ilqar Məmmədov
Federasiyada dövlət aparatı iki səviyyədə təşkil olunur. Yuxarı
səviyyədə federal mərkəzin aparatı durur. Nisbətən tabeli səviyyədə
isə subyektlərin öz dövlət aparatı hakimiyyət funksiyalarını həyata
keçirir. Yəni federal səviyyədə fəaliyyət göstərən hakimiyyət
orqanlarının bir çoxu subyektlər səviyyəsində də təkrarlanır və
beləliklə, iki səviyyədə təşkil olunan aparat səlahiyyətlərin, idarəetmə
predmetlərinin bölünməsi əsasında hakimiyyətin həyata keçirilməsini
və cəmiyyətin idarə olunmasını təmin edir. Bu, o deməkdir ki,
federativ dövlətdə hakimiyyətin iyerarxiyası mövcuddur. Başda duran
ali, suveren hakimiyyətdir. İkincisi isə tabelidir, məhduddur. Odur ki,
daha əhəmiyyətli, daha vacib səlahiyyətlər məhz federal
hakimiyyətə, federal hakimiyyəti həyata keçirən orqanlara
məxsusdur.
Adətən, federasiyalarda parlament iki palatadan ibarət olur. Bu
palatalardan birində (yuxarı palatada) böyüklüyündən və
kiçikliyindən, həmçinin əhalisinin sayından asılı olmayaraq dövlətin
bütün regional vahidlərinin, yəni bütün subyektlərin maraqları
bərabər təmsil olunur. İkinci palatada (aşağı palata) isə hər bir
subyekti təmsil edən deputatların sayı subyektin ərazisində yaşayan
seçicilərin sayından asılı olur. Bu ənənənin əsası ABŞ- da
qoyulmuşdur. Parlamentin belə bir quruluşa malik olmasının bir
səbəbi də həm federal maraqların, həm də federasiya subyektlərinin
maraqlarının qanunverici orqanda nəzərə alınması ilə bağlıdır.
Federasiya subyektlərinə qanunvericilik aktları və digər növ
normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti verilir.
Federativ dövlətdə vahidlik prinsipi əsasında qurulan hüquq
sistemi olsa da, federasiya subyektlərinə də öz hüquq sistemini
yaratmaq imkan verilir. Federasiya subyektlərinin öz hüquq sistemini
yaratması qanunların subordinasiyası, iyerarxiyası prinsipinə
əsaslanır. Fləmin prinsipə görə, subyektlərin konstitusiyası federal
konstitusiyaya, qanunları isə federal qanunverici orqanın qəbul etdiyi
qanunlara uyğun olmalıdır. Bu, yuxarıda qeyd etdiyimiz vahidlik
prinsipinin təmin olunmasına xidmət edir.
Federativ dövlətlərdə ikili vergi sistemi mövcuddur. Vergilər
federal vergilər və subyektlərin vergiləri şəklində yığılır. Buna
282
Dövlət və hüquq nəzəriyyəsi
baxmayaraq, yığılan vergilər üzərində sərəncam mərkəzdən verilir və
onların bir qismi istifadə edilməsi üçün büdcə vasitəsilə subyektlər
arasında paylanır. Subyektlərin özlərinin digər gəlirləri çox məhdud
olduğundan onlar federal dövlətdən əlavə təminatlar (subsidiyalar,
dotasiyalar) alırlar. Odur ki, federal hakimiyyət subyektlər üzərində
nəzarəti həyata keçirərkən həm də bu cür maliyyə asılılığından
istifadə edir.
Federativ
dövlətlərin
formal
əlamətlərindən
biri
də
federasiyaların bir çoxunda ikili vətəndaşlığın olmasıdır. İkili
vətəndaşlıq federasiya ilə bərabər subyektlərin öz vətəndaşlığının
olmasını ehtiva edir. Bu halda federasiya subyektlərinin vətəndaşları
həm də federasiyanın vətəndaşıdırlar, yəni federal səviyyədə onlar
eyni vətəndaşlığa malikdirlər.
Federativ dövlətlərdə beynəlxalq əlaqələr, digər dövlətlərlə
münasibətlər yalnız federasiyanın hakimiyyət orqanları vasitəsilə
həyata keçirilir. Lakin bəzən, xarici işlər nazirliyinin icazəsi ilə
federasiya
subyektlərinə
digər
dövlətlərin
ərazisində
öz
nümayəndəliklərini açmağa icazə verilir. Onlar siyasi deyil, yalnız
iqtisadi və mədəni xarakterli vəzifələri yerinə yetirir.
Sadalanan əlamətlərdən görünür ki, federalizmin əsas
xüsusiyyəti mərkəzçilikdən imtina edilməsi, federal hakimiyyət və
subyektlər səviyyəsində müxtəlif dövlət orqanları arasında hakimiyyət
səlahiyyətlərinin
dispersiyasının
(yayılması,
bölünməsi)
strukturlaşdırılmış şəkildə təşkili ilə bağlıdır. Tədqiqatçılar hesab
edirlər ki, unitarizmlə müqayisədə federalizm daha demokratik dövlət
quruluşu formasıdır və məhz buna görə də, federasiyaların
əksəriyyətində
respublika
idarəetmə
forması
mövcuddur.
İ.N.Homerov yazır: «Federativ dövlət quruluşu forması dövlət
quruluşunun digər formaları ilə müqayisədə daha demokratikdir,
çünki hakimiyyətin yalnız üfüqi deyil, həm də şaquli istiqamətdə
bölünməsinə səbəb olur».'' Bu halda vacib olan odur ki, hakimiyyət
səlahiyyətlərinin dispersiyası formal-hüquqi təsbit olunma ilə yanaşı,
həm də faktiki xarakter daşısın, yəni formal-deklorativ
'Гомеров И.Н.
Государство и государственная власть. S.756.
283
ilqar Məmmədov
hadisə deyil, real münasibətlərdə konkretləşən bir hadisə olsun,
həmçinin insan və vətəndaş hüquq və azadlıqları təmin edilsin. Çünki
hakimiyyət səlahiyyətlərinin dispersiyasını təmin edən federaiizm
yalnız real münasibətlərdə gerçəkləşməklə diktaturanın qarşısını aia
bilər. Tədqiqatçıların fikrincə, federativ dövlət quruluşu formasının
daha demokratik oiması həm də əhaiinin bütün səviyyələrdə
hakimiyyətin təşkiiində və həyata keçirilməsində iştirakının təmin
edilməsi iiə bağlıdır. Bu baxımdan Q.V.Atamançuk yazır ki,
federaiizm «xaiq hakimiyyətinin bütün təşkilati strukturlar vasitəsiiə
həyata keçirilməsini ehtiva edir».''
Federativ dövlətin yaranmasının bir neçə üsuiu var. Belə ki,
federasiyalar ya ümumi maraqlar əsasında müstəqil dövlətlərin
birləşməsi nəticəsində, ya da dövlət daxilində ərazi vahidiərinin
muxtariyyətinin inkişaf etməsi yoiu iiə yaranır. Sonuncu halda
federativ dövlət quruluşu forması hakimiyyətin özü tərəfindən
konstitusiya qaydasında müəyyənləşdiriiir. Bəzən də elə olur ki, artıq
mövcud oian federativ dövlət kənar bir ərazini dövlətçilik əlamətlərinə
malik oian qurum kimi təşkilatlanmaq şərti ilə özünə birləşdirir və bu
yoila öz ərazisini genişləndirir. Məsəiən, 13 müstəqii ştatın («ştat»
ingiliscə «state» sözündəndir və dövlət deməkdir) arasında bağianan
müqavilə nəticəsində yaranmış ABŞ-ın ştatlarının bir qismi bu döviət
yarandıqdan xeyli sonra dövlətə birləşdirilən yeni ərazilərin hesabına
təşkil olunmuşdur.
Müstəqil dövlətlərin birləşməsi nəticəsində formalaşan federativ
dövlətə 1964-cü ildə yaranmış Tanzaniyanı misal göstərə bilərik.
Həmin federasiya Tanqanika iiə Zənzibarın biriəşməsi nəticəsində
yaranmışdır.
Dövlət hakimiyyəti aktları ilə formalaşan federativ dövlətiərə
Hindistanı, Pakistanı misal göstərmək olar. Həmin döviətlərin
federativ dövlət kimi təşkil olunması dövlət ərazisinin tərkib
hissələrinin konstitusiyada federasiya subyektləri kimi təsbit
edilməsinə əsaslanır. Yəni bu dövlətlərin federativ dövlət quruluşu
formasına malik oiması dövlətin öz ərazisinin tərkib hissələ-
' Атаманчук Г.В.
Теория государственного управления. M., 2004, s.
218.
284
Dostları ilə paylaş: |