Dövlət və hüquq nəzəriyyəsi
azlıqlara və bütövlükdə cəmiyyətə, həmçinin müxalif qüvvələrə
münasibəti xüsusi nəzərə alınır. Lakin metodların bu şəkildə
təsnifləşdirilməsi həddindən artıq ümumi xarakter daşıyır və
mürəkkəb hadisələri hərtərəfli təhlil etməyə imkan vermir. Belə ki,
növündən, formasından asılı olmayaraq hər bir siyasi rejim, bu və ya
digər dərəcədə, həm güzəşt metodlarından, həm də güc tət- biqedici
və yaxud zorakı metodlardan istifadə edir. Hakimiyyətin müxalif
qüvvələrə qarşı münasibəti də daha mürəkkəb xarakterlidir və bu
münasibətlər göstərilən həmin sxem üzrə, sadə bir şəkildə qurulmur.
Odur ki, tədqiqatçılar dövlət hakimiyyətinin həyata keçirilməsi
metodlarını tələbedici, qadağanedici, güctətbiq- edici, dəstəkverici,
stimullaşdırıcı metodlara, güzəşt metodlarına (liberal metodlara),
neytral metodlara və s. metodlara bölərək daha geniş təsnifləşdirmə
aparırlar. Həmçinin müxtəlif xarakterli metodların hər bir dövlətdə
necə və hansı nisbətdə istifadə olunması da nəzərə alınır.
Tədqiqatçıların fikrincə, siyasi rejimin xarakterini, formasını
müəyyənləşdirmək üçün onlardan hansının tətbiq edilib-edilmədiyini
deyil, əsas dominantanı, yəni həmin metodların tətbiqində hansılarına
üstünlük verildiyini, həmçinin bu və ya digər metodun tətbiq edildiyi
sahəni və dairəni öyrənmək vacibdir.
Siyasi rejimlərin təsnifatı çoxdur. Bunun əsas səbəbi
təsnifləşdirmə kriteriyalarının müxtəlifliyidir. Xalqın öz suverenliyini
həyata keçirməsi üsulları, dövlət orqanlarının təşkili və fəaliyyət
qaydası, siyasi davranış qaydaları, ölkənin sosial-iqtisadi inkişaf
səviyyəsi, dövlət hakimiyyətinin mərkəzləşdirilmə dərəcəsi və ölkənin
siyasi həyatında müxalifətin rolu, partiyaların sayı və hakimiyyətlə
əlaqədar onlar arasında yaranan münasibətlər və s. hallar qərb
hüquq elmində siyasi rejimlərin təsnifləşdirilməsin- də əsas
kriteriyalar kimi götürülür. Bu cür müxtəlifliyin olmasına baxmayaraq,
əksər qərb hüquqşünasları çoxpartiyalılıq, leqal müxalifət və
hakimiyyətlərin bölünməsi kriteriyalarını əsas götürürlər. Dövlət
mexanizmi və siyasi sistem həmin kriteriyalara uyğun olduqda siyasi
rejim demokratik rejim kimi xarakterizə edilir. Bu kriteriyalara cavab
verməyən siyasi rejimlər isə
297
ilqar Məmmədov
avtoritar rejim (müxtəlif variantlarda) hesab olunur. Qərb alimlərinin
başqa təsnifatları da var. Məsələn, M.Dyuverje siyasi rejimin liberal
və avtoritar, demokratik, avtokratik, qarışıq, mono- kratik növlərini, o
cümlədən, direktoriya rejimini fərqləndirir. Digər təsnifatlarda isə
praqmatik-plyuralist, merkantilist, sekulyar- liberal, teokratik, hərbi,
konstitusion-avtoritar, liberal-konfessio- nal və s. rejimlərdən də bəhs
olunur.'*
Siyasi rejimlərin rusiyalı tədqiqatçılar tərəfindən də müxtəlif
təsnifatları yaradılmışdır. Onlardan biri də V.Y.Çirkinin təsnifləş-
dirməsidir. V.Çirkin müasir dövrdə mövcud olan rejimləri
təsnifləşdirərək aşağıdakı növlərə bölür:
1.
Yarımfeodal-teokratik rejimlər (Səudiyyə Ərəbistanı, iran,
Butan və s.).
2.
Müxtəlif sosial yönümlü ölkələrdə mümkün ola bilən tota-- litar
rejimlər.
3.
Müxtəlif sosial yönümlü ölkələrdə mövcud olan avtoritar
rejimlər (Pinoçetti dövrünün Çilisi, Suriya, Marokko və s.).
4.
Keçid dövrünü yaşayan cəmiyyətlərdə mövcud olan yarım-
demokratik (yarımliberal) rejimlər (Türkiyə, Şri-lanka, Qvineya- Bisau,
Nikaraqua, Papua-Yeni Qvineya, bir çox postsosialist dövlətlər və s.).
5.
Sosial yönümlü azad bazar iqtisadiyyatına malik olan ölkələrin
demokratik rejimləri (Böyük Britaniya, Yaponiya, Avstraliya və s.).2
V.Çirkin həmin formaların hər birinin özünün də müxtəlif növlərə
ayrılmasını mümkün hesab edir.
Siyasi rejimləri təsnifləşdirərkən mürəkkəblik və dolaşıqlıq
yaranmasın deyə, dövlət və hüquq nəzəriyyəsinə aid dərsliklərdə və
dərs vəsaitlərində ən ümumi təsnifata üstünlük verilir. Beləliklə,
nəzəriyyəçilər siyasi rejimin üç əsas növünü: de
* Кудрявцев Ю.А.
Политические режимы: критерии классификации
и основные виды. Правоведение. Издательство С.Петербургского
Университета. № 1, 2002, з. 197-199.
2 В.Е.Чиркин. Современное государство. 8. 191.
298
Dövlət və hüquq nəzəriyyəsi
mokratik, totalitar və avtoritar siyasi rejimləri fərqləndirirlər. Bəzi
müəlliflər isə siyasi rejimləri iki növə: demokratik və qeyri-demokratik
rejimlərə bölür. Daha müfəssəl təsnifat göstərilən ümumi
təsnifləşdirmələr əsasında aparılır. Yəni həmin siyasi rejim
formalarının hər biri, öz növbəsində, cəmiyyətin inkişaf
səviyyəsindən, dövlət və hüququn mahiyyətindən və məzmunundan
irəli gələn xüsusiyyətlərdən, tarixi, milli ənənələrdən, həmçinin bir sıra
digər amillərdən asılı olaraq müxtəlif növlərə bölünür. Misal üçün,
antidemokratik rejimlərin teokratik, ideokratik rejimlər, Qədim Şərqin
despotik rejimləri, feodalizm dövrünün polis rejimləri, müasir dövrün
totalitar və avtoritar rejimləri kimi növləri fərqləndirilir.
Müasir dövrün demokratik rejimləri xalqın suverenliyi,
hakimiyyətin təşkilində və həyata keçirilməsində xalqın iştirakı,
hakimiyyətlərin bölünməsi, qanunun aliliyi, insanların azadlığı və
bərabərliyi prinsiplərinə əsaslanan siyasi rejim kimi xarakterizə
olunur. Siyasi rejimin bu forması antik dövrün demokratik
rejimlərindən onunla fərqlənir ki, həmin dövlətlərdə əhalinin yetkinlik
yaşına çatmış bütün üzvləri ölkənin siyasi həyatında iştirak etmək
hüququna malik deyildilər. Digər tərəfdən, bütün insanlar arasında
bərabərlik qeyri-mümkün idi. Barbarlar təbiətcə kölə hesab
olunurdular. Antik dövrün demokratiyası «məhdud demokratiya»
olmaqla insanların bərabərsizliyi ideyasına əsaslanmış, quldarlıq
münasibətlərini legitimləşdirən və leqallaşdıran bir rejim olmuşdur.
Müasir demokratik rejimlərdə bu hallar qəbul edilməzdir və
demokratikliyə ziddir. Belə ki, müasir görüşlərə və ənənələrə görə,
demokratiya bütün insanların cinsindən, irqindən, miliiyyətindən, dini
mənsubiyyətindən,
sosial
mənşəyindən
asılı
olmayaraq
bərabərliyinin təmin edilməsini, bütün insanların azadlığını və
vətəndaşlıq hüququna malik olmasını ehtiva edir.
Biz, müasir demokratik rejimi ictimai-tarixi hadisə olan müasir
demokratiyanın bir təzahürü kimi başa düşürük. Bu rejim
siyasi-hüquqi hadisə olmaqla bərabər, həm də ictimai hadisədir,
cəmiyyətin demokratik və liberal dəyərlər, prinsiplər əsasında
299
Dostları ilə paylaş: |