Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə104/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   100   101   102   103   104   105   106   107   ...   205

ilqar Məmmadov 

tədbirlər  avtoritar  üsullardan,  metodlardan  istifadə  etməklə  həyata 

keçirilir, cəmiyyətə, ayrı-ayrı qruplara, təbəqələrə və insanlara zorakı 

üsullarla  təsir  göstərilir.  Bu  baxımdan  Türkiyədə  M.K.Atatürkün 

yaratdığı  rejim.  Çilidə  Pinoçetti  rejimi  islahatçı  avtoritarizm  kimi 

xarakterizə olunur. 

Avtoritarizmin yaranmasına təsir göstərən bir sıra amillər var. 

Həmin  amilləri  ümumiləşdirilmiş  şəkildə  aşağıdakı  kimi  açıqlaya 

bilərik: 

-

 



avtoritetlərə,  standart  tələblərə  və  qaydalara  tabeçilik 

psixologiyasının  və  düşüncə  tərzinin  hakim  olduğu  ənənəvi 

cəmiyyətin qorunub saxlanması; 

-

 



ictimai  həyatın  və  fərdlər  arasında  əlaqələrin  asimmetrik 

xarakterli  münasibətlər  əsasında  tənzimlənməsinin  stereotip  kimi 

sosial  münasibətlər  iyerarxiyasının  bütün  səviyyələrində  özünə  yer 

alması; 


-

 

siyasi  mədəniyyətin  patriarxal  və  təbəəçi  tiplərinin  qorunub 



saxlanması  və  bu  səbəbdən  əhalinin  siyasi  sistemə  aktiv  təsir 

göstərmək iradəsinə malik olmaması; 

-

 

dini  normaların  əhalinin  siyasi  oriyentasiyasına  kifayət  qədər 



ciddi təsir göstərməsi; 

-

 



vətəndaş cəmiyyətinin inkişaf etməməsi; 

-

 



ictimai və siyasi münasibətlərdə demokratik ənənələrin yerinin 

zəif olması; 

-

 

iqtisadiyyatın zəif inkişaf etməsi; 



-

 

hüquqi mədəniyyətin aşağı səviyyədə olması, hüquqa inamsız 



münasibətin cəmiyyətdə özünə geniş yer alması. 

Qeyri-demokratik  rejimlərin  yaranması,  mövcud  olması  yalnız 

siyasi  proseslərlə  və  siyasi  xarakterli  amillərlə  şərtlənmir.  Həmin 

rejimlərin  formalaşmasına  və  mövcud  olmasına  etno-  mədəni 

ənənələr  və  stereotiplər,  ictimai-tarixi  faktorlar,  etno-psi-  xoloji 

amillər,  sosial  xarakterin  dominantası  da  ciddi  təsir  göstərir. 

Patriarxal-təbəəçi  şüur  tipinin  inkişaf  etməsi,  tərbiyə  metodlarının 

avtoritar  üsullarla  həyata  keçirilməsi  və  avtoritar  xarakterin 

formalaşmasına  istiqamətlənməsi,  insanlar  arasında  bərabərsizliyin 

mürəkkəb qaydada institutlaşdırılması və s. həmin 



312 


Dövlət və hüquq nəzəriyyəsi 

amillər sırasına daxildir. Bütün bu amillər avtoritarizm ruhunu ictimai 

həyatın  bütün  sahələrinə  aşılamaqla  cəmiyyətdə  avtoritar  tiplər 

iyerarxiyasını yaradır. Valideynlər, yaşca və statusca böyük olanlar, 

vəzifə səlahiyyətlərinə malik olan şəxslər, fövqəltəbii qüvvələr həmin 

iyerarxiyaya  daxildir.  Belə  vəziyyətdə  statusca  qeyri-bərabər 

olanların aşağıdan yuxarıya doğru avtoritetlərə tabe olması məziyyət 

hesab  olunur.  Bu  baxımdan,  Teodor  Adorno  yazır  ki,  avtoritar 

tabeçilik avtoritet kimi qəbul edilən fiqurlar cərgəsi, yəni valideynlər, 

böyüklər,  başçılar  və  s.  qarşısında  özünü  göstərən  geniş  şaxəli  bir 

mövqe kimi təzahür olunur və «sözsüz ki, cəmiyyətdə antidemokratik 

potensialın  yaranmasına  əhəmiyyətli  dərəcədə  rəvac  verir.  Belə  ki, 

bu cür vəziyyət insanı kənar qüvvələr tərəfindən manipulyasiya oluna 

bilən varlığa çevirir».'' 

' Адорно Теодор. 

Исследование авторитарной личности. М., 



2001, 

S. 


56.

 

313 




ilqar Məmmədov 

MÖVZU:

 DÖVLƏTİN FUNKSİYALARI 

§ 1. DÖVLƏTİN FUNKSİYALARININ 

ÜMUMİ XARAKTERİSTİKASI 

İctimai 

münasibətlərin 

tənzimlənməsi 

və 


cəmiyyətin 

bütövlüyünün təmin edilməsi dövlətin əsas vəzifələrindəndir. Həmin 

vəzifələrin həyata keçirilməsi üçün dövlət orqanları fəaliyyət göstərir. 

Dövlət,  bu  mənada,  funksional  bir  sistem  və  ya  funksional 

mexanizmdir. 

Dövlət 


ictimai 

münasibətlərin 

tənzimlənməsi 

fəaliyyətini  həyata  keçirərkən  təsir  etdiyi  sahələrə  müvafiq  olaraq 

onun əsas fəaliyyət sahələri və istiqamətləri meydana gəlir. 

Dövlət 


hakimiyyətinin, 

dövlət 


idarəetməsinin 

həyata 


keçirilməsinin özü, sözün geniş mənasında, dövlətin funksiyalarının 

həyata  keçirilməsi  deməkdir.  Dövlət  hakimiyyətinin,  dövlət 

idarəetməsinin  həyata  keçirilməsi bilavasitə  dövlətin  varlığını  təsdiq 

edən  fəaliyyət  olmaqla  dövlətin  funksiyalarının  həyata  keçirilməsi 

vasitəsi  ilə  ictimai  həyatın,  ictimai  münasibətlərin  müxtəlif 

sahələrində  konkretləşir,  dövləti  real  hadisəyə,  ictimai  xarakterli  bir 

gücə  çevirir,  onu  obyektivləşdirir.  Dövlətin  fəaliyyəti  kortəbii, 

məqsədsiz,  sporadik  xarakterli  fəaliyyət  olmayıb  onun  mahiyyətinə, 

məqsəd  və  vəzifələrinə,  sosial  təyinatına  uyğun  gəlir.  Beləliklə, 

dövlətin funksiyaları onun mahiyyətindən, məqsəd və vəzifələrindən 

irəli gələn fəaliyyət istiqamətləri kimi təzahür olunur. Həmin fəaliyyət 

istiqamətləri  birbaşa  dövlətin  məqsəd  və  vəzifələrinin  həyata 

keçirilməsinə  xidmət  etməklə  bərabər,  onun  mahiyyətini,  həmçinin 

dövlət hakimiyyətinin xarakterini ifadə edir. Dövlətin funksiyalarının, 

onun  məqsəd  və  vəzifələrinin  həyata  keçirilməsinə  xidmət  etməsi 

onların bir-birilə qarşılıqlı əlaqədə olması və qarşılıqlı olaraq bir-birinə 

təsir göstərməsi ilə müşayiət olunur. t 

314 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə