Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə107/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   103   104   105   106   107   108   109   110   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

dir.  İqtisadi  funksiyanın  bu  dövlətdə  konkret  məzmun  qazanması 

həmin  dövlətin  mahiyyətindən,  məqsəd  və  vəzifələrindən,  sosial 

təyinatından  irəli  gəlirdi.  Odur  ki,  marksist-leninçi  dövlət  və  hüquq 

nəzəriyyəsində 

izah 


edildiyi 

kimi, 


sosialist 

dövlətinin 

təsərrüfat-təşkilat 

funksiyası 

bütünlüklə 

ölkədə 


sosialist 

iqtisadiyyatının,  təsərrüfatın  sosialist  formalarının,  sosializmin 

maddi-texniki bazasının yaradılmasına və inkişaf etdirilməsinə, xalq 

təsərrüfatında idarəetmənin və planlaşdırmanın təkmilləşdirilməsinə, 

idarəetmə  sisteminin  və  təsərrüfat  mexanizminin  təkmilləşdirilməsi 

təməli  üzərində  iqtisadiyyatın  inkişaf  sürətinin  və  səmərəliliyinin 

artırılmasına  və  s.  məsələlərin  həyata  keçirilməsinə  yönəlmişdir. 

Beləliklə, bizə aydın olur kl, iqtisadi funksiya bütün tarixi dövrlərdə və 

bütün  dövlətlərdə  olduğu  kimi  SSRİ-də  də  dövlətin  əsas 

funksiyalarından  biri  olmuş,  lakin  həmin  dövlətin  sinfi  mahiyyətinin, 

sosial  təyinatının  və  inkişafının  müxtəlif  mərhələlərində  özünə  yer 

alan  başlıca  vəzifələrinin  təsiri  ilə  dəyişikliklərə  məruz  qalaraq 

konkret məzmun qazanmışdır. 

SSRİ dövlətinin digər bir funksiyası-devrilmiş istismarçı siniflərin 

müqavimətini qırmaq funksiyası onun inkişafının birinci mərhələsinə 

aid  olan  funksiyalardan  biri  idi.  SSRİ-nin  inkişafının  sonrakı 

mərhələlərində  bu  funksiya  artıq  öz  əhəmiyyətini  itirmişdi.  Sovet 

dövrünün  dövlət  və  hüquq  nəzəriyyəsində  həmin  funksiya  belə 

açıqlanır:  «Sosialist  dövləti  inkişafının  birinci  mərhələsində  onun 

daxili funksiyalarından biri devrilmiş istismarçı siniflərin müqavimətini 

qırmaqdan ibarət idi. Bu funksiya istismarçı siniflərin fəhlə və kəndli 

hakimiyyətinə  müqavimətindən  və  onların  keçmiş  kapitalizm 

quruluşunu  bərpa  etmək  cəhdlərindən  irəli  gəlirdi.  Həmin  funksiya 

həyata  keçirilərkən  istismarçı  siniflərə  hərbi,  siyasi  və  iqtisadi 

sahələrdə  müxtəlif  zorakılıq  tədbirlərinin  tətbiqi  bu  siniflərin 

müqavimət  dərəcəsindən  asılı  idi.  Siyasi  sahədə  bu  funksiya 

istismarçıları  siyasi  hüquqdan  məhrum  etmək  yolu  ilə  həyata 

keçirilirdi.  İqtisadi  sahədə  həmin  funksiya  xüsusi  mülkiyyəti  ləğv 

etməyə, torpağı, bankları, sənaye müəssisələrini, nəqliyyatı və digər 

istehsal  vasitələrini  milliləşdirməyə,  istismarçıları  əvvəlcə  iqtisadi 

cəhətdən məhdudlaşdırmağa, son- 

321 



ilqar Məmmədov 

ra  isə  bir  sinif  kimi  ləğv  etməyə  yönəlmişdir.  Hərbi  sahədə  bu 

funksiya  vətəndaş  müharibəsində  daxili  düşmənlərin  darmadağın 

edilməsi yolu ilə həyata keçirilirdi. 

Devrilmiş istismarçı siniflərin müqavimətinin qırılması funksiyası 

müvəqqəti  xarakter  daşıyırdı.  İstismarçı  siniflərin  ləğv  olunması  və 

sosializmin qələbəsi ilə bu funksiya da aradan qalxdı».'' 

Tarixi davamlığa malik olub-olmamaq baxımından funksiyaların 

bir-birindən  fərqlənməsi  məsələsinə  aid  təhlillər  göstərir  ki,  sosial, 

siyasi,  iqtisadi,  geosiyasi  əhəmiyyətə  malik  olan  funksiyalar, 

həmçinin cəmiyyətin mövcud olduğu dövr ərzində bütün cəmiyyətin 

maraqlarına toxunan digər əsas vəzifələrin həyata keçirilməsi üçün 

formalaşan funksiyalar daha sabit funksiyalardır. Həmin funksiyalar 

bütün  dövlətlərin,  cəmiyyətlərin  mövcud  olmasını  və  cəmiyyət 

daxilində  insanların  birgəyaşayışının  idarə  oluna  bilməsini  təmin 

etməyə yönəlir. Ümumiyyətlə, tarix boyu öz ümumsosial məzmununu 

qoruyub saxlayan funksiyalar dövlətin özünə də böyük sosial dəyər 

qazandırır.  Dövlətin  fəaliyyətini  də,  ilk  növbədə,  bu  funksiyalar 

xarakterizə edir. Onların düzgün həyata keçirilməməsi və ya həyata 

keçirilməməsi,  onlara  dövlət  hakimiyyəti  tərəfindən  əhəmiyyət 

verilməməsi  dövlətin  özünün  zəifləməsinə,  hətta  məhv  olmasına 

gətirib çıxaran əsas amillərdəndir. 

Funksiyaların tarixi davamlığı və sabitliyi məsələsinə toxunarkən 

A.B.Vengerov yazır ki, konkret dövlətin sosial təyinatı və forması ilə 

yaxın  əlaqəsi  olan  daha  dəyişkən  funksiyalar  dövlətin  sinfi 

funksiyalarıdır.  Hər  bir  cəmiyyətdə  dövlət  hakimiyyətini  həyata 

keçirən qrupun, sosial qüvvənin, sinfin iradəsini, sinfi maraqları daha 

dolğun,  daha  açıq  şəkildə  ifadə  edən  dövlət  fəaliyyəti  istiqamətləri 

sinfi  funksiyalardır.  Dövlətin  gücü  hesabına  hakim  sinfin  öz  sinfi 

düşmənlərinin müqavimətini qırması buna bir misaldır. Hakim sinfin 

öz sinfi düşmənlərinin müqavimətini qırması «dövlətçiliyin inkişafının 

ilk dövrlərində qeyri-iqtisadi məc- 

^Məlikova M.F. 

Dövlət və hüquq nəzəriyyəsi. S.153. 

322 



Dövlət və hüquq nəzəriyyəsi 

buretmə  tədbirləri  vasitəsilə  həyata  keçirilir:  başqasının  əmlakı  və 

əməyinin  nəticəsi  mənimsənilir,  sinfi  düşmənlər  cəmiyyətin  siyasi 

həyatında və digər mühüm sahələrdə iştirak etməkdən uzaqlaşdırılır, 

təqiblər məhkəmə vasitəsilə, əksər hallarda isə məhkəmədən kənar 

qaydada  həyata  keçirilir,  onlar  çox  çətin  yaşayış  şəraiti  olan 

regionlara sürgün edilir, bəzən isə sinfi düşmənlər fiziki olaraq məhv 

edilir. Lakin bunlarla yanaşı, sinfi funksiyalar iqtisadi yolla da həyata 

keçirilə  bilər  ki,  bu  da  dövlətçiliyin  sonrakı  mərhələləri  üçün 

xarakterikdir.  Sinfi  funksiyalar  İqtisadi  yolla  həyata  keçirilərkən 

vergilər  sistemindən,  rüsumlardan,  tariflərdən,  emissiyalar, 

inflyasiyalar yolu ilə dövlətin pul sistemində iştirakından, sərt cərimə 

sistemindən,  əmək  haqqında  məhdudiyyətlərin  qoyulmasından,  iş 

gününün  davamiyyətini  müəyyənləşdirən  əmək  qanunvericiliyindən 

və s. istifadə edilir»."' 

A.B.Vengerov  marksizmin  müddəalarına  əsaslanaraq  dövlətin 

funksiyalarını  ümumsosial  və  sinfi  funksiyalara  ayırsa  da, 

marksist-leninçi dövlət və hüquq nəzəriyyəsini tənqid edir və göstərir 

ki,  marksist-leninçi  dövlət  və  hüquq  nəzəriyyəsində  məhz  dövlətin 

sinfi  mahiyyətini  əks  etdirən  funksiyaların  daha  əhəmiyyətli  hesab 

edilməsi  dövlətçiliyin  bəzi  mərhələlərində,  misal  üçün,  sosializm 

mərhələsində sinfi funksiyaların bütün cəmiyyət üçün eyni dərəcədə 

əhəmiyyət kəsb edən ümumsosial funksiyalar kimi izah edilməsi ilə 

nəticələnmişdir. «Nəzərə alınmırdı kl, sinfi funksiyalar cəmiyyətin bir 

çox «əbədi», ümumsosial probleminin həll edilməsinə imkan vermir, 

hətta  həmin  həyati  əhəmiyyətli,  ümumsosial  problemlərin  həllini 

düyünə salır, «dövlətin müflisləşməsinə» gətirib çıxarır».2 

Dövlətin  funksiyalarının  dəyişilməsinə,  funksiyaların  modifi- 

kasiyasına dövlət hakimiyyətinin xarakteri və dövlət formaları dä ciddi 

təsir  göstərir.  Dövlət  hakimiyyətinin  xarakterindən,  dövlətin 

formasından  asılı  olaraq  eyni  bir  funksiyanın  müxtəlif  cür  həyata 

keçirilmə formaları və metodları meydana gəlir və bu da funksi- 

*

 

* Венгеров А.Б. Теория государства и 



права. S.147. 2 Yenə orada. 

323 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə