Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə100/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   96   97   98   99   100   101   102   103   ...   205

ilqar Məmmədov 

inkişafından doğan mütərəqqi rejimdir. Müasir demokratiya kompleks 

bir  hadisə  olmaqla  ictimai  həyatın  bütün  sahələrinə-siyasi,  iqtisadi, 

mədəni-mənəvi,  mental  sferalara  öz  təsirini  göstərmiş,  həmçinin 

dövlət hakimiyyətinin müvafiq qaydada təşkili ilə yanaşı hakimiyyətin 

həyata  keçirilməsinin  müvafiq  üsul  və  vasitələrini,  metodlarını  da 

doğurmuşdur.  İngilis  alimi  Antoni  Arblas-  terin  yazdığı  kimi, 

demokratiya  «sadəcə  hökumət  forması  və  ya  hakimiyyətin  təşkili 

forması kimi başa düşülmür, o həm də bütün cəmiyyətə aid olan bir 

anlayış və hadisə kimi qəbul edilir. Məhz buna görə də, Aleksis de 

Tokvilin  məşhur  «Amerikada  demokratiya»  əsəri  hökumət  və  ya 

siyasi 


sistemdən 

çox, 


bütövlükdə 

Amerika 


cəmiyyəti 

haqqındadır».İngilis  aliminin  qeyd  etdiyi  kimi,  demokratiya  həm  də 

«tənqidi» 

ideyadır, 

yəni 

reallığın 



qiy- 

mətlənidirilməsinə 

istiqamətlənmiş  norma  və  ya  idealdır.  Buna  görə  də,  hadisələrə, 

proseslərə  tənqidi yanaşmanı,  həmçinin  özündə  inkişaf  edə  bilmək 

imkanını  ehtiva  edən  dinamik  hadisədir.  K.S.Qadjiyev  də  bu  cür 

geniş yanaşmadan  çıxış edərək yazır  ki,  demokratiya,  ilk  növbədə, 

«fundamental  bir  istiqamət,  bir  növ  dəyərlər  şkalası,  insanın 

cəmiyyətdəki yeri haqqında müəyyən bir konsepsiyadır. Demokratiya 

özü  ilə  həm  də,  hamının  qanun  qarşısında  bərabər  və  hər  bir 

cəmiyyət  üzvünün  yaşamaq  hüququna  malik  olmasını,  azadlıq  və 

şəxsi mülkiyyət hüququ haqqında fundamental postulata əsaslanan 

həyat tərzini ifadə ed ir». 2 

Demokratiyanın cəmiyyətin fundamental istiqamətinə çevrilməsi 

demokratik  institutların  siyasi  müstəvidə  də  inkişaf  etməsinə  və 

demokratik  siyasi  rejimlərin  formalaşmasına  səbəb  olmuşdur. 

Demokratiyanın və demokratik siyasi rejimin inkişafının əsasında bir 

sıra  prinsiplər  durur.  Demokratiyanın  prinsipləri  həm  dövlət 

hakimiyyətinin  təşkili  və  fəaliyyəti,  həm  də  insanın  statusu  və 

dəyərləndirilməsi ilə bağlı olan prinsiplərdir. 

’ Arblaster Antony. 

Demokracy. Printed and bound by J.W.Arrosmith 

Limited, Bristol, s. 9. 



Гаджиев. K.C. 

Введение в политическую науку. M., 1997, 

S.141.


 

300 


Dövlət və hüquq nəzəriyyəsi 

Həmin  prinsiplərdən  biri 

xalqın  suverenliyi 

prinsipidir.  Bu 

prinsipin  əsasında  duran  ideya  Avropa  ölkələrində  burjua 

inqilablarının  baş  verdiyi  dövrdə  formalaşmışdır.  Xalqın  suverenliyi 

ideyasına görə, siyasi hakimiyyətin mənbəyi xalqdır və bu baxımdan 

xalq  siyasi  münasibətlərin  fərdi  və  qrup  subyektlərinin  iradəsindən 

asılı  deyil,  öz  iradəsini  ifadə  etməkdə  müstəqildir  və  bu  iradənin 

fövqündə  dura  biləcək  daha  üstün  iradə  yoxdur.  Həmin  prinsipin 

reallaşması aşağıdakılarla bağlıdır: 

-təsisetmə  səlahiyyətinin  və  konstitusion  hakimiyyətin  xalqa 

məxsus olması; 

-

 



xalqın mütəmadi olaraq öz nümayəndələrini seçməsi və onları 

başqaları ilə əvəz etməsi; 

-

 

qanunların qəbul  edilməsində  referendumlar  vasitəsilə  xalqın 



birbaşa iştirak etməsi; 

-

 



xalqın hakimiyyətə yiyələnən qüvvənin hakimiyyətini tanıması 

və bu yolla onu legitimləşdirməsi. 

Xalqın  suverenliyi  ideyası  ilə  bağlı  olan  digər  bir  prinsip 

nü- 


mayəndəlilik 

prinsipidir.  Nümayəndəlilik  prinsipi  nümayəndəli 

demokratiyanın  formalaşmasını  ehtiva  edir.  Böyük  cəmiyyətlərdə 

cəmiyyətin  hər  bir  üzvünün  siyasi  və  sosial  məsələlərin  həll 

edilməsində  bilavasitə  iştirak  etməsi  praktiki  olaraq  mümkün 

olmadığından  müvafiq  məsələlərin  həll  edilməsi  nümayəndəli 

orqanların  səlahiyyətinə  verilmişdir.  Nəticədə  də  xalqın  özü 

tərəfindən  seçdiyi  nümayəndələr  vasitəsilə  hakimiyyətin  həyata 

keçirilməsində  iştirak  etməsi  demokratiyanın  mühüm  tələblərindən 

birinə çevrilmişdir. Beləliklə, xalqın iradəsinin və ümumi maraqlarının 

nümayəndəli  siyasi  institutlar  vasitəsilə  ifadə  olunması  mexanizmi 

formalaşmışdır.  Nümayəndəlilik  prinsipinin  tətbiqi  nümayəndəli 

demokratiyanın  digər  elementlərinin-partiyaların,  seçkilərin  və  s. 

institutların bütöv bir kompleksini yaratmışdır. 

Nümayəndəlilik  prinsipinin  özünün  demokratik  ruhda  həyata 

keçirilməsi  isə 

bərabərlik 

prinsipinə  riayət  olunması  ilə  bağlıdır. 

Bərabərlik  prinsipi  bütün  vətəndaşların  siyasi  proseslərdə  bərabər 

hüquqlarla  iştirakını  ehtiva  edir.  Cəmiyyətdə  bərabərliyin  təmin 

edilməsi bütün əhali üçün yüksək səviyyədə sosial təmi 

301 



ilqar Məmmədov 

natın  yaradılması  ilə  mümkündür.  Məhz  müvafiq  sosial  şəraitin 

yaradılması formal hüquqların faktiki olaraq reallaşdırılmasının əsas 

şərtidir. 

Demokratik  siyasi  rejimin  ən  mühüm  prinsiplərindən  biri  də 

azadlıq 


prinsipidir.  Demokratik  rejimlərdə  azadlıq  prinsipi  insan 

hüquqları vasitəsi ilə reallaşır. Bu prinsipin tanınması həm də insanın 

ali dəyər kimi qəbul edilməsi deməkdir. 

Demokratiya insanlara və onların təşkil etdiyi qrupiara müxtəlif 

sahələrdə  müstəqil  fəaliyyət  göstərmək  imkanı,  o  cümlədən  fərqli 

düşünmək  və  davranmaq  üçün  şərait  yaratdığına  görə  həmin 

suybektlər arasında yaranan qarşılıqlı münasibətlərin tənzimlənməsi 

plyuralizm 

prinsipinə  əsaslanır.  Bütün  demokratik  rejimlər  üçün 

xarakterik olan plyuralizm prinsipi müxtəlif formada özünü göstərən 

inhisarçılığın  antipodu  kimi  çıxış  edir.  Bu  prinsip  sosial  və  siyasi 

maraqların,  hakimiyyət  mərkəzlərinin,  maraqların  artikulyasiyasını 

təmin  edən  kanalların,  siyasi  baxışların  və  ideyaların  müxtəlifliyini, 

söz  və  mətbuat  azadlığını,  siyasi  qüvvələr  arasında  azad  rəqabəti 

ehtiva  edir.  Plyuralizm  prinsipinin  siyasi  və  ictimai  münasibətlərə 

göstərdiyi  real  təsir  avtoritarizmin  bu  və  ya  digər  formada  inkişaf 

etməsinin qarşısını alan ən mühüm faktorlardan biridir. 

Plyuralizm  prinsipinin 

tolerantlıq 

prinsipi  ilə  korrelyativ  əlaqəsi 

var.  Siyasi,  ideoloji,  mədəni  plyuralizm  məhz  tolerantlıq  şəraitində 

mümkündür. Tolerantlıq siyasi, ideoloji, dini görüşlərin müxtəlifliyinə, 

fikir  ayrılığına  dözümlü  yanaşma  kimi  özünü  göstərməklə  konfliktə 

girən,  bir-biri  ilə  toqquşan  tərəflər,  maraqlar  arasındakı 

qarşıdurmanın kompromis yolu ilə həll edilməsinə imkan yaradır. 

Sadalanan  prinsiplər  əsasında  fəaliyyət  göstərən  demokratik 

rejimləri  xarakterizə  edən  əsas  xüsusiyyətləri  aşağıdakı  kimi 

göstərmək olar: 

- insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi; 

-xalqın hakimiyyətin yeganə mənbəyi kimi tanınması; 

-ali  dövlət  hakimiyyətinin  ümumxalq  seçkiləri  yolu  ilə 

formalaşması; 



302 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə