Dövlət və hüquq nəzəriyyəsi
diktatura rejimi, konstitusion-avtoritar və ya monokratik rejim və s.
formalarının adına rast gəlirik. Despotiya, tiraniya rejimləri daha
arxaik, digərləri isə müasir avtoritar rejim formaları hesab olunur.
Tədqiqatçılar müasir dövrün avtoritar rejimlərindən danışarkən,
İspaniya, Portuqaliya, Yunanıstan kimi kapitalist ölkələrində mövcud
olmuş avtoritar rejimlərə xüsusi diqqət yetirirlər. Avtoritar rejimlərin
təsnifləşdirilməsi zamanı hakimiyyəti həyata keçirən blok, yəni siyasi
qüvvə və həyata keçirilən siyasətin məqsədləri əsas götürüldükdə isə
hərbi, oliqarxiya, populist və bürokratik rejim formaları fərqləndirilir.''
Müasir dövrdə Asiya, Afrika, Latın Amerikası, Yaxın və Orta Şərq
ölkələrinin bir çoxunda avtoritar rejim mövcuddur.
Totalitar rejimlərin bir sıra xüsusiyyətlərinin avtoritar rejimlərdə
də olmasına baxmayaraq elə cəhətlər var kl, antidemokra- tik rejimin
bu İki əsas növünü bir-birindən fərqləndirir. Həmin fərqləndirici
cəhətlərə nəzər yetirək.
1.
Avtoritar rejim hüquq və azadlıqların reallaşmasına məhdud
həcmdə imkan yaratmaqla bərabər vətəndaş cəmiyyətinə də
müəyyən dərəcədə müstəqillik verir. Dövlət İctimai həyatın bütün
sahələrini total nəzarətdə saxlamır. Totalitar rejimdə isə ictimai
həyatın bütün sahələrinə aid münasibətlər dövlət tərəfindən
reqlamentləşdirilir.
2.
Avtoritar rejim özünə zərər vurmamaq şərti ilə müəyyən
dərəcədə İdeoloji plyuralizmə imkan yaradır. Düşüncə azadlığı
məhdudiyyətlərə məruz qalsa da, bütün insanlar üçün ümum-
məcburi olan vahid İdeologiyanın total təbliğatı aparılmır. Hakimiyyət
İdeologiyadan çox özünü təbliğ edir. Totalitarizmdə isə
ümumməcburi rəsmi ideologiya olur.
3.
Totalitarizm dövlət aparatının hakim partiya tərəfindən
udulması ilə xarakterizə olunur. Yəni partiya orqanları bütün dövlət
strukturlarını, həmçinin istehsal strukturlarını «zəbt edir» və bu
dövlətin özü tərəfindən leqallaşdırılır. Ölkə ərazisində
' Политология.
Под
pedaKijiıeiı
проф. Васгшика M.А.
M., 2001, s. 245.
309
ilqar Məmmədov
yalnız hakim partiya fəaliyyət göstərir və heç bir müxalifət olmur.
Avtoritar rejimdə partiya ali dəyər kimi qəbul edilmir və dövlət ideyası
əsas götürülür. Formal olaraq bu partiya ilə yanaşı digər partiyalara
da leqal fəaliyyət göstərmək imkanı verilir. Bu imkanın xeyli dərəcədə
məhdudlaşdırılımasına baxmayaraq, avtoritar rejimlərin bir çoxunda
müxalifət partiyaları fəaliyyət göstərir, onların hakimiyyətə qarşı
müəyyən aksiyalar həyata keçirmək, mətbuat vasitəsi ilə hakimiyyəti
tənqid etmək imkanı olur.
4.
Totalitar rejimdə rəsmi ideologiyaya və hakimiyyətə qarşı
çıxma halları dövlət tərəfindən leqallaşdırılmış terrorla qarşılanır.
Müxalifətdə olmaq olmamağa bərabər tutulur. Avtoritar rejimdə
müxalifətə dözümsüzlük göstərilsə də, ona qarşı sistemli şəkildə
dövlət terroru həyata keçirilmir. Müxalifətin siyasi fəaliyyətini
məhdudlaşdırmaq üçün zorakılıq tədbirlərindən istifadə edilsə də, bir
çox hallarda hakimiyyət onun mövcudluğu ilə razılaşmalı olur.
5.
Avtoritar rejim patriarxal ənənələrin, tayfa münasibətlərinin
saxlanılmasına şərait yaradır və hakimiyyət həyata keçirilərkən həmin
ənənələrdən istifadə edilir. Totalitar rejim isə özündən əvvəlki sosial
strukturu dağıdır, ənənəvi sosial əlaqələri qırır və cəmiyyəti böyük bir
kütləyə çevirir. Totalitar rejim tamamilə yeni bir cəmiyyət qurmaq
iddiası ilə çıxış edir.
Avtoritar rejimlərin heç birində dövlət hakimiyyəti xalq tərəfindən
formalaşdırılmır. Konstitusiyaya görə, ali dövlət orqanları seçkilər yolu
ilə təşkil edilməli olsa da, əslində, həmin orqanlar diktatorun və yaxud
real hakimiyyətə malik olan kiçik bir qrupun iradəsi əsasında təşkil
olunur. Nümayəndəli orqan olan parlamentdə birinci şəxsin
tərəfdarları, hakimiyyətə yaxın olan şəxslər cəmləşir. Buna görə də
parlament müstəqil fəaliyyət göstərə bilmir. Qanunverici orqan,
əslində,
«yuxarıdan»
gələn
göstərişləri
həyata
keçirir.
A.B.Vengerovun yazdığı kimi «parlament başında rəhbər və ya bir
qrup şəxs (xunta, oliqarxiya) duran hakim elitanın qəbul etdiyi
qərarları
ştamplaşdırır.
Ölkənin
həyatı
özünü
qanunlarla
məhdudlaşdırmayan hakim elita tərəfindən istiqamətləndirilir. Həmin
elitanın daxilində isə siyasi
310
Dövlət və hüquq nəzəriyyəsi
hakimiyyəti həyata keçirən yüksək vəzifəli şəxslərdən ibarət kiçik bir
qrup xüsusilə seçilir».''
Konstitusiyaya əsasən, dövlət orqanları hakimiyyətlərin
bölünməsi prinsipi əsasında təşkil edilməli olsa da, əslində, bu
görüntü xarakteri daşıyır və faktiki olaraq hakimiyyətlərin bölünməsi
prinsipinə riayət olunmur. Real hakimiyyət ali icra hakimiyyəti
orqanında cəmləşir və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti
də icra hakimiyyətinin nəzarəti atında olur.
Avtoritar rejim şəraitində siyasi plyuralizm yalnız məhdud
səviyyədə ola bilər. Siyasi təşkilatların fəaliyyəti leqallaşdırılsa da,
siyasi müxalifətin hüquqları pozulur, həmin partiyaların liderləri
müxtəlif üsullarla təqib olunur. Müxalifətin hakimiyyətə təsiri isə heçə
endirilir. Müxalifət partiyaları seçkilərə qatılsalar da, onların qalib
gəlmək şansı olmur. Seçkilərin, referendumların nəticəsi hakim elita
tərəfindən əvvəlcədən müəyyənləşdirilir.
Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarına
təminat verilsə də, onlar mütəmadi olaraq pozulur. Hakim elita insan
hüquqları, qanunçuluq ideyalarından öz maraqlarına uyğun olaraq
istifadə edir, eyni zamanda həmin hüquqları tapdalamaqdan da
çəkinmir. Odur ki, dövlətin daxili siyasətində güc metodlarından
istifadə olunması adi bir hala çevrilir. Silahlı qüvvələr də çox vaxt
siyasi rol oynayır.
Tədqiqatçıların fikrincə, avtoritar rejimlər konservativ və islahatçı
xarakterli ola bilər. Konservativ xarakterli avtoritar rejimlər mövcud
münasibətləri və qaydaları qoruyub saxlamağa çalışır. Bu cür
rejimlərə Latın Amerikası ölkələrində formalaşmış bir çox diktaturaları
misal göstərmək olar. İslahatçı xarakterli avtoritar rejimlər isə ənənəvi
qaydaların, sosial əlaqələrin dəyişilməsi və ictimai münasibətlərin
yeni istiqamətdə qurulması məqsədi ilə ictimaiyyətin radikal hesab
etdiyi islahatlar aparır. Vətəndaş cəmiyyətinin inkişaf etməsi üçün
müəyyən tədbirlər həyata keçirilir və bunun hüquqi bazası yaradılır.
Lakin bütün bu
Венгеров А.Б.
Теория государства и права. М., 2000, s. 128.
311
Dostları ilə paylaş: |