Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə96/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   92   93   94   95   96   97   98   99   ...   205

ilqar Məmmədov 

İmperiya.  İmperiya  bəşər  tarixində  uzun  müddət  ən  geniş 

yayılmış dövlət quruluşu forması olmuşdur. Ayrı-ayrı sivilizasiyaların, 

mədəniyyətlərin,  etnosların,  tarixi  dövrlərin  və  cəmiyyətlərin  inkişaf 

səviyyəsinin  özünəməxsus  cəhətlərindən  asılı  olaraq  imperiyanın 

müxtəlif  variantları  yaranmışdır,  imperiyanın  müxtəlif  tarixi 

variantlarından  danışarkən.  Qədim  iran  dövlətini.  Qədim  Roma 

dövlətini, Bizansı, Abbasilər, Əməvilər dövrünün ərəb xilafətini. Çar 

Rusiyasını, Qsmanlı dövlətini. Böyük Britaniyanı və s. misal göstərə 

bilərik. 

İmperiyalar  bir  etnosun  qurduğu  dövlətin  digər  etnosların, 

dövlətlərin  ərazisini  işğal  etməsi  nəticəsində  yaranmışdır.  Qdur  ki, 

imperiyalar  özü  ilə  bir  çox  etnosları  və  mədəniyyətləri  əhatə  etmiş, 

lakin dövlət kimi əksər hallarda bir etnosun siyasi təşkilatı olmuşdur. 

İmperiya tərkibində olan xalqlar arasındakı münasibətlər də bərabər 

səviyyəli  münasibətlər  olmamış,  dövlət  idarəçiliyi  hakim  xalqın 

digərlərini istismar etməsi qaydasında həyata keçirilmişdir. Odur ki, 

imperiyalarda daim dövlət hakimiyyəti tam şəkildə mərkəzləşdirilmiş, 

hərbi  güc  mərkəzi  hakimiyyətin  əlində  cəmləşmişdir.  Mərkəzi 

hakimiyyətin  zəifləməsi  dərhal  yerlərdə  hakimiyyətə  qarşı  baş 

qaldırmalarla,  ayrı-ayrı  xalqların  imperiyadan  ayrılmağa  cəhd 

göstərməsi  ilə  müşayiət  olunmuşdur.  İmperiyaların  qurulmasında 

ekumenik  xarakterli  ideologiyaların,  siyasi,  dini  görüşlərin  rolu  az 

olmamışdır.  Məsələn,  Osmanlı  imperiyasının  yaranması  və 

inkişafında  islam  dininin  yayılması  və  qorunması  ideyası  güclü  rol 

oynamışdır.  Böyük  Britaniya  imperiyasında  isə  imperialist  siyasətin 

əsaslandırılması  üçün  anqlo-saksların,  ümumiyyətlə  avropalıların 

mədəni üstünlüyü ideyasından geniş şəkildə istifadə olunurdu. 

İmperiyalarda  regionlar,  yəni  periferiya  hesab  olunan  ərazilər 

(müstəmləkələr,  əyalətlər)  mərkəzdən  asılı  vəziyyətdə  olmuş  və  bu 

baxımdan,  idarəetmə  sistemi  piramidal  şəkildə  qurulmuşdur. 

Mərkəzə  (metropoliyaya)  tabe  olan  xalqların  dövlətin  idarəetmə 

sisteminə  obyekt  qismində  daxil  olması  ümumi  bir  qayda  idi. 

İdarəetmənin  bu  cür  təşkil  olunması  hakimiyyətin  mərkəzdə 

cəmləşməsindən irəli gəlirdi. İ.N.Homerov imperiya dövlət quru- 

288 



Dövlət və hüquq nəzəriyyəsi 

luşu  formasının  özünəməxsusluğunu  xarakterizə  edərkən  yazır  ki, 

imperiyalar  elə  dövlətlərdir  ki,  onlarda  etnik  tərkib  və  mədəni 

mənsubiyyət baxımından əhalinin tərkibi qarışıq və rəngarəng, ərazi 

isə  geniş  olur.  Bütün  imperiyanın  ərazisi  ilə  müqayisədə  kiçik  bir 

əraziyə  malik  olan  metropoliya  digər  regionlar  və  müstəmləkələr 

hesabına öz resurslarını artırmaq siyasətini həyata keçirir, hakimiyyət 

metropoliyada cəmləşir, digər regionların, müstəmləkələrin hüquqları 

həddindən artıq məhdudlaşdırılmış olur.'' 

İmperiyalara xas olan ümumi cəhətlər aşağıdakılardır: 

-

 

dövlət ərazisinin böyüklüyü; 



-

 

güclü mərkəzləşdirilmiş hakimiyyət



-

 

yeni  ərazilərin  işğal  edilməsinə,  ekspansiyalara  can  atan 



elitaların olması; 

-

 



mərkəzlə 

periferiya 

arasında 

asimmetrik 

xarakterli 

hakimiyyət-tabeçilik münasibətləri; 

-

 

etnik  və  mədəni  mənsubiyyət  baxımından  mürəkkəb  tərkibli 



əhali, yəni mədəniyyətlərin və etnosların qarışıqlığı; 

-

 



müxtəlif sosial qruplara aid maraqların fövqündə duran ümumi 

siyasi layihənin olması. 

İmperiya dövlət quruluşu forması kimi demək olar ki, keçmişdə 

qalmışdır. Düzdür, müasir dövrdə də elə dövlətlər var ki, imperiyaya 

çox  oxşayır.  Məsələn,  V.İ.Vlasov  müasir  Çin  dövlətini  imperiya 

sistemi kimi xarakterizə edir. Əslində isə Çin dövləti və digər imperiya 

əlamətlərinə  malik  olan  dövlətlər  formal-hüquqi  cəhətdən  müasir 

dövrdə  geniş  yayılmış  dövlət  quruluşlarından  birinə  malikdir,  yəni 

onlar  ya  unitar,  ya  da  federativ  dövlətlərdir.  Həmin  formaların 

elementlərinin bir çoxu faktiki münasibətlərdə də özünə yer almışdır. 

Bu dövlətlərin imperiya əlamətlərinə malik olması isə ondan irəli gəlir 

ki,  onlar  tarixən  imperiya  olmuş  və  müasir  dövrün  tələbinə  uyğun 

olaraq,  yalnız,  son  yüz  il  ərzində  dövlət  quruluşu  formasını 

dəyişmişlər. 

Гомеров И.Н. Государство и государственная власть. S.762. 

289 



ilqar Məmmədov 

Konfederasiya. 

Konfederasiya  ümumi  maraqlar  əsasında 

yaranan 


dövlətlər 

ittifaqıdır. 

Federasiyadan 

fərqli 


olaraq 

konfederasiya  vahid  dövlət  deyil,  o  müstəqil  dövlətlərin  siyasi, 

iqtisadi,  hərbi,  sosial  məsələlərin  birgə  həll  edilməsi  məqsədi  ilə 

yaratdığı  beynəlxalq-hüquqi  xarakterli  ittifaqdır.  Onun  subyekti  olan 

hər bir dövlət öz suverenliyini itirmir, istənilən vaxt konfederasiyadan 

çıxa  bilir,  beynəlxalq  hüquq  əsasında  digər  dövlətlərlə  müstəqil 

şəkildə  münasibət  qurur.  Üzv  dövlətin  konfederasiya  orqanlarının 

istənilən aktı ilə razılaşmamaq, onun öz ərazisində qüvvədə olması 

ilə razılaşmamaq hüququ var. 

Konfederasiya  bir qayda olaraq  müqavilə,  könüllülük  əsasında 

yaradılır  və  əsas  məqsədlərə  nail  olmaq,  qarşıda  duran  məsələləri 

həll  etmək  üçün  üzv  dövlətlərin  ali  hakimiyyət  orqanları  tərəfindən 

konfederasiyanın  müvafiq  orqanları  təşkil  olunur.  Həmin  orqanların 

vəzifəsi  qarşıda  duran  məqsədlərin  həyata  keçirilməsindən, 

məsələlərin  həll  edilməsindən  ibarətdir.  Konfederasiya  orqanları 

tərəfindən həll edilən məsələlərin dairəsi bir o qədər də geniş olmur. 

Üzv dövlətlərin vətəndaşları konfederasiyanın vətəndaşı deyillər. 

Çünki  konfederasiyanın  özünün  vahid  vətəndaşlığı  olmur. 

Konfederasiya  öz  konstitusiyasına  və  qanunvericiliyinə  də  malik 

deyil. Üzv dövlətlər arasında bağlanan müqavilə əsas hüquqi sənəd 

kimi  çıxış  edir.  Konfederasiya  orqanlarının  normativ  hüquqi  aktlar 

qəbul etmək hüququ olsa da onlar tövsiyə xarakterlidir. 

Konfederasiyanın  özünün  suverenliyi  olmur.  Onun  orqanları 

subyektlərin ali hakimiyyət orqanları deyil. Konfederasiyanın hətta öz 

vahid  ərazisi  də  yoxdur.  Üzv  dövlətlərin  hər  biri  öz  ərazisini  özü 

müdafiə edir. Konfederasiya hərbi ittifaq olduğu halda belə, yaradılan 

hərbi güc üzv dövlətlərin silahlı qüvvələrindən təşkil olunur. 

Konfederasiyanın  fəaliyyəti  üçün  zəruri  olan  maliyyə  vəsaiti 

qarşılıqlı razılaşmaya əsasən subyektlər tərəfindən təmin edilir. 

Konfederasiyaların ömrü qısa olur. Yəni bu qurumlar müəyyən 

səbəblərdən  uzun  müddət  mövcud  ola  bilmir.  Tarix  göstərir  ki, 

konfederasiyaların aqibəti iki cür olur. O, ya inteqrasiyanın 



290 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə