Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə97/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   93   94   95   96   97   98   99   100   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

güclənməsi  və  keyfiyyətcə  yeni  siyasi-hüquqi  münasibətlərin 

yaranması nəticəsində federasiyaya çevriiir, ya da ki, üzv dövlətlərin 

ayrılması  nəticəsində  dağılır.  Məsələn,  1781-1787-ci  illər  ərzində 

ABŞ konfederativ xarakterli ittifaq olmuş və konfederasiyaya üzv olan 

ştatlar  arasında  inteqrasiyanın  güclənməsi,  idarəetmənin  daha 

səmərəli  şəkildə  təşkil  edilməsinə  zərurətin  yaranması  nəticəsində 

federasiyaya  çevrilmişdir.  1815-ildə  konfederasiya  kimi  yaradılan 

İsveçrə  İttifaqının  da  sonu  1848-ci  ildə,  demək  olar  ki,  eyni  cür 

olmuşdur.  XX  əsrin  80-cı  illərində  Seneqalla  Qambiya  arasında 

bağlanan müqavilə nəticəsində yaradılmış konfederasiya isə, heç on 

il yaşamadı. 1958-ci ildə Misirlə Suriyanın yaratdığı konfederasiya da 

üç üdən sonra, yəni 1961- ci ildə artıq yox idi. Konfederasiyaların ləğv 

olunmasının  əsas  iki  səbəbi  var:  ya  üzv  dövlətlər  arasında 

ziddiyyətlərin yaranması və artması konfederasiyanın mövcudiuğuna 

son qoyur ya da ki, bu ittifaq qarşısında duran məqsəd və vəzifələr 

həyata keçmiş oiur. 

Müasir  tədqiqatçıların  bir-çoxu  hal-hazırda  Avropa  Birliyi 

çərçivəsində  baş  verən  prosesləri  Avropada  özünəməxsus  cəhət- 

iərə  malik  olan  yeni  bir  konfederasiyanın  formalaşması  kimi 

xarakterizə edirlər. 

§ 4. SİYASİ REJİM (DÖVLƏT REJİMİ) 

Birinci  paraqrafında  qeyd  etdiyimiz  kimi,  döviət  formasının 

üçüncü  elementi  iki  cür,  «siyasi  rejim»  və  ya  «dövlət  rejimi» 

adlandırılır. Bəzi müəlliflər isə onu siyasi-hüquqi rejim adlandı- rıriar. 

Bir sözlə, bu problemlə bağlı polemikalar xeyli müddətdir ki, davam 

edir və hələ də öz həllini tapmamışdır. 

Siyasi  rejim  (dövlət  rejimi)  deyərkən,  dövlət  hakimiyyətinin 

həyata keçirilməsi metodiarının, üsul və vasitələrinin məcmusu başa 

düşülür.  İdarəetmə  forması  və  dövlət  quruluşu  forması  daha  çox 

dövlət  formasının  təşkilati,  yəni  struktur  tərəfini,  siyasi  rejim  isə 

funksional tərəfini, həmçinin də dövlət idarəçiliyini 



291 


ilqar Məmmədov 

həyata  keçirənlərlə  idarə  olunanlar  arasında  hakimiyyətin  həyata 

keçirilməsi ilə bağlı münasibətlərin, o cümlədən, insana və cəmiyyətə 

göstərilən  münasibətin  xarakterini  ifadə  edir.  Fransız  alimi  Filipp 

Beneton düzgün olaraq yazır ki, rejim «qanunlarla bərabər, həm də 

insanların  davranışından  ibarətdir.  O,  idarəe-  dənlərin  hakimiyyəti 

həyata  keçirərkən  istifadə  etdikləri  üsuliar-  dan  ayrı  deyil.  Qısacası 

burada insanlar əsasdır».'' 

Siyasi  rejim  hakimiyyətin  həyata  keçirilməsinin  hüquqi  və 

qeyri-hüquqi  üsullarını  əhatə  edir.  Odur  ki,  siyasi  rejim  xarakterizə 

edilərkən həm hüquqi, həm də qeyri-hüquqi üsulların nəzərə alınması 

eyni dərəcədə əhəmiyyətlidir. Fiər bir konkret siyasi rejimin növünü, 

xarakterini  müəyyənləşdirmək  üçün  insan  hüquq  və  azadlıqlarının 

təmin 


olunub-olunmaması, 

vətəndaşların 

hüquqlarının 

qorunub-qorunmaması, hakimiyyət institutlarının fəaliyyətinin hüquqi 

formada  həyata  keçirilib-keçirilməməsi  və  s.  xüsusi  olaraq  nəzərə 

alınır.  Hüquqi  formanın  özü  bəzən  hakimiyyət  üçün  şirma  rolunu 

oynayır  və  onun  arxasında  özbaşınalıqlar  durur,  hakimiyyətdən 

sui-istifadə  edilir,  hüquqlar  tapdalanır  və  azadlıqlar  boğulur.  Buna 

görə  də,  birinci  növbədə  faktiki  münasibətlər  nəzərə  alınır. 

A.B.Vengerov  bütün  bunlara  görə  hesab  edir  ki,  siyasi  rejim  hər 

zaman siyasi-hüquqi rejim kimi təzahür olunur. 

Hakimiyyətin həyata keçirilməsinin üsul və vasitələri, metodları 

ilə  yanaşı  insan  hüquq  və  azadlıqlarının  həcmi,  dövlətlə  cəmiyyət 

arasındakı qarşılıqlı münasibətlərin xarakteri, siyasi qərarların qəbul 

edilməsinə  cəmiyyətin  təsir  göstərmək  imkanının  olub-oimaması, 

siyasi  qərarların  qəbul  olunması  metodları,  siyasi  institutların 

formalaşma üsulları da siyasi rejimin keyfiyyət göstəriciləridir. Odur 

ki,  siyasi  rejim  dövlətin  sosial-siyasi  mahiyyətini,  təyinatını,  necə 

fəaliyyət  göstərməsini,  siyasi  proseslərdə  vətəndaşın  iştirakını, 

fərdin,  sosiai  qrupların,  cəmiyyətin  dövlətə  təsir  imkanlarını  əks 

etdirir.  Siyasi  rejimlər  təsnifləşdirilərkən,  ilk  növbədə,  bunlar  əsas 

götürülür. 

‘Бенетон Филипп. 

Введение в политическую науку. М., 2002, 

S. 

155. 


292 


Dövlət və hüquq nəzəriyyəsi 

Siyasi rejimin cəmiyyətin siyasi sistemi ilə əlaqəsi tədqiqatçıların 

diqqət  mərkəzində  olan  məsələlərdən  biridir.  Siyasi  rejimlə  siyasi 

sistem arasında qarşılıqlı əlaqələr məsələsinə daha çox qərb alimləri 

tərəfindən  diqqət  verilir.  Onların  təsiri  ilə  rusiyalı  nəzəriyyəçilər 

arasında da siyasi rejimlərin siyasi sistem nəzəriyyəsi prizmasından 

öyrənilməsinə  maraq  artmışdır.  Məsələn,  Y.A.Kudryavtsev  siyasi 

rejimi  həmin  prizmadan  izah  edərək  yazır  ki,  siyasi  rejim  «dövlət 

formasının bir elementi kimi dövlət hakimiyyətinin həyata keçirilməsi 

metodlarının  (üsul  və  vasitələrinin)  və  formaiarının  məcmusunu, 

həmçinin  də  siyasi  sistem  elementlərinin  fəaliyyətini  xarakterizə 

edir».'*  V.İ.Vlasov  isə  belə  yazır;  «Siyasi  rejim  siyasi  sistem 

institutlarının  və  təşkilatlarının  fəaliyyət  formalarının,  həmçinin  bu 

sistem çərçivəsində hakimiyyətin həyata keçirilməsi metodlarının və 

siyasi aktivliyin əsas istiqamətlərinin məcmusudur».^ 

Dövlət  və  hüquq  nəzəriyyəsində  başqa  təriflər  da  var.  Həmin 

təriflərdən  birinə  görə,  dövlət  rejimi  deyərkən,  «hakimiyyətdə  olan 

qruplar,  siniflər  və  ya  təbəqələr  tərəfindən  dövlət  hakimiyyətinin 

həyata keçirilməsi üçün istifadə olunan üsul və metodların məcmusu 

başa  düşülür».^  Digər  bir  tərifdə  isə  dövlət  rejimi  cəmiyyətdəki 

azadlığın  və  demokratiyanın  xarakteri  və  vəziyyətində  özünü 

göstərən dövlət təşkilatlanması hadisəsi kimi izah edilir.4 

Dövlət  və  hüquq  nəzəriyyəsində  ən  çox  istifadə  olunan  tərifə 

görə,  siyasi  rejim  (dövlət  rejimi)  dövlət  hakimiyyətinin  həyata 

keçirilməsi  metodlarının,  üsul  və  vasitələrinin  məcmusudur.  Demək 

olar ki, bütün nəzəriyyəçilərin qəbul etdiyi bu ümumi tərif 

* Кудрявцев Ю.А. Политические режимы; критерии классификации и 

основные 

виды. 

Правоведение. 



Изд.-во 

Санкт-Петербургского 

Университета. № 1,2002, з. 196. 

2 Власов В.И. Теория государства и права. 8. 152. 

^ Общая теория государства и права. Академический курс. Том 1. 8. 

152. 


^  Общая  теория  государства  и  права.  Академический  курс.  Том  1. 

8.301. 


293 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə