Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə102/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   98   99   100   101   102   103   104   105   ...   205

ilqar Məmmədov 

öldürmək, onları kosmopolitizmə sürükləmək və bu irqin 

«qanını» korlamaqdır. Alman faşistləri iddia edirdilər ki, yəhu- 

dilər bu yolla dünya ağalığına can atırlar. Bunun qarşısını yalnız 

sərt, repressiv tədbirlərlə almaq olar. 

«Sol» totalitarizmi təmsil edən dövlətlərə isə keçmiş SSRİ və 

kommunizm ideologiyasını rəsmi dövlət ideologiyasına çevirmiş 

bir sıra digər dövlətlər - Çin, Şimali Koreya, Şimali Vyetnam və 

s. aid edilir. Lakin tədqiqatçıların bəziləri bununla razılaşmır və 

belə hesab edirlər ki, həmin dövlətlərdən yalnız bir qismində, 

yəni SSRİ-də və Çində totalitar rejimlər mövcud olmuşdur. Digər 

sosialist dövlətlərini isə avtoritar rejimli dövlətlər kimi xarakterizə 

edirlər. Həmin məsələ ilə bağlı fikir ayrılığı bununla bitmir. Belə 

ki, tədqiqatçılar arasında SSRİ-də, Çində totalitar rejimin möv- 

cud olduğu dövrlə bağlı da mübahisələr aparılır. Təqdiqatçıların 

bir qismi o fikirdədir ki, SSRİ-də totalitar rejim yalnız Stalinin, 

Çində isə yalnız Mao-Szedunun hakimiyyəti dövründə mövcud 

olmuşdur. Başqa bir qismi isə hesab edir ki, SSRİ-də totalitarizm 

bütün dövrlərdə mövcud olmuşdur. Xanne Arendt isə, hətta 

Faşist Almaniyasında totalitarizmin yalnız müharibənin son 

dövrlərində formalaşdığını yazır. X.Arendt totalitarizmin necə bir 

rejim olduğunu şərh edərkən həddindən artıq dar yanaşmadan 

çıxış edir. «Totalitarizmin mənşəyi» adlı əsərində totalitarizmi 

xaraterizə edərkən o, yalnız həbs düşərgələrinin yaradılması, 

rejimin qəbul etmədiyi şəxslərin məhkəmə proseslərində «ifşa 

olunması», «təmizləmə» əməliyyatlarının aparılması, cəmiyyətə 

qarşı qəddarcasına zorakılıqların həyata keçirilməsi ilə bağlı 

hadisələri diqqət mərkəzində saxlayır. X.Arendtin fikrincə. Sovet 

İttifaqının post-stalin dövründə, Çində isə, hətta Mao-Szedunun 

hakimiyyəti dövründə totalitar rejim mövcud olmamışdır. Həmin 

fikirdə olan tədqiqatçılar post-stalin dövründə SSRİ-də mövcud 

olan rejimi posttotalitar rejim kimi xarakterizə edirlər. Belə hesab 

olunur ki, əgər bu anlayış (yəni «postotalitar rejim» anlayışı) 

qəbul edilərsə posttotalitar rejim «avtoritarizmin keçid vəziy- 

yətində olan bir növü kimi şərh edilməlidir».“' 

Зеркин 


Д.П. Основы политологии. Ростов-на-Дону, 1997, 

S.169. 


306 


Dövlət və hüquq nəzəriyyəsi 

Totalitar  rejim  şəraitində  dövlət  ictimai  həyatın  bütün  sahələri 

üzərində  tam  nəzarəti  həyata  keçirməklə  həmin  sahələr  üzrə 

münasibətləri  reqlamentləşdirir  və  beləliklə,  cəmiyyəti  özündən 

inkişaf və özünütənzimləmə kimi sosial funksiyalardan məhrum edir. 

Dövlət özü ilə cəmiyyəti identifikasiya etməklə onu «dövlət- ləşdirir». 

Dövlət  hakimiyyəti  diktatorun  və  ya  kiçik  bir  qrupun  əlində 

cəmləşməklə  tam  şəkildə  mərkəzləşdirilir.  Diktatorun,  yəni 

«rəhbərin», «öndərin» şəxsiyyətinə pərəstiş yaranır, o, daim xalqının 

mənafeyi üçün çalışan ən müdrik, dahi insan kimi təbliğ edilir. Ona 

qarşı hər hansı bir tənqidi münasibət bütövlükdə dövlətə, dövlətçiliyə, 

rejimə qarşı yönələn təxribat, xəyanət hesab olunur. 

Totalitar  rejimdə  dövlət  idarəetməsi  yuxarıdan  aşağıya  doğru 

ötürülən  əmrin  icra  olunması  qaydasında,  yəni  inzibati-amirlik 

metodu ilə həyata keçirilir. Yerli hakimiyyət orqanları, sadəcə, əmrin 

yuxarıdan  aşağıya  doğru  ötürülməsi  vasitəsinə  çevrilir.  Dövlətlə 

hakim partiya eyniləşdirilir və hakim partiya bütün inzibati aparatı öz 

inhisarına alır. Yəni dövlət aparatı hakim partiyanın üzvlərindən təşkil 

olunmaqla  partiyanın  irəli  sürdüyü  tələblərin,  göstərişlərin  həyata 

keçirilməsinə xidmət edir. Ölkədə bu partiyadan başqa heç bir partiya 

fəaliyyət göstərmir. Hakim partiyanın qəbul etdiyi ideologiya rəsmi və 

yeganə  düzgün  ideologiya  elan  edilir.  Həmin  ideologiya  vasitəsilə 

partiya  dövlət,  cəmiyyət,  insan  münasibətlərinin  prinsiplərini 

müəyyənləşdirir. Digər ideologiyalar isə yanlış, mürtəce ideologiyalar 

hesab  olunaraq  qadağan  edilir.  Totalitarizm  insanları  «ideoloji 

reallığı» real qəbul etməyə məcbur edərək obyektiv gerçəkliyin dərk 

edilməsinə böyük maneə yaradır. Buna görə də Alen Bezanson yazır 

ki,  totalitarizm  insanları  müstəqil  düşünə  bilmək  vasitələrindən 

məhrum etməklə onları böyük maşının kiçik diyircəyinə çevirir. 

Partiyanın aparıcı qüvvəsi siyasi fəaliyyət üzərində tam inhisara 

yiyələndiyindən  sıravi  vətəndaşların  siyasi  «yadlaşması»  baş  verir. 

Onların  müqəddəratını  müdrik  rəhbər,  partiya  həll  edir.  İnsanların 

həyatının bu şəkildə idarə olunması onlarda təşəb 

307 



ilqar Məmmədov 

büskarlığı boğur və ictimai həyatda sosial ijdivendlik əhval-ruhi- yəsi 

yaranır.  Dövlətin  nəhəng  gücü  və  böyüklüyü  qarşısında  zərrəciyə 

çevrilən  insan  aciz  duruma  düşür.  Partiyanın  göstərişlərinə  əməl 

etmək,  qəbul  etdiyi  qərarlara  heç  bir  şübhə  olmadan  inanmaq  və 

onların  həyata  keçirilməsinə  xidmət  etmək  vətəndaşların  əsas 

vəzifəsinə çevrilir. 

Rejimlə razılaşmayan və ya onun düşməni elan edilən şəxslərə, 

qüvvələrə  qarşı  ən  amansız  tədbirlərin  həyata  keçirilməsi  totalitar 

rejimin  xarakterik  xüsusiyyətlərindən  biridir.  Hüquq  mühafizə 

orqanları  əslində  rejimin  mühafizə  olunmasına  xidmət  etdiyindən 

həmin  orqanlar  bu  məqsəd  üçün  hər  cür  repressiv  tədbirlərdən 

istifadə  edir.  Qanunvericilikdə  formal  olaraq  insanların  hüquq  və 

azadlıqlarından  bəhs  edilsə  də,  onlar  həyata  keçirilmir  və  sadəcə 

deklarativ xarakter daşıyır. Totalitar rejimlər insanlara, hətta ayrı-ayrı 

xalqlara  qarşı  amansız  dövlət  terroru  həyata  keçirdiynə  görə, 

A.Bezanson totalitarizmi «tamamilə yeni bir yırtıcı» adlandırmışdır.'' 

Totalitar  rejimin  bir  xüsusiyyəti  də  onun  aqressivliyə  meylli 

olması və ardıcıl militarizasiya siyasəti həyata keçirməsi ilə bağlıdır. 

Militarizasiya  siyasəti  daha  çox  həmin  aqressivlikdən  irəli  gəlir  və 

xarici  «düşmənlərin»  məhv  edilməsinə  yönəlir.  Dövlət  cəmiyyətin 

iqtisadi  maraqlarına  zidd  olsa  belə,  bu  məqsədlə  orduya  külli 

miqdarda  vəsait  ayırır,  bu  da  insanların  sosial  rifahına  mənfi  təsir 

göstərir. 

Qeyri-demokratik  rejimin  ikinci  əsas  növü  avtoritar  rejimdir 

(avtoritarizmdir).  «Avtoritarizm»  termini  latınca  hakimiyyət,  nüfuz 

mənasını  verən  auctoritas  sözündəndir.  Avtoritar  rejimdən 

danışarkən  tez-tez  bu  termindən  istifadə  edilir.  Avtoritar  rejimin 

özünün  çoxlu  tipləri  var.  Bu  rejimin  həm  keçmiş  tarixi  dövrlərdə 

müxtəlif  növləri  olmuş,  həm  də  müasir  dövrdə  çeşidli  formaları 

mövcuddur.  Avtoritar  rejim  formalarının  təsnifatı  çoxdur.  Həmin 

təsnifatları  nəzərdən  keçirdikdə  avtoritar  rejimin  tiraniya  rejimi, 

despotiya rejimi, diktatura rejimi, hərbi tiraniya rejimi, hərbi- 

Бенетон Филипп. 

Введение в политическую науку. S. 185. 

308 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə