdıraraq, 

yalnız  itqlsadi,  sosial,  hüquqmühafizəedici,  mədəni  və  ekoloji 

funksiyaları fərqləndirir, bəziləri isə yuxarıda geniş tərkibdə göstərilən 

funksiyalardan  əlavə  maliyyə,  vergitutma  funksiyalarından  da  bəhs 

edirlər. Lakin bir çoxları belə hesab edir ki, dövlətin iqtisadi funksiyası 

malliyyə və vergitutma ilə əlaqədar olan fəaliyyəti də əhatə etdiyinə 

görə,  onları  müstəqil  daxili  funksiya  kimi  təsnif  etməyə  ehtiyac 

yoxdur.  Tədqiqatçılardan  bəziləri  isə  ümumi  qaydadan  kənara 

çıxaraq  dövlətin  funksiyalarını  dövlət  suverenliyinin  həyata 

keçirilməsi,  iqtisadi,  sosial,  mədəni-  tərbiyə  funksiyalarına  bölür  və 

dövlət  suverenliyinin  həyata  keçirilməsi  funksiyalarını  Ikl  hissəyə: 

daxili  suverenlik  və  xarici  suverenlik  funksiyalarına  ayırırlar. 

V.İ.Vlasov  həmin  yanaşmadan  çıxış  edərək  xarici  suverenlik 

funksiyalarını  milli  müdafiə  (və  ya  milli  təhlükəsizlik)  və  xarici 

əlaqələrin həyata keçirilməsi funk- 



'MnpKiiH 

B.E. 


CoBpeMCHHoe rocyflapcTBO. 

S. 201.


 

335 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə