Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə98/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   94   95   96   97   98   99   100   101   ...   205

ilqar Məmmədov 

dövlət  və  hüquq  nəzəriyyəsində  özünə  yer  almış  ənənəvi 

yanaşmadan  irəli  gəlir.  Digər  təriflər  isə  bu  və  ya  digər  dərəcədə 

onunla  bağlı  olan  təriflərdir.  M.N.Marçenko  yazır  ki,  ənənəvi 

yanaşmadan  çıxış  edən  tədqiqatçılar  dövlət  rejimini  dövlət 

hakimiyyətinin həyata keçirilməsinin üsul və vasitələrinin sistemi ilə 

eyniləşdirməklə  onu  iqtisadi  və  sosial  siyasi  mühitdə  baş  verən 

mühüm  dəyişikliklərə  və  proseslərə  incə  şəkildə  reaksiya  verən 

dövlət  formasının  ən  dinamik  hissəsi  kimi  izah  edirlər.'’  M.N.Mar- 

çenkonun  və  digər  tədqiqatçıların  siyasi  rejimin  (dövlət  rejiminin) 

ifadə etdiyi dinamizmə xüsusi diqqət yetirmələri təsadüfi deyil. Belə 

ki, siyasi rejim (dövlət rejimi) hüquqi münasibətlərlə yanaşı, həm də 

ictimai-siyasi,  sosial-iqtisadi  münasibətlərlə  ifadə  olunur,  bütün  bu 

sahələrdə baş verən vacib proseslərlə, hadisələrlə bağlı olur, onların 

xarakterini, istiqamətini müəyyənləşdirir, həmçinin özü də onlardan 

təsirlənir.  Bu,  o  deməkdir  ki,  siyasi  rejimin  həmin  proseslərlə, 

hadisələrlə «canlı əlaqəsi» var. Odur ki, hakimiyyətlə əhali arasındakı 

münasibətlərin  necə  qurulması,  həmin  münasibətlərin  xarakteri, 

hakimiyyətin  həyata  keçirilməsi  zamanı  fərdlərin,  qrupların,  siyasi 

qüvvələrin  maraqlarının,  həmçinin  ictimaiyyətin  özündən  irəli  gələn 

ümumi maraqların hansı dərəcə və nisbətdə nəzərə alınması, siyasi 

qüvvələr  arasındakı  əlaqələrin  xarakteri  və  diapazonu,  dövlət 

orqanlarının  idarəetmə  işində  faktiki  rolu  insan  hüquqlarının  həyata 

keçirilmə və təmin olunma səviyyəsi və s. bu kimi hadisələr dövlətin 

digər formalarından çox, siyasi rejimlə müəyyənləşir. 

Siyasi rejim sadəcə olaraq hüquqi aktların qəbul edilməsi yolu ilə 

formalaşmır.  Yəni  onun  formalaşması  üçün  hüquqi  aktların  olması 

kifayət deyil. Siyasi rejimin formalaşma mənbəyi birbaşa cəmiyyətin 

özünün inkişaf xüsusiyyətlərindən, siyasi, sosial-iqtisadi, sivilizasion, 

etno-mədəni,  geosiyasi  faktorlardan  irəli  gəlir.  Bu  məsələdə  siyasi 

elitaların rolu az deyil. Bəzən ayrı- ayrı siyasi xadimlərin fəaliyyəti də 

siyasi rejimin xarakterinə ciddi 

'Марченко M.H. 

Проблемы теории государства и права. S.208. 



294 


Dövlət və hüquq nəzəriyyəsi 

təsir  göstərir.  V.Y.Çirkin  yazır  ki,  siyasi  rejimin  (dövlət  rejiminin) 

xarakterinə ölkədə mövcud olan partiya sistemi, dövlət orqanlarının 

qarşılıqlı münasibətləri, siyasi partiyaların, ictimai birliklərin və dövlət 

orqanlarının  əhali  ilə  birbaşa  və  əks  əlaqələri,  cəmiyyətdə  mövcud 

olan  hakim  ideologiya,  siyasi  mədəniyyətin  səviyyəsi,  ənənələr  və 

bəzən  dövlət  başçısının  şəxsiyyəti  də  daxil  olmaqla,  bir  çox  başqa 

hallar  öz  təsirini  göstərir.  Lakin  başlıca  amil  dövlət  hakimiyyətinin 

xarakteridir.  Belə  ki,  xalqın  iradəsinə  söykənən  demokratik 

hakimiyyət demokratik rejimi doğurur. Hakimiyyət yalnız müəyyən bir 

sinfin  və  ya  sosial  təbəqənin  mənafeyini,  klanın,  partiya-dövlət 

nomenklaturasının, milli və ya etnik qrupun və s. maraqlarını müdafiə 

etdikdə isə diktatura, bu və ya digər formada avtoritar rejim meydana 

gəlir.'' 

Hər  bir  rejimin  xarakterinə  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarının təmin olunma səviyyəsi, cəmiyyətin həyatında hüququn 

faktiki  rolu,  dövlətin  daxili  siyasətində  polisin,  ordunun,  digər  güc 

strukturlarının yeri, insanların ictimai-siyasi həyatda və dövlətin idarə 

olunmasında  iştirak  dərəcəsi  və  belə  iştirakın  həyata  keçirilmə 

qaydaları  və  üsulları,  cəmiyyətdə  baş  verən  siyasi  və  ictimai 

konfliktlərin həll edilmə qaydaları çox ciddi təsir göstərir. Dövlət rejimi 

birdən yaranmır, tarixən formalaşan obyektiv faktorların və müəyyən 

subyektiv  faktorların,  həmçinin  cəmiyyətin,  xalqın  özünəməxsus 

cəhətlərinin  təsiri  ilə  təşəkkül  tapır  və  konkret  bir  formada  təzahür 

olunur. Siyasi rejimin konkret formada təzahürünə təsir edən obyektiv 

faktorlar  həm  endo-  gen  (müvafiq  cəmiyyətdə  baş  verən 

hadisələrdən,  proseslərdən  irəli  gələn  amillər),  həm  də  ekzogen 

(konkret bir dövlətdən, cəmiyyətdən kənarda-bütün dünyada və ya bir 

çox dövlətləri əha- tələyən dünyanın hər hansısa bir regionunda baş 

verən  hadisələrdən,  proseslərdən  doğan  amillər)  xarakterli  olur  və 

onlar bir- birini tamamlayır. Hər hansısa cəmiyyətin və mədəniyyətin 

inkişaf səviyyəsinin yüksək, dövlətin isə qüdrətli olması, tarixən 

Çirkin V.Y. Xarici ölkələrin konstitusiya hüququ. S. 

232, 


295 


ilqar Məmmədov 

uzun  müddət  güclü  olaraq  qalması,  siyasi  ənənələrini  qoruyub 

saxlaması  və  onları  inkişaf  etdirə  bilməsi,  bu  və  ya  digər  formada 

ekumenik  iddialarla  digər  cəmiyyətlərə,  dövlətlərə  təsir  göstərməsi 

siyasi  rejimə  təsir  edən  faktorların  daha  çox  endogen  xarakterli 

olmasına  səbəb  olur.  Dövlətin  zəif  olması,  cəmiyyətin  və 

mədəniyyətin inkişaf baxımından geri qalması, iri dövlətlərin qüdrəti 

qarşısında aciz olması isə ekzogen xarakterli amillərin siyasi rejimə 

təsir  göstərə  bilməsinə  geniş  imkan  yaradır.  Ekzogen  və  endogen 

xarakterli  amillər  arasında  əlaqə  dövlətlərin  bir-  birinə  göstərdiyi 

təsirdən  irəli  gəlməklə  müəyyən  hallarda  dövlətçiliyin  inkişafına 

səbəb olur. 

Dövlət  hakimiyyətinin  həyata  keçirilməsinin  üsul  və  metodları 

siyasi  rejimin  xarakterilə  müəyyənləşir.  Ümumiyyətlə,  dövlət 

hakimiyyətinin həyata keçirilməsi metodları həddindən artıq çoxdur. 

Tədqiqatçıların  fikrincə,  onlara  siyasi  partiyaların  fəaliyyətinə  icazə 

verilib-verilməməsi,  ictimai  təhlükəli  hesab  olunan  əməllərin 

kriminallaşdırılması və onların qarşısının alınması tədbirlərinin həyata 

keçirilməsi, bu əməllərə görə cinayət təqibinin həyata keçirilməsi və 

təqsirli  bilinən  şəxslərin məsuliyyətə  cəlb  edilərək  cəzalandırılması, 

müxalifətin  leqallaşdırılması  və  ya  onun  təqib  edilməsi,  mütəmadi 

şəkildə  hakimiyyət  üçün  təhlükəli  hesab  edilən  siyasi  təşkilatların 

keçirdiyi kütləvi tədbirlərin polis və ordu vasitəsilə qarşısının alınması, 

rəsmi ideologiyanın tərəfdarları olmayanlara qarşı repressiv təqiblərin 

həyata keçirilməsi, siyasi baxımdan təhlükəli hesab olunan şəxslərin 

bu  və  ya  digər  üsullarla  fiziki  cəhətdən  məhv  edilməsi,  iş  saatı 

müddətinin 

və 


minimum 

əmək 


haqqı 

səviyyəsinin 

müəyyənləşdirilməsi,  qanunvericilik  vasitəsilə  istənilən  zorakılığın 

legitimləşdirilməsi  və  yaxud  insan  hüquq  və  azadlıqları  vasitəsilə 

dövlət iradəsinin məhdudlaşdırılması və digər siyasi, iqtisadi, inzibati, 

ideoloji metodlar aid edilir. Tədqiqatçılardan çoxu həmin metodların 

xarakterini, tətbiq olunma üsulunu əsas götürərək ümumilikdə onları 

iki qismə: liberal metodlara (güzəşt metodlarına) və zorakı metodlara 

ayırır. Metodların xarakterinin müəyyənləşdirilməsi üçün hakimiyyətin 

insan şəxsiyyətinə, fərdə, sosial qruplara, milli 

296 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə